Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceyn Rassell
Ceyn Rassell — 1940-1950-ci illərin seks-simvolu, məşhur Hollivud aktrisası. Onun ən məşhur filmi Merlin Monro ilə bir yerdə çəkildiyi “Centlmenlər sarışınlara üstünlük verirlər” olub. Rasselin ilk böyük filmi 1943-cü ildə ekranlara çıxan “Qanundan kənar” filmi olub. Məhz bu film sayəsində aktrisa bütün dünyada məşhurlaşıb. Onun filmoqrafiyasında “Makao”, “Onun xəyallarının qadını”, “Fransız xətti” kimi filmlər var. Rassel uzun illər davam edən karyerası ərzində təkcə filmlərdə iştirak etməyib, eləcə də özünü estradada sınayıb və qadın alt paltarlarını reklam edib. Ceyn Rassell Kaliforniyada 2011-ci ildə 89 yaşında vəfat edib.
Keri Rassell
Keri Linn Rassell (ing. Keri Lynn Russell; 23 mart 1976, Faunten-Velli[d], Kaliforniya) — ABŞ aktrisası. 1998–2002-ci illərdə yayımlanan "Felisiti" serialındakı rolu ilə məşhurlaşdı. Bu rola görə o "Qızıl Qlobus" mükafatına layiq görüldü. Bundan sonra Rassell "Qeyri-mümkün missiya 3", "Ofisiant", "August Rush", "Fövqəladə tədbirlər", "Meymunlar planeti: İnqilab" filmlərində rol aldı. O, "Amerikalılar' serialındakı performansına görə "Praytaym Emmi" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. == İlk illəri == Keri Rassell Kaliforniyanın Faunten-Velli şəhərində ev xanımı olan Stefaniya və Nissan Motorsda müdir vəzifəsində çalışan Devid Rassellin ailəsində anadan olmuşdur. Özündən böyük Todd adında qardaşı, özündən balaca Culia adında bacısı var. Atasının işi ilə əlaqədar olaraq ailə Koppel, Mesa və Haylands Ranç şəhərlərində yaşamışdı. Rasselin rəqsi ona "Miki Maus Klubu" şousunda iştirak imkanı yaratdı.
Rassell Kennedi
Rassell Kennedi (7 oktyabr 1991) — Kanadalı xizək yürüşçüsü. Rassell Kennedi Kanadanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rassell Kennedi birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Kennedi 3:23.37 saniyəlik nəticəsi ilə 80 atlet arasında 54-cü yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Rassell qrupu
Rassell qrupu (ing. Russell Group) ― Britaniyada fəaliyyət göstərən 24 aparıcı tədqiqat universitetinin təmərküzləşdiyi assosiyasiya.1994-cü ildə yaradılmış təşkilat Britaniyadakı qabaqcıl ali təhsil ocaqlarında aparılan tədqiqatları daha da intensivləşdirmək və koordinasiya etmək məqsədilə dövlət tərəfindən formalaşdırılmışdır. Sözügedən qrupda cəmlənmiş müəssisələr Böyük Britaniyanın ən nüfuzlu universitetləri hesab olunurlar və eyni zamanda, tədqiqat universiteti statusuna malikdirlər.Hazırda, Britaniyada ali təhsil tələb edən işlərin 61%-də Rassell qrupuna üzv universitetlərin məzunları çalışır. Bundan əlavə, Birləşmiş Krallıqda əldə olunmuş doktorantura elmi dərəcələrinin 60%-i də qeyd olunan qrupun üzvlərinin payına düşür. Rassell qrupu üzvü olan ali təhsil müəssisələrinin tədqiqatlarının 68%-i "Dünya miqyaslı" hesab olunur.
Rassell Ştrayner
Rassell Ştrayner (ing. Russell Streiner; 6 fevral 1940) — ABŞ aktyoru, prodüseri və ssenaristidir. Ən uğur qazandığı film Yaşayan ölülərin gecəsi filmidir. == Həyatı == Rassell Ştrayner 6 fevral 1940-cı il tarixində Pensilvaniyanın Pittsburq şəhərində anadan olmuşdur. "Russ Streiner" və ya "Russell W. Streiner" adları ilə tanınır. Rassell uzun müddət reklam işçisi kimi çalışmışdır. Uzun illərdən sonra "Pittsburgh Film Office" adlı ofisin sahibi olmuşdur. İlk filmi Yaşayan ölülərin gecəsi filmidir. Bu filmdə Kiranın cəmi 11 yaşı vardır. Ayrıca olaraq Con A. Russo ilə birlikdə "John Russo Movie Making Program" adlı proqramda təlimçilik edir.
Tereza Rassell
Tereza Rassell (ing. Theresa Russell; doğ. 20 mart 1957) — ABŞ aktrisası və modeli. == Həyatı == Tereza Rassell 20 mart 1957-ci ildə Kaliforniya ştatının San-Dieqo şəhərində anadan olub.
Bertran Rassel
Bertran Artur Vilyam Rassel (ing. Bertrand Arthur William Russell, 3rd Earl Russell; 18 may 1872[…], Treleç[d] – 2 fevral 1970[…], Penhindedra[d], Quinet[d]) — ingilis riyaziyyatçı, filosof və ictimai xadim, "məntiqi atomizm" konsepsiyasının, "deskripsiya nəzəriyyəsi"nin yaradıcısı, Alimlərin Paquoş Hərəkatının yaradılmasının təşəbbüskarlarından biri, "Rassel-Eynşteyn Manifesti"nin həmmüəllifi, "Sülh Fondu"nun qurucusu (1963), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1950). == Həyatı == İngilis filosofu, məntiqşünas, riyaziyyatçı və ictimai-siyasi xadim Bertran Artur Uilyam Rasseli tam əsasla ensiklopedist adlandırmaq mümkündür. O, Britaniyanın siyasi həyatında XVI əsrdən fəal iştirak edən Rassel nəslindən idi. Nəslin görkəmli nümayəndələrindən biri, Bertranın babası lord Con Rassel 1832-ci ildə kraliça I Viktoriyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuşdu. İki yaşında anasını, dörd yaşında isə atasını və körpə bacısını itirən Bertran nənəsi, qrafinya Rasselin himayəsində böyümüşdü. Onun və böyük qardaşının təlim-tərbiyəsi ilə alman, İsveçrə quvernantları, eləcə də ingilis müəllimlər məşğul olurdular. Bertran 1890-cı ildə Kembric Universiteti yanındakı Triniti Kollecdə təhsilə başlamış, 1894-cü ildə incəsənət bakalavrı dərəcəsi almışdı. Elmin müxtəlif sahələrini öyrənsə də, maraq dairəsinə əsasən riyaziyyat və fəlsəfə daxil idi. 1897-ci ildə o, "Həndəsənin əsasları" mövzusunda magistr dissertasiyası müdafiə etmişdi.
Ceyn Rassel
Ceyn Rassell — 1940-1950-ci illərin seks-simvolu, məşhur Hollivud aktrisası. Onun ən məşhur filmi Merlin Monro ilə bir yerdə çəkildiyi “Centlmenlər sarışınlara üstünlük verirlər” olub. Rasselin ilk böyük filmi 1943-cü ildə ekranlara çıxan “Qanundan kənar” filmi olub. Məhz bu film sayəsində aktrisa bütün dünyada məşhurlaşıb. Onun filmoqrafiyasında “Makao”, “Onun xəyallarının qadını”, “Fransız xətti” kimi filmlər var. Rassel uzun illər davam edən karyerası ərzində təkcə filmlərdə iştirak etməyib, eləcə də özünü estradada sınayıb və qadın alt paltarlarını reklam edib. Ceyn Rassell Kaliforniyada 2011-ci ildə 89 yaşında vəfat edib.
Con Rassel
Con Rassel (ing. John Russell; 18 avqust 1792[…], Meyfer[d], Böyük London – 28 may 1878[…], Pembruk-Lodj[d], Böyük London) — Böyük Britaniya dövlət və siyasi xadimi. 1846–1852-ci illərdə Böyük Britaniyanın baş naziri və viqlərin lideri olmuşdur. Filosof Bertran Rasselin babasıdır. == Həyatı == Rassel, 18 avqust 1792-ci ildə ingilis aristokratiyasının ən yüksək eşelonlarında, 6-cı Bedford hersoqu Con Rasselin üçüncü oğlu olaraq dünyaya gəlmişdir. Rasselin ailəsi 17-ci əsrdən bəri İngiltərədəki əsas viq sülalələrindən biri idi və bu ölkənin aristokratik torpaq sahiblərinin ən varlı ailələrindən biri idi, ancaq Bedford 6-cı hersoqunun ən kiçik oğlu olaraq, miras qalmış ailəyə sahib olmamalıdı. Hersoqun ən kiçik oğlu kimi, "Lord Con Rassel" nəzakət tituluna sahib idi.1861-ci ildə qraf olana qədər İcmalar Palatasında oturmuşdur. == Siyasi karyerası == 1813-cü ildə viq olaraq parlamentinə daxil olmuşdur. Viq hökumətlərində daxili və xarici işlər naziri vəzifəsini icra etdi. 1828-ci ildə parlamentə sözdə ləğv təklifini təqdim etdi.
Kurt Rassel
Kurt Rassel (17 mart 1951)—ABŞ aktyoru. == Həyatı == Kurt Rassel 1951-ci il martın 17-i Spriqfild, Massaçusets ştatında anadan olmuşdur.
Rassel Krou
Rassel Ayra Krou (ing. Russell Ira Crowe; 7 aprel 1964) — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. 3 nominasiya üzrə 2001-ci il "Oskar" mükafatı laureatı. Əsas populyarlığı çəkildiyi "Qladiator", "Öz adamı", "Dənizlərin sahibi: Yer üzünün kənarında", "Yumaya gedən qatar", "Ağıl oyunları", "Rədd edilmişlər" və "Nokdaun" kimi filmləri sayəsində qazanmışdır. == Həyatı == Rassel Krou 7 aprel 1964-cü ildə Yeni Zellandiyanın Vellinqton şəhərində, Aleks və Cosel Krounun ailəsində anadanolub. Özündən böyük bir qardaşı var - Terri Krou. Rasselin 4 yaşı olanda ailə Sidneyə köçür. 5 yaşında isə Rassel Krou anasının xaç atasının prodüseri olduğu "Spyforce" Avstraliya teleserialında epizodik rola çəkilir. 14 yaşı olanda Rassel Krounun ailəsi yenidən Yeni Zellandiyaya qayıdır və Oklend yaxınlığında məskunlaşır. Ailənin əsas gəliri çox da bahalı olmayan "Uçan səhəng" restoranından çıxırdı.
Rassel Malifant
Rassel Malifant (18 noyabr 1961 — Ottava, Kanada) Rassel Malifant öz qrupunu 1996-cı ildə təşkil etmiş və bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir. "Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutmuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994–1995-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir.
Rassel adası
Rassel adası (ing. Russell Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Rassel adası Uels Şahzadəsi sahillərindəki ən böyük adadır. Ada böyük cənub qonşusunun şimal sahillərində yerləşir və ondan eni 5 km olan Berinq boğazı ilə ayrılır. Adanın şimal sahili Barrou boğazı ilə yuyulur. Şimal qonşuları Kiçik Yanq, Lauter, Qarret adalarıdır, daha şimalda böyük Baterst adası, şimal-şərqdə Qriffit və Kornuallis adaları, şərqdə Somerset adası yerləşir. Adanın sahəsi 940 km²-dir. Sahil xəttinin uzunluğu 214 km-dir. Adanın maksimum uzunluğu 57 km, eni isə 23,5 km-dir.
Rassel dalamazı
Rassel bozaqgülü
Rassel bozaqgülü (lat. Phlomis russeliana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Daniell Rouz Rassell
Daniell Rouz Rassell (ing. Danielle Rose Russell) — Amerikalı aktrisadır. O, The CW fövqəltəbii dram serialı İlk doğulmuşlar-ın son beşinci mövsümündə və onun spinoffu Miras-da oynadığı Houp Mayklson rolu ilə tanınır. 16, 2022. O, həmçinin Məzar daşları arasında gəzinti (2014), Aloha (2015), Pandemik (2016) və Möcüzə (2017) kimi filmlərdə köməkçi rolları ifa edib. == Həyatı == Rassell Nyu Cersi ştatının Pequannock Township şəhərində anadan olub və Uest Milford şəhərində böyüyüb. O keçmiş rəqqasə Rozmari Rado və keçmiş müğənni Rikki Rasselin qızıdır. O regional teatra getmədən və Nyu-Cersi ştatının Pequannock şəhərindəki Müqəddəs Ruh Məktəbində bir neçə məktəb tamaşasında çıxış etməzdən əvvəl ilk olaraq gəncliyində modelliklə məşğul oldu və reklamlara çəkildi. 2018-ci ildəki m əlumata əsasən orta məktəbi onlayn vasitəsilə bitirəcək. == Karyerası == Rasselin ilk rolu Məzar daşları arasında gəzinti (2014) filmində olmuşdur və rus narkotik satıcısının 14 yaşlı qızı rolunu oynamışdı.
Kelli Rassel Aqodon
Kelli Rassel Aqodon (ing. Kelli Rassel Aqodon; 1969, Sietl, Vaşinqton) — Sietldə anadan olmuş amerikalı şair, yazıçı və redaktor. O, Two Sylvias Pressin həmtəsisçisidir və Pasifik Lüteran Universitetində aşağı səviyyəli XİN rezidentura proqramı olan Rainier Writing Workshopda poeziya şöbəsində xidmət edir. == Həyatı == O, Seattleda böyüyüb və Vaşinqton Universitetində və Sakit Okean Lüteran Universitetində Rainier Yazı Emalatxanasını yazıçılıq üzrə magistr dərəcəsi ilə bitirib. O, Vaşinqton ştatında yaşayır. Onun işi Atlantic Monthly, American Poetry Review, Prairie Schooner, North American Review, Image, 5 am, Meridian, Calyx.,Poets.org, və The Los Angeles jurnallarında dərc olunub. Nəzərdən keçirin.Şimal-qərbdə yaşayır.[10] O, 2009–2014-cü illərdə Crab Creek Review jurnalının baş redaktoru olub. O, Two Sylvias Pressin həmtəsisçisidir. O, Sahildəki Şairlər: Qadınların Həftəsonu Yazıçılarının Retreatının həmdirektorudur. == Etiraf == Onun ən son kitabı, Qum Saatı Muzeyi (Ağ Şam Mətbuatı, 2014) Vaşinqton Dövlət Kitab Mükafatının finalçısı və Julie Sook Poeziya Mükafatının qısa siyahısına daxil edilmişdir.
Uilyam Rassel Sayks
Vilyam Rassel Sayks (ing. William Russell Sykes; 13 oktyabr 1927 – 5 yanvar 2018, Kraystçerç) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Vilyam Rassel Sayks toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Sykes W. R. Contributions to the flora of Niue. — Wellington, 1970. — 320 p. — ISBN 0-477-01888-2. Sykes W. R. Kermadec Islands flora. — Wellington, 1977. — 216 p.
Vilyam Rassel Sayks
Vilyam Rassel Sayks (ing. William Russell Sykes; 13 oktyabr 1927 – 5 yanvar 2018, Kraystçerç) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Vilyam Rassel Sayks toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Sykes W. R. Contributions to the flora of Niue. — Wellington, 1970. — 320 p. — ISBN 0-477-01888-2. Sykes W. R. Kermadec Islands flora. — Wellington, 1977. — 216 p.
Çarlz Teyz Rassel
Çarlz Teyz Rassel (ing. Charles Taze Russell; 16 fevral 1852[…] – 31 oktyabr 1916[…]) – katib və baş mühasib, Müqəddəs Kitab Tədqiqatçıları dini hərəkatının qurucularından biri olub. O, 1884-cü ildən etibarən "Sion Gözətçi Qülləsi Cəmiyyətinin" prezidenti olub. Çarlz T. Rassel minillik krallığın peyğəmbəri olaraq qəbul edilirdi. Yehovanın Şahidləri onun yaratdığı dini hərəkatdan yaranıb. == Həyatı == Çarlz T. Rasselin atası Jozef Litel Rassel (Joseph Lytel Russell; 17 dekabr 1897), anası Ann Elayza Berni (Ann Eliza Birney; 25 yanvar 1861) olub. Onlar Şotland-İrland irqindən, protestant (presbiteryan) idilər. O, valideynlərinin təzyiqindən hələ gənc yaşdan dinlə maraqlanmağa başladı. Presbiteryan ənənəsində böyüdüyünə görə, əvvəllər protestant presbiteryan kilsəsinə bağlı idi. Sonradan isə cəmiyyət kilsəsinə qoşuldu və burada böyük missionerlik fəaliyyəti göstərdi, amma kilsənin ənənəvi tədrisi olan, cəhənnəmə məhkum edilmiş günahkarların əbədi əzabı fikri Rassel üçün o qədər qəbuledilməz oldu ki, o, 17 yaşında imanını şübhə altına almağa qərar verdi.
Rassel Malifant rəqs qrupu
Rassel Malifant rəqs qrupu - Rassel Malifant tərəfindən 1996-cı ildə təşkil edilmişdir və o, bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir. "Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutumuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994-95-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir. == Beynəlxalq qastrollar == Fransa, Yunanıstan, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, Avstraliya, Hindistan, Kanada, Slovakiya, İspaniya, Özbəkistan.
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu — ABŞ-nin Alyaska ştatında yerləşən milli parkı və qoruq. Milli park Ankoric şəhərinin qərbində yerləşmiş olub sahəsi 33.682,5 km2-dır. ABŞ-nin ən böyük milli parkıdır. ABŞ-nin ən kiçik 9 milli parkının ümumi sahəsindən də böyükdür. Qoruq ilə birlikdə sahəsi 53.320.757 km2-dır. Milli park ABŞ-nin ikinci ən hündür zirvəsi olan 5.389 m hündürlüyündəki Sent-Elayas dağını və ətrafındakı əraziləri qorumaq məqsədi ilə qurulmuşdur. Dağın dəniz sahilindən cəmi 16 km uzaqda olması onun necə dik dağ olduğunun göstəricisidir. Bu parkın yaxınlığında ABŞ-Kanada sərhədi yerləşir. Bu dağlıq bölgənin Kanadada qalan hissəsi Kluan Milli Parkı adı ilə qorunur və bu zaman Sent-Elayas dağı Kanada üçün ikinci ən hündür zirvə sayılır. Bu milli parkın cənubunda Qlasier Körfəzi Milli Parkı yerləşir.
Bill Rassell NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı
Bill Rassell NBA Finalları ən dəyərli oyunçu mükafatı - (əsasən NBA qaliblərinin ən dəyərli oyunçu mükafatı) 1969-cu ildən NBA qaliblərinə təqdim olunur. Bu mükafatın verilməsində 11 nəfər iştirak edir və ən çox səsə malik olan şəxs bu mükafatı qazanır. Bu mükafat ilk olaraq 2005-ci ildə Bill Russellin xatirəsinə həsr olunaraq yeni formatda verilmişdir. Kunokun yeni formatı Larry O'Brien kubokuna bənzər bir qızıl basketbol formalı qara bir kubokdur.Bu dövrdə bu mükafat 30 yaxın müxtəlif oyunçuya təqdim olunub. Maykl Cordan 6 dəfə bu mükafata layiq görülüb. Onunla yanaşı Mecik Conson, Şakil O'Nil, Tim Dunkan və LeBron James də öz karyeraları dövründə 3 dəfə mükafata layiq görülüblər. Cordan və O'Nil bu mükafatı ardıcıl olaraq 3 dəfə sezon oyunlarında alıb. Jonson bu mükafata layiq görülən ən gən oyunçudur. Belə ki, 0 20 yaşında ilk dəfə bu mükafatı almışdır. Cerri Vest NBA qaliblərinin ilk mükafatçısıdır ki, onun oynadığı komanda uduzsa belə, o bu mükafata səs vermə zamanı layiq görülmüş yeganə oyunçudur.