Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vokalçı
Vokal ― bir və ya daha çox ifaçının ya instrumental müşayiət altında, ya da instrumental müşayiət olmadan həm monofonik, həm də polifonik olmaqla ərsəyə gətiriyi etdiyi ifa növü.
Boyalı səhləb
Orchis picta Reinw. ex Lindl. — Anoectochilus setaceus bitki növünün sinonimi. Orchis picta Loisel. — Anacamptis morio subsp. picta bitki yarımnövünün sinonimi.
Clash Royale
Clash Royale — "Supercell" şirkəti tərəfindən yaradımış və nəşr edilmiş real zamanlı, pulsuz, çox oyunçulu videooyun. Oyun stolüstü kart oyunları, qala müdafiəsi və MOBA oyunlarından olan elementləri özündə birləşdirir. Oyun dünya miqyasında 2 mart 2016-cı ildə buraxılıb. "Clash Royale" oyun bazarında bir ildən az müddətdə 1 milyard dollar gəlir əldə edib. "Sensor Tower" şirkətinin məlumatına görə "Clash Royale" oyunun üç il ərzində qazandığı gəlir 2.5 milyard dollardır. Bu "Clash of Clans" oyunun ilk spin-off seriyasıdır. == Oynanış == Oyunda gümüş, qızıl, nəhəng, sehrli, epik, əfsanəvi kral sandığı, tac sandığı, turnir sandığı əfsanəvi sandıq var. Bu sandıqlar oyunun sonunda tapıla bilər və ya qiymətli daşlarla satın alına bilər. Bu sandıqlardan alacağınız kartlarla 8 kart destesi yaradaraq digər onlayn oyunçularla eyni vaxtda döyüşə biləcəyiniz bu oyunda maksimum 50 nəfərlik klanlar da var.Döyüş kuboklarını toplaya bilərsiniz. Oyunda 5 növ kart növü var: Ümumi, Nadir, Epik Əfsanəvi və Çempion.
Romalı Kalepodi
Romalı Kalepodi və ya Müqəddəs Kalepodi (it. San Calepodio; v. 232, Roma) — Roma xristian keşişi, əzabkeşi. O, Roma imperatoru Aleksandr Sever tərəfindən xristianların təqibləri zamanı öldürülmüşdür. Roma katakombalarından biri olan Kalepodi katakombası onun adını daşıyır. Onun agioqrafiyası xatırladır ki, Kalepodi işgəncələrə məruz qalmışdır. O, ardınca boynuna dəyirman daşı bağlanaraq Tiber çayına atılmışdır.
Romalı İppolit
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
İppolit Romalı
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
Palaye Royale
Palaye Royale — 2008-ci ildə Las-Veqasda qurulan Amerikan rok qrupu. 2008-ci ildə 3 qardaş, Reminqton, Sebastian və Emerson tərəfindən qurulmuşdur. Fəaliyyətlərinə "Kropp Circle" adı ilə başlayan qrup 2011-ci ildən sonra adlarını Palaye Royale olaraq dəyişdirdi. Kropp Circle ilk qurulduğu zaman Sebastianın 16, Reminqtonun 14, Emersonun isə 12 yaşı var idi. Onların anası bir dostunun məsləhəti ilə qardaşların məktəbi yarıda buraxmaqlarına və musiqi karyeralarına başlamaqlarına icazə verir. 2011-ci ilin yayında isə qrup adını Palaye Royale olaraq dəyişir və bu adla fəaliyyətini davam etdirir. 2015-ci ilin dekabrında qrup Sumerian Records ilə sözləşmə imzalayır və fəaliyyətlərinə bu leybldə davam edirlər. 24 iyun 2016-cı ildə Boom Boom Boom(Side A) adında ilk albomlarını yayımladılar. Albom, 13 mahnı və 2013-cü ildə yayımlanmış EPdən (Get Higher və White) ibarətdir. 2018-ci ildə isə dünya turundan cəmi 1 həftə öncə Boom Boom Boom(Side B) — ikinci albomlarını yayımladılar.
Əvəz Abdullayev (vokalçı)
Əvəz Baxşəli oğlu Abdullayev — Azərbaycanın xalq artisti (2012). Əvəz Abdullayev 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. Hələ tələbə ikən Ş.Məmmədova adına Opera studiyasında solist kimi çalışmağa başlamış, sonra isə Dövlət Xor Kapellasına qəbul edilmişdir. Ə.Abdullayev 2004-cü ildən Opera va Balet Teatrında çalışır. Bariton səs tembrinə malik olan vokalçı teatrda çalışdığı müddət ərzində klassik opera tamaşalarında bir-birindən maraqlı obrazlar yaratmağa müvəffəq olmuşdur. 2005-ci ildə Ə.Abdullayev respublika üzrə keçirilən “Russkaya pesnya” müsabiqəsində 1-ci mükafatın sahibi olmuş, eyni zamanda Vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin laureatı adını qazanmışdır (IV yer). 2006-cı ildə gənc vokalçı İ.Arxipova fondunun dəvəti ilə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Moskva və Yaroslavlda təşkil etdiyi konsertlərdə ugurlu cıxış etmiş və fondun xüsusi medalına layiq görülmüşdür. Ə.Abdullayev Rusiya, Fransa, İtaliya, Almaniya, Çexiya və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olmuşdur.
Por-Royal
Por-Royal — Paris yaxınlığında qadın monastrı. XVII əsrdə yansenizmin, Fransada maarifçiliyinin mərkəzi olmuşdur. Paskal burada yaşamış və işləmişdir. Por-Royal məktəbində müxtəlif dərsliklər, o cümlədən kartezian rasionalizmi ruhunda yazılmış məntiq dərsliyi (müəllifləri Arno və Nikol) tərtib edilmişdir. Dərslikdə hökmlərin müfəssəl təsnifatı verilmiş,həmçinin sintetik və analitik metodların fərqi məsələsi nəzərdən keçirilmişdir. Yansenistlər mübarizədə yezuitlərin tərəfinə keçmiş XIV Lüdovikin əmri ilə monastır yandırılmışdır (1712). Fəlsəfə Ensklopedik Lüğəti. 1997 ci-il. Səh.
Royal Bank
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir. 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır. Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir.
Romaci
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
Boyalı Qablar mədəniyyəti
Naxçıvan mədəniyyəti, Qızılvəng mədəniyyəti və ya Boyalı Qablar mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) , siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir. == Mərhələləri == Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir: 1-ci mərhələ: e.ə. 20-17-ci əsrlər 2-ci mərhələ: e.ə. 17-15-ci əsrlər 3-cü mərhələ: e.ə. 14-11-ci əsrlər 4-cü mərhələ: e.ə. 10-7-ci əsrlər == Tarixi == 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbirlər abidələri aşkar olunmuşdur.
Monodelphis ronaldi
Monodelphis ronaldi (lat. Monodelphis ronaldi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Erigeron roylei
Erigeron roylei (lat. Erigeron roylei) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Geum roylei
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Rozali Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Röyalə Nəcəfova
Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub.
Süməyyə Boyacı
Süməyyə Boyacı (türk. Sümeyye Boyacı; 5 fevral 2003, Əskişəhər) — Türkiyə üzgüçü-paralimpiyaçısı. 5 fevral 2003-cü ildə Əskişəhərdə anadan olmuşdur. O, omba displaziyası ilə doğulub və qolları yoxdur. O, doğma şəhərində xüsusi məktəbdə oxumuş, orada ayaqları ilə yazmağı öyrənmişdir. Dörd yaş yarım ikən ayaqları ilə rəsm çəkməyi öyrənib. O, Aleksandr Puşkinin "Balıqçı və balıq nağılı" əsəri üçün illüstrasiya çəkib. Türkiyənin baş naziri Abdullah Gül Rusiyaya səfəri zamanı bu rəsm əsərini özü ilə aparıb. 2009-cu ilin aprelində Boyacının akvarel rəsmləri Rusiyanın paytaxtı Moskvada fərdi sərgidə nümayiş etdirilib. 2010-cu ildə Boyacının rəsmlərindən biri Rusiya prezidenti Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevaya təqdim edilmişdir.
Boyacı Məscidi
Boyacı Məscidi — Boyacıoğlu Məscidi olaraq da bilinən, Qaziantepin Şahinbəy rayonunda yerləşən məsciddir. Qaziantep şəhərinin ən qədim tikililərindən biridir. Bir rəvayətə görə Kadı Kəmaləddin, bir rəvayətə görə isə Boyacı Yusuf tikdirmişdir. Məscidin tikilmə tarixi dəqiq bilinməsə də, minbərin üzərində Məmlüklər dövründə bir hissəsinin 1357-ci ildə tamamlandığını bildirən yazı var. Başqa bir yazıda isə onun 1575-ci ildə təmir edildiyi bildirilir. Məscid Həmdi Kutlar küçəsində yerləşir. == Memarlıq xüsusiyyətləri == Bu məscidin ən mühüm xüsusiyyətlərindən biri də dünyada nadir rast gəlinən minbərə sahib olmasıdır. Bu minbər rels vasitəsilə divara tikilmişdir. Cümə günləri bu relslərdən dartılaraq minbər açılır və imam xütbə oxuduqdan sonra yenidən yerinə sıxışdırılır. Beləliklə, yerə qənaət edilir.
HMS Royal Sovereign (1786)
Əlahəzrətin gəmisi Royal Soveren — (ing. HMS Royal Sovereign — Her or His Majesty’s Ship Royal Sovereign) (1786) — üçdorlu, 100 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus sayca üçüncü I ranq xətt gəmisi. 1805 ci ildə Trafalqar döyüşündə iştirak etmişdir. Plimut kral tərsanəsində C. Uilyamsın layihəsi əsnasında 7 yanvar 1774 cü ildə əsası qoyulmuşdur. Tikintisinə ABŞ İstiqlal müharibəsi zamanında bir neçə dəfə fasilə verilsə də 11 sentyabr 1786 cı ildə suya salınmışdır. Gəmi 67,458 £ başa gəlmişdir. == Xidməti == Əsas xidmətini La Manş boğazında, bir neçə dəfə Aralıq dənizi yürüşlərində keçirmişdir. 1794 — admiral Hau donaması tərkibində Şanlı Bir İyun döyüşündə iştirak etmişdir. (14 ılü, 41 yaralı). 1795 — 16 iyunda Kornuollisin bayraqdarı olmuş.
Royal Bank of Baku
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir. 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır. Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir.
Royal Geografikal Sosayeti adası
Royal Geografikal Sosayeti adası (ing. Royal Geographical Society Islands) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Norveçli qütb tədqiqatçısı Roald Amundsen tərəfindən Kral Coğrafiya Cəmiyyətinin şərəfinə adlandırılmışdır. Adada hazırda yaşayış yoxdur (2012). Adalar Viktoriya boğazının sularında Viktoriya və Kral-Vilyam adaları arasında yerləşir. Cənub-qərbdə Cenni Lind adası yerləşir. Kanadanın coğrafi mərkəzindən məsafə 1015 km, ölkənin paytaxtı Ottavadan olan məsafə isə 2954 km-dir . Sahəsi 458,1 km²-dir. Ən hündür nöqtəsi 53 m-dir. Ümumdünya Təbiəti Mühafizə Fondu təsnifatına görə, Royal Geografikal Sosayeti, eləcə də qonşu Viktoriya və Kinq Uilyam adaları Şimali Amerikanın qütb tundrası ekoregionuna daxildir.
Royal-Eksçeync (Nyu-York)
Royal-Eksçeync (ing. Royal Exchange), həmçinin Old-Royal-Eksçeync (ing. Old Royal Exchange) və ya Merçants-Eksçeync (ing. Merchants Exchange) — ABŞ-nin Nyu-York şəhərində, Brod-stritin ətəyində, Voter-strit ilə kəsişməsinin yaxınlığında qapalı bazar. Əvvəlcə 1675-ci ildə bir mərtəbəli bina, 1752-ci ildə yuxarı mərtəbədəki iclas zalı ilə yenidən qurulmuşdur. Bu, o zaman İngiltərə və Avropada tapılan bazar salonları tipinə xasdır. ABŞ Ali Məhkəməsi 1790-cı il fevralın 2-dən 10-dək binada ilk iclasını keçirmişdir. Məhkəmə iclası başlamazdan əvvəl şəhər məmurları bazarın qəssablarını köçürmüşdülər və məhkəməni "arabaların səs-küyündən" xilas etmək üçün zəncir vurmuşdular. İkinci iclas 1790-cı ilin avqustunda keçirilmişdir. Məhkəmə 1791-ci ildə federal hökumətin qalan hissəsi ilə Filadelfiyaya köçməzdən əvvəl cəmi on iki gün Nyu-Yorkda görüşmüşdür.
Röyal Aslanov
Röyal Balaşzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Röyal Cəfərli
Röyal Cəfərov
Röyal Həsənov
Röyal Mədətov
Röyal Məmmədov
Philosophical Transactions of the Royal Society
Philosophical Transactions of the Royal Society Royal Society tərəfindən nəşr olunan elmi jurnaldır. Onun ilk nömrəsi 6 mart 1665-ci ildə nəşr olunmuşdur və o zaman cəmiyyətin katibinin şəxsi təşəbbüsü olmuşdur. Jurnal yalnız elmi məzmunlu ilk jurnal olmağı ilə bərabər, hələ də nəşr olunmaqda olan ən qədim elmi jurnaldır. 1752-ci ildə cəmiyyətin rəsmi nəşri olmuşdur.
Live at the Royal Albert Hall (Arctic Monkeys albomu)
"Live at the Royal Albert Hall" – ingilis rok qrupu Arctic Monkeys-in 7 iyun 2018-ci ildə Londonda yerləşən Royal Albert Hall-da etdiyi çıxışdan ibarət canlı albomu. Albom 4 dekabr 2020-ci ildə Domino Recording Company tərəfindən buraxıldı və bütün gəlirlər War Child xeyriyyə fonduna bağışlandı. == Mahnı siyahısı == Bütün mahnıların sözlərini Aleks Törner yazıb, musiqiləri Arctic Monkeys bəstələmişdir.