Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yonatan Rosin
Ronin
Ronin (浪人, hərf. "dalğaların insanı") – feodal Yaponiyada ağasız qalmış və ya klanı ilə əlaqələrini kəsmiş samuray növü. Samuray ağasının ölümündən sonra roninə çevrilirdi. Miyamoto Musaşi, Sakomoto Ryoma və Yamada Naqamasa ən məşhur roninlər hesab olunurlar. Müasir dövrdə isə Yaponiyada universitetə daxil olmaq cəhdi hələki uğursuz olan lisey məzununu ronin adlandırırlar. "Ronin" sözü yapon dilindəki dalğa və insan heroqliflərinin birləşməsindən yaranmışdır. Bu söz özünə aid bir yer tapa bilməyən şəxsi bildirir. Erkən Yaponiya tarixində "ronin" sözü öz torpağını başqa yerdə iş tapmaq üçün tərk edən kəndliləri bildirmək üçün işlədilirdi. Muromaçi dövründən etibarən "ronin" termini komandirlərini və maaşlarını itirmiş samurayları bildirmək üçün istifadə olunmağa başlamışdır. Odava qəsrinin 1590-cı ildəki süqutundan sonra ölkədə ağasız qalmış samurayların sayının artması Toyotomi Hideyoşinin hakimiyyəti üçün potensial təhlükə yaratmışdır. Bu səbəbdən Hideyoşi tərəfindən ölkədə qılınc ovuna başlanmışdır.
Jan Rasin
Jan Rasin (dekabr 1639, La-Ferte-Milon[d] – 21 aprel 1699[…], Paris[…]) — XVI əsr Fransız ədəbiyyatının qabaqda gələn şairlərindən və faciə yazıçılarından olan Rasin yaxşı bir təhsil görmüşdür. Xüsusilə Yunan faciə şairi EURIPIDES (Öripid)dən təsirlənən Rasin, Fransız klassik tragediyasının inkişafında böyük rol oynamışdır. XIV Lui dövründə saray tarixçiliyi etmiş olan Rasin, əsərlərində Yunan mifologiyası, Fələstin tarixi və İngilis saraylarından seçilmiş mövzulara yer vermişdir. Rasin, əsərlərində ümumiyyətlə ehtiraslarına əsir olmuş kəslərə yer vermişdir. Tənzimat Dövründə yaşayan Türk ədəbiyyatçılar üzərində də əkili olan Racinenin, Andromaque (Andromak), Berenice (Berenis), Bajazet (Bayazıt), Iphigénie (İfijeni) və Phaidra (Fedra) adlı əsərləri məşhurdur.
Pinşas Rosen
Pinşas Rosen (ivr. ‏פנחס רוזן‎‏‎; 1 may 1887, Berlin – 3 may 1978, Tel-Əviv) — 1948-51, 1952-56 və 1956–61 dövründə üç dəfə vəzifə yerinə yetirən İsrail dövlət xadimi və ölkənin ilk ədliyyə naziri idi. 1960-cı illərdə müstəqil liberalların lideri idi.
Robin Benqtsson
Robin Benqtsson (isv. Robin Bengtsson; 27 aprel 1990, Revesjö[d], Elvsborq[d]) — İsveç müğənnisi. O, "I Can't Go On" mahnısı ilə İsveçi Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə beşinci yeri qazandırmışdır. Robin Benqtsson 27 aprel 1990-cı ildə İsveçin Svelyunqa şəhərində anadan olmuşdur. İsveç tamaşaçısı Robin Benqtssonu ilk dəfə ölkədə keçirilən "Idol 2008" müsabiqəsində tanımağa başlamışdır. Robin həmin müsabiqədə 3-cü yeri qazanmışdır. Robin 2009-cu ilin ortalarında Merion Music albom şirkəti ilə anlaşma imzalamış və daha sonra "Another Lover's Gone" adlı ilk sinqlını dinləyicilərə təqdim etmişdir. 2010-cu ildə Robin Karl Martindahl və Daniel Karlsson ilə birlikdə Haitidə baş verən zəlzələ nəticəsində həlak olan insanlara həsr edilmiş "Wake Up World" mahnısını ifa etmişdir. Həmin ildə müğənni eyni zamanda İsveçin Wipeout yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. 2016-cı ildə Robin Benqtsson uzun müddətdən sonra səhnəyə geri dönüş etmiş və İsveçin ən böyük musiqi festivalı olan Melodifestivalen mahnı müsabiqəsinə qatılmışdır.
Robin Boreqar
Robin Boreqar (d. 23 fevral 1979) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Robin Boreqar, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Robin Boreqar, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Robin Denholm
Robin M. Denholm (ing. Robyn M. Denholm; 27 may 1963) — avstraliyalı şirkət idarəçisi. Denholm 2018-ci ilin noyabr ayında Tesla şirkətində sədr vəzifəsinə təyin olunmuşdur. Denholm 27 may 1963-cü ildə Yeni Cənubi Uelsin Milperra şəhərində anadan olmuşdur. Onun uşaqlığı valideynlərinin xidmət stansiyasında keçmişdir. Denholm elə uşaqlıqdan maliyyə məsələləri, avtomobillər və digər sahələrlə maraqlanmağa başlamışdır. Denholm Sidney Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə, 1999-cu ildə isə Yeni Cənubi Uels Universitetini ticarət üzrə magistr dərəcəsi ilə bitirmişdir. Denholm Avstraliya və Yeni Zelandiyada Mühasiblər İnstitutunun üzvüdür.
Robin Forbes
Robin Forbes (d. 24 aprel 1972; Brisben, Avstraliya) — Avstraliyanı təmsil edən batut gimnastı. Robin Forbes, 2000-ci ildə Avstraliyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Robin Forbes, 2000-ci ildə Avstraliya bayrağı altında elə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Forbes, 60.70 xal topladı və 12 idmançı sırasında 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Robin Hivens
Robin Hivens (27 noyabr 1964, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. Hivens 1964-cü ildə Reuben Givens və Ruth Roper ailəsində anadan olmuşdur, lakin onun iki yaşı olanda anası və atası ayrılmışdır. 15 yaşında Sara Lorens Kollecində 1984-cü ildə təhsil almışdır. Onun ilk həyat yoldaşı Mayk Tyason (1988–1989) sonrakı həyat yoldaşı isə Svetozar Marinkoviç (1997–1998) olmuşdur. Hal-hazırda isə o məşhur tennisçi Murphy Censen ilə sevgilidir.
Robin Hud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. Robin Qud - Əsatir, yoxsa həqiqət?
Robin Nikolls
Robin Nikolls (d. 8 may 1990) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Robin Nikolls, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. Robin Nikolls, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Robin Qosens
Robin Everardus Qosens (5 iyul 1994, Emmerix-am-Rayn, Almaniya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və Almaniya milli futbol komandasında sol cinah müdafiəçisi kimi çıxış edən peşəkar Almaniya futbolçusu. Qosens Almaniyanın Emmerix-am-Rayn şəhərində anadan olmuşdur. Fortuna Elten, Boxolt və Rede klublarda çıxış etdikdən sonra 4 iyul 2012-ci ildə Vitess klubunun akademiyasına qəbul olmuşdur. 13 avqust 2013-cü ildə o, klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Bundan əvvəl Bundesliqa təmsilçilərindən olan "Borussiya Dortmund" klubunda baxışda olsa da, nəticə uğursuz olmuşdur. Qosens özü bu hadisəni fiasko adlandırmışdır. 14 yanvar 2014-cü ildə Qosens mövsüm sonuna qədər Dordrext klubuna icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü üç gün sonra Ekselsior klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Qosens peşəkar karyerasında ilk qolunu 7 fevralda Emmen klubuna qarşı oyunda vursa da, komandası rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur. Pley-off mərhələsi də daxil olmaqla mövsüm sonuna qədər Qosens 20 görüşdə meydana çıxdı.
Robin Qud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. Robin Qud - Əsatir, yoxsa həqiqət?
Robin Stjernberg
Robin Şernberq — İsveç müğənnisi.
Robin Uilyams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951[…], Çikaqo, İllinoys – 11 avqust 2014[…]) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı. Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub. Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi. Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi. Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi. Vilyams 2001-ci ildə "Inside the Actors Studio"-da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi.
Robin Uorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Robin Vilyams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951[…], Çikaqo, İllinoys – 11 avqust 2014[…]) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı. Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub. Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi. Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi. Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi. Vilyams 2001-ci ildə "Inside the Actors Studio"-da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi.
Robin Vorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Robin Williams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951[…], Çikaqo, İllinoys – 11 avqust 2014[…]) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı. Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub. Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi. Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi. Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi. Vilyams 2001-ci ildə "Inside the Actors Studio"-da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi.
Robin Yanq
Robin Yanq (d. 19 dekabr 2000) — Svazilendli üzgüçü. Robin Yanq Svazilendi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Robin Yanq birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 35.46 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 60-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Robin Şarma
Robin Şarma (16 iyun 1964, Port-Hoksberi[d], Yeni Şotlandiya) — kanadalı yazıçı. Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarma, 1965-ci ildə Yeni Şotlandiya, Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Onun nitqləri "USA Today", "National Post" və "The Globe and mail" kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının "Sən öləndə kim ağlayacaq?", "Superhəyat! 30 günlük həqiqi həyata səyahət", "Titulsuz lider" və "Ferrarisini satmış rahib" kimi dünyaca məşhur kitabları var. Ən sevdiyi kitab: Paulo Keolyo – Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir.
Robin Şernberq
Robin Şernberq — İsveç müğənnisi.
Robin Şu
Robun Şu (ing. Robin Shou, 17 iyul 1960, Honkonq) — Çin əsilli Amerikalı aktyor və döyüş sənətləri ustasıdır. Robin Şu 1960-cı ildə Çində anadan olmuşdur. Ailədə 5 uşaqdan dördüncüdür (2 böyük bacısı və 2 kiçik qardaşı). 1971-ci ildə ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Əvvəllər Kenpo–Karate , sonralar isə Uşu ilə məşğul olub. 1982–1983-cü illər arasında qızıl və gümüş medalları qazanır. Kaliforniya Universitetində tikinti üzrə bakalavr dərəcəsi alır. Bir müddət keçdikdən sonra mühəndislik üzrə diplom qazanır. Kino karyerası isə 1980-ci illərdən başlayır.
Robin Şulz
Robin Şulz (28 aprel, 1987, Osnabrük) alman DJ və prodüser. Onun mahnılarının çoxu elektrogitara ilə hazırlanır. 4 fevral, 2014-cü ildə o öz mahnısını öz debüt albomunda yayımlamışdır. Mahnının adı "Waves" (dalğalar)dır ki, bu mahnı hip-hop sənətçisi holland Mr.Probzla birlikdə hazırlanmışdır. Həmçinin bu remiks 57-ci Qremmi mükafatlarında "Ən Yaxşı Remiks Sinqlı" seçilmişdir.
Rusin dili
Rusin dili (руська бесіда, руски язик и др.) və ya rusin dilləri — müxtəlif dialekt, dialek tərkibli və ədəbi dil qrupu. Rusinlərin ənənvi yaşadığı Karpat, Qərbi Ukrayna, Şərqi Slovakiya, Serbiya, Xorvatiya, Macarıstan, Rumıniya və Polşada yaşamış və yaşayan rusinlərin və lemkaların dili. Bir hissəsi ABŞ və Kanadada yaşayır..Dünyada ümumi sayları 1,5 milyon nəfərdir.
Hritrik Roşan
Hrithik Roşan (10 yanvar 1974, Bombey) — məşhur hind aktyorudur.
Raşin döyüşü
Raşin döyüşü — 1809-cu il aprelin 19-da Yozef Poniatovskinin komandanlığı altında Avstriya İmperiyası qoşunları ilə Varşava Hersoqluğu ordusu arasında döyüş. Fransa ilə Beşinci Koalisiya müharibəsi başlayanda Varşava Hersoqluğunda hərbi nazir Yozef Ponyatovskinin tabeliyində yalnız 18 minlik hərbi korpus qalmışdı. Bu vaxtı Ershersoq Avstriyalı-Este Ferdinand Karlın komandanlığı ilə 36.000 minlik Avstriya qoşunu Saksoniya və Varşava Hersoqluğuna hücum etdi. Beləliklə, avstriyalılar hərbi qüvvə baxımından polyakları demək olar ki, iki dəfə üstələyirdilər. Ershersoq birbaşa Varşava üzərinə hücum etdi. Bu zaman şəhərin müdafiəsi həva lə edilən Poniatovski onu qarşılamağa çıxdı. Raşin yaxınlığındakı meşələrdə və bataqlıqlarda polyaklar inadkar müdafiə olunsalarda iki min nəfər ölü və yaralı olaraq itki verərək geri çəkilmək məcburiyyətində qaldılar. Bir neçə gündən sonra Varşavanı bombardmandan qurtarmaq üçün Poniatovski avstriyalılara təslim oldu. Ershersoq Varşavanın təslim olmasından sonra Torna tərəf getdi. Czubaty, Jaroslaw (2016).