Qaraməmməd — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd.[2]Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Meğraşad qoyulmuşdur.
Kənd | |
Qaraməmməd | |
---|---|
40°51′ şm. e. 43°42′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Amasiya rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.750 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[3]
XIX əsrə aid mə'lumatda kəndin qars əyalətində yerləşdiyi göstərilir[4],[5]. 1590-cı ilə aid mənbədə Qara Məhəmməd kimidir. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də məskunlaşdıqdan sonra əhali qarışıq olmuşdur. XX əsrin 30-cu illərində ayrılıqda qalmış azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1946-cı ildə kənd ermənicə Mеğraşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə qеyd edildiyinə görə kənd Ərəbgirli camaatından bir qrup ailənin ayrılaraq kənarda məskunlaşması nəticəsində yaranmışdır[6][7] Ərəb dilində qəryə "kənd" sözündən və Məhəmməd şəxs adından ibarətdir.[8]
Toponim Qaraməmməd şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
1897-ci ildə kənddə 20 nəfər azərbaycanlı yaşamışdır[9]. Ermənilər buraya 1828-ci ildən sonra İran və Türkiyədən köçürülmüşdür. Azərbaycanlılar 1918–20-cı illərdə tarixi vətənlərindən deportasiya olunmuşdur.