Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rododendron
Rododendron (lat. Rhododendron) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki Nepalda ölkənin milli bitkisi hesab olunur.
Qısameyvəli rododendron
Qısameyvəli rododendron (lat. Rhododendron brachygynum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Koreya və Yaponiyada rast gəlinir. Şimali və Mərkəzi Yaponiya dağlarında, xüsusilə Fudziyama dağında geniş yayılmışdır və meşə sərhədindən yuxarıda kolluqlar əmələ gətirir. Mədəni şəraitdə hündürlüyü 3 m-dən artıq olmayan, həmişəyaşıl, düzdayanan, çoxbudaqlı koldur. Zoğların qabığı tünd-bozdur. Cavan zoğları və yarpaqları bozumtul tükcüklüdür, ancaq tükləri tez tökülür. Birillik zoğları qalın, açıq-yaşıldır. Yarpaqları uzunsov-lansetvarı, uzunluğu 8-20 sm, eni 3-5 sm, küt və ya ucu biz, saplağı bir az ensiz, bünövrəsi yumru, kənarları burulmuşdur. Üst tərəfi yaşıl, parlaq, alt tərəfi qalın, bozumtul və ya qonur keçə ilə örtülmüşdür.
Qızılı rododendron
Qızılı rododendron (lat. Rhododendron aureum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Altay, Uzaq Şərq, Saxalin, Şimali Kurildə yayılmışdır. Qızılı rododendron tünd-qonurqabıqlı, sürünən, gövdələri əyilmlş və torpağın üzərindən 20-100 sm hündürlüyə qalxan həmişəyaşıl koldur. Budaqları vəzicikli-tükcüklütumurcuq pulcuqları ilə örtülmüşdür. Yarpaqları növbəli,uzunluğu 2-8 sm, kənarları bütöv, üst tərəfdən tünd-yaşıl, parlaq, alt tərəfi daha açıq, yaxşı bilinən torvarı damarcıqlı, ellipsvari və ya yumurtavari, bünövrəsi ensiz, dərili, hamar, kənarları aşağıya burulmuş, saplaqlıdır. Qızılı çiçəkləri budaqların uclarında, uzun çiçək saplaqlarında 3-5 (8) ədəd yığılmışdır. Çiçək tacı bir az əyri, diametri 4-5 sm, açıq-sarı, enli-qıfvarı, 5 qanadlıdır. Erkəkcikləri 10 ədəd, qeyri-bərabər uzunluqdadır. Dişiciyin yuxarı tərəfi keçəl-tükcüklü yumurtalıqlı, uzun sütuncuqlu və 5 qanadlı dişicik ağızlıdır.
Salxımşəkilli rododendron
Salxımşəkilli rododendron (lat. Rhododendron racemosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Çində dəniz səviyyəsindən 2500-3000 m hündürlükdə rast gəlinir. Hündürlüyü 1 m-ə çatan həmişəyaşıl koldur. Zoğları elastik, sallaq, ətirlidir. Yarpaqları uzunsov-ellipsvarı, ucları biz, uzunluğu 2-6 sm, eni 1-2 sm, alt tərəfi göyümtül qabıqlarla örtülmüşdür. Çiçəkləri ağ və ya al-qırmızı, qıfvarı, 5 ləçəkli, üstdən qabıqlarla örtülmüş, tükcüksüz, uc çiçək qruplarında 2-3 ədəd toplanmışdır. Erkəkcikləri 10 ədəddir. Mayın ikinci yarısında, iyunun əvvəlində bol və uzun müddət çiçəkləyir. Sərt qışda donur, ancaq yazda özünü bərpa edir.
Sarı rododendron
Sarı rododendron (lat. Rhododendron luteum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. Belarus, Ukrayna, Rusiya (Dağıstan), Polşa, Avstriya, keçmiş Yuqoslaviya, Yunanıstan, Türkiyə və Qafqazda (Gürcüstan) təbii halda yayılmış . Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Böyük Qafqazın qərb hissəsində (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) yayılmışdır. Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə rast gəlinir. Azərbaycanın nadir bitkilərindəndir (CR B2ab(ı,ıı,ııı,ıv)) və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Azərbaycanda mədəni halda az becərilir.
Xırdaçiçəkli rododendron
Xırdaçiçəkli rododendron (lat. Rhododendron micranthum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Koreyanın şimal və orta hissəsində, Şimali, Şimal-Şərq və Cənub-Şərqi Çində rast gəlinir. Dağlarda dəniz səviyyəsindən 1600-2400 m hündürlükdə bitir.Hündürlüyü 2,5 m-ə qədər olan həmişəyaşıl koldur.Cavan zoğları vəzcikli-qabıqlı, tükcüklüdür.Yarpaqları uzunsov-ellipsvarı və ya lansetvarı, uzunluğu 2-5 sm, eni 1,0-1,5 sm, ucu biz,üst tərəfi yaşıl,çılpaq və ya nazik qabıqlı,alt tərəfi açıq qonur qabıqşəkilli vəziciklərlə sıx örtülmüşdür.Saplaqların uzunluğu təxminən 3 mm-dir.Çiçəkləri çoxsaylı, yarımşarşəkilli, möhkəm çiçək qruplarında yerləşir.Çiçək saplağı qabıqlı,uzunluğu təxminən 1 sm-dir.Çiçək tacı tutqun ağ, diametri 1-2 sm,enli-zəngvarıdır.Kasacığı qabıqlı və tükcüklüdür.Erkəkcikləri 10 ədəd,çiçək tacından bir az qısadır.İyunun axırında çiçəkləyir, meyvələri iyulda yetişir. Qışadavamlıdır. Mədəni şəraitdə becərilir. Yaşıllaşdırmada qrup əkinlərində istifadə edilir.
Keçə rododendron
Keçə rododendron (lat. Rhododendron tomentosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Katabiens rododendronu
Katabiens rododendronu (lat. Rhododendron catawbiense) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərq hissəsindən Virginiyadan Corciya, Tennesi və Alabamaya qədər yayılmışdır. Alleqant dağların yuxarı zolağında dəniz səviyyəsindən 2000 m hündürlükdə, xüsusilə Ketevbi çayının sahillərində rast gəlinir. Meşədə bitir və geniş kolluqlar əmələ gətirir. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-ə qədər, həmişəyaşıl, enli, şaxələnmiş koldur. Kolun diametri hündürlüyündən çoxdur. Yarpaqları ellisvarıdan uzunsov-ellipsvariyadək, ucu küt və ya biz, bünövrəsi yumru, uzunluğu 7-15 sm, eni 3-5 sm, üstü tünd-yaşıl, parlaq və çılpaqdır. 16 cüt damarcıqlı, hamar, alt tərəfi açıq rəngli, çılpaq, saplaqlarının uzunluğu 1,5-3,0 sm-dir. Cavan yarpaqları bir az tükcüklüdür.
Keysuke rododendronu
Keysuke rododendronu (lat. Rhododendron keiskei) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada dağ vadilərində, yamaclarda, qayalıq torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər, bəzən daha artıq olan həmişəyaşıl koldur. Cavan zoğları xırda yarpaqlarla örtülmüşdür, çox vaxt torpağa yapışır. Yarpaqları uzunsov-lansetvarıdan ellipsvarıyadək dəyişir, bünövrəsində yumru, uzunluğu 3-8 sm, eni 1,2-3,0 sm, üst tərəfi tünd yaşıldır, orta damarcıqda tükcüklü, alt tərəfi qabıqlarla örtülmüşdür. Cavan yarpaqları bürünc rənglidir. Saplaqların uzunluğu 4-5 mm olub, uzun tükcüklərlə örtülmüşdür. Çiçək qruplarında çiçəkləri 2-6 ədəddir, bir az sarımtıldır. Çiçək tacı enli-zəngvari, qısa borucuqlu, diametri 4 sm, üstü qabıqlarla örtülmüşdür.
Pontiya rododendronu
Pontiya rododendronu (lat. Rhododendron ponticum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Qafqazda, Balkan yarımadasının şərq sahilində,Suriyada, Livanda rast gəlinir. Düz və ya əyilmiş gövdəli, hündürlüyü 8 m-ə qədər olan, həmişəyaşıl ağac və yaxud iri koldur. Təbii şəraitdə qoca gövdələrin diametri 40 sm-ə çatır. Qabığı qonur və ya tünd-qırmızı qonurdur. Cavan zoğları tükcüklü, lakin tez çılpaqlaşandır. Yarpaqları uzunsov-lansetvarı, uzunluğu 9-28 sm, eni 2-9 sm, ucu biz, bünövrəsi ensiz, kənarı bir az burulmuş, üst tərəfi parlaq, tünd-yaşıl,alt-tərəfi açıq, hər iki tərəfdən çılpaq, 12-16 cüt damarcıqlıdır. Çiçəkləri 10-15 ədəd, böyük, möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacının diametri 4,5-6,0 sm, bənövşəyi,al-qırmızı, açıq-çəhrayı, sarımtıl-xallı, qıfvari-zəngvari, 5 uzunsov dilimlidir.
Qafqaz rododendronu
Qafqaz rododendronu (lat. Rhododendron caucasicum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Rusiya (Dağıstan, Şimali Osetiya, İnquşetiya, Kabardin-Balkar və Karaçay-Çerkeziya), Türkiyə, Qafqazda (Gürcüstan və Ermənistan - Həmzəçimən) təbii arealı vardır. Böyük Qafqazda (Azərbaycanın daxilində) Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə bitir. Azərbaycanın nadir bitkilərindəndir. CR B1ab (ı,ıı,ııı,ıv,v) Rütubətli yamaclarda yayılmışdır. Təbii halda Azərbaycanda arealı çox geniş deyildir Qafqaz rododendronunun hündürlüyü 1-1,5 m-ə qədər olur. Dəniz səviyyəsindən 1600–3000 m hündürlüklərdə yayılmışdır. Gövdəsi sürünən, tünd qonur qabıqlıdır. Yarpaqları uzunsov-oval, alt tərəfi sıx, qısa, narıncı tükcüklərlə örtülmüşdür.
Dauriya rododendronu
Dauriya rododendronu (lat. Rhododendron dauricum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Şərqi Sibir, Uzaq Şərq, Monqolustanın şimal-şərq hissəsində və Şimali-Şərqi Çində rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 0,5-2,0 m, budaqları yuxarı istiqamətlənmiş, çoxbudaqlı, yarpağıtökülən koldur. Cavan zoğları qısa tükcüklü, qonur vəzicikli, xırda yarpaqlarla sıx örtülmüşdür, uzunluğu 5 sm, eni 2 sm-ə qədər, bəzən küt, ucu oyuqlu, bəzən isə biz, üstü parlaq yaşıldır. Yarpaqlarının uzunluğu 1,2-3,3 sm, eni 0,8-1,1 sm olub, ellipsvari və ya uzunsov-yumurtavarıdır. Payızda cavan yarpaqları tünd, burulmuş, xırda, alt tərəfində açıq-yaşıl, vəziciklərlə sıx örtülmüş olur, sonradan əksəriyyəti tökülür. Yarpaqlar açılana qədər çiçəkləyir. Çiçək saplağının uzunluğu 3-5 mm-dir. Kasacığı çox kiçikdir.
Smirnov rododendronu
Smirnov rododendronu (lat. Rhododendron smirnowii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Qafqaz və Türkiyədə yayılmışdır.Meşələrdə, dağ yamaclarında dəniz səviyyəsindən 700-2500 m hündürlükdə bitir. Hündürlüyü 1-6 m, qoca budaqları boz qabıqlı olan həmişəyaşıl koldur. Cavan zoğları ağ keçəli sıx tüklərlə örtülmüşdür, ancaq yaşlaşdıqca çılpaq olurlar. Yarpaqları uzunsov-ellipsvarı, uzunluğu 6-15 sm, eni 2-3 sm, ucu küt, bünövrəsi ensiz, kənarı az burulmuş, açıldıqda yarpaqları ağ keçə ilə sıx örtülmüş, sonradan çılpaqlaşıb, üstü parlaq yaşıl, qonur olur. Yarpaqların üzərində 10 cüt damarcıq vardır. Saplaqların uzunluğu 1,0-2,5 sm-dir. Çiçəkləri 10-14 ədəd, diametri 12-15 sm olan möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacı al-qırmızı, çəhrayı, diametri 4-6 sm, enli-qıfvarıdan zəngçiçəkliyə qədər dəyişir, kənarları dalğalı, çılpaqdır.
Rhododendron
Rododendron (lat. Rhododendron) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki Nepalda ölkənin milli bitkisi hesab olunur.
Rhododendron arboreum
Rhododendron arboreum (lat. Rhododendron arboreum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Butan, Çin, Hindistan, Myanma, Nepal, Şri-Lanka və Tailandda rast gəlinir. Rhododendron arboreum (Laligurans), Nepalın Milli Gülüdür. Parlaq güllərinin dəbdəbəli nümayişi ilə bir həmişəyaşıl kol və ya kiçik ağacdır. Bu ağacın gülləri qırmızı, ağ və çəhrayı rənglərdə olur.
Rhododendron cyanocarpum
Rhododendron cyanocarpum (lat. Rhododendron cyanocarpum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron ferrugineum
Rhododendron ferrugineum (lat. Rhododendron ferrugineum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron fictolacteum
Rhododendron fictolacteum (lat. Rhododendron fictolacteum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron hirsutum
Rhododendron hirsutum (lat. Rhododendron hirsutum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron jucundum
Rhododendron jucundum (lat. Rhododendron jucundum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron kanehirai
Rhododendron kanehirai (lat. Rhododendron kanehirai) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron loerzingii
Rhododendron loerzingii (lat. Rhododendron loerzingii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron neoglandulosum
Rhododendron neoglandulosum (lat. Rhododendron neoglandulosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron rex
Rhododendron rex (lat. Rhododendron rex) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron spinuliferum
Rhododendron spinuliferum (lat. Rhododendron spinuliferum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron subansiriense
Rhododendron subansiriense (lat. Rhododendron subansiriense) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Rhododendron viscosum
Rhododendron viscosum (lat. Rhododendron viscosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.