ORDEN²

[lat.] орден (юкьван виш йисара рагъакӀидай патан Европада монахрин ва я гьахьтин масабрун тешкилат, жемият).
ORDEN¹
ORDENLİ
OBASTAN VİKİ
Orden
Оrden — bir çox ölkələrdə xüsusi xidmətlərə görə rəsmi surətdə verilən fərqlənmə nişanı. Tarixən bir sıra monarxiyalarda bu ifadə altında xüsusi təbəqə başa düşülürdü və monarxın fərmanı və xüsusi nişanı təqdim etməsi ilə bu təbəqəyə məxsusluq vurğulanırdı. Mükafatları öyrənən elm faleristika adlanır. "Falera" Qədim Roma mükafatlarının adıdır. «Orden» sözü alm. Orden‎ və ya lat. ordo götürülərək "sıra", "qayda" deməkdir. Dövlət orden və medallarından başqa müxtəlif nazirliklərin, dövlət strukturlarının və ictimai təçkilatların da orden və medalları da vardır. Orden nümunələri Azərbaycan Respublikasının ordenləri Алексушин Г.В., Партикулярная Россия. Samara: Издательство СЮИ МЮ РФ, 2001.
Azərbaycanın orden və medalları
Azərbaycanın dövlət təltifləri — Vətəndaşların vətəni müdafiə, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, maarifləndirmə, vətəndaşların sağlamlığının, həyatının və hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti və dövlət qarşısındakı digər görkəmli xidmətlərinə görə mükafatlandırılmasının ali formasıdır. Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. == Məlumat == 1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy, Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden və 4 medal təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı", "Şöhrət" ordenləri və "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə" medalları. 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Qanun layihəsinə əsasən 2 orden 15 medal təsis edildi.
SSRİ Generalissimusu Stalin (orden)
SSRİ Generalissimusu Stalin ordeni (rus. Орден Генералиссимус СССР Сталин) — 1953-cü ildə Stalinin vəfatından dərhal sonra onun şərəfinə yaradılması nəzərdə tutulan, lakin SSRİ-nin yeni rəhbəri Nikita Xruşşovun həyata keçirdiyi yeni siyasət və şəxsiyyətə pərəstiş kultunu tənqidə məruz qoymasından sonra layihələndirilməsi dayandırılan orden. Cəmi 4 nümunəsi hazırlanmışdır ki, onlarda da qiymətli metallardan istifadə edilməmişdir. Layihəyə görə ordenin qızıl və platindən hazırlanması nəzərdə tutulmuşdu. Ordenin bir nümunəsi 2007-ci ildə Nyu-Yorkda təşkil olunan hərracda 67,5 min dollara satılmışdır.
Azərbaycan Respublikasının orden və medalları

Dəmir xaç ordeni
Dəmir xaç ordeni (alm. Eisernes Kreuz‎) — Almaniya ordusunda xidmətdə fərqlənməyə görə verilən mükafat. 10 mart 1813-cü ildə Prussiya kralı III Fridrix Vilhelm tərəfindən Almaniyanın Napoleondan azad edilməsinin şərəfinə təsis edilmişdir. Ordenin eskizi alman memarı və rəssamı Karl Fridrix Şinkel tərəfindən hazırlanmışdır. Ordenin kütləvi şəkildə verilməsi, Napoleon Bonapartla aparılan döyüşlərdən sonra baş vermişdir. 1870-ci ildə Fransa və Almaniya arasında yaşanan müharibədən sonra döyüşdə fərqlənən şəxslər Dəmir xaçla təltif olunmuşdular. Birinci dünya müharibəsi və İkinci dünya müharibəsi illərində minlərlə alman zabit və əsgəri bu mükafatla təltif olunmuşdur. Dəmir xaç sonuncu dəfə 31 dekabr 1946-cı ildə verilmişdir.
Fransiskalılar ordeni
Fransiskanlılar və ya "Kiçik Qardaşlar Ordeni" (lat. Ordo Fratrum Minorum, OFM) — katolik dilənçi rahib ordeni, 1208-ci ildə Spoleto yaxınlığında Assizli Fransisk tərəfindən xalq arasında asketizmə, həvari kasıblığına və yaxınlarına məhəbbəti təbliğ etmək üçün yaradılıb. Adətən sadəcə fransiskanlar, bəzən Müqəddəs Fransisk Ordeni, OFM, minoritlər və ya "boz rahiblər" (paltarlarının rənginə görə) də adlandırırlar. == Tarixi == Fransisk təbliğat aparmağa 1207-ci ildə başlamış və 1209-cu ildə öz ordeni üçün papa lll İnnokentidən razılıq almaq üçün Romaya getmişdir. Müqəddəs Fransisk ordeninin papa tərəfindən bəyənilmiş ilkin nizamnaməsində ordenə əmlaka sahib olmaq qadağan olunurdu, ibadət vaxtı üzvlərindən dilənmək, ianə yığmaq tələb olunurdu. Bu cür ciddilik İsa peyğəmbərin həyat tərzinə oxşamaq və qulluq etməklə izah olunurdu. Fransiskanlar səyahət edir və küçələrdə ibadət aparır, eyni zamanda kilsə ərazilərində qalırdılar. Orden üzvlərindən tələb olunan çox kasıblıq 1223-cu ildə birdəfəlik yumşaldıldı. Qaydalara riayyət tələbinin dərəcəsi üzvlər arasında konfliktlərə və ordendən ayrılmalara gətirib çıxaran əsas səbəb olaraq qalırdı. Əvvəllər Obsevant (qısa OFM Obs.) kimi tanınan Kiçik qardaşlar ordeni Katolik kilsəsinin ilk üç fransiskan ordenlərindən biridir.
Fəxri Legion Ordeni
Fəxri Legion ordeni (fr. Ordre national de la Légion d'honneur) — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Bu ordenlə təltif olunmuş azərbaycanlılar arasında general Əliağa Şıxlinski, Əhmədiyyə Cəbrayılov, rəssam Tahir Salahov, prezident İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da var. == Rütbələri və dərəcələri == Mükafat 3 rütbə və 3 dərəcəyə bölünür. === Rütbələr === Baş magistr (fr. Grand maître) — yalnız Fransa prezidentlərinə verilir. Böyük xaç (fr. Grand`croix) Böyük zabit (fr. Grand officier) === Dərəcələr === Komandor (fr.
Generalissimus SSSR Stalin ordeni
SSRİ Generalissimusu Stalin ordeni (rus. Орден Генералиссимус СССР Сталин) — 1953-cü ildə Stalinin vəfatından dərhal sonra onun şərəfinə yaradılması nəzərdə tutulan, lakin SSRİ-nin yeni rəhbəri Nikita Xruşşovun həyata keçirdiyi yeni siyasət və şəxsiyyətə pərəstiş kultunu tənqidə məruz qoymasından sonra layihələndirilməsi dayandırılan orden. Cəmi 4 nümunəsi hazırlanmışdır ki, onlarda da qiymətli metallardan istifadə edilməmişdir. Layihəyə görə ordenin qızıl və platindən hazırlanması nəzərdə tutulmuşdu. Ordenin bir nümunəsi 2007-ci ildə Nyu-Yorkda təşkil olunan hərracda 67,5 min dollara satılmışdır.
Harri Potter və Simurq Ordeni (film, 2007)
Harri Potter və Simurq Ordeni — (ing. Harry Potter and the Order of the Phoenix) 2007-ci ildə lentə alınmış film. Harri Potter silsiləsindən 5-ci hissə. == Məzmun == Hoqvarts Cadugərlik Məktəbindəki 5-ci ilini səbirsizliklə gözləyən Harri Potter, Dursley ailəsi ilə keçirtdiyi yay tətili ərzində heç kimdən, o cümlədən də ən yaxın dostları olan Ron və Hermionadan məktub almadığına görə yayı çox cansıxıcı və uzun keçirib. Tətildə xalası və xalası əri ilə qaldığı vaxt ruh əmicilərin hücumuna məruz qalır. Harri özünü və xalası oğlu Dadlini xilas etmək məqsədilə Patronus cadusunu etməli olur. Bundan sonra Harri qonşuları Arabellanın kofti olduğunu və Dambldor tərəfindən onu qorumaq üçün göndərildiyini öyrənir. Gənc sehrbazların məktəbdən kənarda sehr və ya cadu etmələrinə icazə verilmir. Harri isə Patronus cadusunu etdiyinə görə Sehr Nazirliyi onu izahat üçün məhkəməyə çağırır. Bir gecə Dambldorun əmrilə bir neçə sehrbaz Harri yaşadığı evə gələrək onu tələsik Siriusun evinə aparırlar.
Harri Potter və Simurq Ordeni (roman)
Harri Potter və Simurq Ordeni (ing. Harry Potter and the Order of the Phoenix) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan beşinci romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda beşinci ili və gizli Simurq Ordeninin fəlaiyyətindən bəhs olunur. Roman ilk dəfə 21 iyun 2003-cü ildə Bloomsbury nəşriyyatı tərəfindən Birləşmiş Krallıqda, Scholastic nəşriyyatı tərəfindən ABŞ-də, Raincoast nəşriyyatı tərəfindən Kanadada nəşr edilmişdir. Kitab satışa çıxarıldıqdan sonra 24 saat ərzində 5 milyon nüsxə satılmışdır. Harri Potter və Simurq Ordeni Harri Potter romanlar seriyasına daxil olan ən böyük həcmli romandır. Roman Azərbaycan dilində 2017-ci ildə Qanun nəşriyyatı tərəfindən çap edilmişdir. Harri Potter və Simurq Ordeni bir neçə mükafata layiq görülmüş, həmçinin ABŞ Kitabxanalar Assosasiyası tərəfindən 2003-cü ilin Ən yaxşı yeniyetmə kitabı adlandırılmışdır. Romanın film uyğunlaşdırması 2007-ci ildə çıxarılmışdır. Electronic Arts tərəfindən roman əsasında oyun çıxarılmışdır.
Heydər Əliyev ordeni
"Heydər Əliyev" ordeni — 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi. == Təsisi == Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunmuşdur. "Heydər Əliyev" ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir. Həmin Qanun dərc edildiyi gündən – 28 aprel 2005-ci il tarixindən qüvvəyə minmişdir. Həmin Qanunda 3 fevral 2014-cü il tarixli, 896-IVQD nömrəli Qanunla dəyişikliklər edilmişdir. == Statusu == 1. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir: 1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə; 1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə. 2.
II dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
I dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
Jukov ordeni
Jukov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == Orden Rusiya Federasiyası Prezidentinin 9 may 1994-cü ildə 930 saylı fərmanı ilə iri hərbi əməliyyatların keçirilməsində, o cümlədən Böyük Vətən müharibəsi dövründə hərbi əməliyyatların keçirilməsində xidmətlərinə görə yüksək rütbəli və ali zabit heyətinin mükafatlandırılması üçün, təsis edilmişdir. Əvvəl Jukov ordeni iyerarxiyası dövlət mükafatlarına görə "Vətən qarşısında Xidmətlərinə Görə" ordeni ilə gedirdi və lent bağlamada sinəsinin sağ tərəfində olurdu. 2010-cu ilin sentyabr ayında ordeninin nizamnamə və təsvirinə mühüm dəyişikliklər edilib, o cümlədən ordenin taxılması qaydası dəyişdirilərək, sinənin sol tərəfində beşguşəli kötük lentlə sancılır. Orden yerini Uşakov ordeni ilə əvəzlədi. 2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir. Rusiya Federasiyasının Prezidentinin 25 aprel 1995-ci il tarixli 413 saylı fərmanı ilə 15 mükafatlandırma keçirilib. Cəmi 100 nəfər və 4 hərbi hissə Jukov ordeni ilə mükafatlandırılıb.
Jukov ordeni (Rusiya)

Kurmet ordeni
"Kurmet" ordeni (qaz. Құрмет "şərəf, hörmət") — Qazaxıstan Respublikasının Sərəncamı, 1993-cü ildə təsis edilmişdir. "Kurmet" ordeni vətəndaşlara iqtisadiyyatın, sosial sahənin, elm və mədəniyyətin, təhsilin inkişafındakı xidmətlərinə, dövlət orqanlarında nümunəvi xidmətlərinə və aktiv ictimai fəaliyyətlərinə görə verilir. == Haqqında == Orden nişanı gümüşdən hazırlanmışdır və şüaları yaşıl emaye ilə örtülmüş və sonu Qazaxıstan naxışının elementləri ilə örtülmüş zərli beşguşəli ulduzu əks etdirir. Kirişlər arasında müxtəlif şüalar şəklində gümüş iplər var. Nişanın ortasında qızıl günəşi əks etdirən yuvarlaq mavi emaye medalyon var. Medalyonun altında "ҚҰРМЕТ" yazısı olan qırmızı emaye lent var. Qazax ornamentinin elementi şəklində bir keçid köməyi ilə döş nişanı medal lentlə örtülmüş altıbucaqlı medal blokundan asılır. Kiçik bir eni olan qırmızı zolaqlar ilə haşiyələnmiş, ortasında ağ zolaqlı mavi ipək parça. == Biznes və iqtisadiyyat == Arken Arıstanov, Almatı şəhərinin Regional Maliyyə Mərkəzinin sədri.
Kutuzov ordeni (Rusiya)
Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordenin tarixi == Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
Lenin Ordeni
== 1950-ci illər ==
Lenin Ordeni ilə təltif olunan azərbaycanlıların siyahısı
== 1950-ci illər ==
Malta ordeni
Malta ordeni (İoannitlər ordeni, Hospitalyerlər ordeni) tam rəsmi adı - Müqəddəs İohannın Qüdslü, Rodoslu və Maltalı hospitalyerlərinin suveren hərbi ordeni. == Xarici keçidlər == Rəsmi saytı Beynəlxalq hüquqa görə Malta ordeni dövlət deyil, dövlətəbənzər qurum olmuşdur Arxivləşdirilib 2008-06-18 at the Wayback Machine http://www.neplaneta.ru/radio_mayak_30_01_05.shtml Arxivləşdirilib 2008-08-22 at the Wayback Machine http://armor.kiev.ua/army/hist/orden-gospital.shtml Г.Росси.
Müqəddəs Aleksandr Nevski ordeni
"Müqəddəs Aleksandr Nevski" ordeni (Rusca: орден Святого Александра Невского / Orden Svyatoqo Aleksandra Nevskovo) ilk dəfə 1725-ci ildə Rus çariçası I. Yekaterina tərəfindən verilməyə başlanıb.
Müqəddəs Anna ordeni
Müqəddəs Anna ordeni — 1735-ci ildə təsis edilmiş Rusiya imperiyasının ali mükafatı. (rus.) Order of St. Anna Arxivləşdirilib 2008-11-07 at the Wayback Machine (rus.) History of the order of St.
Müqəddəs Georgi ordeni
"Müqəddəs Georgi" ordeni — 1769-cu ildə Rusiya imperatoru II Yekaterina tərəfindən təsis olunmuşdur. Rus imperiyasının süqutuna qədər dövlətin ən ali hərbi ordeni sayılırdı. Ordenin dörd dərəcəsi vardı: birinci dərəcəli orden ən yüksək hesab olunurdu. Ordenin devizi belə idi: "Əla xidmət və cəsurluğa görə". "Müqəddəs Georgi" ordeninə yalnız "fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əskəri qəhrəmanlıq göstərən" hərbi qulluqçular layiq görülürdülər.
Müqəddəs Stanislav ordeni
Müqəddəs Stanislav ordeni — 1831-ci ildən 1917-ci ilə qədər Rusiya imperiyası ordeni. I dərəcəli — gümüş ulduz, böyük qızıl xaç və sol tərəfə taxılan böyük lent II dərəcəli — qızıl xaç və kiçik ölçülü lent III dərəcəli — kiçik qırmızı xaç (sinə üzərinə taxılır) IV dərəcəli — 1839-cu ilə qədər mövcud olmuşdur. I dərəcəli — təxminən 20 000 ədəd II dərəcəli — təxminən 92 000 ədəd III dərəcəli — 752 000-dən çox Серков С. Р. Орден Святого Станислава // Военно-исторический журнал. — 1990. — № 6. — С. 90–91. Norbert Wójtowicz, "Praemiando Incitat. Order Świętego Stanisława", Варш. 2007 Шишков С., "Награды России. 1698–1917 гг.", т.
Müqəddəs Yekaterina ordeni
Müqəddəs Yekaterina ordeni (rus. Орден Святой Великомученицы Екатерины) — Rusiya imperiyasının ali ordeni. Orden 1714-cü ildən 1917-ci ilə qədər verilmişdir.
Müqəddəs apostol Andrey Pervozvannı ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
Məcidiyyə ordeni
Məcidiyə ordeni — Sultan Əbdülməcid xanın (1823–1861) 1851-ci ildə təsis etdiyi nişan. Əsl adı Osmanlıca "mecîdî nişanı" olmasına baxmayaraq xalq arasında Məcidiyə nişanı adıyla tanınır. Məcidiyə nişanının beş rütbəsi, dərəcəsi vardı. Birinci dərəcəsindən 50, ikinci dərəcəsindən 150, üçüncü dərəcəsindən 800, dördüncü dərəcəsindən 3000 və beşinci dərəcəsindən 6000 ədəd zərb olundu, hazırlandı. Yalnız birinci dərəcə murassai (dəyerli daşlarla bəzənməsi) sayılır. Məcidiyə nişanının ortasında çəmbərlə çevrili qabarıq qisimdə bir tuğra yer alır. Bu qismin ətrafında qırmızı minalı bir fon üzərində "gayret, hamiyyet, sadâkat" kəlmələri; altında isə, 1268 (1851) tarixi yazılıb. Kordon ucuna asılan birinciylə, boyuna asılan ikinci ve üçüncü dərəcəli nişanlar, hamısı eyni böyüklükdədir. Dördüncü dərəcə daha kiçik, beşinci dərəcə isə en kiçikdir. Beşinci dərəcə gümüşdəndir Məcidiyə ordeni elm adamlarına və hərb mənsublarından üstün xidmət və müvəffəqiyyət göstərənlərə verilirdi.
Məcidiyyə ordeni ilə təltif edilənlərin siyahısı
Məcidiyə ordeni ilə təltif edilənlər Mehralı bəy Darvazlı Mirzə Fətəli Axundov Yusif İzzəddin Əfəndi II İsa Sultan Şahtaxtinski Üçüncü dərəcəli Hacı Zeynalabdin Tağıyev Nuru paşa1918-ci il 6 avqust birinci dərəcəli “Məcidiyyə” ordeni ilə (qılıncla birgə) təltif olunmuşdur.
Məcidiyə ordeni
Məcidiyə ordeni — Sultan Əbdülməcid xanın (1823–1861) 1851-ci ildə təsis etdiyi nişan. Əsl adı Osmanlıca "mecîdî nişanı" olmasına baxmayaraq xalq arasında Məcidiyə nişanı adıyla tanınır. Məcidiyə nişanının beş rütbəsi, dərəcəsi vardı. Birinci dərəcəsindən 50, ikinci dərəcəsindən 150, üçüncü dərəcəsindən 800, dördüncü dərəcəsindən 3000 və beşinci dərəcəsindən 6000 ədəd zərb olundu, hazırlandı. Yalnız birinci dərəcə murassai (dəyerli daşlarla bəzənməsi) sayılır. Məcidiyə nişanının ortasında çəmbərlə çevrili qabarıq qisimdə bir tuğra yer alır. Bu qismin ətrafında qırmızı minalı bir fon üzərində "gayret, hamiyyet, sadâkat" kəlmələri; altında isə, 1268 (1851) tarixi yazılıb. Kordon ucuna asılan birinciylə, boyuna asılan ikinci ve üçüncü dərəcəli nişanlar, hamısı eyni böyüklükdədir. Dördüncü dərəcə daha kiçik, beşinci dərəcə isə en kiçikdir. Beşinci dərəcə gümüşdəndir Məcidiyə ordeni elm adamlarına və hərb mənsublarından üstün xidmət və müvəffəqiyyət göstərənlərə verilirdi.
Azərbaycan Respublikasının orden və medallarının siyahısı
Azərbaycanın dövlət təltifləri — Vətəndaşların vətəni müdafiə, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, maarifləndirmə, vətəndaşların sağlamlığının, həyatının və hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti və dövlət qarşısındakı digər görkəmli xidmətlərinə görə mükafatlandırılmasının ali formasıdır. Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. == Məlumat == 1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy, Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden və 4 medal təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı", "Şöhrət" ordenləri və "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə" medalları. 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Qanun layihəsinə əsasən 2 orden 15 medal təsis edildi.
Azərbaycan SSR-in orden və medalları
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan SSR) adı altında bolşevik hakimiyyəti qurulmuşdur. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan özünün dövlət atributlarını Sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qalmışdı. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından SSRİ-nin tərkibinə daxil olduğu dövrədək keçən müddət ərzində bir sıra orden və medallar təsis edilmişdir. Azərbaycan 1922-ci ilin sonunda SSRİ-nin tərkibinə daxil olduqdan sonra orden və medallarla təltif funksiyası tədricən SSRİ-nin mərkəzi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. 1920-1922-ci illərdə Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin təsis etdiyi orden və medalların bir qismininşəkilləri Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanda dövlətçilik və onun rəmzləri” (Bakı, 2000) nəşrində və 7 cildlik “Azərbaycan tarixi” nəşrinin 6-cı cildində (Bakı, 2000) öz əksini tapmışdır. == Mənbə == Ordenlər və medallar, səh.
Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilənlərin siyahıları
Azərbaycan Respublikasının ordenləri ilə təltif edilənlərin siyahısı

Значение слова в других словарях