Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Hacı Həsən
Hacıhəsən-i Xaləsə (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Həsən Xəyallı
Həsən Xəyallı (Həsən Məhərrəm oğlu Hacıyev; 1902, Daşkənd, Yeni Bəyazid qəzası – 10 aprel 1966, Daşkənd, Basarkeçər rayonu) — Azərbaycan şairi. == Həyatı == Həsən Xəyallı 1902-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Kiçik yaşlarından dayısı Hacı Rəhimdən, anası Başxanım Şəfiqızından dini təhsil almış və eyni zamanda saza-sözə çox böyük maraq göstərmişdir. Göyçə ədəbi mühitində böyüyən Həsən Xəyallı hazırcavablığı ilə erkən yaşlarından hamının diqqətini cəlb etmişdir. Həsən Xəyallı öz zəngin yaradıcılığı ilə Göyçə ədəbi mühitinə yeni nəfəs, yeni çalar gətirmiş sənətkarlardan olmuşdur. Müxtəlif sənət adamları ilə dostluq etmiş, (xüsusən Aşıq Ələsgər ocağından Növrəs İman, Aşıq Nəcəf, Aşıq Musa ilə) deyişib dərdləşmişdir. Bədii yaradıcılıqla məşğul olmaqla bərabər, dinin mükəmməl bilicisi kimi də el arasında böyük şöhrət qazanmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsinə getmiş və Krım cəbhəsində döyüşmüşdür. Qüdrətli söz sənətkarı, ustad şair ömrünün 64-cü baharında, 10 aprel 1966-cı ildə əbədiyyətə qovuşmuşdur, məzarı doğma Daşkənd kəndindədir. Ölümündən sonra şeirləri mərkəzi qəzet və jurnallarda çap olunmuş, haqqında radio və televiziyada verilişlər hazırlanmışdır.
Həsən Yaqubov
Həsən Hüseyn oğlu Yaqubov - əsgər, İkinci Vətən müharibəsi şəhidi == Həyatı == Həsən Hüseyn oğlu Yaqubov 1990-cı ilin 13 aprelində Beyləqan rayonu Şəfəq qəsəbəsində anadan olub. == Hərbi xidməti == Həsən Yaqubov Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sürücü kimi iştirak edib. Həsən Yaqubov 2021-ci il yanvarın 12-də Xocalı rayonunda avto qəza nəticəsində şəhid olub . Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Yaqubov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Həsən Zeynalov
Həsən Sultan oğlu Zeynalov (1 yanvar 1951, Yengicə, Noraşen rayonu) — Azərbaycanın Türkmənistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Həsən Zeynalov 1951-ci ilin yanvar ayının 1-də Şərur rayonu Yengicə kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, daha sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. == Fəaliyyəti == 1970–1983 – Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda, texnik, mühəndis, baş mühəndis. 1983–1986 – Bakı şəhər Səbail rayonu İcraiyyə Komitəsinin Kommunal-Təsərrüfat İdarəsinin rəisi. 1986–1992 – Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda, baş mühəndis. 1992 – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk çağırış deputatı seçilib. 1992–2004 – Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi nümayəndəsi. 2004–2010 – Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulu. 2010–2015 – Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi.
Həsən Zirək
Həsən Zirək (kürd. Hesen Zîrek; 29 noyabr 1921, Bükan, Qərbi Azərbaycan ostanı – 26 iyun 1972, İran) — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı.
Həsən ağa
Həsən ağa (XVIII əsr, Şəki – Şəki) — Şəki xanzadəsi. I Şəki xanı Hacı Çələbi xanın oğlu, II Şəki xanı Ağakişi bəyin qardaşı, III Şəki xanı Məhəmmədhüseyn xanın atası.
Həsən kəndi
Həsənkəndi (Şövt)
Həsən mahalı
Həsən mahalı — Şamaxı xanlığının mahallarından biri. Göyçay çayı ilə Girdiman çayı arasında yerləşirdi. Mahala Diallı, Yuxarı İsmayıllı, Gülyan, Müskürlü, Vəlibinə, Kirki və s. kəndlər daxil olmuşdur. Mahalın əhalisi, əsasən əkinçilik və sənətkarlıqla məşğul olurdu. Kirki kəndinin əhalisi, əsasən misgərlik, boyaqçılıq, dəmirçilik və başmaqçılıq kimi sənətkarlıq sahələri ilə məşğul idilər. Bu kənddə yaşayan 25 ailə Qarabağdan gəlmə idi. Bu kənd Mustafa xanın həyat yoldaşı Kiçkinə xanıma məxsus olmuşdur. == Həmçinin bax == Şamaxı xanlığı == İstinadlar == == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.).
Həsən paşa
Həsən paşa (v. 1770, Ukrayna) — 1759-cu ildə atasının yerinə paşa olmuş, sonra elə həmin il paşalıqdan kənarlaşdırılıb yerinə İbrahim paşa gətirilmişdir. Lakin xalqın 1761-ci ildə üsyan etməsindən sonra yenidən paşalığa qaytarılmışdır. Rus-Osmanlı müharibəsi dövründə Ukraynaya göndərilmiş, Xotin qalasını müdafiə etmişdir.
Həsən sultan
Həsən sultan (1497 – 1524) — Şəki hökmdarı olmuşdur. Hakimiyyətə gəldiyi vaxt 1497 – 1519-cu illər arasında olduğu güman edilir. Şəki hökmdarı Şahhüseyn öldürülən sonra hakimiyyətə gəlmişdir. 19-cu əsr Şəki tarixçiləri onu nuxalı Qara keşişin nəslinə, 16-17-cı əsr Səfəvi tarixçisi isə Şirvanşahlar xanədana mənsub hesab edib. == Şah İsmayılın Şəkiyə təşrif buyurması (1524) == 1524-cü ildə Novruz bayramından az sonra Şah İsmayıl böyük bir qoşunla Qarabağdan keçərək ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Salnamələrdə deyilir: "Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağ adı ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağa pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağda) ovlanması uğursuzluq əlaməti hesab olunurdu.
Həsən xan
Həsən xan — Kişi adı.
Həzrəti Həsən
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
III Həsən
III Həsən – XIV əsrdə Yuxarı Xaçın hakimi. 1380 – ci ildə oğlanları ilə birgə Əmir Teymura qarşı döyüşdə ölmüşdür..
II Həsən
II Həsən (Mərakeş kralı) — 1929–1999-cu illərdə Mərakeş kralı. II Həsən (xaşxaşi) — 1162–1166-cı illərdə Nizari İsmaili Dövlətinin Ələmut qolunun rəhbəri, İslamın Nizari-İsmaili məzhəbinin XXIII imamı. II Həsən (Xaçın knyazı) — naməlum tarixdən 1287-ci ilə qədər Xaçın knyazı. II Həsən (Bavəndi hakimi) — 1334–1349-cu illərdə Mazəndaranda hakimiyyətdə olan Bavəndilər sülaləsinin hakimi.
I Həsən
I Həsən – XII əsrin sonu – XIII əsrin əvvəllərində Xaçın knyazı. Hakimiyyəti əsasən mərkəzi Zar kəndi olan Yuxarı Xaçın ərazisini əhatə etmişdi. Sarkis Zaxarinin qızı Dəfnə xatunla (erməni dilinə uyğunlaşdırılmış versiyası Dop) evli olmuşdur. I Həsənin tarixi mənbələrdə son xatırlanması 1204-cü ilə aiddir. I Həsənin ölümündən sonra bir müddət xanımı Dəfnə xatun dövləti idarə etmişdir. Bu dövrdən etibarən alban hökmdar sülaləsi Arranşahik sülaləsinin Yuxarı Xaçında hakimiyyətdə olan qolu onun adı ilə Dəfnə sülaləsi – Dop sülaləsi (erməni dilli mənbələrdə Dopyanlar) adlandırılmışdır. I Həsənin qardaşı Hovannes Alban Həvari Kilsəsinin tanınmış din xadimlərindən biri olmuşdu. == İstinadlar == == Həmçinin bax == Dop sülaləsi Xaçın knyazlığı Qarabağ == Xarici keçidlər == "Qarabağın görkəmli şəxsiyyətləri:I Həsən (XIII əsr)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az.
Keştazlı Həsən
Keştazlı Həsən Hüseyn oğlu (1873, Keştazlı, Şuşa qəzası – 1929, Ağdam) — XIX–XX əsr Azərbaycan xanəndəsi. == Həyatı == Aşıq Məmmədli nəslindən olan Keştazlı Həsən Hüseyn oğlu 1873-cü ildə Şuşa qəzasının Keştaz kəndində papaqçı ailəsində anadan olmuşdur. Ulu babası Aşıq Məmməd aşıq, əmisi Keştazlı Həşim isə XIX əsrin tanınmış xanəndəsi olmuşdur. Ağdamda mədrəsədə təhsil alan Həsən fars, türk dillərini öyrənmiş, tədricən musiqi biliyinə də yiyələnmişdir. Onun ilk musiqi müəllimi əmisi Keştazlı Həşim olmuş, ona qaval alaraq Şərq musiqisindən təlim vermişdir. "Qatar", "Kürd-Şahnaz", "Qarabağ şikəstəsi" kimi muğamların özünəməxsus şəkildə ifa etmiş, qısa müddət sonra Qarabağın toy məclislərinə dəvət edilmişdir. O, hətta bir neçə dəfə əmisi Həşim ilə Şəki və Şirvan məclislərində çıxış etmişdir. 1907-ci il yanvarın 20-də Bədəl bəy Bədəlbəylinin təşəbbüsü və rəhbərliyi ilə Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. Burada o, əmisi oğlu qarmonçu Keştazlı Məhəmmədin müşayiəti ilə "Qatar bayatı" muğamını və "Stəkanın deşilsin" xalq mahnısını ifa etmişdir. Bakıdan qayıdandan sonra Həsən uzun illər tarzən Rzabala ilə Qarabağ, Gəncə, eləcə də Tiflis məclislərində çıxış etmişdir.
Həsən İmanov
İmanov Həsən Həşim oğlu (1901–1937) — tarixçi, jurnalist, tərcüməçi. == Həyatı == 1901-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini mədrəsədə almış, daha sonra Şuşa realnı məktəbinə qəbul olaraq 1919-cu ilə qədər təhsil almışdır. 1920-ci ildə Bakıya gəlmişdir. 1921–1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. Eyni vaxtda Yeni Türk Əlifbası Komitəsində işləmişdir. 1928-ci ildə Şərq Xalqları İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya Xalq Maarif Komissarlığına göndərilmişdir. == Fəaliyyəti == 1931-ci ildə İnstitutu başa vurduqdan sonra Bakıya qayıtmış və Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda I kateqoriyalı elmi əməkdaş kimi işə başlamışdır. Ali Pedaqoji İnstitutun "Zaqafqaziyada sinfi mübarizə tarixi" kafedrasının dosenti olub. Eyni zamanda Dövlət Muzeyində elmi katib və direktor müavini işləyib.
Həsən İsazadə
Həsən Musa oğlu İsazadə (25 dekabr 1912, Qazax – bilinmir) — tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, tədris işləri üzrə prorektoru, polkovnik, əməkdar həkim, əməkdar elm xadimi, SSRI-nin tibb əlaçısı, Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədr müavini, Səhiyyə Nazirliyinin baş kardioloqu, eləcə də nazirliyin Terapiya üzrə Attestasiya Komissiyasının sədri, Azərbaycan elmi terapevtik cəmiyyətinin sədri olmuşdur. Azərbaycanın korifey kardioloqlarındandır. Bir sıra dövlət mükafatları və medallar ilə təltif edilmişdir. == Həyatı == Həsən Musa oğlu İsazadə 1912-ci il dekabrın 25-də Qazax şəhərində anadan olmuşdur. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya gələn Həsən orta məktəbi əla qiymətlərlə bitirir. 1929-cu ildə Azərbaycan Tibb İnstitutuna (indi Azərbaycan Tibb Universiteti) daxil olmuş, 1936-cı ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirir. Bir müddət təyinatla Qubadlı, Zəngilan və Biləsuvar rayonlarında baş həkim kimi çalışır. Böyük Vətən müharibəsi illərində cəbhəyə yollanan Həsən İsazadə çox keçmədən İranda Sovet ordusuna məxsus hərbi hospitalın rəisi təyin edilir. Həsən İsazadə 1946-cı ildə Bakıda 1 saylı şəhər Kliniki Xəstəxanada (keçmiş "Semaşko" adına xəstəxana) baş həkimin müavini vəzifəsində fəaliyyətə başlayır və eyni zamanda ATİ-nin pediatriya fakültəsinin Daxili xəstəliklər kafedrasında assistent olur. O zaman həmin kafedraya Cahangir Abdullayev rəhbərlik edirdi.
Həsən İsmayılov
Həsən İsmayılov (tam adı:Həsən Tağı oğlu İsmayılov; (d.1 aprel 1915, Çomaxtur, Şərur rayonu, Rusiya imperiyası - ö.2 mart 1940, Finlandiya) — pedaqoq, hidro meliorator mühəndis. == Həyatı == Həsən Tağı oğlu İsmayılov 1 aprel 1915-ci ildə (bəzi sənədlərdə təvəllüd tarixi 1913 göstərilir) Şərur qəzasının Çomaxtur kəndində görkəmli şəxsiyyət erməni daşnaqlarına qarşı mübariz, partizan dəsdəsinin cəsur komandiri Tağı Məşədi Mahmud oğlu İsmayılovun ailəsində anadan olmuşdur. 1931-ci ildə Yengicə kənd orta məktəbini yüksək qiymətlərlə bitirən Həsən İsmayılov, 1934–1939-cu illərdə Ağamalıoğlu adına Bakı Kənd Təsərrüfatı Texnikumunda meliorator-hidrotexnik ixtisası üzrə təhsil almışdır. O, geniş erudisiyası və istedadı sayəsində musiqi alətlərində, xüsusilə də tarda mahir ifa etməyi öyrənmiş, musiqi təhsili də almışdır. Təhsilini uğurla başa vuran Həsən İsmayılov Naxçıvan Su Təsərrüfatında çalışmış, eyni zamanda Ordubad Pedaqoji Məktəbini bitirmişdir. Daha sonra o, Şərurun Aralıq, Şəhriyar və bir neçə digər kəndlərində müəllim işləmiş, insanların maariflənməsi üçün var gücü ilə çalışmışdır. Həmin dövrdə savadlı kadrlara olan ehtiyacın ödənilməsi mümkün deyildi. Odur ki, Həsən İsmayılov kimi ziyalılar eyni zamanda bir neçə yerdə işləməyə məcbur olurdular. Bu səbəbdən də o, bir müddət məhkəmə orqanlarında da çalışmış, qüsursuz xidmət göstərmişdir. Həsən İsmayılov Naxçıvan Firqə Şura Məktəbini bitirmişdi.
Həsən İsrafilov
Həsən İsrafilov (tam adı:İsrafilov Həsən Abid oğlu;1946, Nuxa)— iqtisad elmləri doktoru, professor == Həyatı və təhsili == 1946-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu, 1978-ci ildə isə bu institutun aspiranturasını bitirmişdir. 1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini qazanmışdır. === Ailəsi === Ailəlidir, bir övladı var. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Xalq Təsərrüfatı İnstitutunda baş laborant vəzifəsindən başlayaraq müxtəlif illərdə müəllim, baş müəllim, “Ticarət-əmtəəşünaslıq” fakültəsinin dekan müavini, “Kommersiya” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələrinin dekanı vəzifələrində çalışmışdır. 2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Magistratura Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. === Elmi fəaliyyəti === Xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konqres və simpoziumlarda ölkəmizi təmsil etmişdir. 100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir. == Mükafat və təltifləri == 2005-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq diplomu ilə təltif edilmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildə əldə etdiyi nailiyyətlərə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Həsən İsrailov
Həsən İsrailov (çeç. Исраил КIант Хьасан; rus. Хасан Исраилов; 1910, 1903 və ya 1907, Rusiya imperiyası – 25 dekabr 1944, Çeçen-İnquş MSSR) — çeçen millətçisi, partizan döyüşçüsü, jurnalist və Sovet İttifaqına qarşı 1940-cı ildən 1944-cü ildə vəfatına qədər çeçen-inquş üsyanına rəhbərlik edən bir şair idi.II Dünya Müharibəsi illərində ən təsirli çeçen müqavimət liderlərindən biri olaraq qəbul edilir və bir çox çeçen tərəfindən milli qəhrəman olaraq sayılır. Almanların Qafqazı işğal etməyə çalışdığı bir dönəmdə üsyan qaldırdığı üçün ruslar tərəfindən pis ad qazanmışdı. == Həyatı == İsrailov 1910-cu ildə Çeçenistanın Qalançoy kəndində altı qardaşın ən balacası kimi anadan olub. Orta məktəbi 1929-cu ildə Rostovda əla qiymətlərlə bitirdi. 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının gənclər qanadı olan komsomola qoşuldu. 1929-cu ildə Rostov-on-Dondakı bir kommunist orta məktəbini bitirən İsrailov Kommunist Partiyasının sıralarına daxil oldu və 1933-cü ildə Moskvaya Şərq Zəhmətkeşləri Kommunist Unversitetinə göndərildi. Tələbə olduğu müddətdə pyes və şeir yazdı və Moskvada Krestianskaia Gazeta (Fermer qəzeti) müxbiri oldu. Bir neçə məqaləsində Çeçenistan-İnquşetiyadakı sovet siyasətini sərt bir şəkildə tənqid etti.
Həsən Şahgəldiyev
Ali-Həsən Abdul Həsən Şahgəldiyev (1908-1961) — Azərbaycan Dövlət Universitetinin (indi BDU) jurnalistika kafedrasının ilk müdiri Arxivləşdirilib 2014-05-23 at the Wayback Machine (1946-1961), jurnalisti, publisist. Bakının Balaxanı kəndində dоğulmuş, kəndində mədrəsə-mоllaxanada dini, Bakıda dünyəvi təhsil almış, Mоskvada Kоmmunist Jurnalistlər İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə gənclik illərində Bakı mətbəələri, nəşriyyatları və redaksiyalarında şagird kimi başlamış, 1929-cu ildən respublikanın rayоn və kəndlərində "Kоmmunist" qəzetinin müxbiri, ədəbi işçi, şöbə müdiri, "Mübariz" qəzetinin redaktоru, "Yeni yоl" qəzetinin məsul redaktоru, Azərbaycan Teleqraf Agentliyinin rəhbəri, Təbrizdə "Vətən yоlunda" qəzetinin təsisçilərindən və redaktоrlarından biri оlmuşdur. Bir neçə il Mоskvada "Pravda" qəzetində əməli təcrübə keçmişdir. Azərbaycan Dövlət Universitetində müstəql jurnalistika şöbəsi və fakülətəsinin yaradıcısı Şahgəldiyevdir. Respublikanın dövri mətbuat оrqanları üçün çоxlu sayda kadr hazırlamışdır. Bir çоx publisistik əsərin müəllifidir.
Asamati (Resen)
Asamati (mak. Асамати, alb. Asamat, Osomat) — Prespa gölünün şimal şərq sahilində, Makedoniya Respublikasının Resen Bələdiyyəsində yerləşən bir kənddir. Asamati, Resen bələdiyyə mərkəzindən 12 kilometr uzaqlıqda yerləşir və 175 sakini var. == Tarixi == Asamati, müxtəlif tarixi dövrlərdən qalma və bir çoxu təsadüfən kəşf edilən müxtəlif arxeoloji sahələrə ev sahibliyi edir. Tapıntıların bir çoxu Resen qəsəbəsindəki Sarayda yerləşdirilir. XIX əsrdə, daha sonra Ademayt olaraq adlandırılan kənd əhalisi, 16 evdə yerləşən 30 müsəlman sakinin və Bolqar Yepiskopluğunun 16 üzvündən ibarət idi. 1905-ci ildə Asamati'nin 150 sakini var idi, bunların 102-si Müsəlman albanlar, geri qalan hissəsi isə Bolqar Yepiskopluğunun üzvlərindən ibarət idi. Birinci Dünya Müharibəsi əsnasında kəndin 115 sakini var idi.
Resen (qəsəbə)
Resen (mak. Ресен, serb. Ресан, türk. Resne, yun. Ρέσνα, alb. Resnjë) — cənub-qərbi Makedoniyadakı 9 min əhaliyə sahib bir qəsəbə. Resen Bitola və Oxrid arasında təxminən olaraq bərabər məsafədədir. Qəsəbə dəniz səviyyəsindən 880 metr yüksəkdə və Prespa gölü yaxınlığında yerləşir. Resen eyni zamanda Prespa gölündəki tək şəhərdir və Resen Bələdiyyəsinin mərkəzidir. == Tarixi == Köhnə İliryalı Damastiyon şəhəri Resen'n yaxınlığında ola bilər.
Resen sarayı
Resen sarayı — Şimali Makedoniyanın Resen qəsəbəsində tarixi bir neoklassik əmlakdır. XIX əsrin sonlarında resenli Osmanlı bəyi olan Əhməd Niyazi bəy tərəfindən inşa edilmişdir. Sarayın memarlıq üslubu onu Makedoniyada unikal edir. Hal-hazırda binada muzey, qalereya və kitabxana fəaliyyət göstərir. Resen bələdiyyəsinin yerli əhalisi binanı "Saraj" olaraq adlandırır. == Təsviri == Saray neoklassik memarlıq üslubunda inşa edilmişdir. Bina 35 m (114 ft) yüksəkliyindəki hündür hissə və iki pəncərəsi ilə təmailə simmetrikdir. Bir zirzəmi, iki mərtəbə və mansardla birlikdə 7,800 m2 (83,958 ft2) sahəsi var. Binanın xarici divarları 60 santimetr qalınlığındadır. Xüsusilə fasadda zəngin heykəltəraşlıq detalları var.
Fresen.
Georq Fresenius (alm. Johann Baptist Georg Wolfgang Fresenius‎; 25 sentyabr 1808 – 1 dekabr 1866) — Alman fiziki və botaniki.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Eşen
Eşen- (alm. Eschen‎)-Lixtenşteyn knayzlığında şəhər. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 4215 nəfər, sahəsi isə 10,381 km²-dir. Rəsmi kodu 7007, poçt indeksi 9492-dir. == Tarixi == Eşenin ərazisində qədim yaşayış məntəqələrindən olan Malanser və Şnellər yerləşir. Burada Roma imperiyasından qorunmaq üçün qədim hasarlar aşkar edilmişdir. Eşen adı ilk dəfə 850-ci ilın yazılarında rast gəlindiki, orada da Essan kimi adlandırılırdı.1217-ci ildən knyazlığın tərkibinə daxil edildi. == İqtisadiyyatı == Burada iqtisadiyyat və ticarət yaxşı inkişaf edib. Həmçinin idman kompleksləri də burada çoxluq təşkil edir.
Gəzən cəsəd sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.