Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amerikan qotikası
Amerikan qotikası (ing. American Gothic) — Çikaqo İncəsənət İnstitutunun kolleksiyasına daxil edilmiş, Qrant Vudun 1930-cu ildə rəsm etdiyi əsər. Rəsmdə Vudun bacısı olaraq düşünülən gənc qızla yanında dayanan orta yaşlı fermer təsvir edilmişdir. Əsər regionalizm cərəyanının nümunəsidir. == Tarixi == Regionalizm axımına xas rəsm nümunəsi yaratmaq qərarına gələn Qrant Vud 1930-cu ildə ayovalı gənc rəssam Con Şarpla birgə Ayova və ətrafının maşınla gəzir. Bu zaman onlar, dülgər qotikası adlanan memarlıq tərzində inşa edilmiş Dibl evinə rast gəlirlər. Vud bu evdən "dözümsüz incə odunda inşa edilmiş və rahatlıqla boyanan bir ev" olaraq bəhs etmişdir. Evin sahiblərindən icazə aldıqdan sonra rəssam ertəsi gün evin eskizini yağlı boya ilə müqəvva üzərinə rəsm edir. Bu eskizdə pəncərə olduğundan daha iti və dik quruluşda təsvir edilmişdi. Əsərdə qadın obrazı kimi Vudun bacısı Nan Vud, yaşlı adam isə diş həkimi Bayron Mekkibi təsvir edilmişdir.Rəsm ABŞ-dən kənarda ilk dəfə 2016–2017-ci illərdə Parisdəki Musée de l'Orangerie və London Kral İncəsənət Akademiyasında nümayiş etdirilmişdir.
Atəş qarışqası
Atəş qarışqası (lat. Solenopsis) — Hymenoptera dəstəsindan bir həşərat növü.
Belarus qotikası
Belarus qotikası ― XV-XVI əsrlərdə (əsasən XVI əsrin ilk yarısında) inşa edilmiş bir sıra memarlıq strukturları ilə bağlı olaraq istifadə edilən indiki Belarus və Şərqi Polşa memarlıq üslubu. Qotika və Renessansın xüsusiyyətlərini özündə birləşdirən, rus-Bizans üslubunun təsiri ilə qədim rus arxitekturası ənənələri ilə zənginləşdirən Belorus qotikası öz abidələrinə unikal bir rəng və bədii dəyər verməsi ilə xarakterikdir. == Anlayış == 1920-ci illərdə Belarus qotik konsepsiyası ilk dəfə inkişaf etmişdir. N.İ. Kasperoviç, A. R. Yankevičienė, T.V.Qabruss, "Belarusiya sənətinin tarixindən eskizlər" əsərində belaruslu sənətşünas N. N. Şekotixin A. N. Kuşnereviç. Şekotixin, sələflərindən fərqli olaraq, Polşa və Rus tədqiqatçılarından fərqli olaraq, bir xalqın bədii yaradıcılığının nəticəsi olaraq "Belarus kilsə qotik" ini nəzərdən keçirir və təkcə "Rus-Polşa dini-şovinist mövqeləri" əleyhinə olan maddi zəmin kimi deyil, diqqətini bu mədəni fenomenin milli köklərinə yönəldirir. Nikolay Şekotixin "belorus qotikası" anlayışının müəllifi kimi ilk dəfə tarixə düşmüşdür. == Xüsusiyyətləri == Renesans daşıma sisteminin istifadə edildiyi qotik daşıma texnikası (Murovanka'daki Virginın doğum kilsəsi istisna olmaqla) ilə qırmızı kvadrat kərpic (orta kərpic ölçüsü 26 - 32 × 13 - 16 × 7 - 9.5 sm) olan məbəd binaları tikilmişdir. Buradakı binaların həcmi heykəltəraşlıqla, rəsm xətləri ilə həll edilir, burada memarlıq dekoru ikinci rol oynayır. Əsas dekorativ elementlər portala və pəncərənin açılması, niş və arkatura planın müxtəlifliyi istifadə olunur. Çox vaxt, hörgü və portalların tamamlanması dairəvi qotik üslubuna deyil, yarımdəkilli bir forma idi.
Beufort qasırğası
Beufort qasırğası — Dünyada böyük diametrli və şiddətli qasırğa. Ölçüsünə görə saatda 75 mildən çox sürətlə dönərək əsir. Şərqi Sakit okean və Cənubi Atlantik okeanı xaric subtropik və tropik iqlim qurşağındakı bütün isti dənizlərdə sıx-sıx meydana gəlir. Avqust-sentyabr aylarında Antil adalarında daha çox özünü göstərir.
Katrina qasırğası
"Katrina" qasırğası - Amerika Birləşmiş Ştatları tarixində ən dəhşətli tufan. Qasırğalar içərisində Katrinanın adı tez-tez çəkilir. Katrina qasırğası ABŞ tarixində ən dağıdıcı qasırğalarındandır. Daha çox Atlantik okeanında baş verən Katrina 1890-cı ildən məşhurdur. Bu qasırğadan ən çox 1928-ci ildə New Orleansda meydana gəlib. Onun ardınca Luizianı sel basıb. Qasırğa Missisipi sahilinin qarşısında və Alabamada şiddətini artırıb və şəhərin böyük qisminin yox olmasına gətirib çıxarıb. Həmin vaxt New Orleansın 80 faizi sular altında qalıb. Katrina 1836 insanın ölümünə səbəb olub. 81,2 milyard dollarlıq vurduğu ziyanla ABŞ-nin ən qorxulu yuxusuna çevrilib.
Panda qarışqası
Euspinolia militaris (lat. Euspinolia militaris) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin mutillidae fəsiləsinin euspinolia cinsinə aid heyvan növü. Xarici görünüşünə görə Panda qarışqası olaraq adlandırılmışdır. == Yayılması == Cənubi Amerika: Argentina, Çili. == Təsviri == Kiçik ağ-qara rəngli, tüklü qarışqa. Uzunluğu 8 mm-dir. Gözlər yarımsferik, seyrsizdir. Dişilərin sinəsi armudvaridir. Parazitaer həyat sürürlər. Balaları digər həşəratların yuvalarında olan balaları yeyirlər.
Patrisya qasırğası
Patrisya Tropik Qasırğası (ing. Hurricane Patricia) — Qərb yarımkürəsində səbt olunmuş ən güclü tropik qasırğadır. Bu qasırğa, 2015 oktyabr ayının ortasında, Meksikanın cənub qərbdə yerləşən Tehuantepek körfəzində daha güclənib və 5ci qat tropik qasırğa adlanıbdır. Patrisya qasırğası Meksika sahillərində 325km/h sürəti yellər və 14 metirlik hündürlükdə dalğalar yaradıb, Meksikada böyük qorxu və xəsarətə səbəb olub gücsüzləşəndən sonra ABŞ Tekzas ştadına doğru yönlənmişdir. Son rəsmi rəqəmlərə görə bu qasırğa mustəqim olaraq 8 nəfər və qeyri mustəqim 5 nəfərin ölümünə və ən azı 37 milyon dollar maddi xəsarət vurmuşdur.
Sendi qasırğası
Sendi qasırğası (ing. Hurricane Sandy) - Atlantik okeanında yaranmış və indiyə qədər qeydə alınmış ən güclü qasırğa. Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Baham adaları, Kanada və ABŞ-də Sendi qasırğası nəticəsində ciddi dağıntılar yaranmışdır. 2012-ci ilin oktyabr ayında Karib hövzəsində başlanan qasırğa, oktyabrın sonlarına doğru daha da şiddətlənmişdir. Hal-hazırda qasırğa ABŞ sahillərinə çatmışdır. Sendi qasırğası nəticəsində onlarla insan həlak olmuşdur, ümumi dəymiş ziyanın 50 milyard dolları keçəcəyi ehtimal olunur.
Tayfun qasırğası
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Toz qasırğası
Güclü külək vasitəsilə böyük miqdarda torpaq hissəciklərinin və qumun sovurulub aparılmasıdır. Torpaq qasırğası bəzən milyon tonlarla tozu uzaq məsafəyə aparıb əkinlərin üzərinə tökür, yararlı torpaqları, bitkiləri məhv edir. Çöllərdə qoruyucu meşə zolaqları salmat və s. aqrotexniki tədbirlərə toz qasırğası ilə mübarizə aparılır.
Çim qarışqası
Çim qarışqası — Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ == Həyat tərzi == Miqdarca ən çox olan növdür. Çox az yer tapılır ki, orada bu qarışqa növünə rast gəlinməsin. Təbiətin bu miskin varlığı öz qidasını tələsmədən, bütün künc-bucağı diqqətlə nəzərdən keçirməklə qarşısına çıxan çiçəyin və mənənəsinin şirəsini nuş edir. Çim qarışqası özlərindən kiçik cücülərlə qidalanır, heyvan cəsədlərini gəmirir. Amma onların qış üçün tədarük ütdikləri dən olur. Çim qarışqası son dərəcə məhsuldar, cəsarətli və yaman inadcıldır. Belə ki, kəşfiyyat və əmək prosesində ölənləri əvəz etmək üçün dişi fərdlər fasiləsiz olaraq yumurta qoyur. Yuvalar həmişə yumurta və puplarla dolu olur. Buna görə də təbiətdə çim qarışqası başqa növlərə nisbətən çoxluq təşkil edir və onlar geniş miqyasda yayılırlar. Bu səbəbdən də onların himayəsində olan ərazinin sərhəddini müəyyən etmək olmur.
İmperiya qadağası
İmperiya qadağası (alm. Reichsacht‎) Müqəddəs Roma İmperiyasında kiminsə qanundan kənar olduğunu elan etməyin bir növü idi. Müxtəlif vaxtlarda bu, Müqəddəs Roma İmperatoru, Reyxstaq və ya digər məhkəmələr tərəfindən elan edilə bilərdi.alm. Geächtete‎ (təxminən 17-ci əsrdən etibarən, danışıq dilində Vogelfreie, "quş kimi azad") kimi tanınan imperiya qadağası altında olan insanlar bütün hüquqlarını və mülklərini itirdilər. Onlar qanuni olaraq ölü sayılırdılar və hər kəsə hüquqi nəticələr olmadan onları soymağa, yaralamağa və ya öldürməyə icazə verilirdi. İmperiya qadağası avtomatik olaraq bir insanın aforoz edilib kilsədən xaric edilməsindən sonra tətbiq edilirdi, habelə imperiya qadağası altında olan bir şəxsə kömək təklif edən hər kəsə şamil edilirdi. Qadağan edilmiş şəxslər qanuni orqana müraciət edərək qadağanı geri götürə bilərdilər. İmperiya qadağasının daha güclü versiyası olan Aberacht (Mənfurluq) geri qaytarıla bilməzdi. İmperiya qadağası bəzən bütün feodal əraziyə tətbiq edilirdi. Bu halda, digər feodallar onlara hücum edə və onları fəth etməyə çalışa bilərdilər.
Daniel qasırğası
Daniel qasırğası — son dərəcə ölümcül Aralıq dənizi siklonudur. Liviyada fəlakətli fəsadlar törətmiş və həmçinin Avropanın cənub-şərqinə təsir etmişdi. Sentyabrın 4-də yaranan fırtına öncə Yunanıstan, Bolqarıstan və Türkiyəyə təsir etdi və orada geniş daşqınlara səbəb oldu, tezliklə subtropik xüsusiyyətlər meydana gəldi və Liviya sahillərinə doğru hərəkət etdi. Quruya çatmazdan əvvəl fırtına tropik oldu. Liviya sahillərində fəlakətli daşqınlar baş verdi, daha sonra qalıq aşağı səviyyəyə çevrildi. Fırtına Omeqa blokunun nəticəsində yarandı, çünki yüksək təzyiq zonası iki aşağı təzyiq zonası arasında sıxışaraq Yunan hərfi omeqa (Ω) əmələ gətirdi. == Liviyada fəlakətli daşqın == Fırtına Liviya sahillərində fəlakətli nisbətdə daşqınlara səbəb oldu. Liviya səlahiyyətlilərinin məlumatına görə, sentyabrın 12-nə 2300 nəfərin öldüyü və daha 7 minə yaxın insanın yaralandığı bilinirdi. Sentyabrın 13-nə olan məlumata görə, ölənlərin sayı 7000 nəfəri ötüb, daha 100 000 nəfər isə hələ də itkin düşmüş hesab olunurdu. Sentyabrın 15-də ölənlərin sayı 11.300 nəfəri ötdü.Qasırğa sentyabrın 10-da Liviyanın şərqində baş verdi və Benqazi , Derna şəhərləri və Əl Cəbəl əl-Əxdar bələdiyyəsinə təsir etdi.
Şam qarğası
Şam qarğası (lat. Nucifraga caryocatactes), qarğalar (Corvidae) ailəsindən bir quş növüdür.
Labrador qaqası
Labrador qaqası (lat. Camptorhynchus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Bill qasırğası (2009)
Bill qasırğası (ing. Hurricane Bill) — 2009-cu ildə Şimali Atlantika hövzəsində qasırğa səviyyəsinə çatan ilk tropik siklondur və atmosfer spiral formalaşmasının diametrinə görə Atlantik okeanında ilk on ən böyük siklondan biridir. Kabo-Verde tipli Bill qasırğası 15 avqust şənbə günü Afrikanın qərb sahillərindən hərəkət edən və Kabo-Verde adaları ərazisində tropik çökəklik zonası yaradan isti hava dalğasından yaranıb. Qərb-şimal-qərb istiqamətində hərəkət edən siklonun konvektiv sistemi gün ərzində tropik tufan səviyyəsinə, daha sonra qasırğanın gücünə qədər güclənərək avqustun 17-dən 18-nə keçən gecə Saffir-Simpson təsnifat şkalası üzrə sabit küləyin sürəti 215 km/saat olmaqla dördüncü kateqoriyaya çatıb. Daha da irəlilədikcə, qasırğa şimala doğru istiqamətini dəyişərək, Bermud adalarının sərhədini keçbi tədricən zəifləməyə başladıqdan sonra Yeni Şotlandiya və Nyufaundlend ərazisinə keçir. Avqustun 23-də Bill şərq-şimal-şərq istiqamətinə dönərək ertəsi gün sürəti 120 km/saat olan davamlı elementar küləklərlə Kanadanın şərq sahilinə çatır. Qasırğanın yaratdığı dəniz dalğaları Kiçik və Böyük Antil adaları sahillərində, Baham adalarına və ABŞ-nin şərq sahillərinə dağıdıcı təsir göstərərək, iki nəfərin həyatına son qoyub. Bill Kanadanın şərqinə 1-ci kateqoriyalı qasırğa kimi çatıb, lakin ölkənin şərq hissəsindən keçərkən yeni insan tələfatının qarşısı alınıb. == Meteoroloji tarixi == 12 avqust 2009-cu ildə Afrikanın qərb sahillərində isti tropik dalğa yaranaraq, Atlantik okeanına daxil olub və qərbə doğru irəliləyir. ABŞ Milli Qasırğa Mərkəzinin mütəxəssisləri dalğanın tropik siklonlardan birinə çevrilmə ehtimalının yüksək olacağını proqnozlaşdırmışdılar, çünki onun hərəkəti geniş ərazidə başlayıb, yağış və tufan aktivliyi ilə müşayiət olunurdu.
Qırmızı meşə qarışqası
Qırmızı orman qarışqası(Formica rufa), (Hymenoptera) dəstəsindan bir böcək növü.
Spirtli içki qadağası
Spirtli içki qadağası — spirtli içkilərin istehsalı və satışının qadağan edilməsi.
Nüvə Silahlarının Qadağası Müqaviləsi
Müqavilənin qəbulu ilə nəticələnmiş Birləşmiş Millətlər Təşkilatındakı 7 iyul 2017-ci il tarixli səsvermə Nüvə Silahlarının Qadağası Müqaviləsi, məqsədi nüvə silahlarının və silah texnologiyasının qadağası olan beynəlxalq müqavilə. 7 iyul 2017-ci ildə qəbul edilmişdir.
ABŞ-da spirtli içki qadağası
ABŞ-də spirtli içki qadağası (ing. Prohibition in the United States) - Amerika Birləşmiş Ştatlarında 1920-1933-cü illər ərzində spirtli içkilərin istehsalı, daşınması və satışının qadağan edildiyi dövr.
Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsi
Nüvə Sınaqlarına Qismən Qadağa Müqaviləsi (ing. :Partial Nuclear Test Ban Treaty-PTBT) və ya tam adı ilə Atmosferdə, Kosmik fəzada və Su Altında Nüvə Sınaqlarının Qadağa Müqaviləsi, yer altından başqa bütün növ nüvə silahlarının sınaqlarını qadağan edən müqavilədir. Bu müqavilə həmçinin, Məhdud Test Qadağası Müqaviləsi (ing. Limited Test Ban Treaty-LTBT) və Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (ing. :Nuclear Test Ban Treaty-NTBT) olaraq da adlandırılır. Müqavilə, SSRİ, Birləşmiş Krallıq və ABŞ hökumətləri tərəfindən 5 avqust 1963-cü ildə Moskvada imzalanmışdır və digər ölkələr tərəfindən də imzalanması mümkündür. Müqavilə rəsmi olaraq 10 oktyabr 1963-cü ildə qanuni qüvvəyə minmişdir. O tarixdən bu yana, 123 ölkə müqavilənin üzvü olmuşdur, on ölkə isə müqaviləni imzalamış, ancaq təsdiq etməmişdir. Fransa və Çin-Sovet krizini səbəb göstərən Çin hökuməti müqaviləni imzalamamışdır.
ABŞ-də spirtli içki qadağası
ABŞ-də spirtli içki qadağası (ing. Prohibition in the United States) - Amerika Birləşmiş Ştatlarında 1920-1933-cü illər ərzində spirtli içkilərin istehsalı, daşınması və satışının qadağan edildiyi dövr.