Mixail Psell (fr. Μιχαήλ Ψελλός; 1018[1][2][…], Konstantinopol – may 1078, Konstantinopol) — Bizans-yunan keşişi, alimi, yazıçısı, şairi, hakimi, filosofu, astronomu, siyasətçisi və tarixşünası. O, Aristotel və Platonu öyrənən ilk şəxslərdən olmuşdur.
Mixail Psell | |
---|---|
Doğum tarixi | 1018[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | may 1078 |
Vəfat yeri | |
Fəaliyyəti | filosof, yazıçı, siyasətçi, tarixçi, şair, həkim, astronom |
Vikianbarda əlaqəli mediafayllar |
Mixail Psell 1017-ci ildə[a] Bizans imperiyasının paytaxtı olan Konstantinopol şəhərində anadan olmuşdur.
Kasıb bir ailənin övladı olan Psell 10 yaşında məktəbə daxil olmuş, orada qrammatika və şeiriyyət öyrənir. O, 16 yaşında ali təhsilini ritorika, fəlsəfə və hüquq üzrə almağa başlayır. Psell 1037-ci ildə Mesopotamiya regionunda çalışmağa başlayır. O, əlaqələrinin köməyi ilə hakim vəzifəsinə yüksəlir. Onun adı saçı kəsilməzdən əvvəl Konstantin idi. Psell yunan dilindən tərcümədə «pəltək» deməkdir və ehtimal olunur ki, onun nitq pozğunluğuna aid təxəllüs idi. Psell V Mixailin hakimiyyətin dövründə asikrit[b] idi. O, bu dövrdə canla-başla elm, xüsusilə də fəlsəfə öyrənirdi. Onun maraq dairəsi Aristotel, Platon və Proklı əhatə edirdi.
Psell 1043-cü ildə imperator IX Konstantin Monomaxa panegirik yazır və həmin il imperatora ən yaxın olan insanlardan birinə çevrilir. O, protosinkrit, daha sonra isə vest və vestarx[c] olur. Psell IX Konstantinin hakimiyyəti dövründə imperatora daha 4 panegirik ərsəyə gətirir. Bunun mükafatı Madita şəhərinin vasilikatı[d] və bir neçə monastırın idarəsi idi. IX Konstantinin hakimiyyəti sona çatanda onun vəzifəsi təhlükə altına girmişdir. Psell saçını kəsdirir və özünə Mixail adını götürür. O, Anadoluda yerləşən bir monastıra köçür.
Feodora tərəfindən paytaxta çağırılan Psell saray daxilində nüfuzlu bir şəxs olmuş və impertim tituluna layiq görülmüşdür. Psell 1057-ci ildə imperator tərəfindən üsyankar İsak Komnin ilə sülh danışıqları aparmağa göndərilir. Psell ilə Komnin münasibəti çox yaxşı idi. Komnin hakimiyyəti gələndə Pselli proedr vəzifəsinə qoymuşdur. Psell Komninin əmri ilə köhnə dostu, sürgün edilmiş patriarx Mixail Kirullariyə qarşı akt yazır. Psell 1059-cu ildə X Konstantin Dukanın taxta oturtulmasına müsbət yanaşırdı. Psell bu dövrdə protopoedr vəzifinə qoyulur. Psell imperatorun oğlu Mixail Duka üçün bir neçə dərslik tərtib edir.
1068-ci ildə IV Roman Diogenin hakimiyyətə gəlməsi ilə Psellin saraydakı nüfuzu azalır. Buna baxmayaraq, Psell Roman Diogen VII Mixail Duka tərəfindən əsir götürüləndə yeni imperatora tövsiyə edir ki, imperiya boyunca Diogenin taxtdan endirilməsini bəyan etsin. Psell VII Mixail hakimiyyəti dövründə əhəmiyyətli bir rola malik idi. O, imperator adından məktublar yazmış, xsirovullar tərtib etmiş, məhkəmə davalarını həll etmişdir. VII Mixailin hakimiyyət illərinin axırlarında nüfuzunu tamamilə itirən Psell saray həyatından çəkilməyə məcbur edilir.
Mixail Psellin dəqiq vəfat tarixi naməlumdur. Bəzi alimlər onun 1976–1078-ci illərdə vəfat etdiyini, bəziləri isə 1096-cı ildə hələ də sağ olduğunu irəli sürür.[3]