Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruqon
Ruqon (fr. Rougon, oks. Rogon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04171. 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Ruben
Ruben — ad. Ruben Vardanyan — erməni biznesmen. Ruben Stepanyan — erməni sovet bəstəkarı və dirijoru. Ruben Ayrapetyan — Ermənistan parlamentinin deputatı (2007–2012) Ruben Sənəmyan — Ermənistan hərbçisi, kapitan, Ermənistanın Milli Qəhrəmanı. Ruben Orbeli — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Ruben Rubenov — sovet partiya və dövlət xadimi. Ruben Fleyşer — Amerika kinorejisoru, kino prodüseri, televiziya prodüseri Ruben Arado — Kubanı təmsil edən stolüstü tennisçi. Ruben Roka — Kubalı keçmiş üzgüçü. Ruben Madsen — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Berrios — Puerto-Riko siyasətçisi, vəkil Ruben Yanyes — "Real Madrid"" futbol klubunun qapıçısı.
Rügen
Rügen — Baltik dənizində adadır. Almaniyanın daxilində ən böyük adadır (ümumi ərazi 926 km²). Meklenburq-Ön Pomeraniya federativ vilayətinin tərkibinə daxildir. Əhalisi təxminən 77 min nəfər təşkil edir. Adanın ümumi forması kifayət qədər əcaibdir, sahillər güclü kəsik-kəsik edilmişdir, onların əyrilikləri bir çox körfəz, körfəz, yarımada və burun yaradır. Rügenin cənub sahili Pomeraniyanın sahilləri boyunca uzanır. Cənubda adanın eni 41 kilometrə çatır, şimaldan cənuba maksimal uzunluğu 52 kilometrdir. Rügenin şimal-şərqində Yasmund (Jasmund) yarımadasında 1990-cı ildə əsası qoyulmuş 3000 hektar sahəsi olan eyni adlı milli park yerləşir. Tabaşirli qayalar Yasmundun ən məşhur simvoludur. Rügenin ən yüksək nöqtəsi — Pikberqdir (161 metr).
Rügen adası
Rügen — Baltik dənizində adadır. Almaniyanın daxilində ən böyük adadır (ümumi ərazi 926 km²). Meklenburq-Ön Pomeraniya federativ vilayətinin tərkibinə daxildir. Əhalisi təxminən 77 min nəfər təşkil edir. Adanın ümumi forması kifayət qədər əcaibdir, sahillər güclü kəsik-kəsik edilmişdir, onların əyrilikləri bir çox körfəz, körfəz, yarımada və burun yaradır. Rügenin cənub sahili Pomeraniyanın sahilləri boyunca uzanır. Cənubda adanın eni 41 kilometrə çatır, şimaldan cənuba maksimal uzunluğu 52 kilometrdir. Rügenin şimal-şərqində Yasmund (Jasmund) yarımadasında 1990-cı ildə əsası qoyulmuş 3000 hektar sahəsi olan eyni adlı milli park yerləşir. Tabaşirli qayalar Yasmundun ən məşhur simvoludur. Rügenin ən yüksək nöqtəsi — Pikberqdir (161 metr).
Eugen Bernadot
Şahzadə Eugen Bernadot qardaşlarının əksinə olaraq heç vaxt evlənməyib. 1865-ci ildə Stokholmda doğulan Eugen əsasən incəsənətə bağlı biri idi. Oslo Universitetini bitirən şahzadə İtaliya, Misir, Suriya və Osmanlı İmperiyasını gəzmişdi. 1947-ci ildə vəfat edən şahzadənin evi indi muzeydir.
Eugen Fischer
Eugen Fischer (5 iyul 1874, Karlsrue – 9 iyul 1967[…], Frayburq-im-Braysqau) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur. Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir. == Bioqrafiyası == Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu. 1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi. 1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi. 1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi.
Eugen Suxon
Eugen Suxon (25 sentyabr 1908[…], Pеzinоk, Bratislava diyarı – 5 avqust 1993[…], Bratislava) — slovak bəstəkar, Slovakiya professional musiqisinin banilərindən biri, ÇSSR xalq artisti (1959), ÇSSR Dövlət Mükafatı laureatı (1951, 1954, 1959). == Həyatı == Eugen Suxon Bratislava konservatoriyasında təhsil almışdır. 1933-cü ildən həmin konservatoriyada pedaqoji fəaliyyətə başlamışdır. İlk əsərləri klassik ənənələrlə bağlıdır (fortepiano üçün "Süita-ballada"). 1920–1930-cu illərdə yaradıcılığına ekspressionizm və klassizmin təsiri olmuşdur. "Karpat torpaq haqqında psalm" (1938), "Kənd simfoniyettası" (1957) əsərlərində xalq musiqisindən istifadə etmişdir. Suxon ilk slovak milli musiqi dramının — "Burulğan"ın (1949) müəllifidir. Digər əsərləri Sayatonluk (1959) operası, skripka ilə orkestr üçün "Fantaziyavə bürlesk" (1948), "Metamorfozlar" (1953) simfonik süitası, xor silsilələri, bir sıra dram tamaşaları, kinofilmlər üçün musiqilər və uşaq musiqisindən ibarətdir.
Ouqen Fişer
Eugen Fischer (5 iyul 1874, Karlsrue – 9 iyul 1967[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur. Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir. Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu. 1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi. 1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi. 1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi.
Ruben Arado
Ruben Arado (11 oktyabr 1970) — Kubanı təmsil edən stolüstü tennisçi. Ruben Arado Kubanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Ruben Arado Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Ruben Ayrapetyan
Ruben Ayrapetyan (erm. Ռուբեն Հայրապետյանd.9 mart, 1963, İrəvan, Ermənistan SSR) — Ermənistan parlamentinin deputatı (2007-2012), 2002-2018 illərində Ermənistan Futbol Federasiyasının prezidenti, Ararat Ermənistan FK futbol klubunun təsisçisidir. Ruben Ayrapetyan 9 mart 1963-cü ildə İrəvan şəhərində anadan olub.
Ruben Berrios
Ruben Berrios - (11 sentyabr, 1939-cu il, Aibonito şəhəri Puerto-Riko). Puerto-Riko siyasətçisi, vəkil və siyasətçisi, hal-hazırda Müstəqil Puerto Riko Partiyasının sədridir.
Ruben Fleischer
Ruben Samuel Fleyşer (ing. Ruben Samuel Fleischer; 31 oktyabr 1974, Vaşinqton) — Nyu-Cersidə yaşayan amerikalı rejissor, film prodüseri, televiziya prodüseri, musiqi videosu rejissoru və kommersiya direktoru. O, daha çox "Zombieland" və onun davamı "Zombieland: Double Tap" filmlərinin rejissoru kimi tanınır. Bundan əlavə o, "Bacarıqsız oğrular", "Qanqsterlər dəstəsi", "Ançarted" və "Venom" filmlərinin də rejissorluğunu etmişdir. Fleşer Cisco, Eurostar, ESPN və Burger King kimi brendlərin televiziya reklamlarının prodüserliyini edib. Bununla yanaşı o, M.I.A., Electric Six, DJ Format və Gold Chains daxil olmaqla bir sıra sənətçilərin musiqi videolarının rejissoru olmuşdur.
Ruben Fleyşer
Ruben Samuel Fleyşer (ing. Ruben Samuel Fleischer; 31 oktyabr 1974, Vaşinqton) — Nyu-Cersidə yaşayan amerikalı rejissor, film prodüseri, televiziya prodüseri, musiqi videosu rejissoru və kommersiya direktoru. O, daha çox "Zombieland" və onun davamı "Zombieland: Double Tap" filmlərinin rejissoru kimi tanınır. Bundan əlavə o, "Bacarıqsız oğrular", "Qanqsterlər dəstəsi", "Ançarted" və "Venom" filmlərinin də rejissorluğunu etmişdir. Fleşer Cisco, Eurostar, ESPN və Burger King kimi brendlərin televiziya reklamlarının prodüserliyini edib. Bununla yanaşı o, M.I.A., Electric Six, DJ Format və Gold Chains daxil olmaqla bir sıra sənətçilərin musiqi videolarının rejissoru olmuşdur.
Ruben Madsen
Ruben Madsen (26 dekabr 1953, Nyukyobinq-Mors[d]) — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Ruben Orbeli
Ruben Abqaroviç Orbeli (erm. Ռուբեն Աբգարի Օրբելի; 26 yanvar 1880, Naxçıvan — 9 may 1943, Moskva) — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Sovet sualtı arxeologiyasının banisi. Leon və İosif Orbelinin böyük qardaşı. Ruben Orbeli 1880-c il yanvarın 26-da Naxçıvan şəhərində orta nəcib ailədə anadan olmuşdur. Tiflisdə 3-cü orta klassik gimnaziyanı bitirdikdən sonra Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Orbeli 1904-cü ildən 1906-cı ilə magistratura cəmiyyətində çalışmış və o Sankt-Peterburq Dövlət Universitetinin hüquqi cəmiyyətin bir üzvü seçilib. Bu müddət ərzində o, biliklərini təkmilləşdirilmək üçün Almaniyaya (Yena Universiteti) göndərildi. 1918-ci ildə Ruben Orbeli Tambov Dövlət Universitetinin təsisçisi biri oldu və burada mühazirə oxudu. Bundan sonra o, Sankt-Peterburq Dövlət Universitetinin qayıtdı və onun SSRİ Elmlər Akademiyasının filialı işləməyə başladı.
Ruben Qaliçyan
Ruben Qaliçyan (erm. Ռուբեն Գալչյան, ing. Rouben Galichian; 30 noyabr 1938, Təbriz) — erməni əsilli Birləşmiş Krallıq alimi və tədqiqatçısı. O, Ermənistanın və Cənubi Qafqaz regionunun tarixi xəritələri üzrə ixtisaslaşmışdır. Ruben Qaliçyan İranda, Təbriz şəhərində bir erməni ailəsində anadan olmuşdur. Qafqazın tarixi və kartoqrafiyası ilə bağlı çoxlu kitab və məqalələr dərc etdirmişdir. Onun ilk kitabı "Historic Maps of Armenia. The Cartographic Heritage" (2004) 2,600 il ərzində dünyanın və Qafqazın xəritələrinin toplusudur, 2005-ci ildə bestseller olmuşdur. Onun məqalələri müxtəlif kartoqrafik jurnallarda və dövri nəşrlərdə, o cümlədən "Imago Mundi" və "IMCoS" jurnallarında dərc edilmişdir. Qaliçyan Ermənistan, ABŞ, İran, Birləşmiş Krallıq və Fransada geniş mühazirələr oxumuşdur.
Ruben Roka
Ruben Roka (d. 12 dekabr 1940) — Kubalı keçmiş üzgüçü. Ruben Roka Kubanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Ruben Roka birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.3 saniyəlik nəticəsi ilə öz cığırında 3-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ruben Rubenov
Ruben Qukasi Rubenov (Mkrtçyan) (erm. Ռուբեն Ղուկասի Ռուբենով (Մկրտչյան); 5 iyun 1893, Tiflis – 27 noyabr 1937, Moskva) — sovet partiya və dövlət xadimi. Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933). Ruben Rubenov 1937-ci il sentyabrın 15-də həbs olunub. Həmin il noyabrın 27-də terror aktları təşkil etməkdə və əks-inqilabi terrorçuluq fəaliyyətində iştirakda ittiham olunub və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə haqqında ölüm hökmü çıxarılıb. Ölüm hökmü çıxarılan gün Moskvadakı Donskoy qəbiristanlığında güllələnib. 1954-cü il noyabrın 17-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarı ilə ölümündən sonra bəraət alıb.
Ruben Sanamyan
Ruben Sənəmyan (erm. Ռուբեն Սանամյան; 22 sentyabr 1976, Dilican) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrinin kapitanı, Ermənistanın Milli Qəhrəmanı. Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdir. 14 oktyabr 2020-ci il tarixində Sənəmyanın Qarabağ döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi məlumatı yayılmışdır. Lakin bu, daha sonra yalanlanmışdır. Ruben Sənəmyan 22 sentyabr 1976-cı il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-in Tavuş mərzinin Dilican şəhərində anadan olmuşdur. Ruben Sənəmyan 1995–1997-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin ön cəbhəsinin hərbi hissələrindən birində müddətli hərbi xidmət aparmışdır. O, 2006-cı ildən bəri Ermənistan Silahlı Qüvvələrində müqaviləli hərbi qulluqçudur. Ruben Sənəmyan 2012-ci ildə də Azərbaycan-Ermənistan sərhədində döyüşüb. Ruben Sənəmyan Tovuz döyüşlərində aktiv iştirak etmişdir.
Ruben Stepanyan
Ruben Qerasimoviç Stepanyan (29 dekabr 1902, Bakı — 8 mart 1984, Moskva) — erməni sovet bəstəkarı və dirijoru. 1961-ci ildə Ermənistan SSR-in əməkdar incəsənət xadimi adını qazanmışdır. 29 dekabr 1902-də Bakıda anadan olub. 1931-ci ildə İrəvan konservatoriyasını bitirmişdir. 1929—1935-ci illərdə İrəvanın Respublika radiosunun Kamera orkestrinin bədii rəhbəri və təşkilatçısı olmuşdur. 1930—1956-cı illərdə A.Spendiarovun adına musiqi məktəbin müəllimi idi. 1931—1940-cı illərdə R.Melikyanın adına simli kvartetin artisti olmuşdur. 1937—1965-ci illərdə A.Spendiarov adına erməni opera və balet teatrının dirijoru idi. 8 mart 1984-cü ildə Moskvada vəfat etdi. "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni Ermənistan SSR-in əməkdar incəsənət xadimi "Riqoletto" (1940) "Sevilya bərbəri" (1943) Donisetinin "Don Pasku ale" (1953) Tiqranyanın "Anuş" (1956) "Faust" (1958) Spendiarovun "Almast" (1959) Qevorkyanın "Kostyor" uşaq operası (1959) Ter-Qevondyanın "Anait" (1940) "Qu gölü" (1940) "Raymonda" (1941) Yegiazaryanın "Sevan" (1955) Oqanesyanın "Mərmər" (1957) Xaqaqosryanın "Sona" (1958) Будагян А. Г. Степанян Р. Г. // Музыкальная энциклопедия / под ред.
Ruben Sənəmyan
Ruben Sənəmyan (erm. Ռուբեն Սանամյան; 22 sentyabr 1976, Dilican) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrinin kapitanı, Ermənistanın Milli Qəhrəmanı. Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdir. 14 oktyabr 2020-ci il tarixində Sənəmyanın Qarabağ döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi məlumatı yayılmışdır. Lakin bu, daha sonra yalanlanmışdır. Ruben Sənəmyan 22 sentyabr 1976-cı il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-in Tavuş mərzinin Dilican şəhərində anadan olmuşdur. Ruben Sənəmyan 1995–1997-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin ön cəbhəsinin hərbi hissələrindən birində müddətli hərbi xidmət aparmışdır. O, 2006-cı ildən bəri Ermənistan Silahlı Qüvvələrində müqaviləli hərbi qulluqçudur. Ruben Sənəmyan 2012-ci ildə də Azərbaycan-Ermənistan sərhədində döyüşüb. Ruben Sənəmyan Tovuz döyüşlərində aktiv iştirak etmişdir.
Ruben Yanez
Ruben Yanez (Ornando Ruben Yanez Albart) — "Real Madrid"" futbol klubunun qapıçısı. Ruben Yanez 12 oktyabr 1993-cü ildə İspaniyanın Blanez şəhərində doğulub. 19 yaşı olanda "Real Madrid C" klubuna yazılıb. Buradan sonra "Real Madrid Kastilla" və ya "Real Madrid B"-də oynayıb. Nəhayət, 2015-ci ildə "Real Madrid"in əsas heyətinə qatılıb. Ruben İspaniya milli futbol komandasının heyətinə cəlb olunub və cəmi bir oyun keçirib.
Ruben Yanyes
Ruben Yanez (Ornando Ruben Yanez Albart) — "Real Madrid"" futbol klubunun qapıçısı. Ruben Yanez 12 oktyabr 1993-cü ildə İspaniyanın Blanez şəhərində doğulub. 19 yaşı olanda "Real Madrid C" klubuna yazılıb. Buradan sonra "Real Madrid Kastilla" və ya "Real Madrid B"-də oynayıb. Nəhayət, 2015-ci ildə "Real Madrid"in əsas heyətinə qatılıb. Ruben İspaniya milli futbol komandasının heyətinə cəlb olunub və cəmi bir oyun keçirib.
Rumen Radev
Rumen Georgiyev Radev (d. 18 iyun 1962; Dimitrovqrad, Bolqarıstan) — Bolqarıstanlı siyasi xadim. Bolqarıstanın 5-ci Prezidenti. Rumen Radev 18 iyun 1962-ci ildə Bolqarıstanın Dimitrovqrad şəhərində anadan olub.
Ruten Qaqloyev
Ruten Qaqloyev (12 (24) fevral 1888 – 19 iyul 1937, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı və şairi, mühəndis və ictimai xadim. oset. Музукк Сидæйнаг təxəllüsü ilə əsərlərini yazmışdır. Gələcəkdə Transqafqaz avtomagistralı olacaq Roki keçidindən keçən bir tuneli olan Zaramaq - Uanel yolunun bir hissəsinin layihəsi ona məxsusdur. 12 fevral 1888-ci ildə Sidan kəndində Cav dərəsindəki çoxuşaqlı Qıbi və Saba Qaqloyevlərin ailəsinə anadan olmuşdur. Dzau kəndində ibtidai məktəbi bitirdikdən sonra, Tiflisdəki 3-cü gimnaziyaya daxil olur. Gimnaziyanı gümüş medalla bitirir. Sonra gimnaziya direktorunun məsləhəti ilə 1906-cı ildə Mokovo Universitetinin Fizika və Riyaziyyat fakültəsinə daxil olur və burada üç il oxuyur. Sonra 1913-cü ildə mühəndis-mexanik dərəcəsi ilə bitirdiyi Moskva Ali Texniki Məktəbinin birinci kursuna daxil olur. Tələbə ikən ədəbi fəaliyyətlə məşğul olmağa başlayır.
Fumən
Fumən — İranln Gilan ostanında yerləşən şəhər, Fumən şəhristanının mərkəzi. == Əhali == Əhalisi 27,763, nəfər 7,728 ailədir.
Muğan
Yaşayış məntəqələri Muğan dairəsi — 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Muğan şahlığı Muğan (tarixi ərazi) Muğan mahalı — tarixi-coğrafi ərazilərdən biri. Muğan (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Muğan (kənd, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Muğan (qəsəbə, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində möbcud olmuş qəsəbə. Muğan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan (Karbi) — Karbi mahalında kənd. Muğan (Germi) Digər Muğan düzü — Azərbaycan Respublikasında düzənlik. Muğan Salyan FK — Azərbaycan Respublikasının Salyan rayonunda futbol klubu. Muğan (əsər) — Səməd Vurğunun poeması.
Rudan
Rudan — İranın Hörmüzgan ostanının şəhərlərindən və Rudan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,060 nəfər və 6,302 ailədən ibarət idi.
Rumın
Rumınlar — roman dilli xalqlardan biri, Rumıniya Respublikasının əsas əhalisidir. Moldovan dili daxil olmaqla rumın dilində danışanların sayı təxminən 23,500,000 nəfərdir.
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır. 1. Rafiq Gülmirzə oğlu Ağakişiyev 1964-22.04.1994 2. Qərib Mirzağa oğlu Məmmədov 1974-09.02.1993 3. Hidayət Əziz oğlu Mirzəyev 1943-05.03.1993 4. Ağasəf Ağaşirin oğlu Əmirov 1960-22.04.1994 5.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Urğun
Urğun - türk, anadolu və ltay xalq mədəniyyətində cin. Orgun və ya Vurğun da deyilir. Atəşdən yaradılmışdır. Tək ağacların altında, su sahillərində yaşayırlar. Həm yaxşısı, həm pisi ("müsəlmanı" və "kafiri") vardır. Qaranlıqdan sonra çıxarlar ortaya. İnsanı qaranlıq yerdə və ya sudan keçərkən vurur. Vurğun yemə deyilən bu cin vurmasına yakala adam bir müddət ölü kimi yatar. Və ya uzunca bir zaman kar və dilsiz gəzər. Vurğun vurma olaraq da adlandırılan bu narahatlıq çox təhlükəlidir.
Ruan
Ruan — Fransanın şimalında şəhər və liman. Şəhər Sena çayı sahilində yerləşir və dənizkənarı Sena departamentinin inzibati mərkəzidir. Əhalisi 541 410 (2007) nəfərdir. Ruan XI əsrdən toxuculuq, XVI əsrdən isə manufaktura sənayesi mərkəzi idi. Memarlıq abidələri: Notr-Dam, Sent-Uen, Sen-Maklu kilsələri, Burteruld oteli (1501-1537), Ədliyyə sarayı (1508-1509), ağacdan yaşayış evləri (XVI əsr) və s. Şəhərdə zərif sənətlər və keramika muzeyi var. Ruan qallara məxsus qədim yaşayış məskəninin yerində salınmışdır. E.ə. I əsrdə romalılar, V əsrin sonunda isə franklar şəhəri işğal etmişlər. 911-ci ildə Normandiya hersoqluğunun paytaxtı olmuş, 1150-ci ildə isə özünüidarə hüququ almışdır.
Fumən şəhristanı
Fumən şəhristanı (fars. شهرستان فومن‎) — İranın Gilan ostanının 16 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Fumən şəhəridir.
Gavurarx (Muğan)
Gavurarx — Güney Azərbaycan ərazisindən Quzey Azərbaycan ərazisinə qədər uzanan və Atropatena dövrünün yadigarı olan qədim arx. Arxın adı bir çox tarixi mənbələrdə xatırlanır. T. Bəhrami "Əkinçilik mədəniyyəti" adlı əsərində yazır: "Muğanda görünməkdə olan bir arx Gavurarx adı ilə məşhurdur. Daha doğrusu Gavurların arxı. Bu arx qədimdə Muğan atəşpərəstləri tərəfindən çəkilmişdir. Muğanı Arazın suyu ilə bu arx vasitəsilə suvarırmışlar. Gavurarxın hal hazırda dolmasına baxmayaraq onun nişanələri hələ də qalmaqdadır." Güney Azərbaycanda arxın uzunluğu 100 kilometrdən artıqdır. Teymur Bünyadov yazır ki, Gavurarx adı yəqin ki, ona İslamın qəbulundan sonra verilmişdir. Şəmsəddin Saminin fikrincə Gavurarxın adındakı gavur sözü "gəbr" sözündən törəmədir və gavur atəşpərəst deməkdir. T. Bünyadov bildirir ki, ola bilsin ki, arxın çəkilməsində farsların hansısa rolu olmuşdur və yerli türk əhali də ona görə bu arxı Gavurarx adlandırmışdır.
Kelli Rulon
Kelli Rulon (d. 16 avqust 1984) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kelli Rulon, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Kelli Rulon, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Kusən (Askın)
Kusən (başq. Күсән, rus. Кучаново) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kulyuçi kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 22 km, kənd sovetliyindən (Kulyuçi): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 127 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (82%) üstünlük təşkil edir.
Muğan (Biləsuvar)
Muğan (kənd, Biləsuvar)
Muğan (Cəlilabad)
Muğan (əvvəlki adı: Svetlaya Zarya) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Svetlaya Zarya kəndi Muğan kəndi, Svetlaya Zarya kənd inzibati ərazi dairəsi Muğan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Kənd düzənlik ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2018 nəfər əhali yaşayır.
Muğan (Germi)
Muğan (fars. مغوان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 518 nəfər yaşayır (113 ailə).
Muğan (Hacıqabul)
Muğan — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zəngilan rayonu, Cəlilabad rayonuvə digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[mənbə göstərin] Muğan Yuxarı Şirvan kanalının sahilində yerləşir. Kənd Hacıqabul rayon mərkəzindən 13 km və Bakıdan 126 km məsafədə yerləşir. Kənddən Bakı-Ələt-Tbilisi beynəlxalq yolu keçir. Kənddə dəmir yolu stansiyası var.
Muğan (düzənlik)
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
Muğan (Üçkilsə)
Muğancıq, Muğan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin adı sonralar Muğan kimi rəsmiləşdirilimişdir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, 1728-ci il mənbələrində Muğanlı kimi, Qafqazın 5 verstlik xəritəsində Muğancıq kimi qeyd edilmişdir. Toponim muğanlı türk etnonimi əsasında formalaşmışdır. Muğancıq muğan və Azərbaycan dilində kiçilmə mənası bildirən -cıq şəkilçisindən ibarətdir. «Kiçik Muğanlı» mənasını ifadə edir. Muğanlılar Muğan düzündə yaşamış türk dilli Azərbaycan tayfalarının ümumi adıdır. Sonralar muğanlıların bir hissəsi şahsevən türk tayfasının tərkibinə daxil olmuşdur. Etnotoponimdir.
Muğan (əsər)
Muğan — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun müəllifi olduğu poema. Əsər 1948-ci ildə yazılıb. Poemanın süjet xəttini Muğan düzündə böyük tikinti təşkil edir. Əsər lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır. Əsər romantika ilə dolu nəğmələr şəklində yazılıb. On doqquz nəğmədən ibarətdir. Səməd Vurğunun "Muğan" poeması Azərbaycanın təbiətinə həsr olunmuş ən gözəl poemalarından biridir. Muğan" poeması gecə-gündüz çalışan insanları tərənnüm edir. Ötən əsrin 20–30-cu illərində Muğanda başlanan təsərrüfat işləri, 40-cı illərdə Bozdağan ətəyinin yarılaraq Kür üzərində Mingəçevir su anbarının tikilməsi, buradan Muğana kanalın çəkilməsi, Muğanda pambıqçılığın inkişafı, kəndlərin abadlaşması əsərdə Vurğun ruhu ilə təsvir olunub. Hər nə qədər dövrün siyasi-ideoloji rənglərini daşısa da, şair ömrünün iki ilinə (1948–49) başa gələn poema Muğana həsr olunmuş poetik abidədir.
Muğan Babazanlı
Muğan Babazanlı abidələri — Azərbaycanın Salyan rayonu ərazisində yerləşən arxeoloji abidə. Bu yaşayış məskəni Ələt-Astara magistral yolunun tikintisi zamanı aparılan qazıntılar zamanı aşkarlanıb. Dörd hektara yaxın ərazini əhatə edən yaşayış məskəni Salyan rayonunun Çuxanlı və Şorkənd kəndləri ərazisində Babazənən adlı dağın ərazisində yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya qrupu qədim yaşayış məskənində araşdırmalar aparıb. İlkin nəticəyə görə, bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu tapıntının unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir tapılıb. Bunların arasında həm uşaq, həm də böyüklərə aid qəbirlər var. İnstitutun professoru, arxeoloq Arif Məmmədov bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən küp qəbirlərdən birinin üzərində şamanizmlə bağlı təsvirlər verilib. apılan saxsı qabların üzərindəki işarələr sənətkarlar arasında ixtisaslaşmanın mövcudluğunu və burada məskunlaşmanın qədimliyini təsdiq edir.
Muğan FK
Muğan futbol klubu Salyanda yaranmışdır. İlk adı "NBC" olmuşdur. Komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib. Klubun təsisçilərinin qərarı ilə Muğan FK Futbol üzrə Azərbaycan çempionatının 2011-2012-ci futbol mövsümündə adını dəyişdirərək, Rəvan FK adı ilə Bakı şəhəri Bayıl qəsəbəsinin təmsilçisi olaraq fəaliyyətini davam etdirmişdir. Prezident: Surxay Əhmədov Vitse-prezident: Yaşar Məmmədov Transfer işləri üzrə vitse-prezident:Bəhruz Şirəliyev Mətbuat katibi: Rövşən Abdullayev Komandanın bayrağı müasirliyi ifadə edən tünd qırmızı, saflıq və paklıq rəmzi sayılan ağ rənglərdən ibarətdir. Qırmızı eyni zamanda rənglər arasında ən çox nəzərə çarpan, daima göz önündə olan güc, qüdrət, aktivlik və enerji rəngidir. Komandanın loqosunda həmçinin eyni rəngləri müşahidə etmək olar. Loqoda simvolik olaraq maral təsvirləri əks olunmuşdur. Maral cəldliyin çevikliyin, sürətin və cürətin rəmzidir.
Muğan Gəncəli
Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan Gəncəli kəndi Kür çayı sahilində yerləşir. Kənd bir növ yarımadanı xatırladır. Üç tərəfindən Kür çayı ilə əhatə olunub. Bu hissə yerlilər tərəfindən Bucaq adlanır. Qalan hissə isə Bülbülə adlanır. Çayın kəndi əhatə etməsi qədimdə insanların burada yerləşmə səbəblərindən biri kimi qiymətləndirilir. Qədim qəbristanlığı var. Məzarlığın orta hissəsində Məşhur Seyid Mirağababanın məzar-ziyarətgahı yerləşir. Kəndin yaranma tarixi XV-XVI əsrlərə aid edilir.[mənbə göstərin] Qonşu kəndlər: Salmanlı, Çiçəkli, Cəngən.
Muğan Məmmədov
Məmmədov Elman Hüseynəli oğlu (1942, Leninkənd, Laçın rayonu – 27 fevral 1985, Bakı) — alim, fizika-riyaziyyat elmlər namizədi 1942-ci ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuşdur. 1962–1967-ci illərdədə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil almış, ali məktəbi Fərqlənmə diplomu ilə bitirdikdən sonra Universitetin Elmi Şurasının qərarı ilə aspiranturada saxlanılmışdır. T. Şevçenko adına Kiyev Dövlət Universitetinin fizika üzrə aspiranturasında təhsilini davam etdirmiş, fizika elminin müasir problemlərindən biri olan "Plazmanın Nəzəri Problemləri" mövzusunda elmi işlə məşğul olmuşdur 1971-ci ildə aspiranturanı vaxtından əvvəl bitirmiş və həmin ildə "Məhdud Plazma-Elektron Seli Sistemi Dayanıqsızlığının Tədqiqi" mövzusunda elmi iş müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi adı almışdır. 1969–1970-ci illərdə Xarkov Hərbi Radiotexnika Akademiyasında Xüsusi hərbi xidmətdə olmuşdur. 1971-ci ildə xüsusi təyinatla Azərbaycan Dövlət Universitetində elektronika kafedrasına müəllim təyin olunmuş, sonrakı illərdə "Atom və Molekulaların Kvant Mexanikası" kafedrasının assistenti, 1976-cı ildə baş müəllimi, dosenti olmuşdur. 1976–1977-ci illərdə Almaniya Federativ Respublikasında RDUR Universitetində, Plazma Nəzəriyyəsi inistitunda işləmiş, orada işlədiyi vaxt, Almaniya, İngiltərə, Çexoslovakiya və ABŞ alimləri ilə iş birliyi quraraq dörd elmi əsərin müəlifi olmuşdur. Muğan Məmmədov 33 elmi əsərin və "Plazma Fizikası va Onun Tətbiqi prespektivləri" adlı kitabın müəllifidir. O, Azərbaycanda plazma fizikası ilə məşğul olan ilk alimlərdən biridir. 27 fevral 1985-ci ildə vəfat etmişdir.