Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geum quellyon
Geum quellyon (lat. Geum quellyon) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Erin Qruell
Erin Qruell (15 avqust 1969) – müəllim. 15 avqust 1969 da doğuldu. Digər müəllimlərin əksinə, Erin Qruell fərqli bir tədris metodikası ilə irqçi qruplaşmaları ilə dolu bir dünyada yeni bir hərəkat başlatmışdır. "The Freedom Writers Diary: How a Teacher and 150 Teens Used Writing to Change Themselves and the World Around Them" (1999) yayımlandı. 2007-ci ildə istehsalı "Azadlıq yazarları" filmi onun ilhamlandırıcı tədris metodikasından bəhs edir. Qruell La Verne, Kaliforniyadan Laurels Seçkin Məzun mükafatı alaraq məzun olmuştur. Həmçinin Bonita məktəbi məzunudur. Kaliforniya Dövlət Universiteti onu seçkin məzunlarından elan etmiştir. Qruell Kaliforniyada anadan olmuşdur. 1994-ci ildə, Lonq Biç Vudrou məktəbində dərs verməyə başladı.
F.Muell.
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.
Quel parkı
Quel parkı (isp. Parque Güell) —1900–1914 illərdə Antonio Qaudi tərəfindən salınmış Barselonanın yuxarı hissəsində yerləşən park. Park bağların və yaşayış sahələrinin birləşməsindən ibarətdir, sahəsi 17–18 hektardır.
Kyell Abell
Kyell Abell (dan. Kjeld Abell; 25 avqust 1901[…] – 5 mart 1961[…], Kopenhagen) — Danimarka dramaturqu, fəlsəfi və simvolik dramın yaradıcısı. Kyell Abell 25 avqust 1901-ci ildə Danimarkanın Ribe şəhərində anadan olmuşdur. O, 1927-ci ildən teatr rəssamı işləmişdir. Fəlsəfi və simvolik antifaşist pyeslərinin, "İtirilmiş melodiya" (1935), "Anna Sofi Hedviq" (1939), "Silkeborq" (1946) komediyalarının müəllifidir. Onun "Andersen və ya həyatının nağılı" (1955), "Kameliyaların xanımı" (1959) və "Fəryad" (1961) dramları bədbinliklə doludur. The Cambridge Guide to Theatre. / ed. by Martin Banham. — Cambridge University Press, 1992.
Kcell
«Kcell» — Qazaxıstanda mobil operator. 2G / GSM (900 MHz), 3G / UMTS (2100 MHz), 4G / LTE və LTE Advanced (800/1800/2100 MHz) standartlarına uyğun mobil xidmətlər təqdim edir. Kcell və Activ markaları altında xidmətlər göstərir. Şirkət 1998-ci ildə qurulmuşdur və əsasən korporativ seqmenti hədəf alan Kcell markası və kütləvi bazara yönəldilmiş Activ adı altında mobil xidmətlər göstərir. 2020-ci ilin sonuna Kcell-in abunəçi bazası təxminən 8 milyon nəfər idi. Kcell şirkəti 30 sentyabr 1998-ci ildə qurulmuşdur. 7 fevral 1999 - Kcell markası istifadəyə verildi. 9 sentyabr 1999-cu ildə Activ markası təqdim edildi. 2004-cü ildə şirkətin abunəçi bazası 1,5 milyon nəfəri keçdi. 2007-ci ildə, dekabr ayında 6 milyonuncu abunəçi qoşuldu.
Ncell
Ncell ( nep. एनसेल ), Nepalda özəl mobil şəbəkə operatorudur . Ncell ictimai fəaliyyət göstərən ilk özəl şirkətdir. GSM ilkin olaraq Mero Mobile olaraq adlandırldı,12 Mart 2010 -cu ildən isə Ncell olaraq adlandırılmağa başladı İsveç telekommunikasiya şirkəti Telia Sonera daha sona şirkəti sahibləndi. Hal-hazırda dövlət telekommunikasiya şirkəti Nepal Telecom tərəfindən keçirilən inhisarçılığını əlindən aldı. 12 aprel 2016-cı ildə Ncell rəsmi olaraq Malayziyanın telekommunikasiya qrupu olan Axiata Group Berhad- ın tərkibinə daxil olmuşdur. Şirkətin 80% hissəsi Axiata Group Berhada məxsusdur. 2017-ci ilin fevral ayının ortalarına kimi Ncellin 6,73 milyon abunəçisi var idi. 2017-ci ilin fevral ayından etibarən Ncell 15.21 milyon mobil abunəçiyə sahibdir. Ncell şirkəti, Axiata Group Berhad şirkətinin bir hissəsinə çevrilmişdir.
Quahl
Quahl — yeni nəsil ödəniş sistemi və rəqəmsal pul yaratmaq üçün vasitə. İsrailli sahibkar Saar Uilf tərəfindən təsis edilmişdir. Quahl-ın qurulmasındakı məqsəd kağız pulları əvəz etmək yox, yeni ödəniş sistemi yaratmaqdır. Quahl kriptovalyuta olmamasına baxmayaraq, mərkəzdən asılı olmayan pul komissiyası tərəfindən idarə olunur.
Queen
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə "Smile" qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda "Queen" qrupunu yaradırlar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanır. Qrup ilk vaxtlar proqressiv rok, hard rok, qlem rok və hevi metal tərzlərini mənimsələr də, daha sonra radio yayım formatlı pop rok və arena rok kimi tərzlərin inkişafına da böyük təsir göstərmişlər. 1999-cu ildə Channel 4 tərəfindən keçirilən `Music of the Millenium sorğusunda ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albom, 18 sinql və 8 DVD-i dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır. Freddi Merkyuri – solist və pianoçu. Qrupun səsi və simvolu olması onun digər bacarıqlarını kölgədə qoymasına səbəb olmuşdur.
Qumlu
Qumlu (Qürvə) Qumlu (Çaroymaq) Qumlu (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qumlu — Zaqatala rayonunda göl.
Quqol
Quqol (ing. googol) — onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd: 10100= 10 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000. 1938-ci ildə məşhur amerika riyaziyyatçısı olan Edvard Kazner öz qardaş uşaqları ildə parkda gəzirdi və onlarla böyük ədədlər haqqında müzakirə edirdi. Danışığın gedişatında yüz sıfırlı ədəd haqqında söhbət açıldı və ədəd hələ adlandırılmamışdı. Uşaqlardan biri, doqquzyaşlı Milton Sirotta bu ədədi, "quqol" (googol) adlandırmağı təklif etdi. 1940-cı ildə Edvard Kazner Ceyms Nyuman ilə birlikdə "Riyaziyyat və təxəyyül" ("New Names in Mathematics") adlı elmi-kütləvi kitabında bu ədəd qeyd olundu. Bütün onluq dərəcələr kimi, quqol ədədinin də yalnız iki sadə böləni (2 və 5) var. Quqol ədədinin tam bölənlərinin ümumi sayı 10 mindən çoxdur Quqol ədədi ikilik say sistemində 333 simvoldan ibarətdir. Son 100 rəqəm sıfırdır: 0001 0010 0100 1001 1010 1101 0010 0101 1001 0100 1100 0011 0111 1100 1110 1011 0000 1011 0010 0111 1000 0100 1100 0100 1100 1110 0000 1011 1111 0011 1000 1010 1100 1110 0100 0000 1000 1110 0010 0001 0001 1010 0111 1100 1010 1010 1011 0010 0100 0011 0000 1000 1010 1000 0010 1110 1000 1111 0001 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 00002 Onaltılıq say sistemində quqol ədədi 84 simvoldan ibarətdir. Son 25 rəqəm sıfırdır: 1249 AD25 94C3 7CEB 0B27 84C4 CE0B F38A CE40 8E21 1A7C AAB2 4308 A82E 8F10 0000 0000 0000 0000 0000 000016 Quqol ədədi təxminən 70 ədədinin faktorialı kimi göstərmək olar.
Quzlu
Quzlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. Quzlu (Kövsər) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Quzlu (Üngüt) Quzlu (Mahnişan) Aşağı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Quzlu-i Əfşar (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Den Kueyl
Den Kueyl — ABŞ-lı siyasətçi. 1989-1993-cü illərdə, Prezident Corc H.U. Buşun hakimiyyəti dövründə ABŞın 44-cü vitse-prezidenti vəzifəsində çalışmışdır.
Pell-Mell
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Pell Mell (London)
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Shell
Shell — Böyük Britaniyanın neft-qaz şirkəti. 2018-ci ilə kimi, Forbes Global 2000 reytinqinə görə dünyanın 11-ci ən böyük neft-qaz şirkətidir. Qərargahı Londonda yerləşir.
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Dell
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.
Duel
Duel — iki şəxs arasında olan mübahisənin silahla həll edilməsi. Duel əsasən şərəf, namus və ya millət kimi anlayışlara qarşı açıq və ya dolayı təhqir edildiyi zaman XIX əsr kübar mühitində geniş istifadə edilmişdir. Məşhur insanlarda duel döyüşlərində iştirak etmişlər. Dahi rus şair Aleksandr Puşkin dueldə öldürülmüşdür. Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr isə duel nəticəsində ağır yaralanmışdır. Qədim dövrlərdə qəbilələr arasında olan mübahisələrin həll edilməsində dueldən çox istifadə edilirdi. Həmin duel döyüşləri müasir döyüşlərdən xeyli fərqlənirdi. Əsas fərq ilk duel döyüşləri zamanı odlu silahdan istifadə edilmirdi. Hər iki qəbiləninin rəisi və ya fiziki baxımdan ən sağlam olan şəxsin iştirakı ilə keçirilən döyüşlərdə soyuq silahdan istifadə edilib, edilməməsi əvvəlcədən müəyyənləşirdi. Tərəflər arasında mübarizə bir tərəfin digərini tam məğlub edib, sonda ölürməsinə qədər davam edirdi.
Ecell adası
Ecell adası (ing. Edgell Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Ecell adası Baffin Torpağı ətrafında yerləşən çoxsaylı adalardan biridir. Ada Frobişer körfəzinin girişində, bir qədər böyük olan Rezolyoşen adasının şimalında yerləşir. Rezolyoşen, Ecell və Louer-Savic adaları tez-tez Rezolyoşen adaları qrupu olaraq adlandırılır. Adanın sahəsi 287 km², sahil xəttinin uzunluğu 148 km-dir.
Eduin Quero
Eduin Estiver Quero Albarrakin (22 aprel 1997-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo Taçira klubunda müdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. Quero Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Françeska Snell
Françeska Snell (d. 28 mart 1987) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Françeska Snell, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. Françeska Snell, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Herbert Uells
Herbert Corc Uells (21 sentyabr 1866[…] – 13 avqust 1946[…], London) — Dünyaların müharibəsi, Görünməz adam, Doktor Moronun adası və Zaman maşını adlı fantastik romanları ilə tanınan, amma demək olar ki, ədəbiyyatın hər şaxəsində bir çox əsər yazmış ingilis yazıçı. Sosialist olduğunu açıqca söyləyən H. G. Wellsin çox əsərində əhəmiyyətli ölçüdə siyasi və ictimai şərh edənlər vardır. Jül Vern kimi gələcəkdəki texnoloji inkişafları izah etdiyi kitablarıyla fantastik şaxənin qabaqcıllarından hətta, yaradıcılarından sayılır. Uellsin fantastik romanlarında texnologiyanın müşahidə edilməsinin gətirəcəyi imkanlar bir kənara qoyulur. Uellsdə fərziyyə bir ədəbiyyat formasına çevrilir və texnologiyanın deyil, onun ictimai təməllərinin araşdırılmasına yönəlmiş bir ölçü qazanılır. Uells yalnız fantastik içindəki utopiya əleyhdarı düşüncələrin müdafiəçisi olaraq bu növə damğasını vurmaqla qalmayıb, cəmiyyətin şiddət və çətin yoluyla, qədərindən sürətli bir müddət içində sosialist bir cəmiyyətə malik olmaq istəyirdi. 1946-cı ildə 13 avqustda Londonda vəfat etmişdir.
Killer Queen
Queen qrupunun Sheer Heart Attack albomundan olan ən məşhur mahnısı.Mahnı hamını valeh edən fahişə haqqındadır. Maraqlı cəhət orasındadır ki, bu mahnıda Mariya Antuanetta , Xruşyov və Kennedi kimi tarixi şəxslərin adları çəkilir. Qlem-rok stilindədir. Bəzi fərziyyələrə görə narkotik asılılıqda olan Con Lennon bu mahnını dinlədikdən sonra arvadı ilə barışmış və yeni albom üzərində işləməyə başlamışdır.
Mixail Psell
Mixail Psell (fr. Μιχαήλ Ψελλός; 1018[…], Konstantinopol – may 1078, Konstantinopol) — Bizans-yunan keşişi, alimi, yazıçısı, şairi, hakimi, filosofu, astronomu, siyasətçisi və tarixşünası. O, Aristotel və Platonu öyrənən ilk şəxslərdən olmuşdur. Mixail Psell 1017-ci ildə Bizans imperiyasının paytaxtı olan Konstantinopol şəhərində anadan olmuşdur. Kasıb bir ailənin övladı olan Psell 10 yaşında məktəbə daxil olmuş, orada qrammatika və şeiriyyət öyrənir. O, 16 yaşında ali təhsilini ritorika, fəlsəfə və hüquq üzrə almağa başlayır. Psell 1037-ci ildə Mesopotamiya regionunda çalışmağa başlayır. O, əlaqələrinin köməyi ilə hakim vəzifəsinə yüksəlir. Onun adı saçı kəsilməzdən əvvəl Konstantin idi. Psell yunan dilindən tərcümədə «pəltək» deməkdir və ehtimal olunur ki, onun nitq pozğunluğuna aid təxəllüs idi.
Büella
Büella (fr. Buellas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Virya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01065. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1669 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1104 nəfərdən (15-64 yaş) 816 nəfəri İqtisadi cəhətdən fəal, 288 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə bu 76.2%). Fəal 816 sakindən 775 nəfər (395 kişi və 380 qadın), 41 nəfəri işsiz (26 kişi və 15 qadın) idi. 288 hərəkətsiz 107 nəfər arasında şagird və ya tələbə, 140 nəfər təqaüdçü, 41 digər səbəblərə görə hərəkətsizdir.
Geely
Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur. Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, Proton və Volvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb. "Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır. Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır. Geely sözu, Çinin yerli pinyin dilində "xeyirli" və ya "əlverişli" mənasını verən "Jili" (吉利) sözundəndir 1986-cı ildə ailəsindən borc aldığı pulla soyuducu istehsalçısı olaraq "Geely"ni quran Li Şufu, şirkətin ilk illərində Çinli istehlakçılara ucuz məhsul satan müvəffəqiyyətli iş adamına çevirilir.
Gyeln.
Vilmoş Köfaraqo Gyelnik (mac. Vilmos Köfarago-Gyelnik; 30 mart 1906, Budapeşt – 15 mart 1945) — Macarıstan lixenoloqu, mikoloqu və botaniki. Vilmoş Köfaraqo Gyelnik bitkilər üzrə ixtisaslaşmışdır. Nephromium tropicum var. gyelnikii Räsänen, 1944 Opisteria homanii var. gyelnikii Räsänen, 1937 Parmelia gyelnikii C.W.Dodge, 1959 ("gyelniki") Polyblastia gyelnikiana Servít, 1946 Thelidium gyelnikii Servít, 1946 Verrucaria gyelnikii Servít, 1939 Verrucaria parmigera var. gyelnikiana Servít, 1939 Grummann, Vitus: Biographisch-bibliographisches Handbuch der Lichenologie. Hildesheim, 1974 Sjödin, Áke: Gyelnik’s new lichen names. Acta Horti Gotoburgensis, 1954 Verseghy Klára: Die Lichenologen Ungarns. Feddes Repertorium, 1963 "Kőfaragó-Gyelnik Vilmos" (macar).
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Güllə
Güllə kinetik mərmi olub, odlu silahın sursatının bir hissəsidir və lülədən atılır. Onlar mis, qurğuşun, polad, polimer, rezin və hətta mum kimi müxtəlif materiallardan hazırlanır və ovçuluq, hədəf atəşi, təlim və döyüş kimi xüsusi funksiyalar da daxil olmaqla müxtəlif forma və konstruksiyalarda (nəzərdə tutulan tətbiqlərdən asılı olaraq) hazırlanır. Güllələr çox vaxt sivri olur ki, bu da onları daha aerodinamik edir. Güllə ölçüsü həm imperial, həm də metrik ölçü sistemlərində çəki və diametr ("kalibr" kimi istinad edilir) ilə ifadə edilir. Güllələr adətən partlayıcı maddələrdən ibarət olmur, lakin zərbə və nüfuzetmə zamanı kinetik enerjini ötürərək nəzərdə tutulan hədəfi vurur və ya zədələyir. Bir çox patronda istifadə edilən güllələr səs sürətindən daha sürətli ilk çıxış sürəti ilə atılır — saniyədə 343 metr (quru havada 20 °C (68 °F) və beləliklə, yaxınlıqdakı hər hansı müşahidəçi atış səsini eşidənə qədər hədəflərinə qədər əhəmiyyətli məsafələr qət edə bilir. Remington 223 kimi tüfəng güllələri lülədən 4,390 km/saat (2,730 mil/saat) sürətlə çıxır. 9 mm-lik bir güllə Luger tapançasından 2,200 km/saat (1,370 mil/saat) sürətlə uçur. Eynilə, AK-47, 2,580 km/saat (1,600 mil/saat) ilk çıxış sürətinə malikdir İlk həqiqi silah Çində 1288-ci ildə Yuan sülaləsinin monqol üsyançılarına qarşı həlledici qələbə qazanmaq üçün istifadə etdiyi metal əl topunun ixtirası ilə atəş nizəsindən (çini qəlpələri atan bambuk boru) təkamül etdi. Artilleriya topu 1326-cı ildə, Avropa əl topu isə 1364-cü ildə meydana çıxdı.
Güləh
Güləh — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Güləh kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Güləh kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Yaşayış məntəqəsi XIX əsrdə Quba rayonunun Xaltan kəndindən çıxmış ailələrin Güləh adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Güləh "yoncalıq" deməkdir. Kəndin ərazisində eyniadlı göl və mineral bulaq da vardır. Toponimi "gilli yer" kimi izah edənlər də var. Kənd düzənlikdə yerləşir.
Güləş
Güləş — iki nəfərin əl-ayaq vasitəsilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü. Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Günel
Günel — Qadın adı.
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Qul Əli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Quləli (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Quləli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Qüllə
Qüllə - sütunşəkilli uca tikili, bina və s. Paraşüt qülləsi. Televiziya qülləsi. Yanğın qülləsi. Hərb gəmisində, tankda və s.-də topların yerləşdiyi zirehlənmiş hündür yer.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Doqquz qüllə
Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə. Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir. 23 fevral - İnquş xalqının deportasiyasını anım günü.