Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rabotniçki FK
Rabotniçki — Makedoniya Respublikasında futbol klubu. "Rabotniçki" futbol komandasının stadionu Makedoniyanın paytaxtı Skopye şəhərində yerləşir. 1937-ci ildə yaradılmış komanda əsasən keçmiş Yuqoslaviyanın ikinci divizionunda oynayıb. Komanda cəmi iki il Yuqoslaviyanın yüksək liqasında mübarizə aparıb. Makedoniya müstəqillik qazandıqdan sonra komanda ölkənin birinci divizionuna keçib. 2001-ci ildə "Rabotniçki" milli çempionatda ikinci yeri tutaraq, UEFA Kuboku uğrunda mübarizəyə qatılıb. İlk dəfə ölkə çempionu titulunu 2005-ci ildə rəsmiləşdirən Skopye komandası bir il sonra bu uğurunu təkrarlayıb. 2008-ci ildə isə üçüncü dəfə çempion olmaqla yanaşı ölkə kubokuna da sahib çıxıb.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. == Tarixi == Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Kabot boğazı
Kabot boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adası ilə Nyufaundlend adası arasında yerləşir. Uzunluğu 110 km, eni 9,1–18 km, dərinliyi 3660 m təşkil edir. Boğazın adı italiyalı dənizçi Con Kabotun şərəfinə adlandırılmışdır. Hər iki sahilində iri şəhərlər vardır: Sanel-Port-o-Bask və Sidney.
Mr. Robot
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. == Mövzusu == Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
NAO (Robot)
Pars robot
“Pars Robot” PUA-sı 2013-cü ildə İranın RTS laboratoriyasının aerokosmik mütəxəssisləri tərəfindən hazırlanan mülki xilasetmə dronudur. Pilotsuz vasitə dizaynı baxımından bu sinfin adi kopterlərindən o qədər də fərqlənmir, lakin ölçüsü baxımından bu cihaz daha böyükdür və tamamilə fərqli məqsədlərlə istifadə olunur. Müasir kopterlərin əksəriyyəti aerofotoqrafiya, müəyyən perimetrdə təhlükəsizliyi təmin etmək və sosial ticari xarakterli videolar çəkmək üçün istifadə edilsə də, bu pilotsuz uçan aparatın əsas təyinatı boğulan insanların xilas edilməsində bir vasitə kimi istifadəsindən ibarətdir. Pilotsuz aparat boğulan insanları xilas etmək üçün standart vasitələrlə, məsələn insanın suyun səthində qalmasına imkan verən xilasetmə qurğuları ilə təchiz olunur. Xilasedici suda bir nəfərin boğulmağa başladığını gördükdə, insandan dörd dəfə daha sürətli hərəkət edə bilən pilotsuz vasitə ilə həmin əraziyə yola düşür. Buna görə də yardım göstərmək ehtimalı dəfələrlə artır. Boğulan bir adamın göründüyü yerə gəldikdən sonra “Pars Robot” pilotsuz uçuş aparatı xilasedici dairə və ya başqa bir vasitə ilə insanı suyun üzərində havada saxlayır, sonra isə fəaliyyət proqramına uyğun olaraq dislokasiya nöqtəsinə qayıdır. == Tarixi == Robotun bir prototipi 2013-cü ilin avqust ayında Xəzər dənizində sınaqdan keçirildi. Yeddi günlük müddətdə robotun fərqli cəhətləri uğurla sınaqdan keçirildi. Robotla xilasedici arasında bir yarışma edildiyi zaman robotun səmərəliliyi daha yaxşı idi, robotun çimərlikdən 75 metr məsafədə olan bir köməyə ehtiyacı olan insana 22 saniyədə bir xilasetmə borusu verdiyi, xilasedicinin isə köməyə ehtiyacı olan insana yaxınlaşması 90 saniyə sonra olmuşdur.İnkişafın yeniliyinə baxmayaraq, “Pars Robot” dronunun real dəyəri yüksək deyil və 2015-ci ilin məlumatlarına görə cəmi 9 min dollardır, bir il ərzində Meksika, Braziliya və İtaliya çimərliklərində bu cihaz 62 nəfərin həyatını xilas edə bilib.
Rabat (Urmiya)
Rabat (fars. ربط‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (36 ailə).
Rabat (Xudabəndə)
Rabat (fars. رباط‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (16 ailə).
Rabat (dəqiqləşdirmə)
Rabat — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri. ‎Rabat (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Rabor şəhristanı
Rabor şəhristanı— İranın Kirman ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Rabor şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33 718 nəfər və ya 7 664 ailədən ibarət idi.
Sofiya (robot)
"Sofiya" (ing. Sophia) — dünyada ilk süni intellektli humanoid robot. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanmışdır. "Sofiya" süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak etmişdir.
Taş Rabat
Taş Rabat — Qırğızıstanın Narın vilayətinin Atbaşı rayonunda qədim karvansara. == Tarixi == Taş Rabat karvansarası Böyük İpək yolunun yaxınlığında, Fərqanə vadisi ilə İssık-Kul gölünü birləşdirən strateji əhəmiyyətli bir məkanda yerləşdiyi üçün burada insanlar lap qədim dövrlərdən məskunlaşmağa başlamışdılar, amma sərt iqlimə malik olan bu yerdə yaşayan insanların bu gün də öz nəhəngliyi və möhtəşəmliyi ilə hamını heyran qoyan qalanı hansı məqsədlər üçün inşa etdikləri hələ də bir sirr olaraq qalmaqdadır. İş orasındadır ki, Qobi səhrasından Xəzər dənizinədək uzanan böyük bir ərazidə böyük daşlardan istifadə etməklə tikilən bu qalanın analoqu yoxdur. Taş Rabat karvansarası elə inşa edilib ki, günəş çıxanda onun 4 tərəfini eyni zamanda işıqlandırır. Daşlara düşən günəş işığı otaqlarda valehedici qəribə bir mənzərə əmələ gətirir. Bir sözlə, qala divarlarına düşən günəş şüaları otaqların isidilməsində bir enerji, istilik mənbəyi rolunu oynayır. Qalanı tədqiq edən alimlər bu günə kimi qədim memarların bu qala daşlarından otaqların isidilməsi üçün necə enerji mənbəyi kimi istifadə etmələrinin sirrini aça bilməyiblər. Nə qədər qəribə olsa da qalanın bəzi yerlərində bərpa işləri aparıldıqdan sonra məlum olub ki, istifadə edilən yeni daşlar artıq istilik mənbəyi rolunu oynaya bilmirlər. Tədqiqatçıların son araşdırmaları göstərir ki, bayırda 30 dərəcəyədək şaxta olduqda belə otaqlarda müsbət 10–18 dərəcə istilik olur. Şaxta 40 dərəcəyə çatanda isə otaqları isitmək üçün buxarı tipli isitmə sistemindən istifadə edilib.
Tank Abot
Tank Abot (26 aprel 1965, Hantinqton-Biç[d], Kaliforniya) — Boks və Peşəkar güləşlə məşğul olan idmançı. Tank Abot sonralar MMA,Pride FC və UFC-də öz gücünü yoxlamışdır. Qəfəs Kralı, Elit Ekstrem Döyüşü çempionatında Superağırçəkililərin döyüşündə öz gücünü yoxlamışdır. Abot hal-hazırda Kaliforniyada Hantinqon Biçdə yaşayır.
Zabot su anbarı
Zabot su anbarı (alm. Stausee Soboth‎, sloven. Stausee Soboth) — Avstriyada su anbarı. Koralpe SES-in qidalanması üçün 1990-cı ildə Faystris çayı üzərində bənd tikilmiş və su anbarı formalaşmışdır. Su anbarı Koralpe dağ silsiləsində, Zabot kommunasının yaxınlığında yerləşir. Su anbarı Ştiriya və Karinti əyalətlərinin ərəzisinə aid olunur. Zabot su anbarı sloveniya-avstriya sərhəddi yaxınlığında yerləşir. Qrats və Lavamyund şəhərlərini birləşdiriən avtomobil yolu su anbarı yaxınlığından keçir. Su anbarı dəniz səviyyəsindən 1080 metr yüksəklikdə yerləşir. Su anbarının ümumi su toplayıcı sahəsi 29,7 km²-dir.
Cənab Robot (teleserial, 2015)
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. == Mövzusu == Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
ROS (Robot Operating System)
ROS (Robot Operating System)- Robot əməliyyat sistemi robotlar üçün proqram yazmaq imkanı verən freymvorkdur. İlk versiyası 2007-ci ildə Stanford Süni İntellekt Laboratoriyasında yaradılmışdır. ROS C++ dilində yazılsada, Python və Lisp dillərini dəstəkləyir. Java və Lua dillərində isə eksperimental kitabxanaları var.
Mən robot deyiləm (teleserial 2018)
I'm Not a Robot (Korean: 로봇이 아니야; RR: Robosi Aniya) Yu Sunho, Çe Su-bin və Om Ki-cun-un rol aldığı Cənubi Koreya serialıdır. Kim Sunmi tərəfindən yazılıb, rejissoru Cun Deyun(Jung Dae-yoon)dur. MBC üçün serialın istehsalçısı May Queen Pictures -dir. MBC -də 6 dekabr 2017-ci ildən 25 yanvar 2018-ci ilədək çərşənbə və cümə axşamı günləri 21: 55 -də (KST) 32 bölüm üçün yayımlandı.(hər bölüm 35 dəqiqə)Serial 22.09.2019–10.11.2019 tarixləri arasında hər həftəsonu — 17.00-da olmaqla (Azərb.saatı) Azərbaycan kanalı Dalğa TV-də yayımlanmışdır. == Süjet == Kim Minqyu (Kim Min-kyu) (Yu Sunho), digər insanlarla fiziki təmasa şiddətli alerjisi səbəbiylə lüks, lakin təcrid olunmuş bir həyat yaşayır. Hər hansı bir dəri ilə təmasda olduqda bədəninə sürətlə yayılan həddindən artıq həyati təhlükəli döküntülər əmələ gəlir. Ço Cia (Cho Ji-a) (Çe Su-bin) ixtiralarına əsaslanaraq biznes qurmağa çalışır. (xüsusən də iki şəbəkəli ürək şəkilli lampa). Minqyu, KM Financial-ın sədri və ən böyük səhmdarıdır. Səhmlərini 15 il əvvəl avtomobil qəzasında dünyasını dəyişən valideynlərindən miras aldı.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Müdaxilə etmədən baş verən bir abort, "spontan abort" olaraq tanınır və hamiləliklərin təxminən 30-40%-ində baş verir.Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir, lakin təhlükəli abort, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ana ölümünün əsas səbəbidir. while making safe abortion legal and accessible reduces maternal deaths.Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Aravot
Aravot (erm. «Առավոտ», "Səhər") — İrəvan şəhərində dərc edilən Ermənistan gündəlik qəzeti. 1994-cü ildə təsis edilmişdir. Ermənistanın əsas media orqanlarından biri olan "Aravot" liberal bir qəzet kimi qələmə verilmişdir. Baş redaktoru Aram Abrahamyandır.Qəzetin ingilis və rus dillərində olan "aravot.am" internet xəbər portalı mövcuddur.
Arbat
RusiyaArbat (Moskva)ErmənistanArbat (Ermənistan)İranArbat (Miyanə)
Babol
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. == Xarici keçidlər == Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Mayot
Mayotta (fr. Mayotte, komor Maore) — dənizaşırı region (fr. d'outre-mer) və eyni zamanda Fransanın dənizaşırı departamenti (département d’outre-mer, və ya DOM) (31 mart 2011-ci ildən). 1976-cı ildən bəri region Fransa ilə Komor arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayotta muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Komor Birliyinin Mayot adasına (Maore) hüquqlarını tanıyırRegion Mozambik boğazında, Hind okeanının qərbində, Mozambik ilə şimali Madaqaskar arasında yerləşir. Əsas ada, Mayotta (Maore) , Pamandzi adası və bir neçə digər kiçik adalardan ibarətdir. Coğrafi olaraq Komorlara aiddir. Regionun sahəsi — 376 km², əhalisi — 246.489 nəfər (2016), sıxlığı — 657 nəfər / km², adambaşına düşən ÜDM €9100 (2015). == Coğrafiya == Əsas ada Komorosdakı geoloji cəhətdən ən qədim olan Mayotte (Maore) , uzunluğu 39 km, eni 22 km, ən yüksək nöqtəsi Benara dağıdır (fr. Mont Bénara, 660 m).
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. == Tarix == === Müstəmləkə dövrü === Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. == Tarixçə == Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. == Quruluşu == Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.