Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə Tağıxan Rafət Təbrizi
Mirzə Tağı xan Rafət Təbrizi — şair, yazıçı və jurnalist. == Həyatı == Mirzə Tağıxan Rafət Təbrizi 1890-cu ildə Təbrizdə anadan olub. == Yaradıcılığı == Mirzə Tağı xan Rafət Təbrizi müasir İran poeziyasının birinci şairi kimi tanınır. O Azərbaycan dilində, fars və fransız dillərində poemalar yazırdı. O "Azadistan"' qazetinin baş redaktoru olmuş və "Təcaddüd "(Müasirlik) qəzetində sosial və ədəbi sahədə məqalələr nəşr etdirmişdi. O Həbib Sahir, Əhməd Xürrəm, Yəhya Mirzə Daneş və başqa şairlərin və yazıçıların ardıcılları olduqları "Rafət Məktəbi" adlandırılan ədəbi məktəbin yaradıcısı idi. O Trabzonda (Türkiyə) Naseri məktəbinin rəhbəri olmuşdu və həmçinin orada fransız məktəbində müəllim idi. O Paris qəzetlərində ədəbi və siyasi məqalələr ilə cıxış edirdi və Trabzonda fransız konsulluğu tərəfindən fransız hökuməti tərəfindən göndərilən fəxri medal ilə təltif edilmişdi. O, Modernistlərin Bəyənatını nəşr etdi : "Əziz yoldaşlar, biz ədəbi inqilabın çətin vaxtlarını yaşayırıq. Bizim istədiklərimiz heç də düşüncə və incəsənət dünyasında , ədəbiyyatda müasir eranın yaratmaqdan az deyil.
Rafael
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael SüleymanovDigərRafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Avtoportret (Rafael)
Öz portreti (Rafael) (it. Autoritratto (Raffaello)) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504–1506-cı illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florentina dövrünə aid edilir.Öz portreti (Rafael) əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Uffizi mədəniyyət evində saxlanılır.
Frederik Rafael
Frederik Rafael (ing. Frederic Raphael) — ABŞ yazıçısı, ssenaristi və jurnalisti. == Həyatı == Frederik Rafael 14 avqust 1931-ci ildə Çikaqoda anadan olmuşdur. 1938-ci ildə o, valideynlərilə birlikdə İngiltərənin Putni şəhərinə köçmüşdür. Rafael iki müstəqil məktəbdə təhsil almışdır. Bunlar Koptorn xüsusi hazırlıq məktəbi və Çarterhaus məktəbi idi. Sonradan o, Kembric Universitetinin Seint Con Kollecində də oxumuşdur. Frederik Rafael 1965-ci ildə "Əzizim" filminə görə "Oskar" mükafatı qazanır. İki ildən sonra isə "İki nəfər yolda" filminin ssenarisinə görə bu mükafata namizəd olur. Onun məqalələri və kitab resenziyaları qəzet və jurnal nömrələrində çıxırdı.
Qalatea (Rafael)
Rafael Cəbrayılov
Rafael Cəbrayılov (28 dekabr 1958, Qırmızıkənd, Neftçala rayonu – 30 sentyabr 2021, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış, IV çağırış və V çağırış deputatı. == Həyatı == 1958-ci il dekabrın 28-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 10 kitabın və 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi. Evli idi, 2 övladı var.29 sentyabr 2021-ci ildə koronavirusdan ölmüşdür. == Fəaliyyəti == 1985-ci ildən Sabirabad Rayon Prokurorluğunun müstəntiqi, baş müstəntiqi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğu Ümumi nəzarət idarəsinin prokuroru, rəis müavini, Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin, Mülki sahədə qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışmışdır. 2001–2002-ci illərdə Dəvəçi rayon prokurorunun, 2005-ci ildə Gədəbəy rayon prokurorunun köməkçisi olmuşdur. Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin bitərəf deputatı olmuşdur.
Rafael Dadaşov
Rafael Məlik oğlu Dadaşov (4 yanvar 1946, Zaqatala – 16 mart 2020, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq аrtisti (2006), "Şöhrət" ordeni laureatı (2019). == Həyatı == Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. === Ailəsi === Aktyor Məlik Dadaşovun və Sofa Hüseynovanın oğludur. Aktyor Salman Dadaşovun qardaşı oğludur. === Vəfatı === Aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki obstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. Teatrın səhnəsində Zaur "Ümid" (M. İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M.İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Bəhram "Fitnə" (Abdulla Şaiq), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Birinci reportyor "Səhra yuxuları" (Anar), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Fikrət və Rəşad "Kimdir haqlı?" (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli "Mirzə Şəfi" (Nəbi Xəzri), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Murad "Nakam qız" (A.Şirvanzadə), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Həsən Soltan "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Mayis "Sevgililərin cəhənnəmdə vüsalı" (İlyas Əfəndiyev), Ədhəm Tağıyev "Dəlilər və ağıllılar" (İlyas Əfəndiyev), Mindövlət və Aydar "Sokratı anma gecəsi"("Eşşək dərisi üzərində məhkəmə") (Ç.Aytmatov və M.Şahanov), Tesey "Fedra" (J.Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol) və s. maraqlı obrazlar aratmışdır.
Rafael Fiziev
Rafael Fiziev (Feyziyev) "Ataman" — UFC döyüşçüsü. Döyüş üslubu Muay taydır. == Həyatı == Rafael 5 mart 1993-cü ildə Qazaxıstanda anadan olub. Atası milliyətcə azərbaycanlı, anası isə rusdur. Sonralar Qırğızıstana köçmüş və orada Qırğızıstan Polis Akademiyasında təhsil almışdır. == Karyerası == Rafael "Tiger Muay Tai & MMA" idman klubunda çıxış edir. Döyüş səhnəsində peşəkar ilk debütünü 2015-ci il iyulun 18-də Sem Bastinə qarşı keçirdi və qələbə qazandı. 2019-cu il aprelin 20-də UFC-da ilk debütünü Məhəmməd Mustafayevə qarşı keçirdi və məğlub oldu. 2019-cu il oktyabrın 26-da Aleks Vayta qarşı UFC qarşılaşmasında qələbə ilə diqqət mərkəzinə düşdü. == İdmandan kənar == 2022-ci ildə kompüter oyunları istehsalçısı Electronic Arts, Rafael Fiziyevi top yüngülçəkili döyüşçü personajları siyahısına əlavə etdi.
Rafael Gerreyro
Rafael Adelino Xose Gerreyro (port. Raphaël Guerreiro 22 dekabr 1993) — Portuqaliyalı futbolçu. Almaniyanın Borussiya Dortmund klubunun və futbol üzrə Portuqaliya milli komandasının oyunçusu. Sol cinah müadafiəçisi və yarımüdafiəçi kimi çıxış edir.
Rafael Gil
Rafael Gil (d. 22 iyun 1996) — Portuqaliyalı üzgüçü. Rafael Gil Portuqaliyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Rafael Gil birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:45.7 saniyəlik nəticə ilə 28-ci yeri tutdu və yarışı başa vurdu.
Rafael Harpaz
Rafael Harpaz (ivr. ‏רפאל הרפז‏‎; 8 yanvar 1962, Qüds) — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-2015) == Həyatı == 8 yanvar 1962-ci ildə Yerusəlimdə anadan olmuşdur.
Rafael Haşımov
Rafael Zeynal oğlu Haşımov (28 yanvar 1959, Mingəçevir) — Azərbaycan teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2013). == Həyatı == Rafael Haşımov 28 yanvar 1959-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 1 nömrəli orta məktəbi bitirmiş, 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1979-cu ildə təhsilini yarımçıq qoyaraq Əfqanıstan Demokratik Respublikasına hərbi xidmətə yollanmışdır. 1981–1983-cü illərdə təhsilini davam etdirmiş, 1984-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunmuş, 1989-cu ildə buranı bitirmişdir. == Yaradıcılığı == Rafael Haşımov yaradıcılıq fəaliyyətinə 1990-cı ildə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rəssam kimi başlamışdır. 2000-ci ildən həmin teatrın baş rəssamıdır.Teatrda fəaliyyət dövrü ərzində 100-dən artıq tamaşaya (H.Cavidin "Afət", M.Hüseynin "Cavanşir", "Şeyx Şamil", İ.Mərcanlının "Xocalı notları", T.Vəliyevanın "Mənim ağ göyərçinim", C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi", A.Mədətovun "Aylı gecə", R.Rəhimlinin "Gizli məhəbbət" tamaşaları və s.) bədii tərtibat vermişdir. Quruluşçu rəssamı olduğu H.Cavidin "Ana" tamaşası 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
Rafael Hüseynov
Rafael Baba oğlu Hüseynov (12 avqust 1955, Kürdəmir) — Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili. == Həyatı == 1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. 1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirmişdir. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır, 1978-ci ilədək burada çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982–1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur. Rafael Hüseynov 1987–1989-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1990–1991-ci illərdə Konservatoriyada "Mədəniyyət tarixi", 1995-cınildə isə "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" fənlərindən dərs demişdir.
Rafael Həbibov
Rəfael Sərafət oğlu Həbibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprel ayının 2-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s.
Rafael Həbiboğlu
Rafael Kalderon
Rafael Kalderon (14 mart 1949) — 1990-1994-cü illərdə Kosta-Rikanın prezidenti. 1990-1994-cü illərdə ölkəyə rəhbərlik edən Kalderon səhiyyə müəssisələrinə avadanlıqlar alınması zamanı rüşvət almaqda təqsirli bilinib. Onun nə qədər rüşvət aldığı məlum deyil. Amma bildirilir ki, tibbi ləvazimatları almaq üçün 40 milyon ABŞ dolları xərclənib. Rafael Kalderon 2004-cü ildə həbs edilib və 5 ay həbsdə olub. O, bu günə kimi ev dustağı kimi saxlanılıb. 2009-cu ildə isə ona rüşvət aldığına görə 5 il həbs cəzası verilib.
Rafael Leao
Rafael Aleksandre Konseysau Leao (port. Rafael Alexandre Conceição Leão , 10 iyun 1999) — Portuqaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və Portuqaliya milli komandasında çıxış edir. Futbolçu əsasən cinah hücumçusu və sol cinah vingeri kimi çıxış edir. == Klub karyerası == Leao Lissabon şəhərini təmsil edən "Sportinq" klubunun yetirməsidir. Öncə "Sportinq"in B komandasında oynayan futbolçunun "Sportinq"in B komandasının heyətində debütu, 21 may 2017-ci il tarixində, Portuqaliya Sequnda Liqasında "Braqa" klubunun ikinci komandasına qarşı oyunda baş verir.Futbolçu 11 fevral 2018-ci ildə "Feirense" klubu ilə oyunun ikinci yarısında Brayan Ruizi əvəzləyərək Portuqaliya çempionatında debüt edir. 2018-ci il martın 2-də "Porto" klubu ilə oyunda Rafael "Sportinq"in heyətində ilk qolunu vurur . 2018-ci ilin yayında Leao Fransanın "Lill" klubuna keçir. Debüt mövsümündə Leao 24 oyun keçirib və səkkiz qol vurub. 2019-cu ilin yayında, "Lill" ilə kifayət qədər uğurlu mövsümdən sonra, "Milan" klubu oyunçu ilə maraqlanmağa başlayır.
Rafael Lemkin
Rafael Lemkin (pol. Rafał Lemkin, ing. Raphael Lemkin; 24 iyun 1900 – 28 avqust 1959, Nyu-York, Nyu-York ştatı) — hüquqşünas, "soyqırım" termininin və BMT-nin Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya layihəsinin müəllifi. == Bioqrafiyası == === Erkən illəri === Rafael Lemkin, müasir Belorusiya ərazisində Rusiya İmperiyasının Polşalı bir Yəhudi ailəsində anadan olub. O, Cozef və Bella Lemkinin üç övladından biri idi. Anası rəssamlıq, dilçilik və fəlsəfə öyrənmişdir. Bialistokdakı ticarət məktəbini bitirdikdən sonra Rafael Lemkin Lvov Universitetində filologiya və hüquq (1928) oxudu, çoxbucaqlı idi və doqquzda səlis danışdı və on dörd dildə oxudu. 1929-cu ildən Varşava Prokurorluğunda çalışdı, sonra vəkilliklə məşğul olmuşdur. === "Soyqırım" termininin yaradılması === Çoxsaylı Yəhudi qarışıqlığının şahidi olan "soyqırım" termininin müəllifi Rafael Lemkin hələ universitetdə olarkən etnik qrupların məhvi üçün qanuni məsuliyyət məsələsi ilə məşğul olmağa başladı. Berlində qətliamlarda günahkar olan keçmiş bir türk nazirinin öldürülməsindən sonra əvvəlcə erməni soyqırımı problemi ilə mübarizə apardı.
Rafael Mailov
Rafael İlqar oğlu Mailov (16 aprel 1994, Bakı, Azərbaycan — 14 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafael Mailov 1994-cü il aprelin 16-da Bakı şəhərində anadan olub. Nizami rayon 210 nömrəli məktəbdə, daha sonra 2012–2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsində təhsil alıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rafael Mailov Füzuli və Hadrutun azad edilməsində savaşıb. Rafael Mayılov 2020-ci il 14 oktyabrda Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən qəhrəmancasına şəhid olub. Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafael Mailov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafael Mailov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rafael Markes
Rafael Markes (isp. Rafael Márquez) — meksikalı futbolçu. Meksika millisinin oyunçusu olub. 5 FİFA Dünya Kubokuna iştirak edib.
Rafael Moneo
Rafael Moneo (9 may 1937, Tudela) - İspaniyalı memar. == Həyatı == Rafael Moneo 9 may 1937-ci ildə İspaniyanın Tudela şəhərində anadan olmuşdur. Madrid Texnik Universitetində memarlıq təhsili almağa başlayan Rafael 1961-ci ildə məzun oldu. Həmçinin universitetdə oxuduğu 1958-1961-ci illəri arasında Madriddə memar Xavier Saenzin ofisində işlədi. Dünyanın bir çox universitetində dərs vermiş memar 1985-1990-ci illərdə Harvard Universitetində dərs verib. Məşhur yenidənqurma layihələri arasında Madriddə yerləşən Vilyahermoza sarayı (Tissen-Bornemisza muzeyi), Prado muzeyi, Roma İncəsənəti Milli Muzeyi, Atoka qatar stansiyası var. Digər işləri arasında Saraqosadakı Dyester fabriki, Malyorkadakı Xoan Mura Fondunun binası və Loqronodaki bələdiyyə binası da yer alır. Rafael Moneonun ABŞ-dəki işləri arasında Los-Ancelesdə Meryəm Ana Kafedralı, Massaçusetsdə yerləşən Uellesli Kollecinə aid Deyvis İncəsənət Muzeyi və Hyustondakı Gözəl Sənətlər Muzeyinin genişləmə layihəsinin bir parçası olan Edru Cons Bek binası və Rod İzlanddakı Rod İzland Dizayn Məktəbinə aid Çeys Mərkəzi daha məşhurdur. 1996-cı ildə Pritsker mükafatının qalibi olmuşdur. 12 noyabr 2003-cü ildə isə RIBA Kral Qızıl Medalını qazanmışdır.
Rafael Monoe
Rafael Moneo (9 may 1937, Tudela) - İspaniyalı memar. == Həyatı == Rafael Moneo 9 may 1937-ci ildə İspaniyanın Tudela şəhərində anadan olmuşdur. Madrid Texnik Universitetində memarlıq təhsili almağa başlayan Rafael 1961-ci ildə məzun oldu. Həmçinin universitetdə oxuduğu 1958-1961-ci illəri arasında Madriddə memar Xavier Saenzin ofisində işlədi. Dünyanın bir çox universitetində dərs vermiş memar 1985-1990-ci illərdə Harvard Universitetində dərs verib. Məşhur yenidənqurma layihələri arasında Madriddə yerləşən Vilyahermoza sarayı (Tissen-Bornemisza muzeyi), Prado muzeyi, Roma İncəsənəti Milli Muzeyi, Atoka qatar stansiyası var. Digər işləri arasında Saraqosadakı Dyester fabriki, Malyorkadakı Xoan Mura Fondunun binası və Loqronodaki bələdiyyə binası da yer alır. Rafael Moneonun ABŞ-dəki işləri arasında Los-Ancelesdə Meryəm Ana Kafedralı, Massaçusetsdə yerləşən Uellesli Kollecinə aid Deyvis İncəsənət Muzeyi və Hyustondakı Gözəl Sənətlər Muzeyinin genişləmə layihəsinin bir parçası olan Edru Cons Bek binası və Rod İzlanddakı Rod İzland Dizayn Məktəbinə aid Çeys Mərkəzi daha məşhurdur. 1996-cı ildə Pritsker mükafatının qalibi olmuşdur. 12 noyabr 2003-cü ildə isə RIBA Kral Qızıl Medalını qazanmışdır.
Rafael Mustafayev
Rafael Mustafayev (1955, Bakı – 14 noyabr 2010) — Azərbaycan jurnalisti. 2004-cü ildən Rusiyanın "Reqnum" informasiya agentliyinin əməkdaşı. == Həyatı == Rafael Fuad oğlu Mustafayev 1955-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Bir sıra yerli informasiya agentlikləri ilə yanaşı, Rusiyanın "Kommersant", "Novıye izvesiya" qəzetləri ilə də əməkdaşlıq edib. Tanınmış jurnalist Rafael Mustafayev noyabrın 14-də Bakıda, yol qəzası nəticəsində həlak olub.Rafael Mustafayev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin böyük qardaşı idi.
Rafael Nadal
Rafael Nadal Parera (isp. Rafael Nadal Parera) (3 iyun 1986, Manakor, Mallorka, İspaniya) — ispan tennisçi, hal-hazırda dünyanın 2 nömrəli tennisçisidir. Tutqun bir Real Madrid tərəfdarıdır. == Karyerası == Dörd yaşında hələ də məşqçiliyini edən əmisi Toninin səyləriylə tennisə başladı. Əslində solaxay olmayıb. Əmisi tərəfindən sonra solaxay edilmiş, iki əlini də istifadə edə bilmə qabiliyyətinə malikdir. Rafael Nadal, peşəkar tennis dünyasında ilk dəfə 17 yaşında oynadığı 2003 Monte Karlo Master Series turniriylə diqqət çəkdi. Karol Kusera və Albert Kostanı məğlub etdikdən sonra Guillermo Koriaya məğlub oldu. ATP səviyyəsində oynadığı üçüncü turnirdə Karlos Moyanı məğlub edib hər kəsi çaşdırdı. Oynadığı ilk Böyük Dəbilqə serialı tennis turniri olan 2003-ci il Uimbldonda 3-cü tura yüksəldi.
Rafael Qovarts
Rafael Qovarts (nid. Rafaël Herman Anna Govaerts; 1968[…] və ya 1900) — Belçika botaniki. == Elmi fəaliyyəti == Rafael Qovarts toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.
Rafael Santi
Rafael Santi (6 aprel 1483[…] və ya 28 mart 1483, Urbino[d] – 6 aprel 1520[…], Roma[…]) — məşhur italyan rəssamı. Raffaello, Raffaello Sanzio, Raffaello Santi, Raffaello de Urbino və ya Rafael Sanzio de Urbino kimi də tanınmışdır. == Həyatı == İtaliyanın Urbino şəhərində 6 aprel 1483-cü ildə anadan olub. Rafael İntibah hərəkətlərini erkən inkişaf etmiş bacarıqlı bir gənc olaraq görmüş, rəssamlığa on altı yaşında çəkdiyi "Həvvanın yaradılışı" və "Trinite" əsərləri ilə başlamışdır. Rafaelin atası olan Giovanni Santi də Urbino da rəssamlıq edirdi. Atası 1494-ci ildə ölüncə Rafael, öz evində xarici təsirlərdən uzaq bir şəkildə işlərini davam etdirdi. Rafael Florensiyaya gedincə özünü İntibahın içində tapdı. Leonardo da Vinçi və Mikelancelo təsirində qalaraq sənətinə yeniliklər qatdı. Florensiyada 1508-ci ilə qədər çəkdiyi rəsm əsərləri isə "Sikst Madonne", "La Belle Jandinière", "Madonna of the Chair" və "Entombmeut" olmuşdur. Rafael, Romada Papa II. Julius üçün işləyib.
Şəfaət
Şəfaət kəlməsinin kök mənası "bir şeyi digərinə yapışdırmaq"dır. Bu kəlmə qüvvətli fərdin zəif bir fərdə köməyi mənasında da işlədilmişdir. Bu sözün adi dildə və şəriətdə iki müxtəlif mənası vardır. 1. Ümumi dildə, şəfaət edən şəxs öz nüfuzundan istifadə edərək, qüdrət sahibinin cəza sahibinə qarşı fikrini dəyişir. Bəzən öz nüfuzundan istifadə edərək, bəzən də qorxudaraq bu işi görür. Bəzən isə insan səhvən cəzalandırılır. Burada şəfaət şəfaətçinin fikri və istəyi ilə baş tutur. Bu növ şəfaət heç bir məzhəbdə qəbul olunmur. Çünki Allah Təala heç kəsdən qorxmur, nə də səhvən birinə cəza vermir ki, kiminsə təsiri ilə öz səhvini başa düşə.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Yafət
Yafət və ya Yafəs (ivr. ‏יָפֶֿתֿ,יֶפֶֿתֿ‏‎ ; yun. Ἰάφεθ; lat. Iafeth və ya Iapetus ; ərəb. يافث‎) — İbrahimi ənənəyə görə Nuhun oğlanlarından biridir. Ərəbdilli mənbələrdə adı, adətən Yafəs ibn Nuh şəklində qeyd edilir. == Doğulması haqqında fikirlər == Yafəs daha çox Nuhun ən kiçik övladı kimi yad edilsə də, bəzən onun ən böyük övlad olduğu da qeyd edilir. Yaradılış 5:32[5:32] və 9:18[9:18]-də Nuhun övladları ardıcıllıqla Sam, Ham və Yafəs şəklində qeyd edilir. Lakin onuncu fəsildə bu sıralama sondan əvvələ doğru təqdim edilir. Yaradılış 10:21–də[10:21] Yafəs və onun qardaşının təxmini yaşları qeyd edilmiş, müxtəlif tərcümələrin olması isə bu məsələdə qarışıqlıq yaratmışdır.
Arafat (Çaldıran)
Arafat (fars. عرفات‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (37 ailə).
Dassault Rafale
Dassault Rafale (fr. Dassault Rafale, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı. İlk uçuşunu 4 iyul 1986-cı ildə keçirib. Fransanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə müvafiq olaraq 2004-cü və 2006-ci illərdə qəbul olunub. 2009-cu ildə Fransanın müdafiə nazirliyi əlavə olaraq 60 qırıcı sifariş vermişdir. Dassault şirkətinin Rafale təyyarəsi Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Bu bütünlüklə - silahlanma, mühhərik, avionika və öz istehsalı baxımından fransız layihəsidir. Hal-hazırda Rafale, amerikan və hər hansı başqa xarici yardım olmadan Avropa ölkəsi tərəfindən yaradılan sonuncu təyyarə sayılır. İlk dəfə hərbi tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatı gedişində keçirilib.