Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reytarlar
Reytar (alm. reyter‎ — "atlı") — XVI–XVII əsrlərdə Avropada muzdlu atlı alaylar. Müasirləri kirasirlərdən fərqli olaraq reytarlar əsasən odlu silaha üstünlük verirdilər. Onların arsenalı bir neçə iri kalibrli tapançadan ibarət idi. Qılınc isə yardımçı səciyə daşıyırdı. XVI əsrin 50-ci illərinin əvvəllərində reytarlar tamamilə soyuq silahdan imtina etdilər. Əvəzində odlu silahların sayı 3 dən beşə qədər artdı. Misal üçün kirasirlər ancaq bir cüt tapança daşıyırdılar. Tapançaların baha olması səbəbindən reytar xidmətinə daxil olanlara birdəfəlik əlavə ödənişlər edilirdi. Rəqibləri də əsasən zirehli olduğundan reytarlar adətən düşmənə yaxın məsafədən atəş açırdılar.
Beytar Yerusəlim FK
Beytar (Yerusəlim) FK - İsrailin futbol klubu 8 dəfə Avropa kuboklarında iştirak edib.
Reytan. Polşanın tənəzzülü
Reytan. Polşanın tənəzzülü (pol. Rejtan – upadek Polsk) — rəssam Yan Mateykonun rəsmi.
Rəftar İmanov
Rəftar Cəlil oğlu İmanov (16 oktyabr 1929) — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas. Rəftar Cəlil oğlu İmanov 16 oktyabr 1929-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam orta təhsilini Dövlətyarlı kəndində aldıqdan sonra orta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Orta təhsillə kifayətlənməyən R. İmanov ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil olur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, professorlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922–1994), dosent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi formalaşmışdı. Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanov 1951-ci ildə doğma rayonunun Qarğabazar kənd orta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayonunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı. R. İmanov pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul olmağı qarşısında məqsəd qoymuşdu. Beləliklə о, 1967–1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı olmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ. A. Hüseynovun rəhbərliyilə başa çatdırdığı "Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945–1970)" mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir.
Baytar
Baytar — heyvanların sağlamlığı ilə məşğul olan mütəxəssis. Baytarlar baytar məntəqələrində, heyvanat parklarında və kənd təsərrüfatı müəssisələrində çalışırlar. Baytarlığın əsası heyvanların əhliləşdirilməyə başladığı dövrdən qoyulmuşdur. Baytarlıq təbabəti və tibb elminin mahiyyətini mükəmməl bilən zəka sahiblərinin məşhur bir kəlamı var: "Tibb həkimləri yalnız insanları, baytar həkimləri isə bütün bəşəriyyəti müalicə edir". Z. Ələsgərov və başq. Baytarlıq virusulogiyası. Uniprint, Bakı, 415 səh., 2009.
Hektar
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 240 m² və hektar – 240 m və ya 1/140 km² qiymətləndirildi.
Nektar
Nektar – bitki nektarlığından ifraz edilən şəkərli şirə. Nektar şəkərli (saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, qaraçöhrə və s.) zəhərli Nektar ifraz edir. Nektar arıların və b. həşəratların qidasına daxildir. Nektar bal arılarının bal yığımının əsas hissəsini təşkil edir. Çiçəklərin nektarı ilə qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır. Nektarın tərkibi bitkidən bitkiyə fərqlənir. · alma — 46—53 % · gilas — 46—49 % · moruq — 35—64 % · motmotu — 35—42 % · qırmızı qarağat — 32—40 % · qarağat — 22—37 % Məsələn, at şabalıdının nektarı yalnız saxarozadan, rapsın nektarı isə yalnız qlükoza və fruktozadan ibarətdir.
Neymar
Neymar (Tam adı: Neymar Da Silva Santos Junior, (port. Neymar da Silva Santos Jnior; 5 fevral 1992[…], Moji-das-Kruzis, San-Paulu ştatı) — "Əl-Hilal" klubunun futbolçusu, hücumçusu, Braziliya yığmasının kapitanı. Santos İlk klubu Santos olub. O burada 224 oyuna çıxıb və 136 qol atıb. Onu Çelsi, Real Madrid və Inter heyətinə qatmaq istəyirdi. Braziliyalı oyunçu bunlardan heç birinə keçmək istəmirdi. Buna baxmayaraq Çelsi ona təkliflər irəli sürürdü. Santos onları FİFA-ya şikayət etməklə təhtit etdi. Barselona Braziliyalı oyunçu 2014-cü il May ayının 25-də Kataloniya klubu Barselona-ya keçdi. O burada Çempionlar liqasının qalibi oldu.
Qeydar
Qeydar (digər adı Qeydar Nəbi) — İranın Zəncan ostanında şəhər, Xudabəndə şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,525 nəfər və 6,253ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər adını bura gömülü olan Qeydar Peyğəmbərdən almaqdadır.
Rektor
Rektor (lat. rector — idarə edən, rəhbər) — ali məktəbin rəhbəri. Dirçəliş dövründə çoxsinifli məkəblərin baş müəllimləri və müdirləri rektor adlanırdı. Fransada tədris dairəsinin ("Akademiya") rəhbəri də rektor adlanır.
Reyhan
Reyhan (lat. Ocimum) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır. Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30–50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. Bitkinin yarpaq və zoğunda 0,02–0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. Adi reyhan, dirrik reyhanı, nəcib reyhan (Ocimum basilicum L.) Gözəl reyhan (Ocimum gratissimum L.) Nanəyarpaq reyhan (Ocimum menthafolium Hochst.) "Quran"da reyhan haqqında belə bir ifadə var: "Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır." Əvvəlki məlumat yanlışdır, Rahman surəsi, 12-ci ayətdə reyhan bitkisinin adı keçmir.
Seytas
Seytas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Seytas kəndi dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Ermənistanın Aqvan və Danzaver kəndlərindən qaçıb gəlmiş ailələr Seytas adlanan köhnə kənd yerində salmışdılar. Kəndin adı 1933-cü ildə Seytaş şəklində qeydə alınmışdır. Güman etmək olar ki, kənd dağların əha¬təsində yerləşdiyi üçün sey (orta, mərkəz) və taş (daş, qaya) komponentlərindən ibarət olub, “dağların ortası” mənasındadır.
Veymar
Veymar - Almaniyanın mədəniyyət mərkəzlərindən biri. Dünya mədəniyyətinə zəngin dəyərlər bəxş edən Bax, Höte, Şiller və Herder kimi parlaq şəxsiyyətlər Veymarda yaşayıb-yaradıblar. Maraqlıdır ki, XVIII əsrin sonlarında Höte Veymara köçənə qədər bu şəhər Almaniyanın ziyalı təbəqəsi üçün səyahət məkanı olub. Höte və Şillerin məzarlarını, eləcə də onların arxivlərini Veymarda görmək olar. Bu gün saysız-hesabsız turistləri özünə cəlb edən və əhalisinin gəlir mənbəyi əsasən turizm olan klassik paytaxtın tarixində müharibənin izləri aydın görünür. İkinci dünya müharibəsi zamanı Veymarın yaxınlığında, şəhər mərkəzindən 8 kilometr aralıda Buhenvald əsir düşərgəsi olub. Veymar 1949-cu ildən 1990-cı ilə qədər Almaniya Demokratik Respublikasının tərkibində qalıb. Veymar Bauhaus (müasir incəsənət) hərəkatının da mərkəzidir. Hazırda şəhərdə incəsənət qalereyaları, muzeylər və alman milli teatrı yerləşir. Bauhaus Universiteti və Veymar musiqisinin Liszit məktəbi media, dizayn, arxitektura, yüksək mühəndislik işi və musiqi sahəsində ixtisaslaşan tələbələri özünə cəlb edir.
Şeytan
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Baytar (Ağbaba)
Baytar, Hovtun — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 3 km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir. Toponim baytar (baydar) türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Hovtun qoyulmuşdur. Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1915-cı ildə erməni daşnakları tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir.
Beytas (Soyuqbulaq)
Beytas (fars. بيطاس‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (38 ailə).
Böyük şeytan
Böyük şeytan — İranın xarici siyasət bəyanatlarında bəzən Amerika Birləşmiş Ştatları üçün işlətdiyi alçaldıcı ifadədir. Həmçinin bu ifadə Birləşmiş Krallıq üçün də istifadə edilmişdir. Bu termin ilk dəfə İranın lideri Ruhullah Xomeyni tərəfindən 5 noyabr 1979-cu il tarixindəki çıxışında imperializm və dünya miqyasında korrupsiyaya dəstək verməkdə günahlandırılan Amerika Birləşmiş Ştatlarını xarakterizə etmək üçün istifadə edilmişdir.
Dris Beytart
Dris Beytart (ing. Dries Buytaert; 19 noyabr 1978) — "Drupal"ın yaradıcısı. Dris Beytart 19 noyabr 1978-ci ildə Belçikanın Antverpen şəhərinin Vilreyk hissəsində anadan olmuşdur. Beytart 2000-ci ildə Antverpen Universitetində informatika sahəsində magistr dərəcəsinə yiyələnib. Elə həmin ildə ən böyük layihəsini – "Drupal"ı təqdim edib. Bundan sonra 2003-cü ilə qədər özəl sektorda işləyib. Dris Beytart 2007-ci ildə Drupal-a əsaslanan layihələrin və xidmətlərin ticarət dəstəyinə yönəldilmiş "Acquia" firmasını yaradıb. Beytart 2008-ci ildə Belçikanın Gent Universitetində doktorluq dissertasiyasını müdafiə edib və informatika və cihazqayırma ("Computer Science and Engineering") sahəsində doktorluq dərəcəsinə layiq görülüb. Həmin ildə istehsalçı veb-saytlarda spam üçün filtr kimi işləyən "Mollom" adlı yeni layihəsini təqdim edir. "Mollom"un tətbiq edilmiş spam-filtr kombinasiyası və CAPTCHA serveri spamı məhv edir.
Gözəl reyhan
Gözəl reyhan (lat. Ocimum gratissimum) — reyhan cinsinə aid bitki növü.
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə). Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.
Keytay mədəniyyəti
Yaponiyada mobil telefon mədəniyyəti özünəməxsus şəkildə inkişaf etmişdir. Yapon dilində mobil telefona "keytay denva" (携帯電話) və ya qısaca "keytay" (携帯電話) deyirlər. Ona görə də Yaponiyadakı mobil telefon mədəniyyətini Keytay mədəniyyəti də adlandırırlar. Yaponiyada mobil telefondan istifadə geniş yayılmışdır və yayılmağa da davam edir. 2013-cü ildə əhalinin 39,1%-nin mobil telefonu olduğu halda, 2021-ci ildə bu rəqəm 74,3%-ə çatmışdır. Yaponiyada mobil telefon mədəniyyəti özünəməxsus şəkildə inkişaf etdiyi üçün bu hal Qalapaqos sindromu adını almışdır. Yaponiyada mobil telefon mədəniyyətinin populyar elementlərindən biri romanlardır. Mobil telefon romanı və ya keytay romanı mobil telefon vasitəsilə yazılan roman növüdür və Yaponiyada ədəbi janra çevrilmişdir. Mobil telefon ədəbiyyatı ilə əsasən həvəskarlar məşğul olsa da, bəzi əsərlər populyarlaşaraq kitab şəklində çap oluna bilir. Yaponiyada mobil telefon vasitəsilə yazılmış ən məşhur roman olan "Dərin sevgi" (2002) əsasında film, serial və manqa istehsal olunmuşdur.
Kreyter gölü
Kreyter gölü — ABŞ-nin Oreqon ştatında yerləşən kaldera gölü. Kreyter Gölü Milli Parkının ana hissəsi olan göl tərtəmizvə şəffaf suyu ilə məşhurdur. Gölün ən dərin yeri 594 metrdir. Göl və kalderası 7.700 il əvvəl Mazama dağının vulkanik çökməsi nəticəsində yaranmışdır. Kreyter gölü ABŞ-nin ən dərin, dünyanın isə ən dərin 7-ci gölüdür. Gölə tökülən və ya göldən axan çay yoxdur. Kreyter gölü Klamat qraflığında yerləşir. Klamat şəlaləsinin 97 km şimal-qərbində, Medford şəhərinin 130 km şimal-şərqindədir. 1853-cü ilin iyun ayında Con Uesli Hillman gölü kəşf edən ilk amerikalı olmuş və gölü Tünd Göy göl adlandırmışdı. Gölün bundan sonra da dəyişdirilərək Mavi Göl, Macesti gölü olmuş, sonda Kreyter gölü adı verilmişdir.
Le-Revuar
La-Revuar (fr. Les Révoires)-rayonu Monako krallığının ən müasir inkişaf etmiş rayonlarındandır. Monte-Karlo şəhərinin bölünməsindən yaranıb. 2008-ci ilin məlumatlarına əsasən şəhər əhalisinin sayı 2494 nəfər, sahəsi isə 75 699 m²-dir. Bu rayon özünün milli parkları ilə fərqlənir. Belə ki, məşhur parklardan olan Jardin-Ekzotik (фр. Jardin Exotique — «Экзотический сад») knyaz Alber tərəfindən salınmışdır.
Luiz Reyner
Luiz Reyner (ing. Luise Rainer; 12 yanvar 1910[…], Düsseldorf, Almaniya imperiyası – 30 dekabr 2014[…], London) — ABŞ və Almaniya aktyoru, Oskar mükafatı laureatı Əslən avstriyalı Reyner 1936-cı ildə "The Great Ziegfeld" və bir il sonra "The Good Earth" filmindəki rollarına görə bir-birinin ardınca iki dəfə Oskar mükafatı aldıqdan sonra Hollivudun ən parlaq ulduzuna çevrilib. Lakin Reyner studio rəhbərliyi onun çəkilmək istədiyi filmlərdə iştirakına imkan vermədikdə gəlirli müqaviləni rədd edərək Hollivudu tərk edib. Reynerin aktrisa kimi karyerasının böyük hissəsini Avropada qurub, Britaniya filmlərində və Amerikanın bəzi filmləri və tele şoularında iştirak edib. Luiz Reyner 30 dekabr 2014-cü ildə 104 yaşında Londondakı evində vəfat edib. Aktrisa pnevmoniyadan əziyyət çəkirmiş.
Reyan
Reyan (fr. Reillanne, oks. Ralhana) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04160. 2008-ci ildə əhalinin sayı 1012 nəfər təşkil edirdi. 2007-ci ildə 897 əmək qabiliyyətli insan (15–64 yaş arasında) arasında 603 nəfər iqtisadi cəhətdən fəal, 294 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə bu 58,4%) idi. Fəaliyyət göstərən 603 nəfərdən 501 nəfər (273 kişi və 228 qadın), 102 nəfəri işsizdir (50 kişi və 52 qadın).
Markos Freytaş
Markos Freytaş (8 aprel 1988) — Portuqaliyanı təmsil edən stolüstü tennisçi. Markos Freytaş Portuqaliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Markos Freytaş Portuqaliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Markos Freytaş Portuqaliyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Nanəyarpaq reyhan
Nanəyarpaq reyhan (lat. Ocimum menthafolium) - reyhan cinsinə aid bitki növü.
Səttar
Səttar — Azərbaycanlı kişi adı. Səttar (xanəndə) — xanəndə. Səttar (müğənni) — azərbaycanlı olan İran pop müğənnisi. Səttar Bəhlulzadə — rəssam.
Həsən Səyyar
Həsən Səyyar — Azərbaycan şairi.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.