Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marşrutlaşdırıcı (Router)
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. == İş prinsipi == Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Routan adaları
Routan adaları — Şərqi Sibir dənizində yerləşən Çaun körfəzində Pevekdən 5 km aralıda yerləşir. Arxipelaqdan 24 km qərbdə Ayon adası yerləşir. Ada Çukot Muxtar Dairəsinin Çaun rayonu rayonu ərazisində yerləşir. Böyük Routan adası 69°45′07″ şm. e. 170°08′10″ ş. u. demək olar ki, üçbucaq formaya malikdir. Uzunluğu 9.5 km, eni 4.5 km təşkil edir. Sahəsi 33,7 km²-dir Kiçik Routan adası 69°41′35″ şm.
Router
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. == İş prinsipi == Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Routledge
Routledge — Britaniya transmilli nəşriyyatçısıdır. 1836-cı ildə Corc Routledge tərəfindən təsis edilib və humanitar elmlər , davranış elmləri , təhsil , hüquq və sosial elmlər sahələrində akademik kitablar, jurnallar və onlayn resursların təmin edilməsində ixtisaslaşıb.
Root
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
Ebbi-Roud
Ebbi-Roud (ing. Abbey Road) — Londonun Kamden və Vestminister hissələrində yerləşən gur küçələrdən biri, B507 şossesinin bir hissəsidir. Küçənin cənub-şərq hissəsində Ebbi-Roud 3 ünvanında məşhur "Ebbi-Roud" səsyazma studiyası yerləşir. Burada The Beatles və digər qruplar öz mahnılarını yazdırırdılar. The Beatles son albomunu da məhz Abbey-Road adlandırmışdır. Bu albomun üz qabığında qrupun üzvləri, yoldan təsadüfən keçən piyada təsvir olunmuşdur. Bundan sonra küçənin adı The Beatles-la assosiasiya olunmağa başladı və turistlərin kütləvi ziyarət yerinə çevrildi, orada yerləşən piyada keçidi isə fotoçəkilişlər üçün ən populyar yerə çevrildi. Küçənin adı yaılan dəmir lövhə bu yaxınlarda yığışdırılmışdır, belə ki onu tez-tez oğurlayır və ya müxtəlif yazılarla korlayırdılrar. Hal-hazırda bu lövhə yüksəkdən vurulmuşdur. Hər üç aydan bir icra orqanları tərəfindən keçidin yanında yerləşən binanın divarını rəngləməli olur.
Gi Rouz
Gi Rouz (ing. Guy Rose; 3 mart 1867[…], San Qabriel[d], Kaliforniya – 17 noyabr 1925[…], Pasadena, Kaliforniya) — ABŞ-ni rəssamı, Kaliforniya impressionizminin görkəmli nümayəndələrindən biri.
Li Rouz
Li Rouz (23 oktyabr 1936) — Amerikan basketbol məşqçisi. == Həyatı == Hal-hazırda NBA komandalarından Charlotte Bobcatsin köməkçi məşqçisi olaraq fəaliiyət göstərir.1970-1980 illəri arasında universitet komandalarının məşqçisi olmuşdur. Kentucky şəhərində doğulmuşdur və 1958-cı ildə Transylvania Universitetindən məzun olmuşdur. Məzuniyyətdən dərhal sonra bu komandada bir müddət yardımcı məşqçi postunda çalışmışdır. Sonralar Cənubi Florida Universiteti basketbol komandasında da məşqçi olmuşdur.
Orçard Roud
Orçard Roud (çin. 乌节路, ing. Orchard Road, «meyvəli bağa gedən yol») — Sinqapurda küçə, ticarət və əyləncə mərkəzi, şəhərin əsas görməli yerlərindən biri. Çox vaxt küçəni və ətraf əraziləri «Orçard» («meyvəli bağ») adlandırırlar. == Ümumi məlumat == Orçard Roud Stemford Roud, Benkulen strit, Fort Kaninq Roud küçələrinin kəsışmə yerindən başlayır və 2,2 km şimal-qərbə doğru uzanır. 1974-cü ildən küçədə hərəkət bir tərəflidir. Küçə yüksək inkişaf etmiş yeraltı infrastruktura malikdir. Küçə boyu piyada keçidləri, qonşu küçələrlə və ticarət mərkəzləri ilə əlaqələndirici tunellər var. == Adı == Küçənin adı tərcümədə "Meyvələ bağa gedən yol" mənasını verir. XIX əsrdə bu yol muskat qozu, qara istiot və digər meyvələrin olduğu plantasiyaya aparırdı.
Reut çayı
Reut (rum. Răut [рэ́ут], idiş רעװעט‎ [рэ́вэт]) — Moldova ərazisində olan çay, Dnestrın sağ qolu. == Ümumi məlumat == Uzunluğu — 286 км. Su toplayıcı sahəsi — 7760 км². Yatağın orta eni — 30 м. Çay dərəsinin orta eni — 7 км. Su sərfi — 8-15 м³/s. Çayın hidroloji rejimi sabit deyil. Yaz və yay su səviyyəsinin dəyişmə rejimi mövcuddur. Çay öz başlanğıcını Redyu-Mare kəndi yaxınlığından götürərək cənub-şərq istiqamətində axır.
Roud Taun
Roud Taun (ing. Road Town) — Britaniya Virgin adalarının paytaxtı. Tortola adasında yerləşir. Əhalisi 9400 nəfər (2004). Adı dəniz termini olan «ing. the roads» yaranıb. Sahildən aralı gəminin yakorla dayanması belə adlanır. Dənizdən 67 akr ərazi qurudularaq, Bikxem-Bey (Wickham Bay), tutizm üçün istifadə edilir. Şəhərdəki ən qədim bina 1840-cı ildə tikilən Meyn strit (Main Street), kral həbsxanasıdır. Şəhər Karib dənizində yaxta kirayələmək mərkəzi sayılır.
Rouz Birn
Rouz Birn (24 iyul 1979, Balmeyn[d], Avstraliya) — Avstraliyalı, Qızıl Qlobus Mükafatına namizəd göstərilmiş aktrisa.
Rubi Rouz
Rubi Rouz Langenheym (20 mart 1986, Melburn) – avstraliyalı model, DJ, sənətkar, aktrisa, tele aparıcı və Meybelline NewYork-un tanınmış siması. == Karyera == Rose əvvəlcə "Suite For Fleur" ilk performansı ilə 2008-ci ildən etibarən aktrisalığa davam etdi. "Around The Black" adlı dramada kiçik bir rol almışdır. == Həyatı == Ruby Katia Langenheim adlı 20 yaşındaki sənətkar ve subay bir qadının qızı olmuşdur. Rose 12 yaşında lezbiyen olduğunu açıqladı. Buna görə dostları ve mekteb yoldaşları tərəfindən sözlü və fiziki tacize məruz qalıb. Belə bir halda Ruby tez-tez intihar etmək qərarını alıb. Həmçinin bir yaxını tərəfindən uşaq təcavüzünə məruz qalmışdır. Ruby-nin bipolar və klinik depressiyası vardır. Uşaqlıqda cinsiyyətini dəyişdirib oğlan olmaq istədiyine görə pul yığdığını deyib, lakin sonra fikrini dəyişmişdir.
Stenli Rouz
Stenli Rouz (25 aprel 1895, Uotford – 18 iyul 1986, London) — 1961–1974-cü illərdə FİFA prezidenti Rouz UEFA Kubokunun yaradıcılarındandır. Əvvəllər, referi olan Stenli futbolun qaydalarında bəzi dəyişikliklər edir. Stenlinin ən böyük səhvi inkişaf etməkdə olan ölkələrdə futbolun inkişafına qayğı göstərməməsi idi. Məhz bu amil onu FİFA prezidenti postunda çox saxlamadı.
Aleks Rou
Aleksandr Maykl Rou-Braun (ing. Alexander Michael Roe-Brown; 18 iyun 1990[…], Vestminster[d], Böyük London) — Britaniya aktyorudur. O, daha çox Qaçaqlar serialında Cey Kiton, Kəsik filmində Elliott Biden və Siren-də Ben rolları ilə tanınır. O, həmçinin bir sıra filmlərdə, o cümlədən İsti yay gecələri, Üzüklər və Həmişəlik mənim sevgilim filmlərində əsas rollar oynamışdır. == Həyat və təhsil == Rou Londonda anadan olub və Ladbroke Grove-da böyüyüb. Atası santexnik, anası isə balet artisti idi. O, 2009-cu ilə qədər oxuduğu Hammersmitdəki Latymer Upper School-da altıncı sinif təqaüdü qazanmışdı. İdmandan, xüsusən də hücumçu kimi oynayan assosiasiya futbolundan zövq alır. O, 16 yaşında ikən İkinci Divizion futbol klubuna qoşulub, sonra bir il İspaniyada oynayıb. İngiltərədəki məktəbə qayıtdıqdan sonra və aktyorluq karyerası başlamazdan əvvəl Chalfont St Peter ilə yarı peşəkar futbol oynadı.
Aleksandr Rou
Aleksandr Arturoviç Rou (rus. Александр Артурович Роу; 24 fevral (9 mart) 1906, Moskva – 28 dekabr 1973, Moskva) — rus sovet kinorejissoru, ssenarist və aktyoru. RSFSR xalq artisti (1968). 1943-cü ildən Sov. İKP üzvü. == Həyatı == Aleksandr Rou 1906-cı ildə Yuyevets şəhərində (indiki İvanovo vilayətində anadan olmuşdur. Onun atası miliyyətcə irland olan Artur Uilyam Rou mühəndis olmuşdur. İlk kino fəaliyyətinə 1930-cu ildə Maksim Qorki adına kinostudiyada başlamışdır. Həmin illərdə Müqəddəs İorgen bayramı (1930), "Marionetka" (1934), "Cehizsiz qız" filmlərində rejissor köməkçisi kimi iştirak etmişdir. 1937-ci ildə "Soyuzdetfilm" kinostudiyasında rejissor fəaliyyətinə başlamış, 1938-ci ildə çəkdiyi "Durnabalığının əmri ilə" adlı nağıl-filmi ilk müstəqil rejissor işi olmuşdur.
Elay Rot
Eli Raphael Roth (18 aprel 1972, Nyuton[d], Massaçusets), yəhudi mənşəli ABŞ aktyoru və rejissorudur.
Eliu Rut
Eliu Rut ( 15 fevral 1845 - 7 fevral 1937) — Prezident Teodor Ruzveltin dövründə ABŞ-nin dövlət katibi, Ruzvelt və Prezident Vilyam Mak-Kinli dövründə Hərbi nazir vəzifələrində çalışmış Amerika vəkili və dövlət xadimi. Vasinqtonda bir neçə yüksək səviyyəli hökumət vəzifələrini icra edib və Nyu-York şəhərində özəl sektorda hüquq təcrübəsi qazanıb. Bu səbəbdən bəzən XX əsrin siyasi "müdrik adamının" prototipi sayılır,bir sıra xarici və daxili məsələlərdə prezidentlərə məsləhət verir. Ştatın qanunverici orqanı tərəfindən Nyu-Yorkdan ABŞ senatoru seçildi və 1909–1915-ci illərdə bu vəzifəni icra etdi. Rut 1912-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür .. Rut,Endrü Karnegi kimi güclü sahibkarda daxil olmaqla,böyük şirkətlərdən müştəriləri olan aparıcı vəkil idi. Rut,Karnegi Beynəlxalq Barış Vəqfinin, Vaşinqton Karnegi İnstitutu və Nyu-Yorkun Karnegi Korporasiyasının prezidenti və ya sədri vəzifəsində çalışıb. Vilyam Mak-Kinli və Teodor Ruzvelt dövründə Hərbi nazir olaraq Rut,xüsusilə Filippinlər və Kuba daxil olmaqla yeni müstəmləkə mülkləri üçün Amerika siyasətini hazırladı. Filippin qiyamını yatırmaqdakı rolu evindəki anti-imperialist fəalları qəzəbləndirdi. Rut,Tərəqqi dövrünün etik standartlarında göstərildiyi kimi texnologiya,mühəndislik və maraqsız ictimai xidməti vurğulayaraq,müstəmləkə idarəsinə atılqan yanaşmanı dəstəklədi.
Elvin Rot
Elvin Rot (ing. Alvin Eliot Roth; 18 dekabr 1951 və ya 19 dekabr 1951, Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2012-ci ildə Lloyd Şepli ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Elvin Rot yəhudi əsilli bir ailənin övladıdır. Evlidir və iki uşağı var. Elvin Rot Universitet diplomunu Nyu Yorkdakı Kolumbiya Universitetindən 1971-ci ildə almışdır. Sonra Stanford Universitetində Əməliyyatlar tədqiqatı sahəsində çalışmış və burada 1973-cü ildə magistr, 1974-cü ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Stanford Universitetində təhsildən sonra 1974–1982-ci illərdə İllinoys Universitetində işləmişdir. Sonra Pitsburq Universitetində işləmiş və tədqiqatlar aparmışdır. 1982–1985-ci illərdə "A.U.Mellon İqtisad Professoru" və 1985–1998-ci illərdə Biznes İnzibatçılığı Professoru vəzifələrində çalışmışdır.
Filip Rot
Filip Rot (ing. Philip Milton Roth; 19 mart 1933[…], Nyuark, Nyu Cersi[…] – 22 may 2018[…], Manhetten, Nyu-York ştatı) — ABŞ yəhudilərindən olan roman yazıçısı.
Klavdiya Rot
Klavdiya Benedikta Rot (alm. Claudia Benedikta Roth‎; 15 may 1955[…], Ulm, Baden-Vürtemberq) — Almaniya siyasətçisi. O, 2004–2013-cü illərdə Yaşıllar Partiyasının həmsədri olmuşdur. O, hazırda Bundestaqın vitse-prezidentlərindən biridir. Rot eyni zamanda 2021-ci ildən kansler Olaf Şolts hökumətində Federal Hökumətin Mədəniyyət və Media üzrə Komissarıdır. == Həyatı == Klavdiya Benedikta Rot 15 may 1955-ci ildə Almaniyanın Ulm şəhərində anadan olmuşdur. O, Yaşıllar Partiyasının üzvüdür. Klavdiya Rot 2006-cı ildə Türkiyənin Diyarbəkir şəhərinə getmiş, bələdiyyə sədri Osman Baydəmirlə görüş keçirmişdir. Burada o, kürd münaqişəsinin həllinə demokratik yanaşma gözlədiyini bildirmişdir.
Marta Rot
Marta Rot (May 29, 1932 – Oktyabr 7, 2016) — İtaliyada anadan olan Meksikalı film aktrisası. O, Meksika Kinosunun Qızıl əsri ərzində ulduz olmuşdur. == Filmoqrafiyası == === Filmlər === Ailə digərlərini sevir (1949) İtirilmiş şəhər (1950) Meksikada Qrinqo qız (1951) Akapulkoda serenada (1951) Ağ Xəyanətkar (1960) === Televiziya === 2007 Destilando amor - Dona Pilar Gil de Montalvo 2001 La intrusa - Norma İturbide Vda. de Del Boske 2001 El noveno mandamiento - Yevgeniya D'Anco de Betankort 1999 Mujeres engañadas - Dona Katalina Kortes Vda. de Duarte 1998 Gotita de amor - Dalila 1997 Mi pequeña traviesa - Elena 1990 En carne propia - Leda Dumont 1988 El pecado de Oyuki - Ledi Elizabet Pointer 1985 Los años pasan, Mersedes 1984 Eklips - Amalia 1981 Nosotras las mujeres - Monika 1973 Penthaus 1969 De turno con la angustia - Elena == İstinadlar == == Bioqrafiya == R. Hernandez-Rodriguez. Splendors of Latin Cinema. ABC-CLIO, 2009.
Rot Basian
Rot Basian — Yuxarı Qarabağın mahallarından birinin adı. == Toponimikası == Rot Basian ilk dəfə VII əsrə aid mənbədə mahal adı çəkilir. Bir fikrə görə Rot-Pasian və Aliye sonrakı Cavıanşir mahalıdır. İndiki Türkiyənin şərqində e.ə. II əsrdə məskunlaşmış bir qədim türk dilli tayfa Basnan (Pasian) adlanırdı. Bu barədə e.ə. V əsr müəllifi Ksenofont yazmışdır. (Ksenofont, Anabazis, IY, 18) Bu el sakların tərkibində gəlmişdir. Ona görə ki,Ksenefakt basanların skiflərlə (yəni saklarla) bir yerdə yaşadıqlarını yazmışdır. Bir fikrə görə bu indiki Kars, Sarıqamış, Kaqızman və Sürməli ərazilərinldə yaşayırdılar.
Rut Asava
Rut Ayko Asava (ing. Ruth Aiko Asawa; 24 yanvar 1926, Noruolk, Kaliforniya – 6 avqust 2013, San-Fransisko, Kaliforniya) – yaponəsilli ABŞ heykəltəraşı və rəssamı. O, yaratdığı biomorfik tel formalarına, eləcə də, ictimai sənət quraşdırmalarına görə tanınır. == İlk illəri == Rut Asava 24 yanvar 1926-cı ildə Kaliforniya ştatının Norualk ferma icmasında doğulmuşdur. Valideynləri Umakiçi və Haru Asava ABŞ-yə immiqrasiya etmiş yaponlar idi. Rut yeddiuşaqlı ailənin dördüncü uşağı idi. Rut uşaq yaşlarından etibarən sənətə maraq göstərməyə başlamışdır. Onun ağ ayı rəsmi 1935-ci ildə sərgiyə qoyulmuş və üçüncü sinif müəllifi onun sənət bacarığını tərifləmişdir. Asava 1939-cu ildə Azadlıq heykəlinin rəsmini çəkərək məktəbdə keçirilən bir rəsm müsabiqəsinin qalibi olmuşdur. Şənbə günləri yapon dili və mədəniyyəti ilə məşğul olur, eləcə də, kalliqrafiya öyrənirdi.
Rut Belvil
Rut Belvil (5 mart 1854, Qriniç[d], Kent qraflığı – 7 dekabr 1943) — öz müştərilərinə dəqiq vaxt satan londonlu qadın-sahibkar. Biznesin mahiyyəti ondan ibarət idi ki, xanım Belvil hər səhər Qrinviç rəsədxanasına gedib xronoqrafı ilə vaxtı dəqiqləşdirirdi və sonra onun xidmətlərindən istifadə edən müştərilərə həmin xronoqraf üzrə dəqiq vaxtı bildirirdi. == Biznes == Vaxt satışı üzrə biznes Rut Belvillə valideynlərindən qalmışdı. Onun atası Con Henrinin 1856-cı ildə artıq 200-ə yaxın müştərisi var idi. Hər səhər o , Qrinviç rəsədxanasına yollanıb öz saatını Qrinviç vaxtı ilə dəqiqləşdirirdi. Henrinin ölümündən sonra onun dul qalmış arvadı Mariya Elizabet 1892-ci ilədək onun işini davam etdirir. 1892-ci ildə 80 yaşlı Mariya biznesi qızı Ruta ötürür. Hər bazar ertəsi saatını rəsədxananın saatı ilə quran Rut həftə boyunca müştəriləri ziyarət edirdi. Vaxtın bildirilmə dəqiqliyi təxminən 10 saniyə təşkil edirdi. XX əsrin əvvəlində Belvillin rəqibi peyda oldu.
Rut Benedikt
Rut Benedikt (ing. Ruth Benedict; 5 iyun 1887[…], Nyu-York, Nyu-York ştatı – 17 sentyabr 1948[…], Nyu-York, Nyu-York ştatı) – ABŞ antropoloqu, folklorşünası və şairəsi. == Həyatı == Rut Benedikt 1909-cu ildə Vassar kollecindən məzun olduqdan sonra 1914-cü ildə evlənmiş və Nyu-York şəhərinə köçmüşdür. 1919-cu ildə Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə antropoloqlar Aleksandr Qoldenveyzer və Elsi Klüs Parsonsun tələbəsi olmuşdur. 1921-ci ildə Kolumbiya Universitetinə daxil olaraq Frans Boasdan dərslər almış, 1923-cü ildə fəlsəfə doktoru dərəcəsi almışdır. O, dilçi Eduard Sepir və Marqaret Middən təsirlənmişdir. 1920-ci illərdə Anna Sinqlton adı ilə şeirlər yazmışdır. Kolumbiya Universitetində Boasla işləmiş, 1923-cü ildə mühazirəçi, 1948-ci ildə professor olmuşdur. O, 1930 və 1940-ci illərdə Nyu-York şəhərini antropologiya tədqiqatlarının mərkəzinə çevirmişdir. Benedikt Amerika hinduları arasında bir sıra sahə tədqiqatları aparmışdır.
Rut Hendler
Rut Marianna Hendler (4 noyabr 1916, Denver – 27 aprel 2002) amerikalı biznesmen qadın və ixtiraçı.Oyuncaq istehsalçısı Mattel Inc-in keçmiş prezidenti.1959-cu ildə bütün dünya üzrə milyarddan çox satış etmiş Barbi kuklalarını ixtira etməsi ilə məşhurdur. == Erkən həyatı == O,1916-cı ildə Kolorado ştatının Denver şəhərində polyak-yəhudi immiqrantları olan İda və Yakob Moskonun övladı olaraq dünyaya gəlib.Orta məktəb sevgilisi Elliot Hendler ilə evlənərək və 1938-ci ildə Los-Ancelesə köçdü.Əri yeni növ plastik olar pleksidən özlərinə mebel düzəltməyə başlayandan Rut mebel biznesinə başlamağı təklif etdi.Douglas Aviasiya Şirkəti ilə müqavilə imzalayaraq işə başladı. == Mattelin qurulması == Elliot Hendler və iş ortağı Harold "Matt" Matson şəkil çərçivələri istehsalı üçün kiçik bir şirkət qurdular və adlarının bir hissəsini birləşdirərək "Mattel" adlandırdılar("Matt" və "Elliot") Daha sonra istehsalat artıqlarından kukla evi qurdular.Daha sərfəli olduğunu görüb kukla istehsalına daha çox diqqət ayırdılar.Şirkətin ilk böyük satışı oyuncaq ukulele olan "Uke-a-doodle" oldu. == Barbinin yaranması == Barbi kuklasını yaradərkən Rut,qızı Barbaradan ilhamlanmışdı.Rut,qızının və dostlarının yetkin qız formasında oyuncaqlarla oynamağı kiçik uşaq oyuncaqlarından daha çox sevdiyini görmüşdü.Həmin vaxta qədər yetkin qız formasında oyuncaqları karton kağız formasında olurdu.Rut isə oyuncağın üçölçülü formasını düzəltməyə qərar verdi. Rut əvvəlcə Mattel şirkıtini buna razı sala bilməsə də Almaniyaya gedərək oradan Lili adlı oyuncaq kuklanı almış və Mattel şirkətini Barbi kuklası istehsal etməyə razı salmışdı.İlk Barbi kuklası 1959-cu ildə istehsal olundu.
Rut Lorenso
Rut Lorenso(isp. Ruth Lorenzo; doğ. 10 noyabr 1982, Mursiya, İspaniya) —ispan müğənnisi, aktrisası. == Həyatı == Rut Lorenso 10 noyabr 1982-ci ildə İspaniyanın Mursiya şəhərində doğulub. İspaniya nümayəndəsi Rut Lorenso 2008-ci il Britaniyada "X Factor" müsiqi müsabiqəsində iştirak edib. O zaman o, həmin müsabiqədə 5-ci yeri tutmişdu. Rut Lorenso "Dancing in the Rain" ("Yağış altında rəqs") trekini Londonda yazıb. Onun sözlərinə görə, Britaniya iqlimi onu bu mahnını seçməyə sövq edib. "Britaniyalı pərəstişkarlarım məni dəstəklədiklərinə görə özümü çox xoşbəxt sayıram", Ruth BBC-yə bildirib.
Rut Vesthaymer
Karola Ruth Siegel (ing. Ruth Westheimer; 4 iyun 1928) — Almaniya aktyoru, "Oskar" mükafatı laureatı.
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.