Ölətlər (Monqolca:ölöt, ööld, öölöd, ögölöt) — Oyratların etnoqrafik qrupu.
Bu tayfanın adına Lubsan Dandzanın "Altın Tobçi" və "Monqolların gizli dastanı"nda rastlanır.
Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə – çöl aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər məmləkətlərindəki qullardan bir fərqi vardı: onları satmırdılar.
XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Naymanlar isə kereitlərdən qərbdə məskən salmışdı. Tatarlardan, keraitlərdən və naymanlardan şimalda monqol adlı qəbilə yaşayırdı.
Monqollardan qərbdə Xanqay dağlarının ətəklərində və Baykal gölünün ətraflarında merkitlər, Sayan dağları ilə Baykal gölü arasında oyratlar, Cunqariyada uyğurlar məskunlaşmışdılar.
Oyratlar cunqar, dörbet, xoşut, ölət qollarından ibarət idi.
Toponimikaya aid əsərlərdə Ələt adının türk-monqol mənşəli «oyrat» tayfasının Ələt//olet qolunun adından alındığı söylənilir [1].
Fəzlullah Rəşidəddin Monqolustan ərazisində Ələt yaşayış məntəqəsi haqqında məlumat vermişdir[2]. Mənbələrdən aldığımız məlumatlara görə XVIII əsrin sonu XIX əsrin əvvəllərində Volqa boyunda Alat, Özbəkistan və digər Orta Asiya ölkələrində Ələt adlı oykonimlər olmuş və olmaqdadır. Özü də maraqlıdır ki, həmin onomastik vahidlərin hamısı türk xalqlarında mövcuddur. Hal-hazırda isə Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərdə Ələt, Ələtli, Baş Ələt və s. yaşayış məntəqələri mövcuddur.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |