Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Roxette
Roxette — Mari Fredrikson və Per Gessledən ibarət olan İsveç pop rok qrupu. Roxette öz mahnılarını ingilis dilində ifa edir. Qrupun adı Dr. Feelgood qrupunun mahnısının adından götürülmüşdür. Pearls of Passion (1986) (1997-də bonus-treklər ilə yeni versiya çıxdı) Dance Passion (1987) Look Sharp! (1988) Joyride (1991) Tourism (1992) Crash! Boom! Bang! (1994) Rarities (1995) Don't Bore Us, Get to the Chorus! (1995) Ballads en Espanol (1996) Have a Nice Day (1999) Room Service (2001) The Ballad Hits (2002) The Pop Hits (2003) A Collection of Roxette Hits — Their 20 Greatest Songs!
Roxette Hits
A Collection of Roxette Hits: Their 20 Greatest Songs! – Roxette qruppunun albomudur.
Bowsette
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime, azərb. Şahzadə Kupa‎) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı. Trend jurnalistlərin diqqətini cəlb etmişdi və bunun uzunömürlülüyü onları təəccübləndirmişdi. Onlar düşünürdülər ki, bu trendin ömrünün belə uzun olmasına personajın xarici görünüşü və cəlbedici olması çox təsir göstərmişdir.
Cino Rossetti
Cino Rossetti (it. Gino Rossetti italyanca səslənmə [ˈdʒiːno rosˈsetti]; 7 noyabr 1904, Speziya, Liquriya – 15 may 1992, Speziya, Liquriya) — İtalyalı keçmiş futbolçu. Mövqeyi hücunçu olub. Rozzetti karyerasına daha sonra əsas heyətdə oynadığı ikinci divizion klubu olan "Spetsiya"nın gənclər komandasında başlayır. Onun oyunu "Torino" klubunun rəhbərliyinin diqqətini cəlb edir və "Torino" onu transfer etmək üçun "Spetsiya" klubuna müraciət edir. Ancaq "Spetsiya" klubu oyunçunu satmaqdan imtina edir. Bu zaman Rossetti Çiliyə, bu ölkədə oynayan qardaşı Cuzeppenin yanına gedəcəyini və Çili çempionatında oynayacağını deyir. Bundan sonra "Spetsiya" klubunun rəhbərləri Cinonu klubdan buraxırlar və Rossetti "Torino"nun futbolçusu olur. Turin komandasında Rossetti, Adolfo Balonçeri ve Xulio Libonatidən ibarət "Möcüzəvi üçlük" (Il trio delle meraviglie) ləqəbli məşhur hücum üçlüyünü formalaşdıraraq klubun liderlərindən birinə çevrilir. "Torino" ilə Rossetti 1927-ci ildə İtaliya çempionluğunu qazanır.
Rozetta daşı
Rəşid daşı və ya Rozetta daşı (ər. [Həcərur-Raşid ]- حجر رشيد‏, fr. la pierre de Rosette, ing. Rosetta Stone) – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər aralı yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlifik Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunmuşdur. 1802-ci ildən Rəşid daşı Britaniya muzeyində saxlanılmaqdadır. Hündürlüyü: 114,4 sm; Eni: 72,3 sm; Qalınlığı: 27,9 sm; Kütləsi: 762 kq. Tünd boz rəngli bu qranit kitabə e.ə. 196-cı ilə məxsusdur. Daş kitabə zədəli halda günümüzə gəlib çatdığından heroqlif mətnin 2/3-si itirilmişdir.
Valentina Rovetta
Valentina Rovetta (24 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. Valentina Rovetta İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Persi Fosett
Persi Fosett (ing. Percival Harrison Fawcett; 18 avqust 1867[…], Torki, Devon qraflığı və ya Birləşmiş Krallıq – güm. 1925[…], Matu-Qrosu) — məşhur ingilis etnoqrafı və səyyahı. Braziliyanın Atlantidanın ərazisində yerləşməsi haqqında fərziyyəni podpolkovnik rütbəsini qazanan məşhur ingilis alimi və səyyahı Persi Harrison Fosett (1867–1925?) dəstəkləyirdi. 1921-ci tarixində, bölgəyə oğlu və dostu Raleigh Rimell ilə yolçuluğa çıxdılar. Yolçuluğun başlarında, Salvador yaxınlarında qalıntılar tapdılar. Fawcett, bu duruma çox sevindi və hələ tapa bilmədiyi itmiş sivilzasiyaya "Z" adını verdi. Bu itmiş uyqarlığı tapmaq üçün çox tələsirdi. 20 aprel 1925 günü üç yoldaş, piranalarla dolu çayları keçdiler. Daha sonra, Braziliyanın "Mato Grosso" bölgəsinə doğru irəlilədilər.
Dante Qabriel Rossetti
Dante Qabriel Rossetti (ing. Dante Gabriel Rossetti, d. 12 may 1828 – ö. 9 aprel 1882) — italyan əsilli ingilis şairi, tərcüməçisi, illustrator və rəssamı. O, Uilyam Holman Hant və Con Everett Mille ilə birgə prerafaelitlər cərəyanının əsasını qoymuş, sonradan cərəyanın əsas fiquru kimi, bu cərəyanın təsiri ilə yaradan Uilyam Morris və Edvard Börn-Cons kimi sənətkarların yaradıcılığına ciddi təsir göstərmişdir. Onun yaradıcılığı həmçinin Avropa simvolistləri və estetiklərinin yaradıcılığına da təsir göstərmişdir. Romantiklik və orta əsr intibahının xüsusiyyətləri Rossetti yaradıcılığına özünəməxsus keyfiyyət qazandırmışdır. Poeziyasının erkən dövründə, Con Kitsdən təsirlənmişdir. Poeziyasının sonrakı dövrü üçün hisslər və düşüncələrin qarşılıqlı əlaqələri xaraketrikdir ki, bunu da şairin "Həyat evi" (ing. The House of Life) sonetində görmək mümkündür.
Roytte fransiskan monastırı
Roytte monastırı ― Avstriyanın Tirol torpağında, İnsbrukdan 100 kilometr qərbdə yerləşən Roytte şəhərində Katolik dininin fransiskan təriqətinə dini icma və kilsə. Bir hissəsi olduğu kilsə və kilsə kompleksi Avstriya qanunlarına əsasən Qorunan Abidə statusunu almışdır. Sos fransiskanlar binanı 2014-cü ildə tərk etmişdir. Fransiskanlara məxsus yaşayış məntəqəsinin əsası 15 mart 1628-ci ildə Avstriya şahzadəsi V Leopard Ferdiand və həyat yoldaşı Klavdiya Mediçinin iştirakı ilə qoyulmuşdur. Məntəqənin yaradılması haaqında siyasi kontekst Katolik kilsəsinin XVI əsr Protestant reformasiyası qarşısında mübarizəsi ilə təmin edilmişdir. Binanın tikintisi 1630-cu ildə tamamlanmış, lakin 1632-ci ilin iyul ayında həm monastır, həm də bitişik kilsə həm Otuzillik müharibə səbəbilə zərər görmüş, həm də İsveç əsgərləri tərəfindən talan edilmişdir. Kompleks 1703-cü və 1846-cı illərdə yanmış, lakin hər iki halda yerli icmanın maliyyə dəstəyi ilə yenidən qurulmuşdur. Bina on səkkizinci əsrdə fransiskan ilahiyyat təhsil mərkəzinə ev sahibliyi etmişdir. Roytte monastırı 1820-1861-ci illərdə yeni başlayanlar üçün icma kimi xidmət etmişdir. Bölgədəki əhali dəyişikliyi səbəbilə Roytte fransiskan monastırı 1945-ci ildə öz əyani nazirini işə götürdü.
Spiraea douglasii var. roseata
Duqlas topulqası (lat. Spiraea douglasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Drimopogon douglasii (Hook.) B.D.Jacks. Drimopogon menziesii (Hook.) B.D.Jacks. Spiraea douglasii var. douglasii Spiraea douglasii subsp. douglasii Spiraea douglasii f. douglasii Spiraea douglasii var. roseata (Rydb.) C.L.Hitchc. Spiraea fulvescens auct.
Stella Meyzi Fosett-Kar
Stella Qreys Meyzi Fosett (ing. Stella Grace Maisie Fawcett; 26 fevral 1912 – 9 sentyabr 1988, Kanberra) — Avstraliya botaniki. Stella Qreys Meyzi Fosett evkalipt üzrə ixtisaslaşmışdır, Eucalyptus baudiniana növünün müəllifidir. Carr, S. G. M.; Carr, D. J. People and plants in Australia. — London, 1981. — 416 p. Carr, S. G. M. The Families and genera of Victorian plants. — Parkville, Vic., 1984. — 157 p. Poa fawcettiae Vickery, 1970 L. Gillbank.
La-Rokett-sür-Syan
La-Rokett-sür-Syan (fr. La Roquette-sur-Siagne) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Mandelyo-la-Napul kantonu. mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Mujen kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 54,3 km², əhalisi — 504 nəfərdir (2006) artım tendensiyası ilə: 568 nəfər (2012), əhalinin sıxlığı 10,4604051565378 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 5106 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 5243 nəfər.
La-Roşet
La-Roşet (Yuxarı Alplar)
La-Roşet (Yuxarı Alplar)
La-Roşet (fr. La Rochette, oks. La Rocheta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05124. 2008-ci ildə əhalinin sayı 380 nəfər təşkil edirdi. 2007-ci ildə 246 yaşda olan (15-64 yaş arasında) 169 nəfər iqtisadi cəhətdən fəal, 77 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 70.6%). Fəal olan 169 nəfərdən 156 nəfər (89 kişi və 67 qadın), 13 nəfər işsiz (4 kişi və 9 qadın) idi.
La-Roşet (Yuxarı Provans Alpları)
La-Roşet (fr. La Rochette, oks. La Roqueta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04170. 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. 2007-ci ildə 39 yaşda (15-64 yaş arasında) 24 nəfər iqtisadi cəhətdən fəal, 15 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61.5%, 1999-cu ildə 69.7%). Fəal olan 24 nəfərdən (13 kişi və 11 qadın) çalışdı, işsizlər yox idi.