Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qutan
Qutan (lat. Pelecanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinə aid heyvan cinsi.
Qutan (Poldəşt)
Qutan (fars. قوطان‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (89 ailə).
Qutan (ada)
Qutan adası — Xəzər dənizi Bakı arxipelaqında Azərbaycana məxsus ada. Xarici görünüşü Qutanı xatırlatdığı üçün belə adlandırılıb. Pirsaat buxtasında yerləşir.Sahildən 6–7 km aralıda yerləşir. Sualtı adalar qövsündə yerləşən adadır. Baburi adasından 3,9 km cənub-şərqdə yerləşir.
Qutan adası
Qutan adası — Xəzər dənizi Bakı arxipelaqında Azərbaycana məxsus ada. Xarici görünüşü Qutanı xatırlatdığı üçün belə adlandırılıb. Pirsaat buxtasında yerləşir.Sahildən 6–7 km aralıda yerləşir. Sualtı adalar qövsündə yerləşən adadır. Baburi adasından 3,9 km cənub-şərqdə yerləşir.
Qıvrımlələk qutan
Qıvrımlələk qutan (lat. Pelecanus crispus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. Rəngi bozumtul-ağdır. Dimdiyinin alt hissəsində boğaz kisəsi vardır. Qanadlarının ucu qaradır. Boynunun arxa hissəsində və başındakı lələklər bulanıq ağ rəngli qıvrım "papaqcıq" əmələ gətirmişdir. Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Şirvan Milli Parkında, Araz dəryaçasında və Arpaçay su anbarında, Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində qışlayır. Sarısu və Ağgöldə nəsil verib. Balıqla zəngin olan iri su hövzələrində məskunlaşır.
Çəhrayı qutan
Çəhrayı qutan (lat. Pelecanus onocrotalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. Kütləsi 7,5–9 kq-dır. Sürü halında yaşayırlar. Rəngi çəhrayıyaçalan-ağdır. Qanadlarının ucu qaradır. Başının arxa tərəfində bir topa sivri lələkdən ibarət tac var. Dimdiyi çox uzundur və altında boğaz kisəsi vardır. Suda üzərkən və uçuş zamanı boynunu "s" hərfi formasında saxlayır. Yaxşı üzür, lakin hava kisələrinin çoxluğu və skeletin pnevmatikliyinə görə suya dala bilmir.
Qutankimilər
Qutankimilər (lat. Pelecaniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Qutankimilərə kürək ayaqlılar da deyilir.Ona görə ki, bu quşların barmaqları bütöv bir üzmə pərdəsi ilə bitişikdir.Qutankimilərin bədəni yastı,lələk örtüyü sıxdır.Onlar yaxşı üzür,yerdə isə çətin gəzir.Bəzi növləri, məsələn, qarabatdaqlar suya baş vura bilir və suyun dərinliyindən balıq ovlayıb çıxarır.Qutankimilər qarışıq və ya sərbəst düşərgələr əmələ gətirməklə nəsil verir.Bir düşərgədə 1000 cütə qədər quş ola bilər.Lakin onlar cüt-cüt yaşayırlar.Qutan kiçik adacıqlarsa yerdə (yerdə),qarabatdaq isə qayada, ağac və ya kol üzərində yuva tikir, yuvaları iri olur.Hər iki valideyn növbəli kürt yatıb bala çıxarır və onları yuvada bəsləyib böyüdür.Azərbaycanda çəhrayı və qıvrımlələk qutanlar məskən salır.Onlar iri quşlardır, alt çənəsindən sallanan dəri torba onları uzaqdan tanıdır.Hər iki növün sayı azaldığı üçün Qırmızı kitaba daxil edilmişdir.Azərbaycanda qıvrımlələk qutan yalnız ağ göl qoruğunda az miqdarda yuva tikib nəsil verir.Çəhrayı qutan Azərbaycan sularına qışlamaq üçün gəlir.
Qutanlar
Qutanlar (lat. Pelecanidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qırmızı Qutanlar
Qırmızı Qutanlar — Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Təyyarələri qırmızı rəng sxemində boyanmışdır. 1973-cü il neft böhranı səbəbilə fəaliyyətini dayandırmışdır.
Butan
Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur. == Ümumi məlumat == Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013).
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Qutab
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Qutran
Qutran (fr. Goutrens, oks. Gotrens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 20 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 445 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfər (15-64 yaş arasında) arasında 185 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77,7%, 1999-cu ildə bu 68.1%).
Kutan (Sərdəşt)
Kutan (fars. ‎كوتان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Peter Qutyan
Qotan (Marağa)
Qotan (fars. قطان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (15 ailə).
Qotan Project
Qulan (Culfa)
Qulan (fars. قولان‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. Qulanın yaxınlığında bir qızıl yataqı mövcüddür ki Qaraçı adlanır. Bu kənd araz çayının güney sahilində yerləşərək öz yaxşı dadlı narı ilə seçilir. 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (105 ailə).
Qutman mağarası
Qutman mağarası (latış. Gūtmaņa ala‎) — Baltikyanı ölkələrin ən geniş və ən yüksək mağarası, Latviyanın Qauya Milli Parkında Qauya çayı hövzəsinə yaxın ərazidə yerləşir. Mağara son buzlaşma dövründən sonra ərimə sularının qayaların arasındakı qumları qazıması zamanı, 10000 il əvvəl meydana gəlməyə başlamışdır. Bu Latviyada ən qədim turistik məkandır. Mağaranın divarlarında 17-ci əsrə aid yazılar vardır. Bu mağara Turayda gülü haqqında əfsanənin başladığı yer olaraq bilinir. Qutman mağarası Baltikdəki ən geniş və ən yüksək mağardır. Dərinliyi 18,8 metr, eni 12 metr və hündürlüyü 10 metrdir. Mağara Qauya çayının sahilindəki qumlu daşdan əmələ gəlmişdir; onun meydana gəlməsi çay və yeraltı mənbənin min illik qarşılıqlı əlaqəsi ilə əlaqələndirilir. Mağara Latviyanın ən qədim turistik məkanı sayılır, çünki ziyarətçilər hətta ən erkən zamanlardan mağaranın divarlarında adlarını, ziyarət tarixlərini qeyd etməklə "bəzək" qoyurdular.
Quzan (İcrud)
Quzan (fars. قوزان‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 520 nəfər yaşayır (134 ailə).
Quçan şəhristanı
Qoçan şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Qoçan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 179,613 nəfər və 45,502 ailədən ibarət idi.
Dırnaq tutan
Dırnaqtutan — əl və ayaq dırnaqlarını düzəltmək üçün istifadə edilən alət. Dırnaqtutanlar adətən paslanmayan poladdan, həmçinin plastik və alüminiumdan hazırlanır.
Luis Butan
Luis Butan (fr. Louis Marie-Auguste Boutan) - Fransız bioloq, zooloq və okeanoloq, Fransa Zooloji Cəmiyyətinin fəxri üzvü. Sualtı fotoqrafiyanın öncülərindən hesab olunan fotoqraf. Luis Butan dünyada ilk dəfə sualtı fotoşəkili çəkmiş şəxs hesab olunur. Belə ki, 1899-cu ildə Fransanın cənubunda Oksitaniya regionunun daxilində yerləşən Şərqi Pireney departamentinin Banyuls-sur-Mer kommunasında Luis Butan və rumın bioloq Emil Raçovitanın iştirakı ilə dünyanın ilk sualtı fotosu çəkilmişdir. Foto, Banyuls-sur-Mer kommunasında yerləşən Banyuls-sur-Mer Okeanoloji Rəsədxanasının inzibati ərazisində çəkilib. 1899-cu ilin yayında çəkilmiş şəkildə rumın bioloq Emil Raçovita əlində sualtı fotoşəkil yazılı löhvə tutub. == Həyatı == Luis Butan 1859-cu ilin 6 mart tarixində Fransanın paytaxtı Paris şəhəri yaxınlığında yerləşən Versal sarayında anadan olub. Atası Avqustin Butan Fransanın tanınmış maarifçilərindən olmuş və baş baş müfəttiş vəzifəsində çalışmışdır. Paris Universitetində biologiya və təbiət tarixi üzrə təhsil aldıqdan sonra iyirmi yaşında Sarbonnada müəllim köməkçisi kimi işləməyə başlamışdır.
Quran qarisi
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Quton dağı
Quton dağı (avar. Гъудон, rus. Гутон) — Azərbaycan Respublikası (Balakən və Zaqatala rayonları) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşən dağ. Qutonun cənub yamacları Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Dağ Baş Qafqaz silsiləsi silsiləsində yerləşir. Hündürlüyü 3648 m-dir. Samurçay və Katexçay çayları Quton dağın yamaclarından başlayır. Dağda subalp və alp çəmənlikləri var, dağın zirvəsi qayalıqdır.
Recai Kutan
Recai Kutan (türk. Mehmet Recai Kutan; 5 aprel 1930 – 7 oktyabr 2024, Ankara) — türkiyəli siyasətçi == Həyatı == 5 aprel 1930-cu ildə dünyaya gəlib. 1952–1969-cu illərdə Türkiyə Respublikası Dövlət Su İşləri Baş İdarəsində çalışıb. 1977-ci il seçkilərində Milli Qurtuluş Partiyasından Malatya millət vəkili, 1977-ci il koalisiya hökumətində tikinti və məskunlaşma naziri vəzifələrində çalışıb. 12 sentyabr çevrilişindən sonra 9,5 ay həbsdə keçirib. 1983-cü ildən sonra qurulan Rifah Partiyasının sədr müavini oldu və Rifah Partiyasının Malatya millət vəkili olaraq parlamentə girdi. O, 1996–1997-ci illərdə 54-cü hökumətdə enerji və təbii ehtiyatlar naziri vəzifəsində çalışıb. Rifah Partiyası bağlandıqdan sonra yeni yaradılmış Fəzilət Partiyasının sədri seçilib. 1999-cu ildə keçirilən ümumi seçkilər nəticəsində parlamentə daxil olub. 1954-cü ildə Mebrure Xanımla evləndi və İsmayıl, Əbdüləziz Murat və Əhməd adlı üç övladı oldu.
Guman Xocayev
Güman (1989)
== Məzmun == Film Azərbaycanın internat-məktəblərində və uşaq evlərində təhsil alan yeniyetmələrdən bəhs edir. Filmdə ata ocağından, ana qayğısıdan məhrum olmuş yetim uşaqların ağır taleyindən, habelə doğma ev-eşiklərindən ayrı düşmüş didərgin balalarının faciəli həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Gültan Kışanak
Gültan Kışanak (15 iyun 1961, Elazığ ili və ya Elazığ) — kürd əsilli Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. Ailəsi əslən Dərsimdəndir. O , Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı və Diyarbəkir bələdiyyə sədridir. Kışanak 2016-cı ilin oktyabrından həbsdədir. == Erkən illəri == Gültan Kışanak 15 iyun 1961-ci ildə Türkiyənin Elazığ şəhərində, əslən dərsimli olan bir kürd ailəsində anadan olmuşdur. O, 1978-ci ildə Dəclə Universitetinin Təhsil fakültəsində təhsil almağa başlamış, lakin 1980-ci ildə həbs olunmuş və iki il Diyarbəkir həbsxanasında saxlanılmışdır. Özünün dediyinə görə, o, onun yanında ayağa qalxmaqdan imtina etdiyi üçün iki ay həbsxana rəisinin it daxmasında saxlanılmışdır. Kışanak başqa bir çıxışında altı ay it daxmasında yatdığını söyləmişdir. 1986-cı ildə İzmirin Egey Universitetində jurnalistika təhsili almağa başlamışdır. 16 mart 1988-ci ildə Səddam Hüseynin Hələbcəyə hücumuna etiraz edərkən həbs edilmişdir.
Gotan Project
Gotan Project — Parisdən olan musiqi qrupu. Qrupun tərkibinə Filip Koen Solal (Fransa), Eduardo Makaroff (Argentina) və Kristof Müller (İsveçrə) daxildir.
Ağutman (Bükan)
Ağutman (fars. اغوتمان‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (63 ailə).
Ləsə Gülan (Bükan)
Ləsə Gülan (fars. لاسه گلان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (16 ailə).