Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazıməmməd
Hacıqabul (əvvəlki adı Qazı-məmməd olub) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati mərkəzi. == Tarixi == XX əsrin başlanğıcında Azərbaycanı işğal edən Rusiya kommunistləri bu yaşayış məntəqəsinin adını dəyişərək ona kommunist rəhbərlərdən olan Qazıməmməd Ağasıyevin adını veriblər. 1938-ci ildə bura rayon tabeli şəhər statusu verildi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra 2000-ci ildə şəhərin və tabe olduğu rayonun adı dəyişdirilərək ona əvvəlki adı qaytarılıb. == Coğrafiyası və iqlimi == Əsasən düzənlikdir, lakin Böyük Qafqaz dağlarının bəzi təpəlikləri rayonun ərazisində aydın görünür. Torpaqları şoran, bitki örtüyü zəifdir. Kür çayı sahili boyunca tuqay meşələri uzanır. Meşələrdə çaqqal, canavar, tülükü, vəhşi pişik, porsuq, kirpi, dovşan və gürzə kimi zəhərli ilanlar yaşayır. İqlimi olduqca sərtdir, yayda çox isti, qışda çox soyuq. == Əhalisi == == Dəmiryol == Hacıqabul, şərqdən qərbə doğru uzanan, Azərbaycanın paytaxtını Bakını ölkənin qalan hissəsi ilə birləşdirən Azərbaycanın əsas dəmir yolu xəttlərindən birində yerləşir.
Qazıməmməd Ağasıyev
Ağasıyev Qazıməmməd Ağası oğlu (1882, Axtı – 19 sentyabr 1918, Qasımkənd, Dağıstan vilayəti) — fəhlə hərəkatı iştirakçısı. Azərbaycanda və Dağıstanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparmışdır. == Həyatı == Qazıməmməd Ağasıyev 1896-cı ildə Bakıya gəlmiş, Balaxanı, Bibiheybət neft mədənlərində işləmişdir. 1904-cü ildə RSDFP-yə daxil olmuşdur. 1905 ildə Bakı Fəhlə Deputatları Sovetinin üzvü seçilmişdir. Dağıstandan olan ləzgi fəhlə və kəndlilər arasında inqilabi iş aparan ―Faruq‖("Ədalət carçısı") sosial-demokrat qrupunun yaradıcılarından idi. 1908 ildə Neft Sənayesi Fəhlələri İttifaqının Bibiheybət şöbəsinin idarə heyətinə seçilmişdi. Həmin il Bakıdan sürgün edilmiş, Gəncədə inqilabi iş aparmış, həbs olunmuşdur. Həbsdən sonra Dağıstanda inqilabi işi davam etdirmişdi. 1910 ildə yenidən Bakıya qayıtmışdı.
Qazıməmməd rayonu
Qazıməmməd rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1939–1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qazıməmməd şəhəri olmuşdur. == Tarixi == Qazıməmməd rayonu 8 oktyabr 1943-cü ildə Əli Bayramlı rayonunun 5, Şamaxı rayonunun isə 1 kənd sovetliyi hesabına yaradılmışdır. Qazıməmməd rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir. 1947-cı il məlumatlarına görə Qazıməmməd rayonuna 1 şəhər (Qazıməmməd şəhəri), 2 şəhər tipli qəsəbə (Bəndovan və Pirsaat) və 7 kənd sovetliyi daxil idi. Qazıməmməd rayonu 4 dekabr 1959-cu il tarixində ləğv edilmiş, ərazisi isə Əli Bayramlı rayonuna birləşdirilmişdir. == Əhalisi == 1939-cu il siyahıyalmasına görə Qazıməmməd rayonunda 20.056 nəfər yaşamışdır. Onlardan 84,1%-i azərbaycanlı, 12,7%-i isə rus olmuşdur.
Qaraməmməd
Qaraməmməd — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Meğraşad qoyulmuşdur. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == XIX əsrə aid mə'lumatda kəndin qars əyalətində yerləşdiyi göstərilir,. 1590-cı ilə aid mənbədə Qara Məhəmməd kimidir. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də məskunlaşdıqdan sonra əhali qarışıq olmuşdur. XX əsrin 30-cu illərində ayrılıqda qalmış azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1946-cı ildə kənd ermənicə Mеğraşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə qеyd edildiyinə görə kənd Ərəbgirli camaatından bir qrup ailənin ayrılaraq kənarda məskunlaşması nəticəsində yaranmışdır Ərəb dilində qəryə "kənd" sözündən və Məhəmməd şəxs adından ibarətdir. === Antropotoponimi === Toponim Qaraməmməd şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir.
Hacıməmməd Padarov
Padarov Hacı Məmməd İbrahim oğlu -polkovnik. Azərbaycan SSR Baş Siyasi idarəsində, NKVD-də və DTN-də 1931-ci ildən 1954-cü ilədək işləmiş, Azərbaycan SSR Təhlükəsizlik nazirinin müavini Balakən rayon Siyasi İdarəsinin müvəkkili Hacı Məmməd Padarov idi. Axtarışda olan Molla Mustafa Şeyxzadəni tapıb hökumətə vermək üçün Padarov Omarxan Xalayevdən istifadə etdi. Daha doğrusu, Omarxana hədə-qorxu gəlib Şeyxzadənin gizləndiyi yeri öyrəndi. Onu Tiflisin Ortacalasında həbs edib Balakənə gətirdi, oradan da Bakıya apardılar. Buna görə Hacı Məmməd İbrahim oğlu Padarovu deputat seçdilər. Daha sonra respublika istintaq şöbəsinin rəisi və Dövlət Təhlükəsizlik nazirinin müavini vəzifəsinə qədər yüksəltdilər. Rütbəsi də polkovnik oldu.
Hacıməmməd Qafqazlı
Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı) (24 mart 1898, Lənkəran, Lənkəran qəzası – 21 sentyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == 1898-ci ildə Lənkəranda şair ailəsində doğulan Hacıməmməd Qafqazlı əvvəlcə mollaxanada oxuyub, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində təhsilini davam etdirib. 14 yaşından Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. Sənətə, teatra olan hədsiz marağı həmin dövrdə Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra tanınmış maarifçilərlə, ziyalılarla yaxından tanışlığına səbəb olub. Məhz bu maraqla 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib. İstedadını görən Abbas Mirzə Şərifzadə təkidlə onu Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb. İlk rolu isə Hüseyn Cavidin "Uçurum" pyesində olub. Bundan sonra teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb, teatr sahəsindəki xidmətlərinə görə "Azərbaycan SSR əməkdar artisti" (1943) fəxri adına layiq görülüb.
Hacıməmməd Ramazanov
Hacıməmməd Ramazanov (tam adı: Hacıməmməd Yusif oğlu Ramazanov; 25 noyabr 1951, Sumaylı, Zaqatala rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. == Həyatı == Hacıməmməd Ramazanov 1951-ci il noyabrın 25-də Zaqatala rayonunun Sumaylı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası üzvüdür. Hacıməmməd Ramazanov ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 66 nömrəli Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hacıməmməd Ramazanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 66 saylı Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hacıməmməd Ramazanov, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov, Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının, Azərbaycan—Bosniya və Herseqovina, Azərbaycan—Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.