Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kumpir
Kumpir — Anadolunun bəzi yerlərində "kartof" sözünün qarşılığı olaraq istifadə edilməklə yanaşı, əslində bişmiş kartofun əzilməsi ilə hazırlanan bir yemək növüdür. Təməl olaraq kartof xüsusi sobada bişirildikdən sonra qabığı yarılır. Çox vaxt daxili miqdarını artırmaq üçün bir başqa kartof da kəsilərək içinin yarısı və ya hamısı buna əlavə olunur. İçərisinə duz və kərə yağı və ya marqarin əlavə olunub qarışdırılaraq əzilir. Klassik olaraq qabığının içərisində servis edilir. Ümumiyyətlə sadə formasının üzərinə müxtəlif məzələr və souslar qoyurlar. Ən məşhur servisi zamanı kartofa rəndələnmiş kaşar pendiri də qarışdırılır, qaynadılmış sosiska kartofun içərisinə doğranır və üzərinə rus salatı qoyulur. Bunlardan başqa qarğıdalı, zeytun, noxud, göbələk və ya müxtəlif məzələrlə, ya da ağız dadına görə müxtəlif inqrediyentlərlə də hazırlana bilər. Əksər hallarda daha da ləzzətli olması üçün ketçup və mayonez kimi souslarla təqdim edilir. == Xarici keçidlər == Kumpir necə hazırlanır?
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Qumral Sadıqzadə
Qumral Sadıqzadə (tam adı: Sadıqzadə Qumral Seyid Hüseyn qızı) (1929-2010) — Seyid Hüseyn Sadiqin qızı. 1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib. Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir. 2000-2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir.
Qumral palıd
Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır. Azərbaycanın nadir bitkisidir.DD. Orta dağ qurşağında meşələrdə rast gəlinir. Təbii arealı çox geniş deyildir. Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır. Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Qumral Abdal
Ərtoğrul Qazi və Osman Qazinin yoldaşlarından və Şeyx Ədəbalının mürüdlərindən biri olmuşdur. Təvarix-i Ali Osman (Aşıkpaşazade) əsərində əsl adının Durut və ya Turqut olduğu bildirilir. Bozüyükün mənəvi yaradıcılarından biridir.
Qumin turşuları
Qumin turşusu — tomnookrashennyh qələvi həll və turşusu həlledilməz humik maddələrin qrup. Humik turşu — ölü bitkilərin parçalanma və onların sonrakı TN meydana gətirdiyi təbii üzvi yüksək molekulyar birləşmələr kompleks qarışıq .. humification (mikroorqanizmlərin, su və oksigen cəlb humus daxil üzvi qalıqların biokimyəvi çevrilməsi parçalanma məhsulları). quru dövlət — eritilmez amorf qəhvəyi toz məhsul. Humik turşuları torf, kömür, torpaqların üzvi maddələr bir hissəsi və (məhsulu ağac emalı) zəif sulu qələvi həlləri ilə müalicə ilə hasil bəzi lignosulfonate var. Humik turşuları, metal korroziya sürətləndirmək su (iy, rəng) orqanoleptik xassələri təsir su orqanizmlərin inkişafına mənfi təsir, suyun kimyəvi tərkibi təsir (aşağı oksigen content, ion tarazlığını mərhələsi təsir). (. Latin humus dən — Ground) humin maddələr ilk torf Alman alim Franz Achard ilə 1786-cı ildə təcrid edilib. humin turşuları əsasında hazırlıq bir sıra sonra mənbələri torpaq, sapropel, linyit və lignosulfonate xidmət. Rusiyada, torf, qonur kömür, sapropel və liqnin sulfonat edilən humik hazırlıq, indiki XX əsrin ikinci yarısından əvvəlindən təsərrüfatı heyvanları və bitkilərin qidalandırmaq üçün istifadə olunur.
Mirzə Məhəmməd Tağı Qumri
Mirzə Məhəmməd Tağı Qumri (1819, Dərbənd, Rusiya Respublikası – 1891, Dərbənd, Dağıstan vilayəti) — XIX əsrdə yaşayıb-yaratmış azərbaycanlı şair. Dərbənd şairlərindən ən məşhuru Mirzə Məhəmməd Tağı ibnül-mərhum İbrahim və "Qumri" təxəllüsdür. Qumri əslən Dərbəndlidir və bu şəhərdə hicri tarixi ilə 1235-ci ildə dünyaya gəlib. Qumri səğir sinnindən məktəbə qoyulub, öz zehnü fərasəti sayəsində az vaxtda türkcə, farsca və hətta ərəbcə gözəl savad kəsb edib, öz vaxtının və müasirinin mabeynində mütədavil olan ülumü kəmalata dara olubdur. Mirzə Məhəmməd Tağı əxlaqü ətvar cəhətincə cümlənin nəzərində məmduhü mümtaz bir vücudi-möhtərəm sayılırdı. Kəsbi-məaşını ticarət əmrinə münhəsir qılıb, mütəşəxxis və mötəbər tüccarlardan birisi hesab olunurdu. Sahibi-əqlü tədbir olduğu üçün müşkül əmrlərdə əbnayi-vətəni, dost və aşnası ona rücu edib, onun səlahdidi ilə rəftar edərdilər. Otuz sinninə yetdikdə nəzmü təlifi-əşari-gövhərbar və əbyati-dürnisari-müsibəti-əhli-beyti-əthar və şühədayi-Kərbəlaya şüru etməklə bir qüvveyi-iqtidar peyda etmiş Qumri "Kənzül-məsaib" nam əsərinin dibaçəsində nəsr ilə yazdığı bir neçə püribarə sətirlərdən belə anlaşılır ki, əyyami-şəbabını zövqü işrətdə keçirdiyindən peşman olubdur. Necə ki, ol cənab bu xüsusda deyir: "Bəndeyi-zəlil rusiyah əlmüznibü təhidəst, sərmayeyi-itaəti-übudiyyət və qutəvəri-dəryayi-bimüntəhayi-məasi, əsiri-həvayi-nəfsi-əmmareyi-şərir əbdül-həqir kəsirüz-zünubü təqsir Məhəmməd Tağı ibnül-mərhum İbrahim Dərbəndi əlmütə-xəllis bə "Qumri" məşğuli-sevdayi-cəmali-bər xəttü xali-məhbubani-əbruhilal və məftuni-nərgisi-fəttani-dilfəribani-cadumisal olub və bəmüfadi "əl məcazü qəntərətül-həqiqə" gülüstani-aləmi-imkanü məcazdə aşüftəvü nalan, kəmali-nəğmeyi-məqamati-fərəhəfza ilə guya və rətbül-lisan olduğu halda nagah şahbazi-büləndpərvazi-nüktəpərdazi-əqli-mümtazi-kamilnəvazi-[aləmi]-insan mərəzi-xitab-itaba gəlib, mütərənnimi-məqal vəcdü hal və müstəhzəri-sualü cavab oldu". Şairin təbi-rəvanpərvəri ağılın bu gunə Qumrini xabi-qəflətdən bidar edib, axirət və mənəviyyət aləminə onun fikrü xəyalatını sövq etməyini müşahidə edib, filfövr ağıl ilə mübahisəyə daxil olur və meydani-fəsahətü bəlağət[də] tündü çapük gedən atını cövlan etdirib, bir xeyli mükalimə və mübahisədən sonra təb ağıla qalib gəlir.
Qazi Əhməd Qumi
Qazi Əhməd Qumi —Səfəvilər sarayında xidmət etmiş, xəttat, münşi və vəzir olmuş İran tarixçisi Qazi Əhməd Qumi (1549-təqribən 1606) dövrün Azərbaycan mədəniyyətinin araşdırılmasına yardım edə bilən, dəyərli məlumatlar verən orta əsr müəlliflərindəndir. Qazi Əhməd Qumi “Xülasət ət-təvarix”, “Gülüstani-hünər”, “Məcmə əş-şüəra” kimi məşhur əsərlərin müəllifidir. Qazi Əhməd Qumi 1546-cı il mayın 17-də (hicri tarixi ilə 953-cü il rəbi əl-əvvəl ayının 18-də) İranın Qum şəhərində anadan olmuşdur. Qazi Əhmədin nəsli Qum şəhərindəndir. Ona görə də Qazi Əhməd “Qumi” nisbəsi daşımışdır. Qazi Əhməd Qumi ata tərəfdən ulu babaları Qumun zadəgan və nücəbalarından hesab olunurdular. Qazi Əhməd öz ulu babası Qazi Şərəfəddin Əbdülməcid Qumi haqqında yazır ki, o, 1497-ci ildə sonuncu Ağqoyunlu padşahlarının hakimiyyəti dövründəki iğtişaşlar zamanı Qum şəhərinin darvazalarını Eybə Sultanın qoşunları üçün açmaqdan imtina etdiyinə görə ailəsi ilə birlikdə öldürülmüşdür. Qazi Əhmədin ana tərəfdən babası Ağa Kəmaləddin Hüseyn öz dövrünün nüfuzlu şəxsiyyətlərindən olmuş, Qumda məşhur olan “Hüseyniyyə” adlı dərviş zaviyyəsinin əsasını qoymuşdur. Qazi Əhməd öz əsərlərində “Mir Münşi” təxəllüsü ilə tanınan atası Mir Şərəfəddin Hüseyn əl-Hüseyninin adını bir neçə dəfə çəkir. Mir Şərəfəddin 1508 -ci il iyul ayının 16-da (hicri tarixi ilə 914-cü il rəbi əl-əvvəl ayının 17-də) Qum şəhərində anadan olmuş və Herat şəhərində Şah I İsmayılın oğlu, Xorasanın naibi Sam Mirzənin dəftərxanasında münşi vəzifəsində çalışmışdır.
Şeyx Abbas Qumi
Şeyx Abbas Qumi (1875, Qum – 21 yanvar 1941, Nəcəf) — İlahiyyatçı alim. Şeyx Abbas Qumi hicri 1294-cü ildə (1877) İranın Qum şəhərində anadan olmuşdur. Şeyx Abbas Qumi hicri 1359-cu ildə (1940) İraqın Nəcəf şəhərində vəfat etmişdir. Məfatihul-cinan. Beytül-əhzan. əl-Kuna vəl Əlqab Zübdətul-əhadis Şeyx Abbas Qumi, Məfatihul-cinan, mütərcim: Zəfər Cəfərzadə, Daneşe hamedun, Bakı, 2006, 5000 tiraj, 1232 səh.
Əhməd Azəri Qumi
Əhməd Azəri Qumi Bəydili — Şiə ruhani, fəqih və siyasətçi.O, həmçinin İranın Ekspertlər məclisinin üzvü idi. 1925-ci ildə Qumda dünyaya gəlmişdir.
Gmail
Gmail (tələffüz: ci-meyl) — Google şirkətinindən e-poçt xidməti. POP3S interfeysi ilə işləyir. 2008-ci ildə hər istifadəçiyə, öz məktublarını saxlamaq üçün, 10 GB yaddaş verilib və bu rəqəm 1 aprel 2005-ci ildən bəri artmaqdadır. Gmail 2004-ci il 1 aprel tarixində fəaliyətə başlayıb. Əvəlcə Gmail-i istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazım idi. Amma indi hər kəs Gmail xidmətindən faydalana bilər. Gmail xüsusi web interfeysə sahibdir və bu onun istifadəsini xeyli asandlaşdırır. Gmail istifadəçiləri Gtalk Instant Messenging servisindən də faydalana bilər. Gmail-in istifadəçi interfeysi Azərbaycan dilinə tərcümə olunub.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Gmail.com
Gmail (tələffüz: ci-meyl) — Google şirkətinindən e-poçt xidməti. POP3S interfeysi ilə işləyir. 2008-ci ildə hər istifadəçiyə, öz məktublarını saxlamaq üçün, 10 GB yaddaş verilib və bu rəqəm 1 aprel 2005-ci ildən bəri artmaqdadır. Gmail 2004-ci il 1 aprel tarixində fəaliyətə başlayıb. Əvəlcə Gmail-i istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazım idi. Amma indi hər kəs Gmail xidmətindən faydalana bilər. Gmail xüsusi web interfeysə sahibdir və bu onun istifadəsini xeyli asandlaşdırır. Gmail istifadəçiləri Gtalk Instant Messenging servisindən də faydalana bilər. Gmail-in istifadəçi interfeysi Azərbaycan dilinə tərcümə olunub.
Qumıq dili
Qumuq dili — türk dilləri ailəsinə daxil olan dillərdən biri, qumuqların ana dili. Türk dillərinin qıpçaq qrupuna aiddir. Rusiya Federasiyası ərazisində, əsasən Dağıstan, qismən də Çeçenistan, İnquşetiya və Şimali Osetiya respublikalarında yayılmışdır. Əlifbası 1929-cu ilədək ərəb, 1928-38 illərdə latın və 1939-cu ildən isə kiril qrafikası əsasında tərtib olunmuşdur.
Qımıl-qazma
Qımılqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. Buraya XIX əsrin sonları, XX əsrin əvvəllərində Qımıl və keçmiş Orduxan qazmalarından köç etmişlər. Ehtimal edilir ki, burada daha əvvəllər də yaşayış olub. Buna misal kimi kəndin girəcəyində olan, yaşı dəqiq bilinməyən qəbirstanlıqdır. Bu kənd magistiral yol üzərində yerləşir və buna görə də buraya gəliş-gediş asanlaşır. Qımılqazma oyk., miir. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir.
Qımıl xalçaları
Qımıl xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Garcinia gummi-gutta
Garcinia gummi-gutta (lat. Garcinia gummi-gutta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cambogia gummi-gutta L. Cambogia gutta L. Garcinia cambogia Desr. Garcinia gutta Roxb. ex Wall. Mangostana cambogia Gaertn. == Yarımnövləri == Garcinia gummi-gutta var. gummi-gutta Garcinia gummi-gutta var.
Cambogia gummi-gutta
Garcinia gummi-gutta (lat. Garcinia gummi-gutta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cambogia gummi-gutta L. Cambogia gutta L. Garcinia cambogia Desr. Garcinia gutta Roxb. ex Wall. Mangostana cambogia Gaertn. == Yarımnövləri == Garcinia gummi-gutta var. gummi-gutta Garcinia gummi-gutta var.