GÜLƏLİ

gül Alı, gül Əli.
GÜLƏHMƏD
GÜLƏSƏN
OBASTAN VİKİ
Əmirov Əliağa Güləli oğlu
Oqtay Güləliyev
Oqtay Güləliyev (milli qəhrəman)
Oqtay Güləli oğlu Güləliyev (10 noyabr 1962, Xaçınyalı, Laçın rayonu – 19 sentyabr 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olmuşdur. Laçın polisində işlədiyi dövr Erməni-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlatda iştirak etmiş, uğursuzluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur. Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü oldu. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay Güləliyev özü həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Oqtay Güləliyev (siyasətçi)
Oqtay Güləliyev (27 iyun 1970, Bakı) — azərbaycanlı siyasətçi, hüquqşünas. Oqtay Əligüşad oğlu Gülalıyev 1970-ci ildə Azərbaycan SSR Bakı şəhərində anadan olub. 1998-ci ildə Prezident Administrasiyası yanında Dövlət İdarəçilik Akademiyasını bitirib və hüquqşünas kimi çalışıb. 2010-cu ildə Sabirabad rayonunda böyük daşqından əziyyət çəkmiş sakinlərin hüquq-müdafiə işi ilə məşğul olan "Kür" vətəndaş cəmiyyəti qərargahına rəhbərlik edib. 2012-ci ildə Gülalıyev bir qrup hüquq müdafiəçisi və keçmiş siyasi məhbusla birlikdə hüquq müdafiə təşkilatını — "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansını (SMAİA) yaradıb. 2013-cü ildə Oqtay Gülalıyev Demokratik Qüvvələrin Milli Şurasından müxalifətin namizədi Cəmil Həsənlinin mətbuat mərkəzinin rəhbəri olub. 2016-cı ildə Oqtay Gülalıyev Azərbaycanın siyasi məhbuslarının siyahısı üzərində işləyib. Onunla birlikdə siyahı üzərində xaricdə yaşayan hüquq müdafiəçisi Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov da çalışıblar. 2017-ci il yanvarın 28-də O. Gülalıyev bundan öncə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Birliyi və Siyasi Məhbusların Monitorinqi Mərkəzi tərəfindən yaradılmış işçi qrupunun bazasında yaradılan Siyasi Məhbusları Müdafiəsi Mərkəzinin (SMMM) koordinatorlarından biri olub. Leyla Yunus Vikianbarda Oqtay Güləliyev (siyasətçi) ilə əlaqəli mediafayllar var.
Oqtay Güləliyev (əsgər)
Vüsal Güləliyev
Oqtay Güləliyev (hərbçi)