Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Loralay
Loralay puşt. لورلايي‎, urdu لورالائی‎) bəzən Bori (puşt. بورۍ‎) — Pakistanın Bəlucistan əyalətinin şimal-şərqində şəhər.Loralay rayonunun inzibati mərkəzi.
Qoral
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Raley
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Auqusto Morales
Auqusto Morales (14 iyun 1967) — Çilini təmsil edən stolüstü tennisçi. == Karyerası == Auqusto Morales Çilini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Auqusto Morales Çilini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Auqusto Morales Çilini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Cimmi Morales
Cimmi Ernesto Morales Kabrera (isp. Jimmy Ernesto Morales Cabrera; 18 mart 1969, Qvatemala) — 2016-ci ildən Qvatemala prezidenti. Qvatemala aktyoru, prodüseri və siyasi xadimi.
Erik Norales
Erik Norales — Honduras futbolçusu 180 sm boya malik müdafiəçi Hondurasın müxtəlif yığmalarında oynayıb. U-20 və U-23-də özünü yaxşı tərəfdən göstərən Erik əsas komandaya da cəlb olunur. Bunadək U-20-nin heyətində 2005-ci ildə Hollandiyada baş tutan dünya birinciliyinin final mərhələsində də oynayıb. Burada 13 matça 2 qol vuran futbolçu 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında və bu il təşkil olunan KONKAKAF "Gold Cup" turnirlərində əsas yığmanın şərəfini qoruyub. Özü də komandasını Pekinə məhz Norales çıxarıb. O, Olimpiya Oyunlarının seçmə mərhələsinin yarımfinalında oyunsonrası seriyada həlledici zərbəni vurmaqla, Pekinə vəsiqəni təmin edib. 2006-cı ildə "Vida"dan "Deportivo Marafon"a keçmişdir. Xəzər-Lənkəran klubunun transfer siyahısındadır. == Mənbə == Honduras yığmasının daha iki oyunçusu "Xəzər-Lənkəran"a gəlir!
Evo Morales
Xuan Evo Morales Ayma (ing. Juan Evo Morales Ayma; 26 oktyabr 1959, Oruro) — Boliviyalı siyasətçi və 2006–2019-cu illərdə Boliviyanın 80-ci Prezidenti olmuş kokalero fəalı. Ölkənin yerli əhalidən gəlmiş ilk prezidenti olaraq qəbul edilir. Onun hökumət kabinetinin üstündə durduğu əsas məsələlərə sol siyasətin tətbiq olunması, yoxsulluğun azaldılması və ABŞ və Boliviyadakı çoxmillətli korporasiyaların təsiri ilə mübarizə daxildir. Sosialist olan Morales Sosializm Hərəkatı (MAS) partiyasının rəhbəridir. İsallavinin Orinoka kantonundakı fermer aymara ailəsində dünyaya göz açan Moral məcburi hərbi xidmətdən əvvəl 1978-ci ildə Çapare əyalətinə köçərək orta təhsilini almışdır. O koka əkinçiliyi ilə məşğul olduğu bir müddətdə həmkarlar ittifaqnın üzvü olmuş, kampesino ("kənd işçiləri") birliyində yüksəlməyə başlamışdı. Bu adla o, ABŞ-nin Boliviyadakı narkotiklə mübari Bir hissəsi olaraq koka məhv etmək cəhdlərinə qarşı mübarizə apardı, bunları yerli And mədəniyyətinə qarşı imperialist bir təcavüz kimi qınadı. Onun hökumət əleyhinə birbaşa fəaliyyətində baş tutan etiraz aksiyaları çoxsaylı həbslərlə nəticələndi. Morales 1995-ci ildə seçki siyasətinə girdi, MAS-ın lideri oldu və 1997-ci ildə Konqresə seçildi.
Loralay rayonu
Loralay rayonu — Bəlucistan əyalətinin şimalında rayon.Loralay şəhərinin inzibati-mərkəzi
Himalay qoralı
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus). == Adı == Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür. == Xarici görünüşü == Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər.
Tibet qoralı
Tibet qoralı (lat. Naemorhedus baileyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Növün latın adı Britaniya kəşfiyyatçısı Federika Marşman Beylinin (1882–1976) şərəfinə adlanlandırılmışdır. Bu növ əsasən Myanmanın şimalı, Çinin cənub-şərqi və Hindistanın şimal-şərqində yayılmışlar. Tibet qoralları 2000–4500 metr hündürlüklər arasında yayılmışlar. Mövsümü miqrasiya edirlər. Miqrasiya əsasən iynə yarpaqlı ərazilərlə enli yarpaqlı ərazilər arasında olur. Gündüz həyat tərzi keçirirlər. Əsasən səhər və gecəyə yaxın faha çox hərəkət edirlər. Mamırlar qidasında üstünlük təşkil etsə də, otlada qidalanırlar.
Çin qoralı
Çin qoralı (lat. Naemorhedus griseus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Birma, Çin, Hindistan, Tayland, Vyetnam və Laos ərazisində yayılmışdır. == Xüsusiyyətləri == Bu növün nümayəndələri 910–2400 m arası yüksəkliklərdə yayılırlar. Çin ərazisində isə onlara hətta 4100 metr yüksəkliklərdə belə yayılmışdır. 4–12 başdan ibarət olan dəstələr halında yaşayırlar. Yaşlı erkəklər tənha həyat tərzi keçirir. Orta ömür müddəti 15 ildir. Çəkisi 22–35 kq arasında dəyişir. Yay ayları tükləri qısa və seyrəkdir.
Şərq qoralı
Şərq qoralı (lat. Naemorhedus caudatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Şərq qoralı bozumtul rəngə malikdir. Boğazı parlaq rəngə malikdir. Bel nahiyyəsindən tünd zolaq keçir. == Yayılması == Bu canlılar əsasən Rusiyanın cənub-şərq meşələri (Xabarovsk diyarı və Primorsk diyarı), Çinin şimal-şərqi (Heylunszyan və Qirin), üstəlik Koreya yarımadası ərazisində rast gəlinir == Həyat tərzi == Qorallar əsasən elə də böyük olamayan və sayları 4–6 baş olan qruplarda birləşirlər. Erkəklər yalquzaq olaraq yaşayırlar. Dişilər isə yay ayları balaları ilə birlikdə yaşayır. Qida arxasınca əsasən səhər və gecə saatlarında gedirlər. Əsasən ot, yarpaq və bitkilərin digər hissələri və növləri ilə qidalanır.
Borley Rektorluğu
Borley Rektorluğu - Şərqi İngiltərənin Esseks əyalətinin Borley şəhərində yerləşən və İngiltərənin ən lənətlənmiş evi kimi təsvir edilmiş məşhur ev. 1862-ci ildə Borley kilsəsinin inzibati binası kimi tikilmiş və 1939-cu ildə baş vermiş yanğından sonra 1944-cü ildə sökülmüşdür. Qotik üslublu binanın tikildiyi gündən etibarən lənətləndiyi iddia edilmişdir. 1929-cu ildə Daily Mirror qəzetində sözügedən binada paranormal fəaliyyətlərin baş verməsi ilə bağlı xəbərlər dərc edilmişdir. Harri Pris adlı parapsixoloq Borley rektorluğu binasının ingiltərədə məşhurlaşmasında xüsusi xidmətləri olmuşdur.
Qaley Allahverdiyev
Qaley Əliyeviç Allahverdiyev (29 aprel 1950, Başqırd MSSR) — Fövqəladə və səlahiyyətli səfir, filologiya elmləri doktoru, professor. Azərbaycan Yazarlar Birliyinin və Jurnalistlər İttifaqının üzvü. "Qızıl qələm" mükafatı laureatı (2003). Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda (2013 - 2021-ci illər) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Müxtəlif sahələri, o cümlədən elmi və siyasi sahələri əhatə edən 22 kitab və tərcümələrin müəllifidir. == Həyatı == Qaley Əli oğlu Allahverdiyev 1950-ci ilin aprel ayının 29-da Başqırdıstan MSSR-in Çelyabinsk vilayətinin Uçalı rayonunun Kiçik Uçalı qəsəbəsində zəhmətkeş ailəsində anadan olmuşdur. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili tərcüməçiləri şöbəsini bitirmişdir. Uzun illər İraq, Suriya, Livan, BƏƏ və Liviyada ərəb dili tərcüməçisi, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Misir, Türkiyə, İndoneziya və Qətərdə müxtəlif diplomatik vəzifələrdə çalışmışdır. 20-dən artıq monoqrafiya və tərcümələrin müəllifidir. Altıcildlik "Heydər Əliyev və Şərq" monoqrafiyasının həmmüəllifidir.
Gavdari-i Qaraney (Soyuqbulaq)
Gavdari-i Qaraney (fars. گاوداري قره ني‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).
Mr. Morale & the Big Steppers
Mr. Morale & the Big Steppers — ABŞ repçisi Kendrik Lamarın beşinci studiya albomu. 13 may 2022-ci ildə PGLang, Top Dawg Entertainment (TDE), Aftermath Entertainment, və Interscope Records tərəfindən buraxılıb.
Qarabəy
Kiçik Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd. Ulu Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd.
Kiçik Qarabəy
Kiçik Qarabəy (əvvəlki adı: Möhrətağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kiçik Qarabəy kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Möhrətağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Möhrətağ kəndi Kiçik Qarabəy kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kiçik Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Tarixi == XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ (palçıqdan tikilmış barılı məhəllə) adlandırmışdılar. 1992-ci ildə kəndin keçmış adı bərpa edildi. == Tarixi == Kiçik Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Ulu Qarabəy
Ulu Qarabəy (əvvəlki adı: Metsşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ulu Qarabəy kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Metsşen kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Metsşen kəndi Ulu Qarabəy kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ulu Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, vaxtilə Turaçayçayın Tərtər çayına töküldüyü yerdə mövcud olmuş Bəhram Qoçaq adlı kənd 1794–1795-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdı. Sonralar əhali burada Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə məntəqələrini yaratdılar. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən (XIX əsr) sonra İrandan köçüb gəlmə erməni ailələri Ulu Qarabəydə yerləşdirildi və kəndin adı erməniləşdirilərək Metsşen (böyük kənd) adlandırıldı. 1992-ci ildə kəndin keçmiş adı bərpa olundu.
Xədicə Sabiha Görkey
Xədicə Sabiha Görkey ― türk müəllim və siyasətçi, Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri. == Erkən həyatı == Xədicə Sabiha, 1888-ci ildə İstanbulun, sonra Osmanlı imperiyasının Üsküdar şəhərində Hacı İsmayıl və həyat yoldaşı Ayşənin ailəsində anadan olub. Sabiha 1903-cü ildə Üsküdar qız peşə liseyini, 1906-cı ildə isə İstanbul Dârülmuallimatını (İstanbul qız müəllimlər məktəbi) bitirmişdir. == Pedaqoloji fəaliyyəti == Sabiha 31 yanvar 1907-ci ildə Molla Gürani Orta Peşə Liseyində bədii tikmə müəllimi kimi işləməyə başlayıb. O 1904-1908-ci illərdə daha bir neçə məktəbdə müəllim kimi işləyib. O bundan sonra indiki İstanbul Universiteti olan Darülfünunda riyaziyyat üzrə təhsil almış və 1917-ci ildə oranı ən yüksək qiymətlə bitirmişdir. O həm də, universiteti bitirən ilk beş qız tələbədən biri idi. Sabiha 1917-ci ilin sentyabrında Bursadakı Müəllimlər Texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib. O, vəzifəsindən ayrılaraq məzuniyyət üçün İstanbula getmiş və bundan sonra vəzifəsinə qayıtmamışdır. Sabiha 1919-cu ilin fevral ayında Ədirnədəki Qız müəllimlər texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib və 1922-ci ilin sentyabrına qədər burada işləyib.