Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarqasar
Qarqasar - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. == Toponimi == 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda "qarğa" sözünün iştirakı ilə düzəlmiş çoxlu toponim vardır. Toponimlərdə bu söz üç mə'nadadır. Qədim türk mənşəli karqa tayfasının adını əks etdirir. Qərbi Sibirdə, qırğızlarda və özbəklərdə Karqa tayfası mə'lumdur. Azərbaycanda Masallı, Xaçmaz və Naxçıvandv Qarqalıq kənd adları məhz bu tayfanın adını əks etdirir (yenə orada). Bə'zi mikrotoponimlərdə bu söz qarqa quş adını əks etdirir. Bə'zi toponimlərdə isə "qarqa" sözü türk dillərində karka - "üst-üstə düşmüş buzlaq mənşəli daşlar (qaya parçaları)"sözünün təhrifidir. Qarqasar toponimi də məhz karka və hasar "qalaça", "hörükda ş", "tsiklopik tikinti" sözlərindən ibarətdir.
Qaraqan
Elxan Aqşin oğlu Zeynallı (3 aprel 1987, Bakı) — azərbaycanlı repçi, musiqiçi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda, 10 romanın (9 Azərbaycan,1 Rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib.2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır.
Qaraqar
Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
Adi qaraqaş
Adi qaraqaş (lat. Acanthalburnus microlepis) — Qaraqaş cinsinin nümayəndəsidir. == Yayılması == Azərbaycanda Kür çayının orta hissəsində, Ağstafaçay, Qanıxçay və Tərtərçayda, Arazın yuxarılarında (Naxçıvançaya qədər) yayılıb. Respublikadan kənarda Kür və Arazın yuxarılarında, Araqva, Borjomi, Ərdəhan, Arpaçay, Qarasuçay, Qarsçay çaylarında və Çıldır gölündə yayılmışdır. == Morfoloji əlamətləri == D III (7) 8 (9), A II–III 14–19, adətən 15–17 şüa olur. Udlaq dişləri 2.5–5.2 və ya 2.5–4.2-dir. Qəlsəmə dişcikləri seyrək və qısadır. Uzunluğu 23,5 sm, adi halda 15,0 sm-dir. Quyruq üzgəci uzun və dərin haçalıdır. Alt hissəsi üst hissəsindən bir qədər uzundur.
Qaraqaç (Soyuqbulaq)
Qaraqaç (fars. قره قاچ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Qaraqaş tatarları
Qaraqaş və ya Qaraagas tatarları – Qafqazdan Volqa deltasına köç edib, oraya yerləşmiş noğay tayfalarına daxil olan türk boyu. Şiə müsəlman olan Qaraqaş tatarları Qaraağaç noğayları olaraq da adlandırılırlar. Son dövrlərdə xeyli sayda Qaraqaş tatarları müxtəlif etnoslar arasında assimiliyasiya olmuşdurlar. Onları həmçinin, regiondakı digər türk soylu etnoslardan fərqləndirən onların dini kimlikləridir. Belə ki, Qaraqaş tatarları şiə müsəlmandırlar. Azərbaycandakı xeyli sayda olan Qaraqaş yer adlarının bu tayfa ilə əlaqəli olduğu güman edilir. == Haqqında == Noğayların bu qrupu əsasən Həştərxan civarlarında yaşamaqdadırlar. Bu qrup uzun müddət Kazan tatarları hesab edilmişdirlər. Lakin danışdıqları şivənin Kazan tatarlarından xeyli fərqli olduğu aşkar ortadadır. Uzun müddət Kazan tatarlarının mədəni, siyasi təsirlərinə məruz qalıblar.
Qaraağac
Qaraağac, Karaağac və ya Qarağac: KəndlərQaraağac (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qaraağac (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Qaraağac (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaraağac (Sədərək) — Azərbaycanın Sədərək rayonunda kənd. Qarağac (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaraağac (Meşkinşəhr) Qaraağac (Urmiya) — Qaraağac (Şəbüstər) Qaraağac (Əbhər) Qaraağac-i Köşk (Çaroymaq) Qaraağac-i Pain (Germi) Qaraağac-i Bala (Germi)ÇaylarQarağac (çay) — İranın Fars ostanında çay.DağlarQarağac — İsmayıllı rayonu ərazisində dağ. Qarağac — Zəngilan rayonu ərazisində dağ.TəxəllüslərGünay Qaraağac — Türk dilçisi, professor, doktor.DigərQarağac — bitki cinsi. Qaraağac mahalı — Azərbaycanın Qarabağ ərazisində yerləşən Qarabağ bəylərbəyliyi mahalı. Qaraağac nahiyəsi — Azərbaycanın Qarabağ ərazisində yerləşən qədim yaşayış məntəqəsi. Qaraağac (Qızıq) — Gürcüstan Respublikasının Kaxeti diyarının Sığnaq bələdiyyəsində kənd.
Qarğalar
Qarğalar (lat. Corvidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qaragav
Qaragav — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Qarağac
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qarağat
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Qaraqan Şıxlar bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraqaş Məhəmməd Paşa
Qaraqaş Məhəmməd Paşa (v. 14 sentyabr 1621, Xotin) — Osmanlı sultanı II Osman dövründə Budin bəylərbəyi vəzifəsini icra edən vəzir idi. 1612-ci ilin dekabr ayından - 1613-cü ilin oktyabr ayına kimi Bosniya qubernatoru olmuşdur. 1615-ci ildə I Əhmədin qızı Ayşə Sultanla evlənərək saraya kürəkən və Budin bəylərbəyi oldu. 1621-ci ildə Osmanlı-Polşa müharibəsində iştirak etdi və Xotın mühasirəsində öldü.
Qaraqaş Əli Paşa
Qaraqaş Əli Paşa (ö. yanvar 1670) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra baş çavuş olaraq xidmət etməyə başladı. Ardından 1667-ci ilin oktyabrında Rumeli bəylərbəyi payəsi (namizəd) alaraq Sivas sancaqbəyi, 1668-ci ilin noyabrında isə vəzir rütbəsilə Misir bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən 1670-ci ilin yanvarında Misirdə vəfat etdi. == Mənbə == Sicill-i Osmani I, səh.
Solğun qaraqaş tinamu
Solğun qaraqaş tinamu (lat. Crypturellus transfasciatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Günay Qaraağac
Günay Qaraağac- Prof. Dr. Günay Qaraağac (İzmir-1949), Türk dil alimidir. == Həyatı == Günay Qaraağac 1967-ci ildə girdiyi İstanbul Universiteti Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümündən 1971-də məzun oldu. 1972-1975-ci illərində İzmir-Bərgama Liseyində, 1975-1978-ci illərdə İstanbul Ticarət Liseyində ədəbiyyat müəllimi işləmişdir. == Elmi fəaliyyəti == 1978-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Umumî Türk Dili Kürsüsünə disserant təyin edildi. 1983-cü ildə Lutfî Divanı adlı doktorluq işini tamamlayaraq "elmlər doktoru" adını aldı. 1984-1987 illərdə Macaristan-Budapəştədəki Eötvös Lorand Universitetində Türk dili tədris etdi. 1987-ci ildə, Əgə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümündə yardımcı dosent olaraq işlədi. 1989-da dosent, 1995 ilində də professor oldu.
Probka qaraağac
Qaraağac (Cəbrayıl)
Qaraağac — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cəbrayıl rayonunun eyni adlı i.ə.v-də kənd. Bu adda Cəlilabad, Qubadlı və Sabirabad rayonlarında qeydə alınmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qaraağac (Cəlilabad)
Qaraağac — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Kənd Qaraağac yeri adlı sahədə salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 300 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaraağac (Meşkinşəhr)
Qaraağac (fars. قره اغاج‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 586 nəfər yaşayır (101 ailə).
Qaraağac (Qızıq)
Qaraağac (gür.: g.ə. ყარაღაჯი, l.ə. karağaci) — tarixi Qızıq mahalında, hazırda Gürcüstan Respublikasının Kaxeti diyarının Sığnaq bələdiyyəsində kənd.
Qaraağac (Sabirabad)
Qaraağac — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Qaraağac (Sədərək)
Qaraağac — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaraağac kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qaraağac kəndi Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraağackənd inzibati-ərazi vahidi yaradılmışdır.
Qaraağac (Urmiya)
Qaraağac (fars. قره اغاج‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,554 nəfər yaşayır (413 ailə).
Qaraağac (Xoy)
Qaraağac (fars. قره اغاج‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qaraağac (məntəqə)
Qaraağac nahiyəsi — Qarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib. == Tarixi == F.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi. Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac "Təll Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi" Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn hökmdarı "Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı". Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi. Səfəvilər hakimiyyəti dönəmində Ağcabədi bölgəsi Qaraağac nahiyəsinə aid idi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə qələmə alınan Osmanlı vergi dəftərində Qaraağac nahiyəsinə bağlı kəndlərin siyahısı verilib. Həmin kəndlər bunlar idi: Ağca kənd Tuğullat Qutni Səralan Xatunabad Əlki Köratuz Sarımusa Kələbəddin Cüneydi Qarabağ-Yekəcik Bənövşəliabad Mübarəkabad Həsən Əgrə Nəhri Mübarəki Arazbun Miyanəci Hacıbəy Murad Öpməcə Usunçayı Ataşa Xuraman Qızqala Mustafa Mustafa Molla Məhəmməd Baban Abdal Xaçıqan 1725-ci ildə qələmə alınan Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərinə görə Qarabağ bəylərbəyiliyi dövlətə 286149 tümən 435 dinar vergi ödəyirdi.
Qaraağac (Çaroymaq)
Qara Ağac və ya Qarağac— İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Çaroymaq şəhristanının paytaxtıdır.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,157 nəfər və 936 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Qaraağac (Şəbüstər)
Qaraağac (fars. قره اغاج‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 470 nəfər yaşayır (118 ailə).
Qaraağac (Əbhər)
Qaraağac (fars. قره اغاج‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (18 ailə).
Qaraağac mahalı
Qaraağac mahalı — Qarabağ bəylərbəyliyinin doqquz mahalından birir. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib.