Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çingiz Qaraşarlı
Qarabağlı
Qarabağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Pənahəli xan Qarabağlı — Qarabağ xanlığının yaradıcısı. Mirzə Camal Cavanşir Qarabağlı — Tarixçi, Qarabağ xanlarının baş vəziri, Rizvan Qarabağlı — memar, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü. Telman Qarabağlı — erməni hüquqşünas, yazıçı Kəndlər Azərbaycan Qarabağlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qarabağlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Qarabağlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Qarabağlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Gürcüstan Qarabağlı (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. İran Qarabağlı Əyibi (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Qaracallı
Qaracallı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qaracallı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaracallı (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. == Həmçinin bax == Qaracəlli — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Qaradağlı
Qaradağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Aydın Qaradağlı — Azərbaycan diktoru, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Vüqar Qaradağlı — müəllim, alim, jurnalist, Əməkdar jurnalist, BDU-nun dosenti. Həsənəli xan Qaradağlı — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. Kazım xan Qaradağlı — Qaradağ xanı (1730-1763). Aygül Qaradağlı — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xanım Qaradağlı — diktor Aydın Qaradağlının qızı. Kəndlər Qaradağlı (Dərbənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Qaradağlı (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Qaradağlı (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Qaradağlı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Qaradağlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd.
Qaradaşlı
Qaradaşlı (gürc. იწრია; İtsria) — Gürcüstanın Bolnisi rayonunda yerləşən kənd. Gürcüstanın cənub-şərq hissəsində, tarixi Borçalı mahalı ərazisində yerləşir. == Tarixi == 1990-1991-ci illərdə Gürcüstan rəhbərliyinin rayondakı etnik azlıqların yaşayış məntəqələrinin tarixi toponimlərini dəyişdirməsi nəticəsində Qaradaşlı kəndinin adı dəyişdirilərək İtsria adlandırılmışdır. Yerli əhali arasında kəndin ikinci adı olan Qaraçöp də geniş yayılmışdır. == Coğrafiyası == Kənd Bolnisi rayon mərkəzindən 15 km aralıda, dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşir. == Əhalisi == Gürcüstan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kəndin əhalisi 249 nəfərdir və 100% azərbaycanlıdır. == İqtisadiyyatı == Əhali əsasən qoyunçuluq, maldarlıq və tərəvəzçiliklə məşğuldur.
Qaraisalı
Karaisalı — Adana ilinin ilçəsi. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 22.308 nəfər yaşayır. == Mühüm günlər == 1 aprel: Kuvayi Milliyə təşkilatının quruluşu və Çuxurovada ilk Milli Mübarizə Hərakatının başlanması. Qızıldağ Yaylası Festivalı: Avqustun son həftəsində qeyd edilir.
Qaramanlı
Yaşayış məntəqələri Azərbaycanda Qaramanlı (Yevlax) — Yevlax rayonunda kənd. Oxşar toponimlər Aşağı Qaramanlı — Neftçala rayonunda kənd. Yuxarı Qaramanlı — Neftçala rayonunda kənd.
Qaraqaşlı
Yaşayış məntəqələri Azərbaycanda Qaraqaşlı (Ağdam) —Ağdam rayonunda kənd. Qaraqaşlı (Ağsu) — Ağsu rayonunda kənd. Qaraqaşlı (Xaçmaz) — Xaçmaz rayonunda kənd. Qaraqaşlı (İmişli) — İmişli rayonunda kənd. Qaraqaşlı (Neftçala) — Neftçala rayonunda kənd. Qaraqaşlı (Sabirabad) — Sabirabad rayonunda kənd. Oxşar toponimlər Çayqaraqaşlı — Şabran rayonunda kənd. Hacıqaraqaşlı — Şabran rayonunda kənd. Xol Qaraqaşlı — Neftçala rayonunda kənd.
Qaraxanlı
Qaraxanlı (Sərab) — Qaraxanlı (Ağcabədi) — Qaraxanlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qaraxanlı (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd.
Qaraçanlı
Qaraçanlı (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Orta Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Aşağı Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Baş Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Mozqaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd.
Qaraçaylı
Qaraçaylılar — əsasən tarixi torpaqları Qaraçay-Çərkəz Respublikasında yaşayan türk xaqlarından biri. Qaraçaylı (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Qaraçaylı (Qaşqaylar) — Qaşqay elini təşkil edən tayfalardan biri.
Qarağatlı
Qarağatlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qarağatlı kəndi dəqiqləşdirmə qaydasında Göyəbaxan kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qaradağlı (Qaradağlı, Ağdam)
Qaradağlı (digər tarixi adı Kolbasan; kəndin yerləşdiyi yerin tarixi adı Soltanqobu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Qaradağlı Ağdam rayonunun Xaçın nahiyəsində kənd adı. Azərbaycanda (Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz və Şəki rayonları) Qaradağlı kənd adları ilə mənşəcə eynidir. XV əsrdə Şah İsmayıl hakimiyyətə gələrkən hərbi qüvvə ilə kömək etmiş qızılbaş tayfalarından biri. Qaradağlı tayfasının adı əslən onların hazırda Cənubi Azərbaycan ərazisində yerləşən Qaradağ mahalından olmaları ilə bağlıdır. Səfəvilər hakimiyyətə gəldikdən sonra Şah İsmayıl hərbi xidmətinə görə bu tayfaya Azərbaycanın müxtəlif bölgələrində ərazilər bağışlamışdır. Bu kənd "Soltan qobu" adlı yerdə qaradağlı tayfasına mənsub yeddi ailənin məskunlaşması nəticəsində yaranmışdır. Bu kəndin digər tarixi adı da Kolbasan olub. XIX əsrin ikinci yarısında Ağdam rayonu ərazisində, Ağdam, Gülablı, Qaraxanlı və Kaqartlı kənd icmalarında dörd Qaradağlı adlı kənd vardı. == Tarixi == Qaradağlı kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər.
Qaracalı
Qaracalı (Əhər)
Aydın Qaradağlı
Qaradağlı Aydın Çingiz oğlu (20 avqust 1929, Quba – 28 yanvar 1980, Bakı) — Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı. 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir. Azərbaycan SSRin əməkdar atisti (1964), ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. == Həyatı == Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-də Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunmuşdur. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib. 1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur.
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Aşağı Qaramanlı
Aşağı Qaramanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə aşağı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir. Keçmiş Nuruş Əliyev adına kolxoz bu kənd ərazisində yerləşirdi. Kəndin Lapatin adlanan hissəsində talışlar məskunlaşmışdır və buranın əhalisi Lerikin Lapatin adlı ərazisindən gəlmişdir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 28 km şimal-qərbdə, Salyan—Neftçala şose yolu kənarında, Kür çayının sağ sahilində, Salyan düzündədir.
Aşağı Qaraçanlı
Aşağı Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Aşağı Qaraçanlı Kəlbəcər rayonunun Orta Qaraçanlı inzibati ərazi vahidində kənd. Uluxan çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Zəngəzur qəzasının Qaraçanlı kəndindən (indiki Laçın rayonu ərazisindədir) gəlmiş iki qardaş – Uluxan və Əhmədxan salmışlar. Ona görə də kəndə el arasında Uluxan Qaraçanlı və ya Fərzalıuşağı deyirlər. Əhmədxanın oğlanlarından Fərzalı kəndin Aşağı hissəsində məskunlaşdığı üçün bura Aşağı Qaraçanlı, digər oğlu Məmmədxan kəndin orta hissəsində məskunlaşdığı üçün bura Orta Qaraçanlı, Uluxanın əmisi oğlu Bayram (Balo) isə kəndin yuxarı hissəsində məskunlaşdığı üçün həmin yer Baş Qaraçanlı adlandırılmışdır (bu kənd Balouşağı da adlanır).
Baş Qaraçanlı
Baş Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Baş Qaraçanlı kəndi Uluxan çayının sahilində, dağətəyi ərazidədir. Etnotoponimdir. Baş türkmənşəli topoformant kimi umumtürk toponimiyasında mürəkkəb toponim yaradıcılığında geniş istifadə olunur. "Əsas", "birinci", "böyük", "ust", "yuxarı" mənalarını bildirir. Baş komponenti dağ, qaya zirvələrinin, çay, bulaq mənbələrinin adlandırılmasında istifadə olunur və Sibir, Cin, Orta Asiya, Qafqaz, Balkanlar, Kicik Asiya, Ukrayna, Volqaboyu, Rusiyanın Mərkəzi Qaratorpaq, Qazaxıstan, Azərbaycan və s. əhatə edən geniş Avrasiya regionunda təsadüf edilir. Konkret olaraq bu oykonim də "yuxarı" mənasına uyğundur.
Kür Qaraqaşlı
Kür Qaraqaşlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi keçmişdə Şirvanda yaşamış qaraqaşlı tayfasına mənsub ailələrin Kür çayı sahilində məskunlıaşması nəticəsində yaranmışdır. Oykonim Kür hidronimindən və Qaraqaşlı kənd adından ibarət olub, "Kür çayı sahilindəki Qaraqaşlı kəndi" mənasındadır. == Əhalisi == === Şəxsiyyətləri === Ağaxan Ağabəyli — alim Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Mehmet Qaramanlı
Mehmet Qaramanlı — Osmanlı imperiyasında xidmət etmiş, Osmanlı Tripolitaniyası və Liviyanın hakimi. Əhməd Qaramanlının oğludur. == Hakimiyyəti == Mehmet Qaramanlının hakimiyyətinin ilk illərində dəniz quldurluğu aktivliyi az idi, lakin xəzinə azaldıqca Neapol və Siciliya gəmilərinə hücuma icazə verməyə başladı. Daxili siyasət sakit idi. İngiltərə və Fransa ilə sazişlər imzalamışdı. Ölümündən sonra yerinə qardaşı Əli Qaramanlı keçdi.
Qəhrəman Qaraqaşlı
Qəhrəman Tağı oğlu Qaraqaşlı (1 may 1899, Yelizavetpol - ?) — ilk sovet etnoqrafı, tarix elmləri namizədi (1964). == Həyatı == Qəhrəman Qaraqaşlı 1 may 1899-cu ildə Yelizavetpol (Gəncə) şəhərində anadan olmuşdur. 1918-ci ildə şəhər gimnaziyasını bitirdikdən sonra, müəllimlik etmiş, 1922-1926-cı illərdə "Yeni yol" qəzetinin məsul katibi işləmişdir. 1927-ci ildə gənc alim Qəhrəman Qaraqaşlı Qərbi Azərbaycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qoyan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən qəti şəkildə narazı qaldı. Çünki, onlar Moskvanın xətti ilə davranmalıydılar.
Rza bəy Qaraşarlı
Rza bəy Qaraşarlı (1891, Şuşa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, ictimai xadim. == Həyatı == Rza bəy Kərbəlayı Baba bəy oğlu 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı. 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmışdı. == Siyasi fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdu. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında Bağır Rzayev baş katib postundan istefa verdi. Parlamentin 19 fevral 1920 tarixili sayca yüz iyirmi altıncı iclasında baş katib postuna sosialistlərdən Rza bəy Qaraşarlı seçildi. 1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi.
Qarabağlı (Ağsu)
Qarabağlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Qarabağlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarabağlı (Qaraçöp)
Qarabağlı (rəsmi olaraq gür.: g.ə. წიწმატიანი, l.ə. tsitsmatiani) və yaxud Qaramanlı Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində məhəllə. 2023-ci il siyahıyaalınmasına əsasən məhəllədə azərbaycanlılardan ibarət 2500 nəfər (1352 nəfəri kişilər, 1148 nəfəri qadınlar) əhali yaşayır.
Qarabağlı (Salyan)
Qarabağlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Qarabağlı kəndinin maraqlı tarixi var. Tarixi mənbələrdə göstərilir ki, Qarabağlı kəndi əsasən 1698–1700-cü illərdə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşmışdır. Bu fakt Qarabağlı kənd qəbristanlığında olan hicri tarixi ilə yazılmış baş daşlarında olan əski əlifba ilə yazılan yazılardan məlum olur. Sonradan 1845-ci illərdən, 1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşmiş, həmdə qışlaqlarını burada salmışdır. 1948-ci ildə isə Stalinin əmri ilə Qərbi Azərbaycandan, yəni Ermənistanın Əzizbəyov rayonundan (keçmiş Dərələyəz mahalı, 18-ci əsrdə Qarababa adlanan sonralar Paşalı adlanan, əsasən Terp (Tarixi mənbələrdə Derp) və Tarp kəndləri) buraya 80–90 ailə köçürülmüş və burada onlara yaşayış evləri tikilmişdir.[mənbə göstərin] == Əhali üzrə inzibati bölgü == Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlər. 2009-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında Qarabağlı kəndinin cəmi əhalisi 8367 nəfər olub. === Birinci Qarabağ müharibəsi Şəhidləri === === Vətən Müharibəsi şəhidləri === Qasımov Elməddin Aqil oğlu (1999-2020) Daşdəmirov Elmar Seymur oğlu (2001-2020) Mustafayev Samir Elşən oğlu (1995-2020) Xanəlıyev Albaba Elşən oğlu (2002-2020) Şirəliyev Kənan Telman oğlu (2001-2020) == Təhsil == 15 sentyabr 2012-ci il tarixində rayonun Qarabağlı kəndində 480 şagird yerlik tam orta məktəb binasının açılıb. Ümumilikdə Qarabağlı inzibati vahidliyində 4 təhsil ocağı var. Qarabağlı-1 və Qarabağlı-2 saylı tam orta məktəb Qarabağlı kəndində yerləşir.
Rizvan Qarabağlı
Rizvan Sarı oğlu Babaşov (10 yanvar 1956, Şükürbəyli, Qaryagin rayonu) — Azərbaycan memarı, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü (1993). == Həyatı == Rizvan Qarabağlı 10 yanvar 1956-cı ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olub. 1973-cü ildə Şükürbəyli kənd orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun memarlıq fakültəsini memar ixtisası üzrə bitirib. 1990-cı ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insititunda baş laborant vəzifəsində elmi faliyyətə başlayıb və həmin ildə institutun aspiranturasına daxil olub. 1994-cü ildə "Memar Kərbəlayi Səfixan yaradıcılığı və Qarabağın dini memarlığı" adlı namizədlik dissertasiyasını müdafiə edərək memarlıq namizədi elmi adına layiq görülüb. Hazırda həmin institutda aparıcı elmi işci vəzifəsində çalışır və "Qarabağ memarlığı" adlı doktorluq mövzusu üzərində işləyir. 1993-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. == Fəaliyyəti == Rizvan Qarabağlının işlədiyi layihələr əsasında Füzuli rayonu ərazisində "Şəhidlər xatirəsinə abidə" kompleksi, "Heydər parkı", Xırdalan şəhərinin məzarlığında "Seyid Əşrəf məqbərə-məscid memarlıq kompleksi", eləcə də müxtəlif yerlərdə bir çox yaşayış binaları inşa olunub. == Əsərləri == Memar Qəzənfər Əlizadə.
Qaraağaclı
Qaraağaclı (əvvəlki adı: Qırmızı Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbəsi Yenikənd kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Qırmızı Samux kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi adlandırılmış, Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 3 mindən artıqdır. Əhalinin 99%-ni azərbaycanlılar təşkil edir. Etnik millətlərdən rusları qeyd etmək olar. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. == Təhsil == Kənddə Habil Məmmədov adına məktəb fəaliyyət göstərir. 2013-cü ildə məktəb təmir olunub. Habil Məmmədov Sovet Oğlu 31.05.1971-ci ildə bu kənddə anadan olub, könüllü olaraq 1992-ci ilin sentyabr ayında müharibəyə gedir.
Qarahacılı
Qarahacılı (Balakən) — Azərbaycanın Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qarahacılı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Qarağacı
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.