Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qərar qəbuledici dəstək sistemi
Qərar qəbuletməyə dəstək sistemi (en. decision support system (DSS)), (ru. система поддержки принятия решений), (tr. karar destek sistemi) – təşkilat daxilində qərarların təhlili və qəbuledilməsi zamanı istifadə olunan, qarşılıqlı əlaqəli proqramlar və verilənlər dəsti. DSS idarəetmə informasiya sistemi (management information system, MIS) və icra informasiya sistemi (executive information system, EIS) kimidir, ancaq istifadəçiyə alternativ qərarların yaradılmasında və ən münasib hərəkət tərzinin seçilməsində daha çox yardımçı olur. DSS-in tərkibinə bunlar daxildir: informasiya verilənləri bazası (qərarın qəbul edəcəyi sahə haqqında biliklər toplusu); məsələləri təsvir etmək və sualları formalaşdırmaq üçün istifadə oluna bilən "dil"; alternativ qərarları sınaqdan keçirmək üçün modelləşdirmə proqramı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Universal asinxron qəbuledici/verici
Universal asinxron qəbuledici/verici-(eng.UART)– kompüterdə paralel verilənlər selini ardıcıl verilənlər seliylə (və əksinə) əvəz edən qurğu (daha dəqiqi, inteqral sxem). Bu qurğu səkkiz bitdən ibarət cərgələrlə hərəkət edən bitləri götürüb bir sıraya düzür və onlar ardıcıl porta daxil olur. Verici və qəbuedicinin işi sinxronlaşdırılmadığından, verilənlər selində baytın başlanğıcını və sonunu bildirən siqnallar – start və stop bitləri olmalıdır. === Data dizaynı === == Həmçinin bax == Modem USB Morze əlifbası == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qulkeviçi
Qulkeviçi — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Güləşçi
Güləşçi — İdmanın güləş növü ilə məşğul olan şəxs
Gözlədici proqram
Gözlədici proqram (ru. демон), (tr. bekletici program), (en. daemon) - UNIX-sistemlərində: istifadəçinin sorğusu olmadan və hətta ondan xəbərsiz xidməti funksiyanı yerinə yetirmək üçün istifadə olunan proqram. Gözlədici proqram fon rejimində olur və yalnız zərurət olduqda (məsələn, xətanın düzəldilməsinə yardım etmək üçün) aktivləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İşlədici kroton
İşlədici kroton (lat. Croton tiglium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin kroton cinsinə aid bitki növü.
İşlədici kətan
İşlədici kətan (lat. Linum catharticum) — kətan cinsinə aid bitki növü. == Sinonim == Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.
İşlədici murdarça
İşlədici murdarça (lat. Rhamnus cathartica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir.
Yokozuna (güləşçi)
Genealogiya Rodney See (2 oktyabr 1966, San-Fransisko, Kaliforniya – 23 oktyabr 2000, Liverpul)— Amerikalı peşəkar güləşçi, O, Yaponiyada peşəkar sumo güləşində ən yüksək rütbəyə istinad edən Yokozuna rinq adı altında güləşib. Ümumdünya Güləş Federasiyasında (WWF) döyüşdüyü vaxtlarla məşhur idi . O, ikiqat dünya çempionu olub . == Peşəkar güləş karyerası == === Erkən karyera (1984–1992) === O, 12 avqust 1987-ci ildə Jim Crockett Promotions üçün birdəfəlik çıxış etdi , ev şousunda Ron Simmons ilə qarşılaşdı . === Dünya Güləş Federasiyası (1992–1998) === Cənab Fuji tərəfindən idarə olunan Yokozuna 31 oktyabr 1992-ci ildə Superstars nəşrində Yaponiya bayrağı altında yarışan stereotipik sumo güləşçisi kimi təqdim edildi. O, cıxdığı döyüşlərə paltar əvəzinə mavaşi geyinirdi , lakin bel paltarının altından uzun tayt da var idi. Monday Night Raw tarixində ilk matçda rəqibi olan Koko B. Ware-ni məğlub edərək növbəti tura keçə bildi. === Müstəqil dövr (1998–1999) === WWF karyerasını bitirdikdən sonra o, müxtəlif müstəqil promosyonlarda çıxış etdi . 1998-ci ildə Merilend Çempionatında güləşdi. Baxış başına ödənişli tədbirdə Yokozuna King Kong Bundy ilə qarşılaşmalı idi.
Abdulla Abdullayev (güləşçi)
Abdullayev Abdulla Həsən oğlu (19 avqust 1932, Dərbənd, Dağıstan) — dünya şöhrətli pəhləvan, SSRİ çempionu, əməkdar məşqçi, klassik güləş və ağırlıq qaldırma ustası. == Həyatı == Abdulla Abdullayev 1932-ci il avqustun 19-da Dağıstan MR Dərbənd şəhərində dünyaya gəlmişdir. Uşaqlığı Zəngəzur mahalında keçmişdir. 1955-ci ildə Qafan şəhərində orta məktəbi bitirmişdir. 1951-ci ildə Qubadlı rayonunun idmançıları sırasında Bakıya gəlir, Azərbaycan çempionatında iştirak edir və iki pudluq daş qaldırma yarışında Azərbaycan və SSRİ mütləq çempionu adına layiq görülür. Elə həmin il Azərbaycanın güləş üzrə çempionu olur. 1953-1956-cı illərdə Ukraynanın Kiyev şəhərində Sovet Ordusunda xidmət edən zaman güləş və daş qaldırmaq üzrə spartakiadanın mütləq çempionu olur, marşal Çuykov şəxsən ona qızıl saat bağışlayır. 1954-cü ildə ordu birinciliyində ona məğlub olan Ukrayna çempionu Qriqori Qamfil 1955-ci ildə dunya çempionu adını qazandı. 1956-cı ildə ordudan tərxis olunduqdan sonra Bakıya gəlir və ikiqat dünya çempionu, SSRİ xalq artisti, pəhləvan Sali Süleymanla görüşür və sonralar onun sevimli şagirdi olur. Gürcüstan və Şimali Qafqazın müxtəlif rayonlarında qastrollardan uğurla qayıdan gənc bahadır "QAFQAZ QARTALI" ləqəbini qazanaraq, asanlıqla iki qolu üzərində 20 nəfər saxlayır, qalın armaturu əyir, yoğun dirəyi boynunda sındırır, üstündən 5 tonluq avtomobil keçirdi.
Aleksandr İvanov (güləşçi)
Aleksandr Nikolayeviç İvanov (10 yanvar 1951, Suntar ulusu, Yakutiya MSSR) — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi. == Bioqrafiyası == 1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir. == İdman naliyyətləri == 1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 1972 və 1973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur.
Aydın İbrahimov (güləşçi)
Cabbar Nəcəfov (güləşçi)
Cabbar Nəcəfov (27 dekabr 1998) — Azərbaycanı təmsil edən güləşçi. == Həyatı == Cabbar Nəcəfov 1998-ci il dekabrın 27-də anadan olub. == Karyerası == Cabbar Nəcəfov 2014-cü ildə gənclər arasında Avropa Çempionatının qalibi oldu. Cabbar Nəcəfov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cabbar Nəcəfov qrup mərhələsinin birinci görüşündə Türkiyə nümayəndəsi Uğur Bəytəhin ilə üz-üzə gəldi. Həmin görüşdə Cabbar Nəcəfov rəqibinə 8:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi İran nümayəndəsi Məhəmmədreza Ağaniaçari oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə də Cabbar Nəcəfov qalib gəldi — 10:5. Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Moldova nümayəndəsi Dorin Koxohari oldu. Bu görüşdə də qalib gələn tərəf Cabbar Nəcəfov oldu — 8:0.
Elçin Əliyev (güləşçi)
Elçin Əliyev (26 aprel 1990, Azərbaycan) — 2007-2013-cü illərdə Azərbaycanı, 2018-2021-ci illərdə isə Türkiyəni təmsil edən yunan-roma güləşçisi, 2010 və 2012-ci illərdə Avropa Çempionatının qalibi. == Həyatı == Elçin Əliyev 1990-cı il aprelin 26-da anadan olub. 2001-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Əbülət Məmmədovdur. == Karyerası == Elçin Əliyev 2007-ci ildə Belqrad şəhərində (Serbiya) baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2008-ci ildə isə o, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Daha sonra Elçin Əliyev 2009-cu ildə Fransada Kristo Lutte Turnirini qızıl medalla, Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini isə 7-ci pillədə başa vurdu. 2010-cu ilin yanvarında İstanbul şəhərində Vəhbi Əmrə Turnirinin qalibi olan Elçin Əliyev, apreldə Avropa Çempionatında debüt elədi. Azərbaycanda baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Vüqar Rəhimova, 1/4 final mərhələsində Norveç nümayəndəsi Anders Renningena, 1/2 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Alexander Kostadinova qalib gələn Elçin Əliyev, final görüşündə Rusiya nümayəndəsi, olimpiya çempionu Nazir Manqiyev üzərində qələbə qazandı və Avropa Çempionatının qalibi oldu. Daha sonra Elçin Əliyev iyulda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini və sentyabrda Rusiyada Dünya Çempionatını 8-ci pillələrdə başa vurdu.
Həsən Əliyev (güləşçi)
Həsən Əliyev (14 noyabr 1989, Qazax) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi və məşqçisi, 2010-cu il Avropa Çempionatının və Dünya Çempionatının qalibi. == Karyerası == Həsən Əliyev 2006-cı ilin iyulunda İstanbulda yeniyetmələr arasında Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2007-ci il ərzində gənclər arasında Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Həsən Əliyev 2008-2010-cu illərdə Azərbaycan idmanı tarixində bir sıra uğurlara imza atdı.Həsən Əliyev 2008-ci ilin iyulunda Kosiçe şəhərində gənclər arasında Avropa Çempionatının qalibi oldu. Həsən Əliyev 2009-cu ilin iyununda növbəti dəfə gənclər arasında Avropa Çempionatının qalibi olan Həsən Əliyev həmin ilin avqustunda gənclər arasında Dünya Çempionatının da qızıl medalına sahib oldu.Karyerasının zirvəsu isə 2010-cu ildə oldu. Həsən Əliyev ilin əvvəlində, yanvarda İstanbul şəhərində Vəhbi Əmri Turnirinin, martda isə Sombatxey şəhərində Macarıstan Qran-Prisinin qalibi oldu. Apreldə Azərbaycanda baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanan Həsən Əliyev Avropa çempionu adına sahib oldu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirində də qızıl medala sahib olan Həsən Əliyev sentyabrda Rusiyada baş tutan Dünya Çempionatında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Bir il ərzində Dünya və Avropa Çempionatıda daxil olmaqla mübarizə apardığı bütün beynəlxalq turnirlərdə qələbə qazanan Həsən Əliyev Dünya və Avropa çempionu olan birinci azərbaycanlı yunan-roma güləşçisi oldu.2011-ci ildə Həsən Əliyev Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan Həsən Əliyev sentyabrda İstanbul şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu.Həsən Əliyev 2012-ci ildə də uğurlu çıxış eləmədi. Yanvarda İstanbul Qran-Prisini 11-ci pillədə başa vuran Həsən Əliyev iyunda Almaniya Qran-Prisinin gümüş medalına sahib oldu.
Kənan Quliyev (güləşçi)
Kənan Quliyev — Azərbaycanı təmsil edən güləşçi. == Karyerası == Kənan Quliyev 2010-cu ildə yeniyetmələr arasında Azərbaycan Çempionatının qalibi oldu. Kənan Quliyev 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Kənan Quliyev qrup mərhələsinin birinci görüşdə Kolumbiya nümayəndəsi Yerzon Hernandez ilə üz-üzə gəldi. Həmin görüşdə Kənan Quliyev rəqibinə qalib gəldi — 2:0 (5:0, 2:1). Növbəti görüşdə isə onun rəqibi Sinqapur nümayəndəsi Kester Çun Yu Lun oldu. Bu görüşdə də Kənan Quliyev rəqibinə qalib gəldi — 2:0 (6:0, 7:0). Qrup mərhələsinin üçüncü görüşündə Kənan Quliyev Avstraliya nümayəndəsi Cayden Lavrense üzərində təmiz qələbə qazandı. Bununla da Kənan Quliyev qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Yaponiya nümayəndəsi Yuhi Tahahaşi oldu.
Laslo Papp (güləşçi)
Laslo Papp (mac. Papp László; 4 yanvar 1905, Senteş[d], Çonqrad[d] – 28 yanvar 1989, Budapeşt) — macarıstanlı Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı. == Həyatı == Laslo Papp 1905-ci ildə Senteş şəhərində anadan olmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatların gümüş medalçısı olmuşdur, 1927-ci ildə isə Avropa çempionluğunu qazandı. 1928-ci ildə o, Amsterdamda keçirilən Olimpiya Oyunlarında iştirak etdi və gümüş medala layiq görüldü. 1933-cü ildə Laslo Papp bu dəfə Yunan-Roma yox, sərbəst güləş üzrə Avropa çempionu oldu. 1934-cü ildə o, Avropa çempionatının bürünc medalını qazandı.
Qurban Qurbanov (güləşçi)
Qurban Osman oğlu Qurbanov (28 yanvar 2002; Kürdəmir rayonu, Azərbaycan) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Həyatı == Qurban Qurbanov 2002-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. == Karyerası == Qurban Qurbanov 2017-ci ilin sentyabrında Afina şəhərində (Yunanıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Qurban Qurbanov, yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2018-ci ildə isə Qurban Qurbanov yeniyetmələr arasında Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Əvvəlcə Qurban Qurbanov mayda Shopye şəhərində (KYRM) baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin həlledici görüşündə Bolqarıstan nümayəndəsi Edmond Nazaryana məğlub olan Qurban Qurbanov, turnirin gümüş medalına sahib oldu. İyulda isə Qurban Qurbanov Zaqreb şəhərində (Xorvatiya) baş tutan Dünya Çempionatında mübarizə apardı və turniri bürünc medalla başa vurdu. Qurban Qurbanov növbəti uğuruna 2019-cu ilin iyulunda imza atdı. Avropa Yeniyetmələrinin Olimpiya Festivalında mübarizə aparan Qurban Qurbanov, turnirin final görüşündə Gürcüstan güləşçisi Kviça Abuladze üzərində qələbə qazandı və turnirin qalibi oldu.
Rafiq Hacıyev (güləşçi)
Rafiq Sultan oğlu Hacıyev (doğ. 31 may 1947, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet sərbəst güləşçisi, dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli SSRİ idman ustası, "Azərbaycan Respublikasının Əməkdar məşqçisi", "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi". == Həyatı == Rafiq Hacıyev 31 may 1947-ci ildə Bakı şəhərində anadan olub. 1961-ci ildən güləşlə məşğul olmağa başlayıb. Bir il sonra yarışlarda debüt edib. 1963-cü ildə Bakı çempionatının qalibi, Azərbaycan SSRİ çempionatının isə bürünc mükafatçısı olub.1966-cı ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb. Hacıyev idman dairələrində tanındığından, iki il yarım Şimali Qafqaz qoşunları ordusunun idman klubunda qulluq edib.1970-ci ildə Avropa çempionatında qızıl, 1973-cü ildə isə isə gümüş medal qazanıb.1970-ci ildə SSRİ kubokunda qızıl medal qazanıb. 1973-cü ildə ABŞ-nin Tolido şəhərində keçirilmiş Dünya Kubokunda, 1974-cü ildə isə Türkiyənin İstanbul şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.1974-cü ildə İspaniya-nın Las-Palmas şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanıb. Sərbəst güləş üzrə SSRİ çempionatında 1969-cu ildə bürünc, 1970-ci ildə qızıl, 1971, 1972 və 1975-ci illərdə isə gümüş medal qazanıb.
Rafiq Hüseynov (güləşçi)
Rafiq Radik oğlu Hüseynov (16 may 1988; Daşkənd, Özbəkistan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rafiq Hüseynov 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. O, həmçinin 2021-ci ildə Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Rafiq Hüseynov 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına sahib olub. O, həm də 2011, 2020 və 2022-ci illərdə Avropa Çempionatının qızıl medallarını qazanıb. Rafiq Hüseynov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Karyerası ərzində 70 beynəlxalq yarışa qatılan Rafiq Hüseynov onların 17-də qızıl medal, 15-də gümüş medal, 13-də isə bürünc medal qazanıb. Rafiq Hüseynov həmçinin Müdafiə Nazirliyinin zabitidir. == Həyatı == Rafiq Radik oğlu Hüseynov 1988-ci il mayın 16-də Daşkənd şəhərində anadan olub. Əslən İrəvan şəhərindən olan Hüseynovlar ailəsi, 1989-cu ildən Azərbaycanda yaşamağa başlayıblar. 1995-2004-cü illərdə Nərimanov rayonunda 291 nömrəli "Araz" Ekologiya Liseyində təhsil alan Rafiq Hüseynov, 2006-2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.
Teymur Məmmədov (güləşçi)
Teymur Məmmədov (12 aprel 1997) — Azərbaycanı təmsil edən güləşçi. == Həyatı == Teymur Məmmədov 1997-ci il aprelin 12-də anadan olub. == Karyerası == Teymur Məmmədov 2013-cü ildə gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bir il sonra isə Teymur Məmmədov gənclər arasında Avropa və Dünya Çempionatlarının qızıl medallarına sahib oldu. Teymur Məmmədov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Teymur Məmmədov qrup mərhələsinin birinci görüşündə Gürcüstan nümayəndəsi İveriho Culahidze ilə üz-üzə gəldi. Həmin görüşdə Teymur Məmmədov rəqibinə 10:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi CAR nümayəndəsi Elbert Steyn oldu. Həmin görüşdə də Teymur Məmmədov qalib gəldi — 10:0. Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Palau nümayəndəsi Ceyms Didasho oldu.
Tural Rəhimov (güləşçi)
Rəhimov Tural Cahangir oğlu (9 may 1988, Sumqayıt) — Azərbaycan döyüşçüsü. == Həyatı == 9 may 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Uşaq yaşlarından (2003–2009) Vasif Namazovun rəhbərliyi altında əlbəyaxa döyüş sənəti ilə məşğul olmağa başlamış və bir neçə döyüş növləri üzrə Azərbaycan və beynəlxalq yarışların iştirakçısı və qalibi olub. Sonralar pankration,sambo, Uşu-sanda və s. kimi döyüş növləri üzrə keçirilən Azərbaycan və beynəlxalq turnirlərin çempionu və mükafatçısı olur. Döyüş Ciu-citsusu üzrə Beynəlxalq turnirin qalibi,Döyüş sambosu üzrə 2006-cı ildə gənclər arasında keçirilən Avropa çempionatı yarışlarının birincisi olmusdur,2010-cu ildə Türkiyədə "WOF (World O-Sport Federation)"-dan keçirilən(dünya çempionatında) yarışda çempion, 2011-ci ildə Dağıstanda keçirilən qaydasız döyüş üzrə yarışda Rusiya bayrağı altında iştirak edən erməni "Kudo" üzrə 3 qat dünya çempionu Edqar Kolyanı ağır məğlubiyyətə uğradaraq çempion olur. 2010-ci ildən başlayaraq Tural Rəhimov Pro Fc-nin Azərbaycan Nümayəndəliyində Şəhriyar Abbasovun rəhbərliyi altında peşəkar yarışlara qatılır, 2011-cü ilin mart ayının 24-də Moldovanın paytaxtı Kişinyovda keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirin çempionu olur. Hazırda Rusiya Federasiyasında, Mamişov Team klubunda təlimlərdə iştirak edərək peşəkar yarışlarda iştirak edir.
Tural Əliyev (güləşçi)
Tural Əliyev (Tural Məhəmməd oğlu Əliyev; 31 dekabr 1986, Qazax rayonu) — Azərbaycanlı zorxana ustası; sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi; güləş üzrə 1-ci kateqoriyalı beynəlxalq dərəcəli hakim; idman ustası; Avropa və dünya çempionatının qalibi, dünya kubokunun sahibi, IV İslam Həmrəyliyi Oyunlarında gümüş medalçısı. == Həyatı == Tural Əliyev 31 dekabr 1986-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Birinci sinifə doğma kəndində getsə də, az sonra ailəvi olaraq Sumqayıt şəhərinə köçüblər. Bundan sonra o, təhsilinə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə davam etdirmişdir. == Karyerası == Qazax rayonunda yaşadığım kənddə əvvəl ancaq karate var idi; ona görə də idmana karate ilə başlamışdır. Sumqayıta köçdükdən sonra atası güləşə çox həvəsli olduğu üçün onu qardaşı ilə birlikdə güləşə qoymuşdur. Beləliklə o, 1996-cı ildən sərbəst güləşlə məşğul olmağa başlayır. Eyni zamanda özünün futbola da həvəsi olduğu üçün güləşlə yanaşı futbola da gedir. Lakin bir gün onu futbolda görməsindən sonra güləş məşqçisi Firdovsi müəllimi Turala deyir ki, "ya güləşi, ya da futbolu seç." Tural da atasına görə güləşi seçir və idman növü ilə məşğul olmağa davam edir. Sərbəst güləş üzrə 2007-ci ildə keçirilən respublika çempionatında çiynindən aldığı zədə onun bir il ərzində idmandan kənarda qalmasına səbəb olur.
Yaşar Əliyev (güləşçi)
Yaşar Əliyev (tam adı: Əliyev Yaşar Azər oğlu; 31 avqust 1989, Azərbaycan) — Azərbaycanlı sərbəst güləşçi. == Həyatı == Yaşar Əliyev 1989-cu ilin avqust ayının 31-də anadan olmuşdur. Yaşar Əliyev güləşlə 2000-ci ildə məşğul olmağa başlamışdır. Hacı Əliyevin böyük qardaşı olan Yaşar Əliyev 2006-cı ildə keçirilən Gənclər üzrə Avropa Çempionatında, 2008-ci ildə keçirilən Gənclər üzrə Avropa Çempionatında və 2009-cu ildə keçirilən Gənclər üzrə Dünya Çempionatında bürünc medal qazanmışdır.
Zəfər Quliyev (güləşçi)
Zəfər Quliyev - Azərbaycanlı güləşçi, yunan-roma güləşi üzrə 48 kq çəki dərəcəsində olimpiya oyunları və dünya çempionatı mükafatçısı, üçqat Avropa və ikiqat SSRİ çempionu. == Bioqrafiyası == 1972-ci il iyun ayının 17 -də Lənkəran şəhəri Lüvəsər kəndində çoxuşaqlı fəhlə ailəsində anadan olmuşdur.Ilk addimlarini 5-6-ci sinifde oxuyarken Yunan-Roma gules idman novu uzre Lenkeran U.G.I.mektebinde mesgci Hokumolla Gasimovun rehbirliyi altinda atmishdir.1985- ci ildə Bakıda idman internatına daxil olmuşdur. 1989-cu ildə internatı bitirmiş və idman ustası normativini yerinə yetirmişdir. Həmin il Bakıda Olimpiya Ehtiyatı məktəbinə daxil olmuş, həmin məktəbi 1991-ci ildə bitirmişdir. 1991-ci ildə gənclər arasında SSRİ birinciliyinin qalibi olaraq beynəlxalq dərəcəli idman ustası normativini yerinə yetirmişdir. Həmin il Ulyanovsk şəhərinə köçmüş və Dinamo idman cəmiyyətində SSRİ əməkdar idman ustası Anatoli Vinnikin rəhbərliyi ilə məşqlərə başlamışdır. 1992- ci ildə Rusiya və MDB çempionu adını qazanmış və Avropa çempionatında bürünc medala layiq görülmüşdür. 1996-cı ildə Ulyanovsk Pedaqoji Dövlət Universitetinə qəbul olunmuş və 2001 - ci ildə idman tərbiyəsi müəllimi ixtisası üzrə həmin universiteti bitirmişdir. 1994- cü ildə ona Rusiyanın əməkdar idman ustası idman adı təsis edilmiş, 1997 - ci ildə isə ikinci dərəcəli "Vətən qarşısında xidmətlərə görə " ordeni medalı ilə təltif edilmişdir. Ailəlidir, üç oğlu var.
Şərif Şərifov (güləşçi)
Şərif Naidhacav oğlu Şərifov (11 noyabr 1988; Çaroda rayonu, Dağıstan MSSR, Rusiya SFSR) — 2008-2021-ci illərdə Azərbaycanı təmsil edən sərbəst güləşçi. Şərif Şərifov 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medal, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə qızıl medala sahib olub.2011-ci ildə İstanbul şəhərində baş tutan Dünya Çempionatının qalibi olan Şərif Şərifov, 2019-cu ildə Avropa Çempionatının qızıl medalını da qazanıb.Şərif Şərifov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Şərif Şərifov 1988-ci il noyabrın 11-də Dağıstanın Çaroda rayonunun Qunux qəsəbəsində anadan olub. Milliyyətcə avardır. Güləşlə Qızılyar şəhərində məşğul olmağa başladı. 2000-ci ildən isə Mahaçqala şəhərində məşhur güləş mütəxəssisi Ənvər Məhəmmədhacıyevin rəhbərliyi altında məşq edirdi. Rusiya yığmasının heyətində ciddi rəqabət olduğuna görə məşqçilərin məsləhətilə 2008-ci ildə Azərbaycan yığmasına transfer oldu.Şərif Şərifov 2012-ci ildə Əminə Şərifova ilə evlədi. 2016-cı ildə cütlüyün oğlu dünyaya gəldi. == Karyerası == === 2006—2007-ci illər: Beynəlxalq turnirlə debüt === 18 yaşlı Şərif Şərifov 2006-cı ildə sərbəst güləş üzrə Dağıstan Çempionatının qalibi oldu. Şərif Şərifovun birinci beynəlxalq turniri 2007-ci ilin iyununda Serbiyanın Zrenyanin şəhərində baş tutan gənclər arasında Avropa Çempionatı oldu.
Əşrəf Əliyev (güləşçi)
Əşrəf Əliyev (29 iyul 1986, Giləzi, Abşeron rayonu) — Azərbaycanı təmsil edən sərbəst güləşçisi. == Karyerası == Əşrəf Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirlərini 2008 və 2010-cu illərdə 8-ci pillədə, 2009-cu ildə isə 5-ci pillədə başa vurdu. 2010-cu ilin avqustunda Finlandiyada baş tutan hərbçilər arasında Dünya Çempionatının bürünc medalına sahib olan Əşrəf Əliyev 2011-ci ilin mayında Əli Əliyev beynəlxalq turnirini, iyulunda da Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medallarla başa vurdu. 2011-ci ilin sentyabrında isə Əşrəf Əliyev İstanbul şəhərində baş tutan Dünya Çempionatında bürünc medala sahib oldu. Əşrəf Əliyev həmdə olimpiya lisenziyasını da əldə elədi.2012-ci ildə olimpiadadan əvvəl Əşrəf Əliyev fevralda Yaşar Doğu beynəlxalq turnirinin bürünc, iyunda da Almaniya Qran-Prisinin gümüş medalına sahib oldu. Avqustda isə Əşrəf Əliyev Azərbaycanı olimpiada da təmsil elədi. Əşrəf Əliyev olimpiadanın təsnifat mərhələsində Yaponiya nümayəndəsi Sosue Tahatani ilə üz-üzə gəldi. Görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Əşrəf Əliyev növbəti hissədə də rəqibi üzərində 1:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Rusiya nümayəndəsi Denis Tsarquş oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Əliyev, növbəti hissəsində isə Tsarquş minimal hesabla qalib gəldi və görüşün taleyi üçüncü hissədə həll oldu.