Hacıməmməd Ramazanov (tam adı: Hacıməmməd Yusif oğlu Ramazanov; 25 noyabr 1951, Sumaylı, Zaqatala rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı.
Hacıməmməd Ramazanov | |
---|---|
26 noyabr 1995 – 30 noyabr 2005 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 noyabr 1951 (72 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Hacıməmməd Ramazanov 1951-ci il noyabrın 25-də Zaqatala rayonunun Sumaylı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda ali təhsil alıb. Rus dilini bilir.
Hacıməmməd Ramazanov ailəlidir, 2 övladı var.
1995-ci il noyabrın 26-da baş tutan parlament seçkilərində 66 nömrəli Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Hacıməmməd Ramazanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]
Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 66 saylı Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hacıməmməd Ramazanov, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov, Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının, Azərbaycan—Bosniya və Herseqovina, Azərbaycan—Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.[3][4]