Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qletçer
Devid Fletçer
David John Fletcher MBE (1942, Birləşmiş Krallıq) — zirehli müharibə tarixində, xüsusən də Birləşmiş Krallıqda ixtisaslaşmış ingilis hərbi tarixçisidir. O, 1982-ci ildən 2012-ci ilin dekabrına qədər Bovinqtondakı Tank Muzeyinin əməkdaşı olub və muzeyin ən uzun müddət xidmət edən əməkdaşı olub. Həmin ilin əvvəlində o, Kaliforniyada keçirilən tanklar üzrə beynəlxalq simpozium olan "Operation Think Tank" simpoziumunda panel iştirakçısı olub. O, həmçinin Tank Muzeyi üçün YouTube kimi müasir medianı təqdim edir. David Fletcher, The Tank Museum YouTube kanalında tamaşaçılara Muzeyin kolleksiyasındakı müəyyən bir tank haqqında qısa məlumat verdiyi "Tank Chats" (Tank söhbətləri) adlı müntəzəm video seriyasının müəllifi və aparıcısıdır. Bovinqtondakı son ilində o, zirehli müharibə tarixindəki xidmətlərinə görə Kraliçanın Yeni İl Mükafatları Siyahısında Britaniya İmperiyası Ordeni ilə təltif edilmişdir. == Nəşr edilmiş əsərləri == Onun nəşrlər siyahısı 30 kitab da daxil olmaqla olduqca genişdir. Bunların bir çoxu həmin mövzuda standart əsərlər hesab olunur. Fletcher, David. Cromwell Tank: Vehicle History and Specifications.
Yulian Fletçer
Yulian Fletçer (8 oktyabr 1990) — Bermud adalarını təmsil edən üzgüçü. Yulian Fletçer Bermud adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yulian Fletçer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.73 saniyəlik nəticəsi ilə 40-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Henri Fletçer Hans
Henri Fletçer Hans (ing. Henry Fletcher Hance, 4 avqust 1827, London, İngiltərə, Birləşmiş Krallıq – 22 iyun 1886) — Britaniya botaniki və diplomatı. == Bioqrafiya == Henri Fletçer Hans 4 avqust 1827-ci ildə Londonda anadan olmuşdur.. O, London və Belçıkada təhsil almışdır. 1878-ci ildən 1881-ci ilədək və 1883-cü ildə o, Kantonda konsul təyin olunmuşdur. 1886-cı ildə isə Syamın şəhərində konsul təyin olunmuşdur. Henri Fletçer Hans 22 iyun 1886-cı ildə Syamın vəfat etmişdir.. == Elmi fəaliyyəti == Diplomat Henri Fletçer boş vaxtlarını floranın öyrənilməsinə həsr edirdi. O, qıjıkimilərin və toxumlu bitkilərin öyrənilməsi üzrə ixtisaslaşmışdı.. Henri Fletçer çoxlu botanika taksonlarının adlandırılmasının müəllifidir..
Qleyşer (Vaşinqton)
Qleyşer (ing. Glacier) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 211 nəfər olmuşdur. Adam başına düşən illik gəlirə görə həm Vaşinqton ştatında, həm də Uatkom əyalətində axırıncı (255-ci) olmuşdur. 1909-cu ildə Cenni Von tərəfindən əsası qoyulmuş və adlandırılmışdır. Əvvəllər ərazidə qızıl mədənləri, daha sonra isə kömür mədənləri fəaliyyət göstərmişdir. 1904-cü ildə Belliqnham Bey və Britaniya Kolumbiyası dəmir yolu (Bellingham Bay and British Columbia Railroad) çəkilmişdi. 1915-ci ildə artıq burda 3 otel, mağaza, inzibati bina və digər ictimai-iaşə obyekti var idi. 1923-cü ildə Mount Beyker Magistralı (Mount Baker Highway) açıldı. Ümumi ərazisi 7.8 km² olub, tamamilə quru ərazisindən ibarətdir.
Aleksandr Qlezer
Aleksandr Qlezer (10 mart 1934, Bakı – 4 iyun 2016, Paris) — tanınmış yazıçı və kolleksiyaçı. == Həyatı == Aleksandr Qlezer 1934-cü ilin martında Bakıda anadan olmuşdur. Uzun müddət Ufada yaşamışdır. Moskva Neft İnstitutunun məzunudur. 1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlamış və gürcü şairlərinin 7 kitabını tərcümə etmişdir. Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanmış və onları toplamaqla məşğul olmuşdur. 1970-ci illərdə SSRİ-dən deportasiya edilmişdir. Sürgündən sonra şair Fransaya köçmüş və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini oraya apara bilmişdir. Sonradan o, ABŞ-nin Nyu-Cersi ştatına köçüb. 2016-cı il iyunun 3-dən 4-nə keçən gecə Fransanın paytaxtı Parisdə 82 yaşında vəfat etmişdir.
Marqaret Tetçer
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[…], Qrantem[d], Linkolnşir qraflığı[d][…] – 8 aprel 2013[…], Rits oteli[d], Vestminster borosu[…]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur. Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi.
Qetter Yaani
Qetter Yaani (est. Getter Jaani; d. 3 fevral 1993, Tallin) — Estoniya pop-müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Rockfeller Street" (azərb. Rokfeller küçəsi‎) mahnısı ilə təmsil etmiş, finala çıxmış, 24-cü yeri tutmuşdur. 1993-cü ilin 3 fevralında Tallində anadan olmuş və böyümüşdür. 2015-ci ildə gecə məktəbindən məzun olaraq diplomunu almışdır. İlk dəfə "Eesti otsib superstaari" (azərb. Estoniya super ulduz axtarışındadır‎) müsabiqəsinin 3-cü mövsümündə tanınmış və 4-cü yeri tutmuşdur. 2011-ci ildə 2011 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir və "Rockfeller Street" mahnısı ilə finalda 24-cü yeri tutmuşdur.
Ölətlər
Ölətlər (Monqolca:ölöt, ööld, öölöd, ögölöt) — Oyratların etnoqrafik qrupu. Bu tayfanın adına Lubsan Dandzanın "Altın Tobçi" və "Monqolların gizli dastanı"nda rastlanır. Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə – çöl aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər məmləkətlərindəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Naymanlar isə kereitlərdən qərbdə məskən salmışdı. Tatarlardan, keraitlərdən və naymanlardan şimalda monqol adlı qəbilə yaşayırdı. Monqollardan qərbdə Xanqay dağlarının ətəklərində və Baykal gölünün ətraflarında merkitlər, Sayan dağları ilə Baykal gölü arasında oyratlar, Cunqariyada uyğurlar məskunlaşmışdılar.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
David Fletcher
David John Fletcher MBE (1942, Birləşmiş Krallıq) — zirehli müharibə tarixində, xüsusən də Birləşmiş Krallıqda ixtisaslaşmış ingilis hərbi tarixçisidir. O, 1982-ci ildən 2012-ci ilin dekabrına qədər Bovinqtondakı Tank Muzeyinin əməkdaşı olub və muzeyin ən uzun müddət xidmət edən əməkdaşı olub. Həmin ilin əvvəlində o, Kaliforniyada keçirilən tanklar üzrə beynəlxalq simpozium olan "Operation Think Tank" simpoziumunda panel iştirakçısı olub. O, həmçinin Tank Muzeyi üçün YouTube kimi müasir medianı təqdim edir. David Fletcher, The Tank Museum YouTube kanalında tamaşaçılara Muzeyin kolleksiyasındakı müəyyən bir tank haqqında qısa məlumat verdiyi "Tank Chats" (Tank söhbətləri) adlı müntəzəm video seriyasının müəllifi və aparıcısıdır. Bovinqtondakı son ilində o, zirehli müharibə tarixindəki xidmətlərinə görə Kraliçanın Yeni İl Mükafatları Siyahısında Britaniya İmperiyası Ordeni ilə təltif edilmişdir. == Nəşr edilmiş əsərləri == Onun nəşrlər siyahısı 30 kitab da daxil olmaqla olduqca genişdir. Bunların bir çoxu həmin mövzuda standart əsərlər hesab olunur. Fletcher, David. Cromwell Tank: Vehicle History and Specifications.
Simli Alətlər
Çeşidinə və geniş yayılma arealına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri vardır. Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə, qartalın parçaladığı bir heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilmiş bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da, tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır. Simli musiqi alətləri ifa tərzinə görə dörd qrupa bölünür: Mizrabla çalınanlar: tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çoğur Kamanla çalınanlar: kamança, çəqanə Barmaqla çalınanlar: (dartımlı) çəng, Şirvan tənburu Zərblə çalınanlar: səntur, sevəndər Simli çalğı alətləri, əsasən, üç hissədən ibarətdir: Çanaq (gövdə). Burada səs rezonansı yaranır, formalaşır və güclənir.
Hit Ledcer
Hit Endrü Ledcer (4 aprel 1979[…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bir çox Avstraliya istehsalı olan film və televiziya işlərində rol alaraq diqqətləri cəlb etmiş və karyerasını inkişaf etdirmək üçün 1998-ci ildə ABŞ-yə köçmüşdü. Prodüser və rejissor olduğu musiqi videoları da var idi. Kinorejissor olmağı arzulayırdı. O, 2005-ci ildə eyniadlı hekayə əsasında ekranlaşdırılan "Qozbel dağ" filmində homoseksual münasibəti olan kovboyu canlandırmışdı. Bu filmdəki tərəf müqabili ABŞ aktyoru Ceyk Cillenhol idi. Hit, filmdəki performansına görə "BAFTA", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd göstərilmişdi. Hit Ledcer 2008-ci ilin yanvarında Kristofer Nolanın rejissoru olduğu, Betmen filmlər silsiləsinin ikinci hissəsi olan "Qara cəngavər" filminin çəkilişləri başa çatdıqdan bir müddət sonra öz yaşadığı SoHo-dakı mənzilində ölü vəziyyətdə tapılıb. Ölüm səbəbi kimi resept əsasında satılan dərmanların səhvən həddindən artıq dozada qəbul edilməsi göstərilir. O, "Qara cəngavər" filmində kriminal kloun olan Cokeri ifa etmişdi.
Leyla Gəncər
Leyla Gəncər (türk. Leyla Gencer; 10 oktyabr 1928 və ya 10 oktyabr 1924, Konstantinopol – 10 may 2008 və ya 9 may 2008, Milan) — XX əsrin məşhur türk opera müğənnisi (soprano) və müəllim. Türkiyənin Dövlət artisti (1988). == "La Diva Turca" == Opera dünyasında "La Diva Turca" (Türkiyə divası) və "La Regina" (Kraliça) kimi tanınan Leyla Gəncər karyerasının böyük hissəsini İtaliyada keçirmiş məşhur belkanto (soprano) müğənnisi idi. 1950-ci illərin əvvəlindən 1980-ci illərin ortalarına qədər və onun repertuarı yetmişdən çox hissəni əhatə edir. O, çox az kommersiya qeydləri edib, lakin onun ifalarının çoxsaylı qeyri-kommersiya qeydləri mövcuddur. Leyla Gəncər Donizettinin operalarının qəhrəmanlarına xüsusi üstünlük verirmişdir. == Uşaqlıq və gəncliyi == Müğənninin əsl adı Ayişə Leyla Çeyrəkgildir (türk. Ayşe Leyla Çeyrekgil). O, 1928-ci il oktyabrın 10-da Türkiyənin İstanbul şəhərinin Polonezköy kəndində anadan olub.
Hit Lecer
Hit Endrü Ledcer (4 aprel 1979[…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bir çox Avstraliya istehsalı olan film və televiziya işlərində rol alaraq diqqətləri cəlb etmiş və karyerasını inkişaf etdirmək üçün 1998-ci ildə ABŞ-yə köçmüşdü. Prodüser və rejissor olduğu musiqi videoları da var idi. Kinorejissor olmağı arzulayırdı. O, 2005-ci ildə eyniadlı hekayə əsasında ekranlaşdırılan "Qozbel dağ" filmində homoseksual münasibəti olan kovboyu canlandırmışdı. Bu filmdəki tərəf müqabili ABŞ aktyoru Ceyk Cillenhol idi. Hit, filmdəki performansına görə "BAFTA", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd göstərilmişdi. Hit Ledcer 2008-ci ilin yanvarında Kristofer Nolanın rejissoru olduğu, Betmen filmlər silsiləsinin ikinci hissəsi olan "Qara cəngavər" filminin çəkilişləri başa çatdıqdan bir müddət sonra öz yaşadığı SoHo-dakı mənzilində ölü vəziyyətdə tapılıb. Ölüm səbəbi kimi resept əsasında satılan dərmanların səhvən həddindən artıq dozada qəbul edilməsi göstərilir. O, "Qara cəngavər" filmində kriminal kloun olan Cokeri ifa etmişdi.
Qətər Dövləti
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Qətər Fondu
Qətər bayrağı
Qətər bayrağı — Qətərin Dövlət bayrağı
Qətər coğrafiyası
Qətər əmirliyi Ərəbistan yarımadasının şimal-şərqində, İran körfəzinin sahilində eyniadlı yarımadada yerləşir. Yarımadanın şimaldan cənuba uzunluğu 145 km, qərbdən şərqə 85 km, sahil xəttinin uzunluğu isə 410 km-dir. Yarımadanın yaxınlığındakı məskunlaşan və məskunlaşmayan bəzi adalar və adacıqlar (Aneybar, Xəlul, əl-Mərakkat, əl-Cəzirət əl-Əliyə, əl- Cəzirət əs-Sufliya, İbruk) və b. Qətər əmirliyinin tərkibinə daxildir. Qətərin qərbində yerləşən Davaxil arxipelaqının Havar adası və onun qonşuluğundakı bir sıra kiçik adacıqların hansı dövlətə məxsus olması hələlik həll olunmamışdır. Ölkənin hakim dairələri bu ərazilərin Qətərə məxsus olduğunu iddia edirlər. Son rəsmi məlumatlara görə Qətərin sahəsi 11,3 min kv. km-dir. O, yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə quru sərhədlərə malikdir. Qətərin quru sərhədlərinin ümumi uzunluğu 80 km-dir.
Qətər gerbi
Qətər gerbi (ərəb. شعار قطر‎‎; ing. State of Qatar) — Qətərin dövlət rəmzlərindən biri. Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan Qətər şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı və şərqdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatə olunub Bu ölkənin dövlət rəmzləri: Qətər bayrağı, Qətər gerbi və Qətər himnidir. Çevrə (və ya dairə) formasında olan Qətər gerbindəki sarı dairədə iki iç-içə keçmiş ağ əyri qılınc vardır. Qılıncların arasında iki xurma ağacı olan bir adanın yanında mavi və ağ dalğalarda üzən bir gəmi var. Dairə üfüqi olaraq bölünən yuvarlaq bir obyektlə əhatə olunmuşdur. Ağ bölmədə Qətər dövlətinin adı qara kufi xətti ilə yazılmış, tünd qırmızı rəngli bölməsində isə ingiliscə Qətər dövləti sözü ("ing. State of Qatar") yazılmışdır.
Qətər himni
"Əmirə səlam" (ərəb. السلام الأميري‎‎) — Qətər dövlət himni.
Qətər iqtisadiyyatı
Qətər inkişaf etməkdə olan ölkələr arasında ötən əsrin 70-ci illərinin "neft erasından" bəhrələnən dövlətlərdən biridir. Neft və təbii qaz bu ölkənin "taleyini" əsaslı surətdə dəyişdirmiş, onun sosial iqtisadi simasında dərin iz buraxmışdır. Qətərin olduqca zəif milli təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə çatmışdır. XXI əsrin əvvəlləri üçün ÜDM həcmi 19 mlrd. dollara yaxınlaşmış, adambaşına düşən milli gəlir isə 20 mln. dolları ötmüşdür. Son 30 ildə (1975 – 2005) bu ölkədə ən yeni texnika və avadanlıqlarla təchiz olunan neft-qaz mədənləri, yataqlardan onların çıxarılması və emalı, neft-kimya, qaz mayeləşdirici müəssisələr, metallurgiya zavodları, su təmizləyici və suvarma qurğuları, limanlar, müasir memarlıq üslubunda binalar, yollar və s. tikilmişdir. Yaxın vaxtlara qədər kasıb ölkə sayılan Qətərin sosial-iqtisadi nailiyyətləri iqtisadiyyatın daxili inkişafı hesabına deyil, əsasən neft və təbii qaz ixracatından banklara yığılan gəlir hesabına olmuşdur. "Neft dolları" adlanan bu vəsait ilk növbədə sənaye obyektlərinin tikintisinə və dövlətin digər ehtiyaclarına istiqamətləndirilir.
Qətər rialı
Qətər rialı — 100 dirhəmə bərabər olan Qətər əmirliyinin pul vahididir. Rialın məzənnəsi ABŞ dolları ilə əlaqədədir. 1 ABŞ dolları 3,64 Qətər rialına bərabərdir. 28 aprel 1959-cu ilə qədər ölkədə Hindistan rupisi dövriyyədə idi. Daha sonra Fars körfəzinin ölkələri üçün buraxılmış Fars körfəzi rupisi onu əvəz etdi. Fars körfəzi rupisi Hindistan rupisi ilə əlaqədar idi. Hindistan rupisi 1965-ci ildə qiymətdən düşəndə Fars körfəzi rupisi də dəyərdən düşdü və Fars körfəzinin başqa ölkələriylə yanaşı Qətər də öz şəxsi pul vahidini buraxmağa qərar verdi. Bu hadisədən əvvəl 1966-cı ildə ölkə Səudiyyə rialına keçdi. 1 rial o vaxt ki məzənnəyə görə 1,065 rupiyə bərabər idi. Sentyabrda Qətər və Dubay mübadiləyə ümumi valyutanı daxil etdi və onu Qətər və Dubay rialı adlandırdı.
Qətər şəhərləri
Qətər Əmirliyi