Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
World Register of Marine Species
Dəniz Növlərinin Ümumdünya Reyestri (ing. World Register of Marine Species) – dəniz orqanizmlərinin adlarının səlahiyyətli və hərtərəfli siyahısını təmin etmək məqsədi daşıyan taksonomik verilənlər bazasıdır. == Tarixi == DNÜR 2008-ci ildə təsis edilib və Leyden Milli Təbiət Tarixi Muzeyində Jacob van der Land (və bir neçə həmkarı) tərəfindən tərtib edilmiş Dəniz Növlərinin Avropa Reyestrindən və UNESCO-IOC-nin Dəniz Orqanizmlərinin Reyestrindən (URMO) yaranıb. .O, ilk növbədə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Belçikanın Ostend şəhərindəki Flanders Dəniz İnstitutu (FDİ) tərəfindən keçirilir. DNÜR bir sıra digər biomüxtəliflik layihələri, o cümlədən Qlobal Biomüxtəliflik İnformasiya Vasitəsi və Həyat Ensiklopediyası ilə rəsmi müqavilələr bağlayıb. 2008-ci ildə DNÜR dəniz həyatının siyahıyaalınmasının başa çatdığı 2010-cu ilə qədər bütün dəniz növlərinin müasir qeydinə sahib olacağına ümid etdiyini bildirdi. 2018-ci ilin fevral ayına olan məlumata görə, DNÜR-də 480,931 dəniz növünün adı (sinonimlər daxil olmaqla) siyahıları var, onlardan 240,633-ü etibarlı dəniz növləridir (95% yoxlanılıb). Onların məqsədi təxminən 240.000-dən çox dəniz növünün hər biri üçün siyahıya sahib olmaqdır. VLIZ eyni zamanda ümumi infrastrukturdan istifadə edərək Dəniz və Dəniz Qeyri Nəsillərinin Müvəqqəti Reyestrinə (IRMNG) ev sahibliyi edir. World Echinoidea Database 27 fevral 2015-ci ildə Qlobal Biomüxtəliflik İnformasiya Vasitəsinin siyahısına salındı, lakin sonradan rədd edildi.
Interim Register of Marine and Nonmarine Genera
Interim Register of Marine and Nonmarine Genera (azərb. Dəniz və Qeyri Dəniz Nəsillərinin Müvəqqəti Reyestri‎; IRMNG) — məlumatlar bazası. Zoologiyada 1758-ci ildən (bitkilər, çiçəklər və ağaclarda 1753) indiyə qədər nəşr olunmuş elmi adlardan ibarətdir. Məlumatlar bazasında 1,7 milyondan çox növ adı var. == Haqqında == Baza 2006-cı ildə Avstraliya bioloqu Toni Ris tərəfindən qurulmuşdur. O, bu və digər nailiyyətlətinə görə Ebbe Nilsen mükafatı almışdır. == İstinadlar == == Ətraflı oxu == Rees, Tony. "18.8. IRMNG—the Interim Register of Marine and Nonmarine Genera" (PDF). The Proceedings of TDWG. 2008.
Fit registeri
Fit registeri (həmçinin fit notu, fit səsi və fit notası da deyilir) modal ve falsetto registerlərinden daha incə olan, insanın çıxarda biləcəyi ən incə registerdir. Bu register digər registerlərdən fərqli olaraq xüsusi bir fizioloji xüsusiyyətə malikdir. Bu səs rənginin yaratdığı səs, fit səsinə bənzəyir. Bəzi sopranolarda, modal register istehsalı tez-tez fit registeri adlandırılır. == İstifadəsi == Populyar musiqidə fit notası klassik musiqidən daha çox müxtəlif və incə səslər çıxarmaq üçün istifadə olunur. Daha çox Mariah Carey, Minnie Riperton, və Ariana Qrande kimi qadın müğənnilər tərəfindən istifadə olunur. Bəzi kişilərdə fit notasından istifadə edə bilərlər. Wang Xiaolong, bir kişinin çıxarda biləcəyi ən incə vokal notu ilə Ginnesin Rekordlar Kitabına düşmüşdür (Mi8, 5243 Hz). Qadın müğənni Georgia Brown 2005-ci ildə Ginnesin Rekordları Kitabında indiyə qədər əldə edilmiş ən incə nota (Sol10 veya 25 kHz) çatdı, lakin 2007-ci il mahnılar buraxılışında həqiqət olduğunu sübut edən heç bir qeyd olmadığı üçün bu iddia qaldırıldı.
Registr
Registr (ing. Register) — mikroprosessorun, yaxud hər hansı elektron qurğunun yüksək sürətli yaddaşının verilənləri ikilik formada yaza bilən böyük olmayan, adlandırılmış sahəsi. Registr, adətən, yalnız bir neçə bayt informasiya saxlaya bilir və proqramda AX, SP kimi adlarla göstərilir; o, xüsusi, bəzən sistemin fəaliyyəti üçün həlledici verilənləri saxlamaq üçün istifadə olunur. Adi xanadan fərqi odur ki, registr ikilik kodu saxlamaqla bərabər onu çevirməyə də imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Ümumi təyinatlı registr
Ümumi təyinatlı registr - (ingiliscə general-purpose register, rusca регистр общего назначения - çoxamaclı registr, ümumi təyinatlı registr – müxtəlif məqsədli istifadə üçün nəzərdə tutulmuş registr və ya əməliyyat sistemi tərəfindən hər hansı konkret məqsəd üçün ayrılmamış registr. (registr – mikroprosessorda saxlanma yeri kimi istifadə olunan çox da böyük olmayan yüksək sürətli sxem). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Registan
Registan — qumlu səhra Əfqanıstanın cənubunda yerləşir. Şimaldan və qərbdən Qilmend çayı, cənubdan Çaqai dağı, şərqdən isə Kvetto-Pişinski alçaq dağlığı ilə əhatələnir. Burada hündürlüyü 60 metr olan barxanlar vardır. Səhranın sahəsi 40 000 km²-dir. Hündürlük şərqdə 1500 metr, şərqdə isə 800 metr təşkil edir. Subtropik kontinental iqlimə malikdir. Havası quru olub, illik yağıntının miqdarı 100 mm-dir. Yağıntı əsasən qış və yaz ayları düşür. Səhradan qoyunçuluq, dəvəçilik və davarçılıqda istifadə edilir. Cənub-qərbindən Əfqanıstan-Pakistan dövlət sərhədi keçir.
Rezistor
Rezistor (ing.resistor) ya da müqavimət. Cərəyan şiddətini azaldaraq ayrı detal və ya cihazlar üçün əlverişli hala gətirir. Müqavimət gündəlik məişət alətlərinin daxilində geniş istifadə olunur. Müqavimətin vahidi "Om" olaraq adlandırılıb ( Volt / Amper). == Bağlantı == Ətraflı bax: seriya və müvazi dövrələrRezistorlar dövrəni qurmağa kömək etmək üçün müxtəlif kombinasiyalarda birləşdirilə bilir. Ardıcıl – Rezistorlar bir birinin ardınca birləşdirilir.Paralel – Rezistorlar bir birinin üstündə birləşdirilir. == Hazırlanması == Rezistorların hazırlanmasında nəzərə alınmalıdır ki, inteqral rezistorlar 3 mkm-ə qədər nazik yarımkeçirici qat şəklində olur. Onların altlığın digər adacıqlarında yaradılan tranzistor strukturları ilə eyni zamanda formalaşdırmaq lazımdır. Belə rezistorlar diffuziya rezistoru adlanır. Rezistorlar da başqa elementlərlə bağlı p-n keçidləri vasitəsi ilə izolə edilir.
Remaster
Remaster — Öncədən yaradılmış audiofonik, kinematoqrafik və ya videoqrafik yazıların səsinin və ya görüntüsünün və ya hər ikisinin keyfiyyətinin dəyişdirilməsi.
Reitter
Edmund Raytter (alm. Edmund Reitter‎; 22 oktyabr 1845 – 15 mart 1920) — Avstriyalı entomoloqu, yazıçı və kolleksiyaçı. == Əsərləri == Die Käfer des Deutschen Reiches 5 Bände, Stuttgart K. G. Lutz 1908–1917 (digital: Edmund Reitter: Fauna Germanica — Die Käfer des Deutschen Reiches, Digitale Bibliothek Band 134, Directmnedia Publishing GmbH, Berlin 2006. ISBN 3-89853-534-7) Reitter, E.: 1870, Eine Excursion in Tatragebirge im Jahre 1869. Vehr. Naturf. Ver. Brünn, Brünn, 8(1): p. 3–25. Reitter, E.: 1870, Uebersicht der Käfer-Fauna von Mähren und Silesien.
Homo ergaster
Afrika ərazisindən tapılmış ilk insanlar tək Homo habilislər hesab olunmur. 1971-ci ildə Keniyada Rudolf gölü ətrafında Kobifor düşərgəsində Luis Likinin Hominidlərə aid aşkar etdiyi alt çənə sümüyü ilk vaxtlar Homo Erektusa aid edilsə də, sonradan onların yeni bir növ təşkil etdiyi müəyyənləşdirildi. 1975-ci ildə bu tapıntı Homo Erqaster (işləyən, yaradan adam) adlandırıldı. Avstralopiteklərlə eyni təbəqədə iki kəllə sümüyünün aşkar olunması nəticəsində insan təkamülünün düz xətlə deyil, sıçrayışla baş verdiyi təsdiq olundu. Yəni, Avstralopiteklərlə eyni təbəqədə Homo Erqasterlərin qalıqları aşkar edildi. 1984-cü ildə Türkanalı oğlan (Turkana Boys) kimi tanınan tapıntı aşkar olundu. Kalium – arqon metodu vasitəsilə tapıntının yaşı 1.5 – 1.6 milyon il bundan əvvələ aid edildi. Homo Erqasterlərin bir çox xüsusiyyətləri Homo Erektuslarla oxşar olsa da, fərqli cəhətləri də var: 1. Kəllə quruluşu fərqlidir. Belə ki, onlarda kəllənin nazik olması, başın arxa hissəsinin böyüklüyü və beyin strukturunda fərqliliklər var.
Magister equitum
Suvarilər rəisi (lat. Magister equitum suvari ordu komandiri) — Qədim Romada fövqəladə magistratlara aid dövlət tutulu eyni zamanda diktatorun müavini.
Sürüşdürmə registri
Sürüşdürmə registri (shift register,сдвиговый регистр,kaydırma yazmacı)-hər sinxronlaşdırma dövrəsində bütün bitləri bir mərtəbə sürüşdürülən elektron sxem. Registr xəttidirsə, hər dövrədə bit bir uca əlavə olunur, obirindən isə “itir”. “İtmiş” bit yenidən başlanğıca daxil edildikdə sürüşdürmə registri “dövrə düşür”. Paralel ötürülən verilənlərin ardıcıl ötürülən verilənlərə çevrilməsi zamanı sürüşdürmə registri çox faydalı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,774 s.
Pelister Milli Parkı
Pelister Milli Parkı (mak. Национален парк Пелистер) — Şimali Makedoniya Respublikasının cənubunda, Bitola bələdiyyəsində yerləşən milli park. == Coğrafiya == Milli park Baba dağı massivində yerləşir və sahəsi 171,5 km2-dir. Milli parkın hündürlüyü 927 ilə 2 601 metr arasında dəyişir və flora və fauna ilə zəngindir. Floraya Senozoy dövründən qalma və Balkan yarımadasında bir neçə dağda yetişən nadir Pinus peuce də aiddir. Parkda bir çox heyvan növü yaşayır: ayı, canavar, cüyür, qarapaça, maral, dovşan, bir neçə qartal növü, vəhşi qaban, kəklik və endemik Makedoniya Pelaqoniya alabalığı. == Xüsusiyyətləri == Pelister Milli Parkı Movrovo Milli Parkından sonra ölkənin ikinci ən böyük, amma ən qədim milli parkıdır. Milli park Makedoniyanın ən turistik məkanlarından biridir və Popova Şapka, Doyran, Ohrid, Prespa və Kruşevo boyunca xizək kurortları ilə tanınır. Burada Pelaqoniya dərəsi, Prespa gölü, Nidje, Qaliçitsa, Yakupitsa dağları, Bitola şəhəri yerləşir. Pelister ən çox dağ gölləri ilə tanınır və onları "Pelisterin gözləri" adlanıdırırlar.
Registan meydanı (Səmərqənd)
Registan meydanı — Orta Asiya Türk memarlığının nadir nümunələrindən biridir. Əsası XV əsrdə Uluqbəy tərəfindən qoyulan, üzəri möhtəşəm kaşılarla bəzədilmiş nəhəng qapılara malik 3 ayrı mədrəsənin əhatə etdiyi bir sahədir. == Tarixi == Registan meydanı (qum ölkəsi) Səmərqəmdin mərkəzi idi. Meydan 3 mədrəsədən ibarətdir: Uluqbəy mədrəsəsi (XV əsr), Şir-Dor mədrəsəsi (XVII əsr) və Tilla-Kari mədrəsəsi (XVII əsr). İlk mədrəsənin qurulması ilə birlikdə bütün bayramlar, festivallar və Bazar günü bazarı burada qurulmağa və qeyd olunmağa başlamışdır. Mədrəsə İslam dininin ali məktəbləri sayılır. Uluqbəy mədrəsəsi 1417-1420-ci illər tarixlərində Uluqbəy tərəfindən qurulmuş və şəxsən özü burada, ölümünə qədər riyaziyyat və astronomiyadan dərs keçmişdir. Uluqbəyin ölümündən 200 il sonra, Səmərqəndin hakimi olan Yalangtuş Bahadurın əmri ilə birinci mədrəsənin eynisi olaraq, ikinci bir mədrəsə inşa etdirilmiş və Şir-Dor mədrəsəsi adı verilmişdir. Aralarındakı yeganə fərq yeni mədrəsədə artıq iki dənə qışın istifadə edilmək üçün hazırlanmış təhsil dəhlizi olmasıdır. Bunun xaricində baş quruluş birinci mədrəsə ilə eynidir.
Şəbistər
Şəbüstər (həmçinin Şəbistər və yerli əhalinin ləhcəsində Çəvistər olaraq adlanır) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Şəbüstər şəhristanının inzibati mərkəzi. Təbrizin yaxınlığında yerləşir. Şəbüstər keçmişdə Təbriz xanlığının Ərvənəq (və ya Güney) mahalının mərkəzi idi.
Rəqslər
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Sis (Şəbistər)
Sis — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,127 nəfər və 1,391 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Şəbistər Şəhristanı
Şəbüstər şəhristanı (fars. شهرستان شبستر‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri. İnzibati mərkəzi Şəbüstər şəhəridir.
Əndəbil (Şəbistər)
Əndəbil (fars. اندبيل‎) — Şərqi Azərbaycan ostanının kəndlərində biri, Şəbistər şəhristanının Sofiyan bölməsinin Çilləxanə qəsəbəsində yerləşir. Kəndin uzun bir tarixi var. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 739 nəfər yaşayır (206 ailə).
Məcburi rəqslər
Məcburi rəqslər dəyişən xarici qüvvənin təsirindən sistemdə yaranan yırğalanmadır. Bu rəqslərin növü həm xarici qüvvənin xarakterindən, həmdə sistemin özünün xassələridən asılıdır. == Təsnifatı == Sistemə periodik təsir edən xarici qüvvələrdə məcburi rəqslərin xarakteri vaxtdan asılı olaraq dəyişir (xüsusi halda məcburi rəqslər periodik deyillər), və müəyyən bir vaxt keçdikdə bu məcburi rəqslər dövri olaraq qərarlaşır (buna qərarlaşmış məcburi rəqslər də deyilir). Məcburi rəqslərin qərarlaşması yırğalanan sistemdə rəqslərin sönməsindən asılı olaraq baş verir. Xətti yırğalanan sistemlərdə xarici qüvvənin təsiri zamanı sistemdə eyni zamanda sərbəst rəqslər yaranır. Bu sərbəst rəqslərin amplitudaları məcburi rəqslərin amplitudala-rına bərabər, fazaları isə əks istiqamətli olurlar. Müəyyən bir vaxtdan sonra sərbəst rəqslər tədricən sönür ve sistemə yalnız qərarlaşmış rəqslər təsir edirlər. Sistemə təsir edən xarici qüvvənin amplitudası, məcburi rəqslərin söndürül-məsindən asılıdır. Əgər söndürmə aşağı olarsa, onda rəqslərin amplitudası təsir edən qüvvənin tezliyi ilə sistemin məxsusi tezliyi arasındakı nisbətdən asılı olaraq yaranır. Xarici qüvvənin dəyişmə tezliyi sistemin məxsusi tezliyinə yaxınlaşdıqca, məcburi rəqslərin amplitudası kəskin olaraq böyüyür və rezonans hali yaranır.
Rəqiblər (film, 1974)
== Məzmun == Ömrün səhifələri İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır. Rəqiblər Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır. Baladadaşın ilk məhəbbəti Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".
Harmonik sərbəst rəqslər
Harmonik sərbəst rəqslər – rəqs edən cismin yerdəyişməsi, surəti, təcili zamana görə sinus və kosinus qanunu ilə dəyişən rəqslərdir. Rəqsin periodu – bir tam rəqsə sərf olunan zamandır. BS-də ölçü vahidi 1 san-dir. Rəqsin tezliyi – bir saniyədəki rəqslərin sayıdır. BS-də tezlik vahidi 1/san=1HS. 1HS alman alimi Hersin şərəfinədir. Harmonik rəqsi hərəkətin ampilitudu – rəqs sisteminin tarazlıq vəziyyətindən ən böyük yerdəyişməsinin moduludur. Harmonik rəqslərin fazası – rəqs edən cismin istənilən anda vəzyətini (məqamını) təyin edən kəniyyətdir. Rəqs fazasının BS-də vahidi radiandır. Harmonik rəqsin surəti – yerdəyişmənin zamana görə birinci tərtib törəməsinə bərabərdir. Harmonik qanunla dəyişir, onun fazası yerdəyişmə fazsına nəzərən Π/2 qədər süsrüşür və maksimum qiyməti Vmax=Xmax·ω=A·ω olur.