Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həmədan
Həmədan — İranın Həmədan ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir. == Əhali == Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi : 1929-cu il r.t. əsasən 60,000 nəfər 1937-ci il lokal s.a. əsasən 80,280 nəfər 1940-cı il lokal s.a. əsasən 103,874 nəfər 1956-cı il s.a. əsasən 99,909 nəfər 1966-cı il s.a. əsasən 124,167 nəfər 1976-cı il s.a. əsasən 165,785 nəfər 1986-cı il s.a. əsasən 272,499 nəfər 1990-cı il r.t.
Ramazan
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Həmədan (Xudafərin)
Həmədan (fars. همدان‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (41 ailə).
Həmədan (ostan)
Həmədan ostanı — İranın qərbində ostan. İnzibati mərkəzi Həmədan şəhəridir. == Coğrafiya == Həmədan ostanı (vilayəti) İranın şimal-qərb hissəsində, Tehran və Qum şəhərlərinə nisbi yaxınlıqda yerləşir. Ostanın ümumi sahəsi 19.547 km²-dir. Şimaldan Zəncan ostanı, şimal-şərqdən Qəzvin ostanı, şərqdən Mərkəzi ostanı, cənubdan Luristan ostanı, qərbdən isə Kirmanşah və Kürdüstan ostanları ilə həmsərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Bölgənin ən hündür zirvəsi 3574 metr olan Əlvənd dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur, və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır. == Əhalisi == Həmədanda xüsusi mədəniyyəti və adət-ənənələri olan müxtəlif xalqalara məxsus əhali yaşayır.
Həmədan (şəhər)
Həmədan — İranın Həmədan ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir. == Əhali == Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi : 1929-cu il r.t. əsasən 60,000 nəfər 1937-ci il lokal s.a. əsasən 80,280 nəfər 1940-cı il lokal s.a. əsasən 103,874 nəfər 1956-cı il s.a. əsasən 99,909 nəfər 1966-cı il s.a. əsasən 124,167 nəfər 1976-cı il s.a. əsasən 165,785 nəfər 1986-cı il s.a. əsasən 272,499 nəfər 1990-cı il r.t.
Həmədan bəylərbəyliyi
Həmədan bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == 1503-cü ildə I Şah İsmayıl on iki minlk qoşunla Təbrizdən çıxaraq Qızıl üzən çayını keçdi və Həmədan yaxınlığında Almaqulağı adlı yerə çatdı. Sultan Murad bəy Bayandur yetmiş min nəfər qoşun toplamışdı. 1503-cü il iyunun 21-i Almaqulağı döyüşü baş verdi. Ağqoyunlular sayca çox olsalar da, məğlub oldular. Murad bəy Şiraza qaçdı. I Şah İsmayıl onu təqib edərək İranın içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz ələ keçirdi. Beləliklə, Ağqoyunlu dövlətinin ikinci qoluna son qoyuldu. Həmədan Səfəvilərə tebe oldu. Qaraca sultan Təkəlinin bu əyalətdə tiyul torpağı vardı.
Həmədan ostanı
Həmədan ostanı — İranın qərbində ostan. İnzibati mərkəzi Həmədan şəhəridir. == Coğrafiya == Həmədan ostanı (vilayəti) İranın şimal-qərb hissəsində, Tehran və Qum şəhərlərinə nisbi yaxınlıqda yerləşir. Ostanın ümumi sahəsi 19.547 km²-dir. Şimaldan Zəncan ostanı, şimal-şərqdən Qəzvin ostanı, şərqdən Mərkəzi ostanı, cənubdan Luristan ostanı, qərbdən isə Kirmanşah və Kürdüstan ostanları ilə həmsərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Bölgənin ən hündür zirvəsi 3574 metr olan Əlvənd dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur, və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır. == Əhalisi == Həmədanda xüsusi mədəniyyəti və adət-ənənələri olan müxtəlif xalqalara məxsus əhali yaşayır.
Həmədan türkləri
Həmədan ostanının türkləri — İran İslam Respublikasında yaşayan Türk millətinin bir qismidir. Kompakt halda (Bahar şəhristanı, Rəzən şəhristanı, Kəbudər Ahəng şəhristanı, Famenin şəhristanı və Dərgəzin şəhristanı)nda və qismən (Həmədan şəhristanı, Əsədabad şəhristanı və Məlayer şəhristanı)nda yaşayırlar. Danışdıqları dil Azərbaycan dilidir. Həmədan ostanının 980 kəndinən 562 kəndində türklər yaşayılar. == Əhali == İranda rəsmi və qeyri-rəsmi statistikaya görə, Azərbaycan türkləri Həmədan ostanının 58.90%-ni təşkil edirlər. Yəni bu ostanın 1.758.268 nəfər əhalisinin 1.036 milyonu Azərbaycan türkləridir.
Həmədan şəhristanı
Həmədan şəhristanı (fars. شهرستان همدان‎) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. Mərkəzi Həmədan şəhəridir. Tərkibinə həmçinin Curəqan, Məryanəc və Qəhavənd şəhərləri də daxildir. == Ərazi == 2011-ci ilədək şəhristanın ərazisi keçmiş Famənin bəxşinin ərazisi ilə birlikdə 3675 km² idi. Hazırda 1362 km² ərazisi olan keçmiş Famənin bəxşi Həmədan şəhristanından ayrılmış və ayrıca şəhristan olmuşdur. Bu səbəbdən Həmədan şəhristanının ərazisi azalaraq 2313 km² təşkil etməkdədir. == Əhali == Rəsmi olaraq Həmədan şəhristanının əhalisini 2006-cı ilin siyahıyaalınmasına əsasən 585,642 nəfər təşkil edirdi; siyahıya alınma zamanı şəhristanın ümumi əhalisi 626,183 nəfər təşkil etmişdir, ancaq 2011-ci ildə Həmədan şəhristanının Famənin bəxşi ayrılaraq yeni Famənin şəhristanına çevrilmişdir, 2006-cı ildə s.a. zamanı keçmiş Famənin bəxşində 40,541 nəfər qeydə alınmışdı. Bu səbəbdən Həmədan şəhristanının indiki sərhədləri çərçivəsində 2006-cı il s.a.
Həmədan şəhəri
Həmədan — İranın Həmədan ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir. == Əhali == Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi : 1929-cu il r.t. əsasən 60,000 nəfər 1937-ci il lokal s.a. əsasən 80,280 nəfər 1940-cı il lokal s.a. əsasən 103,874 nəfər 1956-cı il s.a. əsasən 99,909 nəfər 1966-cı il s.a. əsasən 124,167 nəfər 1976-cı il s.a. əsasən 165,785 nəfər 1986-cı il s.a. əsasən 272,499 nəfər 1990-cı il r.t.
Həmədan əməliyyatı
Həmədan əməliyyatı — rus qoşunlarının İranda Birinci dünya müharibəsi zamanı 1915-ci ilin 17 (30) oktyabr — 3 (16) dekabrında keçirdiyi hücum əməliyyatı. Əməliyyatın keçirilməsinə səbəb İranda və Əfqanıstanda fəallaşan alman-osmanlı casus şəbəkəsi, məqsəd isə onun neytrallaşdırılması idi. Rusların iddiasına görə alman-osmanlı casuslarının fəaliyyəti nəticəsində İran vətəndaş müharibəsi həddində idi. Eyni zamanda Əfqanıstanın da Rusiya və İngiltərəyə qarşı çıxmaq ehtimalları artırdı. Bu şəraitdə rus Qafqaz ordusunun komandanlığı İrana Bakı və Xəzər dənizi vasitəsi ilə, N.N.Baratovun komandanlığı altında 3 tabor, 39 yüzlük, 5 batareya — cəmi 8 min adam və 20 top göndərdi. 17 (30) oktyabr korpus Ənzəli limanında yerə endi, 29 oktyabrda (11 noyabr) isə, əvvəl rus qoşunlarının olduğu Qəzvində cəmləşdilər. Sonra iki sütunla, iddialarına görə 8 minlik alman-osmanlı agenturasının mərkəzi olan Həmədan və Qum, bir kolonla isə Tehran üzərinə hərəkətə başladılar. 3 (16) dekabrda rus qoşunları Həmədanı tutdu, sonra Bürucərd, Dövlətabad, cənub-qərbi Laləkan və Qum rayonlarında alman-osmanlı diversantlarını darmadağın etdilər. Sonuncusu 9 (22) dekabrda alındı. Bu vaxta qədər korpusun qoşunları qüvvələrin bir hissəsi ilə Tehranın şimal-qərb, sonra isə cənub civarına çıxdılar.
Ramazan Abbasov
Ramazan Fazil oğlu Abbasov (rus. Рамаза́н Фази́ль оглы́ Абба́сов; 22 sentyabr 1983, Salah, İcevan, Qaraqoyunlu mahalı, SSRİ) — Azərbaycan futbolçusu.
Ramazan Abdulatipov
Ramazan Abdulatipov (rus. Рамазан Гаджимурадович Абдулатипов ; 4 avqust 1946, Qebquda[d], Dağıstan MSSR) — Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Başçısı. Milliyətcə Avardır. Ramazan Hacımuradoviç Abdulatipov 1946-cı il avqustun 4-də RSFSR Dağıstan MSSR Tlyarat rayonunun Qebquda kəndində anadan olub. Milliyətcə avardır. Ramazan Abdulatipov hazırda Dağıstan Muxtar Respublikasının rəhbəridir. O, 2013-cü il yanvarın 28-dən bu postu icra edir. Abdulatipov 1997-1998-ci illərdə Rusiya baş nazirinin müavini, 1998-ci ildən 1999-cu ilə qədər milli siyasət naziri postlarında çalışıb. Dağıstana rəhbər təyin olunana qədər Rusiyanın Tacikistandakı səfiri, Rusiya Mədəniyyət və İncəsənət Universitetinin rektoru və Dövlət Dumasının deputatı kimi müxtəlif sahələrdə çalışıb. Fəlsəfə elmləri doktoru, professordur.
Ramazan Bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Ramazan Burcayev
Burcayev Ramazan Hacı oğlu — Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri. 15 avqust 1940-cı ildə Zaqatala rayonunun Mazıx kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 1971-1972-ci illərdə təyinatla Azərbaycan SSR-nin Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində hakim-stajor. O, uzun müddət Azərbaycanın məhkəmə-hüquq sistemində işləyib, 1972-1976-cı illərdə Balakən Rayon Xalq hakimi, 1976-1987-ci illərdə Ağdam Rayon Xalq Məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2000 – 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini, Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri, 16.07.2007-2010-cu illərdə isə Şəki Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. R.Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb. 10 dekabr 2012-ci ildə vəfat edib. Ailəli idi.
Ramazan Göydağlı
Ramazan Hudulov
Ramazan İzzət oğlu Hudulov (24 noyabr 1994, Qaysa, Balakən rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Hudulov Ramazan İzzət oğlu 1994 cü il 24 Noyabr tarixində,Balakən rayonu, Qaysa kəndində avar ailəsində doğulub. Dəmir Yumruq (film, 2021) (Real Təhlil və İnformasiya Mərkəzinin sənədli filmi) Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Hudulova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Ramazan Məmmədli
Məmmədli Ramazan Yusif oğlu — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Azərbaycan SSR yerli sənaye naziri (1965–1975), üç çağırış — 1955, 1959 və 1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar Mühəndisi. Ramazan Yusif oğlu Məmmədli 1912-ci ildə Masallı rayon, Xıl kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1926–1930-cu illərdə Azərbaycan SSR Yerli Sənaye Texnikumunda təhsil almış, 1930–1931-ci illərdə "Bakı fəhləsi" adına zavodun tökmə sexində texnik vəzifəsində çalışmış, 1931–1937-ci illərdə ali təhsilini Tbilisi Sənaye İnstitutunda almışdır. Ramazan Məmmədli 21 may 1937 – 20 avqust 1940-cı illərdə Stalin adına zavodda energetik, "Azneftmaş" trestində mühəndis-energetik, 20 avqust 1940 – 20 aprel 1945-ci illərdə L. Şmidt adına zavodda baş energetik vəzifələrində çalışmışdır. Ramazan Yusif oglu Məmmədli 20 aprel 1945 – 01 iyun 1946-cı illərdə L. Şmidt adına zavodda direktor müavini olmuş, 01 iyun 1946 – 01 mart 1947-ci illərdə isə L. Şmidt adına zavodda direktor vəzifəsini müvəqqəti icra etmişdir. R. Y. Məmmədli daha sonra (1947–1952-ci illərdə) S. M. Kirov adına zavodda direktor, (1952–1965-ci illərdə) L. Şmidt adına zavodda direktor, 1965–1975-ci illərdə isə Azərbaycan SSR Yerli Sənaye Naziri vəzifələrində çalışmışdır. Bu illər ərzində 8 il — 1969–1975-ci illərdə unudulmaz Heydər Əliyevin rəhbərliyi altında çalışmışdır. R. Y. Məmmədli Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. Keçən əsrin 90-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin Sərəncamı ilə, Azərbaycan torpağının yetirməsi, keçmiş Sovet İttifaqı və Azərbaycan Respublikasında neft sənayesinin inkişafında misilsiz xidmətləri olan N. K. Baybakovun Moskva şəhərində 90 illiyi keçirilən zaman Baybakov öz çıxışında qeyd etmişdir: "Azərbaycan xalqının Böyük Vətən Müharibəsinin qalibiyyətində böyük rolu olmuşdur. Neftlə bərabər Bakıda fəaliyyət göstərən bütün maşınqayırma zavodları istehsal etdikləri məhsulları cəbhəyə göndərərək faşizm üzərində qələbəyə nail olmaqda səy göstərmişlər.
Ramazan Məmmədov
Ramazan Salam oğlu Məmmədov (azərb. Məmmədov Ramazan Salam oğlu;‎) — Azərbaycan dilçisi, nəzəriyyəçi, pedaqoq, publisist, filologiya elmləri doktoru (2009), professor (2017), Rusiya Təbii Biliklər Akademiyasının həqiqi üzvü (2017) Ramazan Salam oğlu Məmmədov 01iyul 1944-cü ildə Azərbaycan SSR-in Qax rayonunun Qum kəndində anadan olmuşdur. 1961-ci ildə Qum kənd orta məktəbini bitirmişdir. 1968–1973-cü ildə M.F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunda (indiki BSU) təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı illərdə V.İ.Lenin təqaüdçüsü olmuşdur. 1974–1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir. 1973–1991-ci illərdə BSU-da baş laborant, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir. 1978-ci ildə M.V.Lomonosov adına MDU-da namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. 1980–1984-cü illərdə SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyinin göndərişi ilə Əfqanıstan Demokratik Respublikasında Kabil Universitetində dosent, kafedra müdiri, partiya təşkilatı katibi vəzifələrində işləmişdir. 1991-ci ildən 2014-cü ilədək Sumqayıt Dövlət Universitetində (SDU) dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.
Ramazan Qafarlı
Ramazan Oruc oğlu Qafarlı — folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor. Ramazan Qafarlı 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olub. Atası Oruc kişi dabbaq idi. O, bu qədim peşəni övladlarına ötürməklə davam etdirmək niyyətində idi. Lakin sovet rejiminin sərt və qeyri-insani qanunları ona mane oldu. Fəaliyyətini xüsusi mülkiyətçilik hesab edib xalq sənətkarını bir neçə dəfə həbs etdilər. Oruc kişi peşəsini yaşada bilmədi. Müharibədə yaralanandan sonra uzun müddət xəstə yatdı və 1956-cı ildə vəfat etdi. Böyük külfəti dolandırmaq həyat yoldaşı Zərifə Məhəmməd qızının üzərinə düşdü. Ramazan Qafarlı beşinci sinfə qədər Şəki şəherində yerləşən 7 saylı orta məktəbdə oxumuşdur.
Ramazan Qorxmaz
Ramazan Qorxmaz (tam adı: Ramazan Qorxmaz, türk. Ramazan Korkmaz; 1962, Çıldır, Qars ili) — Ərdəhan Universitetinin rektoru, Qırğızıstan-Türkiyə Manas Universiteti Qəyyumluq Şurasının üzvü, Qafqaz Universitetlər Birliyinin sədri. 1962-ci ildə Ərdahanın Çıldır rayonunun Qayabəyi kəndində anadan olmuşdur. İbtidai təhsilini Ərdahanda, orta təhsilini Ərzurum Yavuz Səlim Müəllim liseyində (1978) alan Ramazan Qorxmaz ali təhsilini Atatürk Universitetinin dil-ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı ixtisasında başa vurmuşdur (1985). Elə həmin il Fırat Universitetində imtahandan keçərək elmi tədqiqatlara başlayır. Fırat Universiteti Sosial Elmlər İnstitutunda Keçəcizadə İzzət Molla və Mihnət Keşan haqqında tədqiqatı (VI+ 447 s.) ilə magistr (1988); "Səbahəddin Əli - İnsan və əsər" (XII+403 s.) adlı elmi işi ilə isə doktorantura təhsilini 1991-ci ildə tamamlayan Qorxmaz 1996-cı ildə Yeni türk ədəbiyyatı fundamental elmi sahəsində dosent və 2001-ci ildə professor oldu. 2009-cu ilədək Fırat Universitetinin əməkdaşı olan Ramazan Qorxmaz həm də Şərqi Aralıq Dənizi Universitetində "qonaq müəllim" kimi 4 il (2000-2002 və 2004-2006-cı illərdə) işləmişdir. O, 2001-ci ildə Bişkek Elmlər Akademiyasında Aytmatov ilə əlaqədar tədqiqatlar aparmış və Bilkənd Universitetinin Türk dili və ədəbiyyatı fakültəsi ilə birlikdə müəllifi və redaktoru olduğu "Türk ədəbiyyatının tarixi layihəsi"ni (4 cild) tamamlamışdır. Ramazan Qorxmazın həm ölkə daxilində, həm də ABŞ, Ukrayna, Rusiya, Azərbaycan, Qırğızıstan və ŞKTR kimi ölkələrdə öz sahəsi üzrə 60-dan çox elmi məqaləsi dərc edilmişdir. Dekan müavini, kafedra müdiri və idarə heyətinin üzvü kimi vəzifələrdə çalışmış Ramazan Qorxmaz rəsmi qəzetdə yayımlanan xəbərə görə Qırğızıstan-Türkiyə Manas Universitetinin Qəyyumluq Şurasının üzvü təyin edilmişdi.
Ramazan Quliyev
Ramazan Tarverdiyev
Tarverdiyev Ramazan Baxşəli oğlu (5 avqust 1928, Hacıqabul, Salyan qəzası – 27 may 1983, Bakı) — coğrafiyaşünas alim, hidroloq, coğrafiya elmləri doktoru (1977), professor (1978). Ramazan Tarverdiyev 1928-ci il avqustun 5-də Şamaxı qəzasının Navahı kəndində anadan olmuşdur. 1947-ci ildə Ələt qəsəbə orta məktəbini bitirib həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. Birinci kursu əla qiymətlərlə bitirdiyin görə ADU-nun rəhbərliyi tərəfindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin II kursuna köçürülüb. 1953-cü ildə ali təhsilini başa vurmuşdur. 1953–1956-cı illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində, 1956–1968-ci illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fiziki coğrafiya kafedrasında dosent və 1973-cü ildən ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır. Tədqiqatları əsasən Azərbaycanın gölləri və su anbarlarının hidroloji xüsusiyyətlərinə həsr edilmişdir. Azərbaycanın Böyük Qafqaz təbii vilayətində yerləşən Cavanşir, Nohurqışlaq, Qaranohur, Aşıq Bayramlı, Yekəxana su anbarlarının, Tufangöl, Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin hidroloji xüsusiyyətlərini öyrənmişdir. Əsas tədqiqat obyekti Mingəçevir su anbarı, onun suyunun səviyyə rejimi, külək-dalğa rejimi, temperaturu, lillənməsi, donma halları, suyun rəngi, şəffaflığı, su balansını öyrənmişdir. Su anbarının lillənməsinin təkcə çayın gətirdiyi lil materialları ilə deyil, həm də sahillərin yuyulub uçması, külək vasitəsilə gətirilən materiallar hesabına da baş verməsini tədqiq etmişdir.
Ramazan Vəliyev
Remeşin
Aşağı Remeşin
Pyotr Demezon
Pyotr İvanoviç Demezon (rus. Пётр Иванович Демезон,fr. Jean Jacques Pierre Desmaisons; 1807, Şamberi – 6 sentyabr 1873, Eks-le-Ben[d]) — fransız mənşəli rus türkoloqu. Pyotr Demezon 1807-ci ildə anadan olmuşdur. Ərəb və fars dillərindən tərcüməçi kimi tanınır. Elmi maraqları türk folkloru və türklərin yaşayışı. 1834-cü ildə Buxara mədrəsələrində çalışmışdır. Türkcə və farsca dərs demişdir. Desmaisons Ebülqazi Bahadır ı "Şecere-i TürkT" adlı əsərini fransız dilinə çevirmişdir. Desmaisons böyük "Türkcə- Fransızca lüğəti" də yazmışdır.