Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orden
Оrden — bir çox ölkələrdə xüsusi xidmətlərə görə rəsmi surətdə verilən fərqlənmə nişanı. Tarixən bir sıra monarxiyalarda bu ifadə altında xüsusi təbəqə başa düşülürdü və monarxın fərmanı və xüsusi nişanı təqdim etməsi ilə bu təbəqəyə məxsusluq vurğulanırdı. Mükafatları öyrənən elm faleristika adlanır. "Falera" Qədim Roma mükafatlarının adıdır. «Orden» sözü alm. Orden‎ və ya lat. ordo götürülərək "sıra", "qayda" deməkdir. Dövlət orden və medallarından başqa müxtəlif nazirliklərin, dövlət strukturlarının və ictimai təçkilatların da orden və medalları da vardır. Orden nümunələri == Həmçinin bax == Azərbaycan Respublikasının ordenləri == Ədəbiyyat == Алексушин Г.В., Партикулярная Россия. Samara: Издательство СЮИ МЮ РФ, 2001.
Antoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Artur Qarden
Sir Arthur Harden (12 oktyabr 1865[…], Mançester, Lankaşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 17 iyun 1940[…]) — London Kral Cəmiyyətinin üzvü, Britaniyalı biokimyaçı. O, 1929-cu ildə həmkarı Hans Karl ilə birlikdə şəkərin qıcqırması və fermentlər üzərinə tədqiqatlarına görə Kimya üzrə Nobel mükafatı ilə təltif olundu. == Bioqrafiyası == === Uşaqlıq illəri === Onun valideynləri Albert Tyas Harden və Eliza Makalister idi.O Tettenhall Kollecində təhsil almışdı, daha sonra 1882-ci ildə isə indiki Mançester Universiteti olan Ovens Kollecinə oldu və burdan 1885-ci ildə məzun oldu. === Tədqiqatları === Harden 1886-cı ildə Kimya üzrə Dalton təqaüdü qazandı və bir il müddətində Erlangendə Otto Fişer ilə çalışdı. Daha sonra, o, Mançesterə mühazirəçi kimi qayıtdı və burada o zaman yeni təsis olunmuş indiki Lister İnstitutu, keçmiş Britaniya Preventiv Tibb İnstitutuna kimyaçı kimi təyin olunana qədər qaldı və 1897-ci ildə Mançesteri tərk etdi. O 1902-ci ilin iyun ayında öz elmlər doktoru dərəcəsini Viktoriya Universitetində aldı. Beş il sonra, 1907-ci ildə Biokimya Departamentinin sədri təyin olundu və 1930-cu ildə təqaüdə çıxana qədər bu vəzifədə qaldı. Buna baxmayaraq, o, öz elmi işlərinin bu İnstitutda davam etdirdi. Harden, Mançester şəhərində karbon dioksid və xlorinə işığın təsirini araşdırdı və İnstituta daxil olarkən, bakteriya və alkolik qıcqırmanı araşdırma üsullarını göstərmişdir. O, qlükozanın yekun məhsullarını və maya hüceyrəsinin kimyəvi xassələrini araşdırmışdır və antiskorbutik və anti-nevrotic vitaminlər haqqında məqalələr yazmışdır.
Barbara Qordon
Barbara Qordon (ing. Barbara Gordon) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.
Borden adası
Borden adası (ing. Borden Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Borden adası Kraliça Yelezaveta adalarının ən qərbində yerləşən Praym Minister Qrupu kimi tanınan üç adadan ibarət qrupun ən şimalıdır. Uilkins boğazında, 18 km cənubda bu qrupun ən böyüyü olan Makkenzi-Kral adası və 34 km cənub-qərbdə ən kiçiyi olan Brok adası yerləşir. Daha böyük qonşusu 100 km şərqdə yerləşən Ellef-Rinqnes adasıdır. Adanın şimal-qərb sahili Şimal Buzlu okean tərəfindən yuyulur. Sahəsi 2794 km² olan ada ərazisinə görə dünyada 172-ci, Kanadada isə 30-cu yerdədir. Ada inzibati cəhətdən Şimal-Qərb əraziləri (ən çox) və Nunavut arasında bölünür. Sərhəd 110-cu qərb meridianı boyunca keçir.
Borden yarımadası
Borden yarımadası — Baffin Torpağının şimalında yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Lankaster boğazının cənubunda qərarlaşır. Yarımadanın şimal-şərq ərazisində Sirmilik Milli Parkı təşkil olunmuşdur. == Coğrafiya == Yarımada 225 km şimala, 169 km şərqə uzanır. Şimala rayonu, o cümlədən Hras dağları kövrək qayalardan ibarətdir. Burada hündürlük 914 mertrə çatır. Admiraliti buxtası yarımadanın qərb sahillərini, Admiraliti Soveti buxtası isə onun şərq sahillərini təşkil edir. Şərqdən Baylot adasından buxta ilə ayrılır. == Əhalisi == Yarımadanın qərb sahillərində inuitlərə aid Arktik-Bey adlı kənd vardır (823 nəf.
Daff Qordon
Lyusi Ledi Kristiana Daff Qordon (ing. Lucy, Lady Duff-Gordon; 13 iyun 1863[…], London – 20 aprel 1935[…]) - Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Dekster Qordon
Dekster Qordon (ing. Dexter Gordon, 27 fevral 1923[…], Los-Anceles, Kaliforniya – 25 aprel 1990[…] və ya 26 aprel 1990, Filadelfiya, ABŞ) tenor saksofon alətində hard bop janrının yaradıcılarından biri olan Amerikan caz saksofonçusu və aktyorudur. == Həyatı == Dekster Qordon 27 fevral 1923-cü ildə ABŞ Kaliforniya ştatında anadan olub. Atası, Dr. Frank Qordon, 1918-ci ildə Harvard Universitetinin Vaşinqton Tibb Məktəbini bitirib Los Ancelesə gələn ilk Afro Amerikalı həkimlərdən biri idi. Anası, Qvendolin Beyker, İspan-ABŞ müharibəsində İspan-ABŞ müharibəsində Şərəf medalı (ABŞ) ilə təltif olunmuş beş Afro amerikalıdan biri olan Edvard Li Beyker Jr qızıdır. Uşaqlıq yaşlarından musiqiyə həvəs göstərərək klarnet ifa etməyə başlayan Dekster 15 yaşında saksofona keçid edir.
Dmitri Qordon
Dmitri Qordon (ukr. Дмитро Ілліч Гордон) — Ukrayna jurnalisti və televiziya aparıcısı.
Entoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Kayde Qordon
Kayde Şin Qordon (5 oktyabr 2004, Derbi, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Liverpul" klubunda cinah hücumçusu kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Erkən illəri == Qordon Derbi şəhərində anadan olmuşdur. == Klub karyerası == Qordon 2013-cü ildə 9 yaşı olarkən "Derbi Kaunti" akademiyasına qəbul olmuşdur. O, karyerasında debütünü 29 dekabr 2020-ci ildə "Birminhem Siti" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. 5 fevral 2021-ci ildə Qordon "Liverpul" klubuna transfer olmuşdur. "Derbi Kaunti" klubuna 1 milyon sterlinq civarında bildirilən və əlavələri ilə birlikdə 3 milyon sterlinqə qədər yüksələn transfer məbləği ödənilmişdir. O, klub ilə debütünü 21 sentyabr 2021-ci ildə "Norviç Siti" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. Həmin görüşdə klub rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 16 yaş 11 ay 16 günlüyündə meydana çıxan Qordon "Liverpul" klubu tarixində oyuna çıxan ən gənc beşinci futbolçu olmuşdur.
Kovent-Qarden
Kovent-Qarden (ing. Covent Garden) — London şəhərinin rayonu. == Tarixi == == Rayonun vacib yerləri == === Kral Opera Teatrı === Teatrın binası Kovent-Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent-Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. == Mədəniyyəti == Kovent-Qarden uzun müddət əyləncə və bazarlıqla bağlı olmuşdur. Rayonda 13 teatr və köhnə bazarın əsas bazarlıq sahəsi ətrafında 60 pab və bar yerləşir.
Qordon Alport
Qordon Alport (11 noyabr 1897 - 9 oktyabr 1967) — Amerika psixoloqu. == İstinadlar == == Xarici keçidlər == Allports classic paper on autonomy of motives at Classics in the History of Psychology page.
Qordon Banşaft
Qordon Banşaft (9 may 1909[…], Buffalo, Nyu-York ştatı – 6 avqust 1990[…], Nyu-York, Nyu-York ştatı) — yəhudi əsilli ABŞ memarı. == Həyatı == Qordon Banşaft 1909-cu ildə Nyu-York ştatının Buffalo şəhərində anadan oldu və liseyi də eyni şəhərdə tamamladı. Memarlıqtəhsilini isə Massaçusets Texnologiya İnstitutunda aldı. Qordon Banşaft Myes Van Der Roh və Le Karbusyerdən təsirlənən Modernist memardır. Ən tanınmış əsəri "Lever Brothers" sabun firması üçün tikdirdiyi "Lever" binasıdır. 1954-cü ildə tikilən onu işi olan Hannover Trast Branç Bankı II Dünya müharibəsindən sonra bir ABŞ-nin qərbində tikilən ilk şəffaf tikili olmuşdur. Memarlıq karyerasının ilk illərində Edvard Durel ilə işləyən Banşaft sonra SAM şirkətinin rəhbərlərindən biri kimi işləməyə davam etdi. Qordon Banşaftın karyerası boyunca tikdirdiyi yeganə ev ailəsi üçün hazırladığı və 210 m² sahəyə malik "Travertin Evi" olmuşdur. Ölümündən sonra ev Müasir İncəsənət Muzeyinə bağışlansa da, muzey daha sonra evi Marta Stevarta satdı. Qordon Banşaft 1950-ci illərdə ABŞ Xarici İşlər Nazirliyinə Almaniyadakı səfirliklərin dizaynı üçün kömək etmişdir.
Qordon Benks
Qordon Benks (ing. Gordon Banks; 30 dekabr 1937, Şeffild, Yorkşir[d] – 12 fevral 2019, Stok-on-Trent, Qərbi Mildlend[d]) — keçmiş ingilis futbolçu, qapıçı, 1966-cı il dünya çempionu. Eləcə də 1962 və 1970-ci illərdəki dünya çempionatında iştirak etmişdir. Futbol Tarixi və Statistikası Beynəlxalq Federasiyasının dünyadakı futbol mütəxəssisləri arasında keçirdiyi referendumun nəticələrinə əsasən o xx əsrin ən yaxşı qapıçıları arasında Lev Yaşindən sonra ikinci yeri tutmuşdur. Onun "Stouk" komandasına keçməsindən ötrü 25 min funt verilmişdi. Bu komandanın kapitanı olmuşdu. İngiltərə yığma komandasının heyətində 62 oyun keçirib. FİFA Dünya Kuboku 1966 və FİFA Dünya Kuboku 1970-in iştirakçısı olmuşdur.
Qordon Braun
Ceyms Qordon Braun qısaca Qordon Braun (20 fevral 1951[…], Qiffnok) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri və İşçi Partiyasının ümumi başçısıdır. 1997 ilə 2007 illəri arasında Toni Bleyerin hökumətində Maliyyə Nazirliyi etmişdir.
Qordon Meyson
Qordon Mur
Qordon Mur (ing. Gordon Earle Moore; 3 yanvar 1929, San-Fransisko, Kaliforniya, ABŞ – 24 mart 2023) — "İntel" korporasiyasının rəhbəri. == Həyatı == Qordon Mur 3 yanvar 1929-cu ildə ABŞ, Kaliforniyada anadan olmuşdur. == Tədqiqatlar == Sequoia Liseyindəki son orta məktəb illərində kimya və riyaziyyata olan həvəsi yarandı. Tam elmlərə olan sevgisi ilə motivasiya edilən Gordon, Kaliforniyadakı San Jose Dövlət Universitetində təhsil almağa başladı. O zaman həyat yoldaşı Betty Irene Whitaker ilə tanış oldu. 1950-ci ildə Berkeley Universitetinə (Kaliforniya) daxil oldu və oradan kimya ixtisası ilə bitirdi. O zaman 21 yaşında idi. Xüsusi təhsilini davam etdirdi və 1954-cü ildə Kaliforniya Texnologiya İnstitutundan (Caltech) Fizika və Kimya doktoru dərəcəsi aldı. Daha sonra, gənc tədqiqatçı, Maryland, Laureldəki Johns Hopkins Universiteti tərəfindən işə götürüldü; Orada Tətbiqi Fizika Laboratoriyasının texniki qrupuna qoşulur.
Qordon Olport
Qordon Olport (11 noyabr 1897-ci il - 9 oktyabr 1967-ci il) - ABŞ psixoloqu. == Həyatı == ABŞ-də, İndiana ştatının Montezuma şəhərində doğulub. == Fikirləri == Şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin qəti modelidir. Şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir. == Mənbə == Ümumi psixologiya.
Qordon Ramzi
Qordon Ceyms Ramzi (ing. Gordon James Ramsay Jr.) — Britaniyalı aşpaz, restoranlar sahibi və televiziya aparıcısı və prodüseri. Onun restoranları ümumilikdə 16 Michelin ulduza layiq görülüb. == Həyatı == 1966-cı ilin noyabrın 8-də Constoun şəhərində anadan olub. 5 yaşından Straford şəhərində böyüyürdü. Qordon ailədəki dörd uşağından ikincidir. Böyük bacısı, Dayan, kiçik qardaşı Ronni və kiçik bacısı İvonn var. Qordon sözlərinə görə, Ronni azyaşlı olarkən, heroin saxladığına görə azadlıqdan məhrum olunub. Onun atası Qordon Ceyms 1997-ci ildə həlak olmuş. Fərqli vaxtlarda atası hovuz idarəçisi, qaynaqçı və satıcı işləyirdi, bacısı İvonna ilə anası Helen (qızlıqda Kosqrov) tibb bacıları idilər.
Qordon Straxan
Qordon Devid Straxan (9 fevral 1957, Edinburq) — keçmiș Şotlandiya futbol məşqçisi və oyunçusu.
Yusteyn Qorder
Yusteyn Qorder (8 avqust 1952) Norveçli ziyalı, bir neçə roman, hekayə və uşaq kitablarının müəllifi. Qorder, adətən, uşaqların gələcəyə baxışından, dünyanı qavramasından yazır. O, əsərlərində tez-tez hekayə içərisində hekayə üsulundan istifadə edir. == Həyatı == Qorder pedaqoq ailəsində doğulmuşdur. Anası İnqer Marqarit Qorder müəllim idi və uşaq kitabları yazarı idi. Atası Knut Qorder Osloda kollec direktoru işləyirdi. 1971-ci ildə Oslo Kilsə Məktəbini bitirdi. 1974-cü ildə evləndi. 1976 və 1983-cü illərdə 2 oğlu dünyaya gəldi. 1976-cı ildə Oslo Universitetində Skandinaviya dilləri, fəlsəfə tarixi və din tarixi fakültələrini oxuyub.
Qordon Friman
Qordon Friman — Half-Life seriyasının əsas personajıdır. Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən ona verilən nəzəri fizika üzrə fəlsəfə doktoru dərəcəsinə (elmlər namizədinin qərb ekvivalenti) malikdir. Black Mesa Tədqiqat Mərkəzində nəzəri fizik kimi çalışarkən o, alimlər İsaak Kleiner , Eli Vans və Arnold Maqnussonla birlikdə anomal materiallar üzərində eksperimentdə iştirak edib. Təcrübə zamanı nasazlıq baş verdi ki, bu da Zen paralel dünyasına ölçülərarası bir qapı açdı və orada yaşayan canlıların Yerə hücumunun başlanğıcını qeyd etdi . == Haqqında == Qordon Friman Vaşinqton ştatının Sietl şəhərində anadan olub . Kiçik yaşlarından o, kvant mexanikası və nisbilik nəzəriyyəsi ilə maraqlanırdı ; Onun bütləri Eynşteyn , Hawking və Feynman idi . 1990-cı illərin sonlarında İnsbruk Universitetində qonaq tələbə kimi Qordon Eksperimental Fizika İnstitutu tərəfindən aparılan erkən teleportasiya təcrübələrində iştirak etdi. O vaxtdan bəri teleportasiyanın praktik tətbiqi gənc fizikin həvəsinə çevrildi. 1999-cu ildə Friman Massaçusets Texnologiya İnstitutu tərəfindən fəlsəfə doktoru (PhD) dərəcəsinə layiq görülmüşdür . İnsbruk Universitetində akademik tədqiqatlarda iştirak edərkən, Qordon inkişaf tempinin ləng olması və kifayət qədər maliyyə olmaması səbəbindən məyus oldu.
Qordon Tallok
Qordon Tallok (ing. Gordon Tullock; 13 fevral 1922 – 3 noyabr 2014, De-moyn) — amerikalı iqtisadçı. == Bioqrafiyası == Çikaqo Universitetində hüquq elmləri doktoru dərəcəsini almışdır (1947). Virciniya Politexnik İnstitutunda (1968–1983), Corc Meyson Universitetində (1983–1987) işləyib. Arizona Universitetində İqtisadiyyat və Siyasi Elmlər professoru (1987-ci ildən). Yeni siyasi iqtisad məktəbinin banilərindən biri. "İctimai Seçim" Cəmiyyətinin prezidenti (1965). Adam Smit mükafatı laureatı (1993). == Əsərləri == Tullock G. The Politics of Bureaucracy — Washington: Public Affairs Press, 1965. 228 p.
Kevin Qoden
Kevin Qoden (22 fevral 1999-cu ildə Almaniyada anadan olub) — Bundesliqa təmsilçilərindən olan Nürnberq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniyalı futbolçudur. == Klub karyerası == === Köln === Qoden Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Qoden öz peşəkar karyerasında debütünü 19 dekabr 2017-ci ildə Şalke klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Kris Führixi əvəz etmişdir. Həmin görüşdə Köln kubok görüşündə rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. 2018-ci ilin may ayında Qoden Bundesliqa təmsilçilərindən olan Nürnberq klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 19 dekabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Golden Billion
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Golden Boy
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. == Seçim == Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Golden Foot
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Mag Garden
Mag Garden (マッグガーデン, Maggu Gāden) — manqalar və onların anime-film adaptasiyalarının istehsalı üzərində işləyən Yaponiya nəşriyyatı. Nəşriyyat Yoşihiro Hosaka və Enix (indiki Square Enix) nəşriyyatından ayrılmış rəssamlar tərəfindən 5 iyun 2001-ci ildə qurulmuşdur. 1 dekabr 2007-ci ildə Production I.G ilə birləşərək IG Port şirkətini əmələ gətirmiş və XEBEC ilə birlikdə yeni şirkətin filiallarından biri olmuşdur. == Tarix == Mag Garden 5 iyun 2001-ci ildə Enix-də (indiki Square Enix) redaktor kimi fəaliyyət göstərmiş, amma daha sonra oranı tərk etmiş Yoşihiro Hosaka tərəfindən qurulmuşdur. Enix ilə Square şirkətlərinin birləşməsi, Enix rəssamlarında manqalarının nəşrdən çıxarılması narahatçılığına səbəb olmuşdur. Buna görə bir çox rəssamlar şirkətdən ayrılaraq Mag Garden-ni qurmuşdurlar və manqalarını nəşr etdirməyə davam etmişdirlər. Mag Garden-in qurulması və keçmiş rəssamların Square Enix-dən ayrılması iki şirkət arasında müəlliflik hüquqları üzərində mübahisələrə səbəb olmuşdur. Yerli münaqişə 2003-cü ilin martında Square Enix-in təzminat ödəməsi ilə başa çatmışdır. Əvvəlcə Enix tərəfindən nəşr olunmuş keçmiş rəssamların manqaları yeni başlıqlarla nəşr olunmalı idi. 22 sentyabr 2003-cü ildə Mag Garden Square Enix qalan səhmlərini də satdıqdan sonra ayrı, müstəqil şirkət olmuşdur və Tokio birja bazarında yer tutmuşdur.
Dordon
Dordon (fr. Dordogne, oks. Dordonha) — Fransanın Yeni Akvitaniya inzibati rayonunda, Dordona çayı ərazisindən keçdiyinə görə adı — Dordon adlandırılmışdır. İbtidai insanların kəşf edilmiş yerlərinin yüksək sıxlığı səbəbindən Dordona əvvəllər "Bəşəriyyət beşiyi" adlanırdı. == Coğrafiyası == Dordona, Akvitaniyanın inzibati bölgəsinin bir hissəsidir və Fransanın (Fransanın Avropa hissəsində) departamentləri arasında üçüncü yeri tutur. Departamentin ərazisin 45%-i meşəlik, bu göstərici üçün Dordona da Fransa departamentləri arasında 3-cü sırada iştirak edir Dordona Yuxarı Vyenna, Korrez, Lo, Lo və Qaronna, Jironda, Maritime Şaranta və Şaranta departamentləri ilə məhdudlaşır. Dordonanın ən yüksək binaları kommunada yerləşir. == İqlimi == Dordona iqlimi mülayim okeanik, mülayim qış və isti yay ayları hökm sürür. Departamentin şimal-şərq və cənub-qərb istiqamətlərində temperaturda əhəmiyyətli dərəcədə dəyişkənlik olur ki, bu da 5 °C-ə çatır. == İqtisadiyyatı == Dordonada ikinci ən çox iş yeri meşə və ağac sənayesi sektorudır.