Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vokalçı
Vokal ― bir və ya daha çox ifaçının ya instrumental müşayiət altında, ya da instrumental müşayiət olmadan həm monofonik, həm də polifonik olmaqla ərsəyə gətiriyi etdiyi ifa növü.
Boyalı səhləb
Boyalı səhləb (lat. Orchis picta) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-35 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsoidaldır, eni 0,8-1,3 sm-dir. Gövdəsi əsasında qısa ayalı 3-6 ədəd qın ilə sarınmışdır. Gövdə yarpaqları 3-6 sayda olub, qın yarpaqlarıdır. Çiçək qrupu boş, silindrik və çoxçiçəklidir, uzunluğu 9 sm-dir. Çiçəkləri parlaq fırfır-bənövşəyi rənglidir, uzunluğu 6–8 mm-dir; dodaq orta hissədə ağımtıl, tünd-fırfır ləkəli, daha enli kənar bölümləri olan dayazbölümlüdür və bəzən demək olar ki,bütövdür. Mahmızı küt və əyilmişdir, demək olar ki, 1,5 dəfə dodaqdan uzundur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Clash Royale
Clash Royale — "Supercell" şirkəti tərəfindən yaradımış və nəşr edilmiş real zamanlı, pulsuz, çox oyunçulu videooyun. Oyun stolüstü kart oyunları, qala müdafiəsi və MOBA oyunlarından olan elementləri özündə birləşdirir. Oyun dünya miqyasında 2 mart 2016-cı ildə buraxılıb. "Clash Royale" oyun bazarında bir ildən az müddətdə 1 milyard dollar gəlir əldə edib. "Sensor Tower" şirkətinin məlumatına görə "Clash Royale" oyunun üç il ərzində qazandığı gəlir 2.5 milyard dollardır. Bu "Clash of Clans" oyunun ilk spin-off seriyasıdır. == Oynanış == Oyunda gümüş, qızıl, nəhəng, sehrli, epik, əfsanəvi kral sandığı, tac sandığı, turnir sandığı əfsanəvi sandıq var. Bu sandıqlar oyunun sonunda tapıla bilər və ya qiymətli daşlarla satın alına bilər. Bu sandıqlardan alacağınız kartlarla 8 kart destesi yaradaraq digər onlayn oyunçularla eyni vaxtda döyüşə biləcəyiniz bu oyunda maksimum 50 nəfərlik klanlar da var.Döyüş kuboklarını toplaya bilərsiniz. Oyunda 5 növ kart növü var: Ümumi, Nadir, Epik Əfsanəvi və Çempion.
Romalı Kalepodi
Romalı Kalepodi və ya Müqəddəs Kalepodi (it. San Calepodio; v. 232, Roma) — Roma xristian keşişi, əzabkeşi. O, Roma imperatoru Aleksandr Sever tərəfindən xristianların təqibləri zamanı öldürülmüşdür. Roma katakombalarından biri olan Kalepodi katakombası onun adını daşıyır. Onun agioqrafiyası xatırladır ki, Kalepodi işgəncələrə məruz qalmışdır. O, ardınca boynuna dəyirman daşı bağlanaraq Tiber çayına atılmışdır.
Romalı İppolit
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. == Bioqrafiyası == Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
İppolit Romalı
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. == Bioqrafiyası == Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
Palaye Royale
Palaye Royale 2008-ci ildə Las-Veqasda qurulan Amerikan rok qrupu. 2008-ci ildə 3 qardaş, Reminqton, Sebastian və Emerson tərəfindən qurulmuşdur. Fəaliyyətlərinə "Kropp Circle" adı ilə başlayan qrup 2011-ci ildən sonra adlarını Palaye Royale olaraq dəyişdirdi. == Tarixçə == === Kropp Circle (2008–2011) === Kropp Circle ilk qurulduğu zaman Sebastianın 16, Reminqtonun 14, Emersonun isə 12 yaşı var idi. Onların anası bir dostunun məsləhəti ilə qardaşların məktəbi yarıda buraxmaqlarına və musiqi karyeralarına başlamaqlarına icazə verir. 2011-ci ilin yayında isə qrup adını Palaye Royale olaraq dəyişir və bu adla fəaliyyətini davam etdirir. === Boom Boom Boom (2011–2019) === 2015-ci ilin dekabrında qrup Sumerian Records ilə sözləşmə imzalayır və fəaliyyətlərinə bu leybldə davam edirlər. 24 iyun 2016-cı ildə Boom Boom Boom(Side A) adında ilk albomlarını yayımladılar. Albom, 13 mahnı və 2013-cü ildə yayımlanmış EPdən (Get Higher və White) ibarətdir. 2018-ci ildə isə dünya turundan cəmi 1 həftə öncə Boom Boom Boom(Side B) — ikinci albomlarını yayımladılar.
Əvəz Abdullayev (vokalçı)
Əvəz Baxşəli oğlu Abdullayev — Azərbaycanın xalq artisti (2012). == Həyatı == Əvəz Abdullayev 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. Hələ tələbə ikən Ş.Məmmədova adına Opera studiyasında solist kimi çalışmağa başlamış, sonra isə Dövlət Xor Kapellasına qəbul edilmişdir. Ə.Abdullayev 2004-cü ildən Opera va Balet Teatrında çalışır. Bariton səs tembrinə malik olan vokalçı teatrda çalışdığı müddət ərzində klassik opera tamaşalarında bir-birindən maraqlı obrazlar yaratmağa müvəffəq olmuşdur. 2005-ci ildə Ə.Abdullayev respublika üzrə keçirilən “Russkaya pesnya” müsabiqəsində 1-ci mükafatın sahibi olmuş, eyni zamanda Vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin laureatı adını qazanmışdır (IV yer). 2006-cı ildə gənc vokalçı İ.Arxipova fondunun dəvəti ilə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Moskva və Yaroslavlda təşkil etdiyi konsertlərdə ugurlu cıxış etmiş və fondun xüsusi medalına layiq görülmüşdür. Ə.Abdullayev Rusiya, Fransa, İtaliya, Almaniya, Çexiya və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olmuşdur.
Royal Bank
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir. 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır. == Tarixçə == Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir.
Por-Royal
Por-Royal — Paris yaxınlığında qadın monastrı. XVII əsrdə yansenizmin, Fransada maarifçiliyinin mərkəzi olmuşdur. Paskal burada yaşamış və işləmişdir. Por-Royal məktəbində müxtəlif dərsliklər, o cümlədən kartezian rasionalizmi ruhunda yazılmış məntiq dərsliyi (müəllifləri Arno və Nikol) tərtib edilmişdir. Dərslikdə hökmlərin müfəssəl təsnifatı verilmiş,həmçinin sintetik və analitik metodların fərqi məsələsi nəzərdən keçirilmişdir. Yansenistlər mübarizədə yezuitlərin tərəfinə keçmiş XIV Lüdovikin əmri ilə monastır yandırılmışdır (1712). == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti. 1997 ci-il. Səh.
Romaci
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. == Romanizasiyalar arsında fərqlər == Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
Boyalı Qablar mədəniyyəti
Naxçıvan mədəniyyəti, Qızılvəng mədəniyyəti və ya Boyalı Qablar mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) , siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir. == Mərhələləri == Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir: 1-ci mərhələ: e.ə. 20-17-ci əsrlər 2-ci mərhələ: e.ə. 17-15-ci əsrlər 3-cü mərhələ: e.ə. 14-11-ci əsrlər 4-cü mərhələ: e.ə. 10-7-ci əsrlər == Tarixi == 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbirlər abidələri aşkar olunmuşdur.
Monodelphis ronaldi
Monodelphis ronaldi (lat. Monodelphis ronaldi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Erigeron roylei
Erigeron roylei (lat. Erigeron roylei) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Geum roylei
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Rozali Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Röyalə Nəcəfova
Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). == Həyatı == Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub.
Süməyyə Boyacı
Süməyyə Boyacı (türk. Sümeyye Boyacı; 5 fevral 2003, Əskişəhər) — Türkiyə üzgüçü-paralimpiyaçısı. == Bioqrafiya == 5 fevral 2003-cü ildə Əskişəhərdə anadan olmuşdur. O, omba displaziyası ilə doğulub və qolları yoxdur. O, doğma şəhərində xüsusi məktəbdə oxumuş, orada ayaqları ilə yazmağı öyrənmişdir. === Rəsmlığı === Dörd yaş yarım ikən ayaqları ilə rəsm çəkməyi öyrənib. O, Aleksandr Puşkinin "Balıqçı və balıq nağılı" əsəri üçün illüstrasiya çəkib. Türkiyənin baş naziri Abdullah Gül Rusiyaya səfəri zamanı bu rəsm əsərini özü ilə aparıb. 2009-cu ilin aprelində Boyacının akvarel rəsmləri Rusiyanın paytaxtı Moskvada fərdi sərgidə nümayiş etdirilib. 2010-cu ildə Boyacının rəsmlərindən biri Rusiya prezidenti Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevaya təqdim edilmişdir.
HMS Royal Sovereign (1786)
Əlahəzrətin gəmisi Royal Soveren — (ing. HMS Royal Sovereign — Her or His Majesty’s Ship Royal Sovereign) (1786) — üçdorlu, 100 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus sayca üçüncü I ranq xətt gəmisi. 1805 ci ildə Trafalqar döyüşündə iştirak etmişdir. Plimut kral tərsanəsində C. Uilyamsın layihəsi əsnasında 7 yanvar 1774 cü ildə əsası qoyulmuşdur. Tikintisinə ABŞ İstiqlal müharibəsi zamanında bir neçə dəfə fasilə verilsə də 11 sentyabr 1786 cı ildə suya salınmışdır. Gəmi 67,458 £ başa gəlmişdir. == Xidməti == Əsas xidmətini La Manş boğazında, bir neçə dəfə Aralıq dənizi yürüşlərində keçirmişdir. 1794 — admiral Hau donaması tərkibində Şanlı Bir İyun döyüşündə iştirak etmişdir. (14 ılü, 41 yaralı). 1795 — 16 iyunda Kornuollisin bayraqdarı olmuş.
Royal Bank of Baku
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir. 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır. == Tarixçə == Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir.
Royal Geografikal Sosayeti adası
Royal Geografikal Sosayeti adası (ing. Royal Geographical Society Islands) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Norveçli qütb tədqiqatçısı Roald Amundsen tərəfindən Kral Coğrafiya Cəmiyyətinin şərəfinə adlandırılmışdır. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adalar Viktoriya boğazının sularında Viktoriya və Kral-Vilyam adaları arasında yerləşir. Cənub-qərbdə Cenni Lind adası yerləşir. Kanadanın coğrafi mərkəzindən məsafə 1015 km, ölkənin paytaxtı Ottavadan olan məsafə isə 2954 km-dir . Sahəsi 458,1 km²-dir. Ən hündür nöqtəsi 53 m-dir. Ümumdünya Təbiəti Mühafizə Fondu təsnifatına görə, Royal Geografikal Sosayeti, eləcə də qonşu Viktoriya və Kinq Uilyam adaları Şimali Amerikanın qütb tundrası ekoregionuna daxildir.
Royal-Eksçeync (Nyu-York)
Royal-Eksçeync (ing. Royal Exchange), həmçinin Old-Royal-Eksçeync (ing. Old Royal Exchange) və ya Merçants-Eksçeync (ing. Merchants Exchange) — ABŞ-nin Nyu-York şəhərində, Brod-stritin ətəyində, Voter-strit ilə kəsişməsinin yaxınlığında qapalı bazar. Əvvəlcə 1675-ci ildə bir mərtəbəli bina, 1752-ci ildə yuxarı mərtəbədəki iclas zalı ilə yenidən qurulmuşdur. Bu, o zaman İngiltərə və Avropada tapılan bazar salonları tipinə xasdır. ABŞ Ali Məhkəməsi 1790-cı il fevralın 2-dən 10-dək binada ilk iclasını keçirmişdir. Məhkəmə iclası başlamazdan əvvəl şəhər məmurları bazarın qəssablarını köçürmüşdülər və məhkəməni "arabaların səs-küyündən" xilas etmək üçün zəncir vurmuşdular. İkinci iclas 1790-cı ilin avqustunda keçirilmişdir. Məhkəmə 1791-ci ildə federal hökumətin qalan hissəsi ilə Filadelfiyaya köçməzdən əvvəl cəmi on iki gün Nyu-Yorkda görüşmüşdür.
Balaşzadə Röyal
Röyal Aslanov
Röyal Elzar oğlu Aslanov (17 may 2001; Abulbəyli, Tovuz rayonu — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Aslanov 2001-ci il mayın 17-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 2008-2013-cü illərdə N.Tusi adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2013-cü ildə ailəsi ilə birlikdə ölkə xaricinə köçüb. Orta təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib. Röyal hələ üçüncü sinifdən güləş və boksla məşğul olub. Tümendə oxuyarkən də idmanla məşğul olmağa davam edib. Boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-cı ildə boks üzrə 16-17 yaşlı gənclər arasında ikinci yerə, 2018-ci ilin may ayında birinci yerə çıxıb. Subay idi.
Röyal Balaşzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Röyal Cəfərli
Röyal İkrəm oğlu Cəfərli (1 yanvar 1998; Beyləqan, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Cəfərli 1 yanvar 1998-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 2004-2015-ci illərdə M. Mehdizadə adına Beyləqan şəhər 3 saylı tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Röyal Cəfərli 2016-cı ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2017-ci ilin iyulunda tərxis olunmuşdur. Röyal Cəfərli 2019-cu ilin mayından müddətdən artıq həqiqi hərbi xidmət edirdi. 2019-cu ilin 20 noyabr tarixində döyüş atışlı təlimdə göstərdiyi yüksək nailiyyətə, qarşıya qoyulan tapşırıqlarının yerinə yetirilməsində və nizam-intizamda fərqləndiyinə görə "N" saylı hərbi hissənin komandiri polkovnik Nemət Məmmədov tərəfindən fəxri fərmanla təltif edilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Röyal Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Röyal Cəfərov
Röyal Cəfərov (tam adı: Cəfərov Röyal Vaqif oğlu; 07.12.1991; Gəncə, Azərbaycan — 4 noyabr2020 ; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Röyal Cəfərov 1991-ci ildə Gəncədə anadan olub. Gəncə Nizami Aydın adına 18 nömrəli orta məktəbi bitirib. 2016 evlənmişdir. Ailəli idi. İki evladı var idi. == Hərbi xidməti == Gəncə Şəhidlər xiyabanı torpağa dəfn olunub.
Röyal Həsənov
Röyal Arzu oğlu Həsənov (2 yanvar 1992, Çobankənd, Gədəbəy rayonu – 3 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Həsənov 1992-ci il yanvarın 2-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgər olan Röyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Röyal Həsənov oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Mədətov
Röyal Şahin oğlu Mədətov (14 may 1992, Əzizbəyli, Qazax rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Mədətov 1992-ci il mayın 14-də Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub. 1998–2009-cu illərdə A. Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Röyal Mədətov 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb və yaralanıb. Azərbaycan Ordusunun kiçik giziri olan Röyal Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyal Mədətov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Hüseynbəyli kəndində dəfn olunub.
Röyal Məmmədov
Röyal Məmmədov (leytenant) — Anti-terror əməliyyatı şəhidi. Röyal Məmmədov (əsgər) — İkinci Qarabağ müharibəsi şəhidi.
Röyal Nəsirov
Röyal İmran oğlu Nəsirov (16 mart 1997, Cəlilabad rayonu – 2 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Röyal Nəsirov 1997-ci ilin 16 mart günündə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Röyal Nəsirov doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nəsirov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Philosophical Transactions of the Royal Society
Philosophical Transactions of the Royal Society Royal Society tərəfindən nəşr olunan elmi jurnaldır. Onun ilk nömrəsi 6 mart 1665-ci ildə nəşr olunmuşdur və o zaman cəmiyyətin katibinin şəxsi təşəbbüsü olmuşdur. Jurnal yalnız elmi məzmunlu ilk jurnal olmağı ilə bərabər, hələ də nəşr olunmaqda olan ən qədim elmi jurnaldır. 1752-ci ildə cəmiyyətin rəsmi nəşri olmuşdur.
Live at the Royal Albert Hall (Arctic Monkeys albomu)
"Live at the Royal Albert Hall" – ingilis rok qrupu Arctic Monkeys-in 7 iyun 2018-ci ildə Londonda yerləşən Royal Albert Hall-da etdiyi çıxışdan ibarət canlı albomu. Albom 4 dekabr 2020-ci ildə Domino Recording Company tərəfindən buraxıldı və bütün gəlirlər War Child xeyriyyə fonduna bağışlandı. == Mahnı siyahısı == Bütün mahnıların sözlərini Aleks Törner yazıb, musiqiləri Arctic Monkeys bəstələmişdir.