MƏŞĞƏLƏ

is. [ ər. ]
1. Bir şeyi bir yerə yığışaraq öyrənmə, öyrənməklə məşğul olma. Dərnəyin məşğələsi.
– Rəsmiyyətə görə məşğələ hələ bir saat bundan qabaq bitmişdi. S.Rəhimov.
Savad kursunun növbəti məşğələlərindən biri idi. Ə.Vəliyev.

2. Məşq. İdman məşğələsi. Orkestr məşğələ keçir.
3. Vaxt keçirmə, bir şeylə məşğul olma; məşğuliyyət.
Bu məşğələnin mənim üçün böyük ləzzəti var. C.Məmmədquluzadə.

Синонимы

  • MƏŞĞƏLƏ məşğələ bax 1. məşğuliyyət; 2. dərs
  • MƏŞĞƏLƏ işləmə — çalışma
MƏŞƏLLİ
MƏŞĞUL

Значение слова в других словарях