Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruhəngiz Allahverdiyeva
Allahverdiyeva Ruhəngiz — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti Ruhəngiz Allahverdiyeva orta məktəbini bitirdikdən sonra "Təranə gənclik" ansamblında müğənni kimi fəaliyyətə başlamışdır. 1973-cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə "Azkonsert" qastrol birliyində "Lalə" qızlar ansamblının solisti olmuş, keçmiş SSRİ məkanının bir çox şəhərlərində, xarici dövlətlərdə, o cümlədən Türkiyədə, Almaniyada, Macarıstanda, Vyetnamda, Əfqanıstanda qastrol səfərində olmuş, Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil etmişdir. 1976-cı ildə Azərbaycanda keçirilən "İstedadlar axtarırıq" festivalının qalibidir. Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.15 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 2 oğlu və bir qızı var. Qış nağılı. I film (film, 2002) - Zəroş xala Qış nağılı.
Ruhəngiz Musəvi
Ruhəngiz Musəvi — Azərbaycan müğənnisi, aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti (2007). Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953 ilin aprelin 4-də Bakı şəhərində doğulub. 1972-ci ildən Mahnı teatrının, 1974-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblının, 1975-ci ildən Dövlət Filarmoniyasının solisti. Səs yazıları ilə val buraxılıb. 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 1978-ci il təvəllüdlü Lalə adlı bir qızı var.
Ruhəngiz Qasımova
Ruhəngiz Nağı qızı Qasımova (12 iyul 1940, Bakı – 9 oktyabr 2022, Honkonq) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). Bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında "Quyu" tamaşasına musiqi (1995), "Qızıl oğlan" musiqili nağıl (1999) xüsusi yer tutur. İlkin və Cananə adlı iki övladı var.
Ruhəngiz Əliyeva
Ruhəngiz Əliyeva (Əliyeva Ruhəngiz Məmməd qızı; 13 mart 1981, Naxçıvan) — Azərbaycanlı pedaqoq, şairə, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Azərbaycan Yazıçılar Birliyinin və Naxçıvan Yazıçılar Birliyinin üzvü. Ruhəngiz Məmməd qızı Əliyeva 13 mart 1981-ci ildə Naxçıvan şəhərində anadan olub. Məktəbi fərqlənmə attestatı ilə bitirib. Təhsilin bakalavr, magistratura və doktorantura pillələrini bitirib. Pedaqogika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib. "Qarabağ" adlı şeri ilk dəfə 1996-cı ildə "Şərq Qapısı" qazetində çap olunub. 2003-cü ildə "Həsrət çiçəyi", 2005-ci ildə "Dərsliklərdəki bədii nümunələrdə tərbiyə məsələləri", 2008-ci ildə "Tərbiyə ruhun özülüdür", 2012-ci ildə "Poeziya, səni aparacağam", 2018-ci ildə "Səssizliyin səsi", 2019-cu ildə "Məmməd Səid Ordubadinin maarifçi görüşləri" adlı kitabları işıq üzü görüb. Nüfuzlu nəşrlərdə dərc olunmuş 42 elmi, 130-a yaxın publisistik məqalənin müəllifidir. Əsərləri İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Özbəkistan və İranda çap olunub. Qızıl Qələm" və "Dövlətçilik ənənələrinin qorunub saxlanılması və təbliği sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu" mövzusunda dövri mətbuatdakı çıxışlarına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının "Azərbaycan bayrağı" mükafatına layiq görülüb.
Ruhəngiz Əliyeva (şairə)

Ruhangiz Qarayeva