Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sövməə
Sövməə (Çaroymaq)
Sönməz
Sönməz — türk soyadı, təxəllüs. Kərim Məşrutəçi Sönməz — İranın nüfuzlu qələm sahiblərindən. Damla Sönməz — Türkiyə aktrisası.
Damla Sönməz
Damla Sönməz (3 may 1987, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Damla Sönməz 3 may 1987-ci ildə İstanbulda anadan olub. Məktəbdə oxuyarkən "Müjdat Gezen Sənət Mərkəzi"ndə teatr kursuna gedən Sönməz, fransız məktəbinin məzunu olduqdan sonra Sarbonnada bir il dramaturgiya üzrə oxumuş, lakin o səhnədə olmaq istədiyi üçün oxuduğu bölməni buraxıb ölkəyə geri dönmüşdür. Bir neçə ay əvvəl də təqaüdlə oxuduğu Yeditepe Universitetinin teatr fakültəsinin məzunu olmuşdur. Hal-hazırda təhsilini Yeditepe Universiteti Teatr fakültəsində davam etdirməkdədir. Sönməzin təhsili bunlarla məhdud deyil. Damla Sönməz həm də Mimar Sinan Universiteti Dövlət Konservatoriyasında qiyabi olaraq 2 il skripka, 1 il piano təhsili almışdır. Dünyada məsləyi ilə əlaqədar nələr olub-olmadığıyla da maraqlanır, ABŞ və İngiltərədə də teatr işlərinə qatılır. Çünki ona görə bu peşə yeniliklərə açıq olmağı tələb edir, səbəblərini də belə açıqlayır: "Bir obrazı oynamağınız üçün onu çox yaxşı tanımış və başa düşmüş olmağınız lazımdır. İnsanları daha çox qəbul etməyə, kimin nəyi niyə etdiyini, həyatdakı seçimlərini anlamağa çalışıram." Bəs Sönməz hər kəslə asan ünsiyyət qurub dost olurmu?
Nurəddin Sönməz
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Sökmən bəy
Müinəddövlə Sökmən bəy (1098-1104) – Artuqlu sülaləsindən Türk sərkərdəsi və hökmdarı. Atası Artuq bəyin 1091-ci ildəki ölümünden sonra Böyük Səlcuq İmperiyası tərəfindən Qüds valiliyi Sökmən bəyə verildi. Sökmen bəy avqust 1096-cı ilədək bu vəzifədə qaldı. 1098-ci il və 1104-cü illər arasında Artuqlu bəyliyinin bir qolu olan Sökmənoğullarının qurucusu olaraq Hasankeyf bəyliyini idarə etdi. May 1104-cü ildə Harranı mühasirə edərək Mosul yönündə irəliləmək surətiylə Bağdadı fəth etmək isteyen səlibçilər tərəfindən idarə olunan Urfa qaraflığının qrafları Baudouin du Bourg və Josselin de Courtenayni Harran döyüşündə (Belih çayı döyüşü) ağır bir məğlubiyyətə uğratdı və əsir etdi. Oktyabq 1104-cü ildə Şam yaxınlarındaki Karyateyndə öldü.
Sönməz Hüseynov
Sövməə (Heris)
Sövməə (fars. صومعه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (42 ailə).
Sövməə (Kəleybər)
Sövməə (fars. صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 13 nəfər yaşayır (5 ailə). 1940-cı illərin sonlarında 37 nəfərlik əhaliyə sahib idi. Əhalisi Güney Azərbaycanın başqa bölgələri kimi yerli Azərbaycan türklərindən ibarətdir.
Sövməə (Marağa)
Sövməə (fars. ‎‎صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (71 ailə).
Sövməə (Çaroymaq)
Sövməə (fars. صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (17 ailə).
Sövməə (Əcəbşir)
Sövməə (fars. صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 374 nəfər yaşayır (71 ailə).
Sövməə (Əhər)
Sövməə (fars. صومعه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (18 ailə).
Sövməə Sara
Sövməə Sara — İranın Gilan ostanında yerləşən şəhər. Sövməə Sara əhalisinin çoxluğunu giləklər və talışlar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 36,522 nəfər yaşayır (10,070 ailə).
Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvü. Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C.Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib. Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub. 1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib. Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib. Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.
İhsan Sökmən
İhsan Lətif Sökmən (1873, Konstantinopol – 27 dekabr 1955, İstanbul), türk əsgəri və siyasətçisi. İhsan Lətif Sökmən 1873-cü ildə İstanbulda anadan olmuşdur. 1895-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Osmanlı-Yunan müharibəsində və Balkan müharibələrində iştirak etmişdir. Afinada Hərbi Attaşe, Yəmən Ordusu Korpusu Baş Qərargah rəisi, Edremit Diviziya Komandiri və Muş Diviziya Komandiri vəzifələrində çalışıb. Birinci Dünya Müharibəsi başlayanda Qafqaz Cəbhəsindəki 9-cu Ordu Korpusu Komandiri vəzifəsini icra edərkən, 22 dekabr 1914-cü ildə Sarıqamış Döyüşündə Rus Ordusu tərəfindən əsir düşdü və Sibirə sürgün edildi. 1915-ci ilin mayında Sibirdən qaçmağı bacardı və 1915-ci ilin sentyabrında Çin, Yaponiya, ABŞ və Yunanıstan vasitəsilə İstanbula döndü. 1915-ci ilin oktyabrında təqaüdə çıxdı. İstanbul Şəhr-əmanəti Yeniköy Bələdiyyə Başçısı və Pursaklar Müfəttişi vəzifələrini icra etdi. 1919-cu ildə həqiqi hərbi xidmətə qayıtdı.
Sexmet
Sexmet (/ˈsɛkˌmɛt/ və ya Şaxmis /ˈsækmɪs/, digər orfoqrafiyalarda — Səxmet, Səxət, Saxet, qibt. Ⲥⲁⲭⲙⲓ) — Şəfa və döyüşçü ilahəsi. O, aslan kimi təsvir edilmişdir. O, fironların qoruyucusu kimi təqdim olunur və onları müharibədə yönləndirirdi. Öləndən sonra Sexmet onları ölümdən sonrakı həyata daşıyaraq qorumağa davam etdi. Sekhmet günəş tanrısıdır, bəzən Ra qızı adlanır və tez-tez Hathor və Bastet ilahələri ilə əlaqələndirilir. O, onu Wadjet və royalti ilə əlaqələndirən Uraeus və günəş diski taxır. Sekhmet günəş tanrısı Ra'nın qızı idi və Ra'nın gücünün intiqamçı təzahürü olan Ra'nın Gözü kimi çıxış edən ən əhəmiyyətli ilahələrdən biri idi. Sekhmetin odla nəfəs aldığını deyirdilər və nəfəsini səhranın isti küləklərinə bənzədirdilər. O, həm də xəstəliklərdən qorunmağa çağırıldığı halda, epidemiyalara səbəb olduğuna inanılırdı (onları xidmətçiləri və ya elçiləri adlandırırdılar).
Aşağı Sövməə (Marağa)
Aşağı Sövməə (fars. ‎‎‎صومعه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,713 nəfər yaşayır (296 ailə).
Aşıq Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C. Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib. Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub. 1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib. == Aşıqlıq fəaliyyəti == Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib. Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.
Kərim Məşrutəçi (Sönməz)
Kərim Məşrutəçi (1928, Təbriz) — İranın nüfuzlu qələm sahiblərindən. "Sönməz" təxəllüsü ilə yazdığı əsərlərlə oxuculara daha yaxşı tanış olan naşir. == Həyatı == 1928-ci ildə Təbrizdə doğulub. == Yaradıcılığı == 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Kərim Məşrutəçi Sönməz
Kərim Məşrutəçi (1928, Təbriz) — İranın nüfuzlu qələm sahiblərindən. "Sönməz" təxəllüsü ilə yazdığı əsərlərlə oxuculara daha yaxşı tanış olan naşir. == Həyatı == 1928-ci ildə Təbrizdə doğulub. == Yaradıcılığı == 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Sövməə-Səra şəhristanı
Sövməə-Səra şəhristanı (Farsca: شهرستان صومعه‌سرا) — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir.
Sövməə Dil (Vərziqan)
Sövməə Dil (fars. صومعه دل‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,369 nəfər yaşayır (321 ailə).
Sövməə Sara şəhristanı
Sövməə-Səra şəhristanı (Farsca: شهرستان صومعه‌سرا) — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir.
Sövməə Zərrin (Sərab)
Sövməə Zərrin (fars. صومعه زرين‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (15 ailə).
Yuxarı Sövməə (Marağa)
Yuxarı Sövmayə (fars. صومعه عليا‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (133 ailə).
Həsən Basri Sönməz
Həsən Basri Sönməz (1974, İsparta ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Həsən Basri Sönməz 1974-cü ildə İsparta ilinin Yalvaç ilçəsində anadan olub. İsparta Tətbiqi Elmlər Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. İş adamı olaraq çalışıb. Ailə peşəsi olan dəri sənayesində, həmçinin xaricdə turizm, qida və inşaat sahələrində çalışıb. 2023-cü ildə MHP namizədi olaraq İsparta ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Sorex
Qonurdiş (lat. Sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinə aid heyvan cinsi.
Tomex
Litsea (lat. Litsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Nurettin Sönmez
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Somxet bәnövşәsi
Somxet bәnövşәsi (lat. Viola somchetica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Hündürlüyü 15 sm-ə qədər, gövdəsiz, çılpaq və yaxud az tüklü, kökümsovları qısa, qalıntəhər olan çoxillik ot bitkisidir. Yarpaqları qismən uzun saplaqlıdır. Yumurtaşəkilli və yaxud yumurtavari-üçbucaq, bəzən üçbucaq formadadır, qaidə hissəsində adətən dərin oyuqludur, kənarları dairəvi-dişli, uc hissədə küttəhər və ya sivriləşmişdir, çılpaq və ya çox xırda tükləri olduğuna görə kələkötürdür. Çiçəkləri uzun saplaq üzərindədir, iki ensiz xətli-neştərvari çiçəkaltlığı vardır, ətirlidir, tünd-qırmızı rəngdədir. Qutucuq uzunsovdur, kütdür, çılpaqdır və uzunluğu 6-11 (12) mm-dir. May-iyul aylarında çiçəkləyir, iyul-avqst aylarında meyvə verir. BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal. - subalp və alp qurşaqlarında.
Görkəmli şoumen
"Görkəmli şoumen" (ing. The Greatest Showman) — 2017-ci ildə çıxarılmış ABŞ musiqili tarixi dövr dramı. Maykl Qreysinin Cenni Biks və Bill Kondonun ssenarisi əsasında çəkdiyi filmdə Hyu Cekman, Zak Efron, Mişel Vilyams, Rebekka Ferqünson, Zendaya və başqa aktyorlar rol almışlar. Filmin hekayəsi F.T. Barnum tərəfindən “Barnum & Bailey Sirki”nin yaradılmasından ilhamlanmışdır. Filmin əsas çəkilişlərinə 2016-cı ilin noyabrında Nyu-Yorkda başlanılmış, premyerası isə 8 dekabr 2017-ci ildə “RMS Queen Mary 2” okean laynerinə baş tutmuşdur. ABŞ-da film, sirkin fəaliyyətini dayandırmasından yeddi ay sonra, 20 dekabr 2017-ci ildə çıxarılmışdır. “Görkəmli şoumen” əsasən qarışıq rəylər almış, tənqidçilər aktyorların ifasını (xüsusilə Cekmanı), musiqi və istehsalı tərifləmiş, lakin, bəzi tənqidçilər onu “süni ruhlandırıcı və dərin olmayan” adlandırmışlar. 75-cı Qızıl Qlobus mükafatının təəqdim edilməsi mərasimində film Ən yaxşı bədii film — Myuzikl və ya komediya, Ən yaxşı aktyor – Myuzikl və komediya (Cekman) və Ən yaxşı orijinal mahnı ("This Is Me") nominasiyalarında mükafata namizəd göstərilmiş və sonuncu nominasiyada mükafatı qazanmışdır. == Məzmunu == Fineas Teylor Barnum və atası Hallett ailəsi üçün çalışırlar. Azyaşlı Barnum ailənin qızı Çeriti Halletlə zarafat edir; bunu görən atası Barnuma şillə vurur, Çeritini isə otaqdan qovur.
Tayfur Sökmen
Tayfur Sökmen (1892, Adana - 3 Mart 1980) 1892-ci ildə İstanbulda anadan olan türk siyasətçi və hərbçidir. O, Hatayın müstəqillik mübarizəsinin lideri kimi tanınır. Onun Hatayın Türkiyəyə qoşulmasında mühüm rolu olub. Tayfur Sökmen 1911-ci ildə Hərbi Akademiyanı bitirib. Balkan müharibələri və I Dünya Müharibəsi illərində Osmanlı Ordusunda xidmət etmişdir.Qurtuluş savaşında da müxtəlif cəbhələrdə vuruşub. Birinci Dünya Müharibəsindən sonra Hatay fransızlar tərəfindən işğal edildi. Tayfur Sökmen Hatayın müstəqilliyi uğrunda mübarizəyə başladı. 1932-ci ildə Hatay Millət Məclisinə deputat seçildi. O, parlamentdə Hatayın müstəqilliyi üçün intensiv iş apardı. Hatay Dövləti 1937-ci ildə qurulub.
Monodelphis sorex
Monodelphis sorex (lat. Monodelphis sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Somer Sivrioğlu
Somer Sivrioğlu (25 may 1971, İstanbul) - Türk aşpaz, restoran meneceri və server. 1971-ci ildə İstanbulda anadan olan Somer Sivrioğlu, 1996-cı ilə qədər Türkiyədə qaldı. Bilkent Universiteti Turizm və Qonaqpərvərlik Bölməsini bitirib, sonra magistr dərəcəsini tamamladı və 25 yaşında olarkən 1995-ci ildə magistr dərəcəsi və akademik karyerasını davam etdirmək üçün Avstraliyaya getdi. Aşpaz karyerasına ilk addımı Avstraliyada magistr dərəcəsi alarkən atdı. Restoranlarda menecer işlədikdən sonra Sidneydə menyusunda Türk ləzzətləri olan öz restoranını açdı. MasterChef, Avstraliyada qonaq hakim idi. 2015-ci ildə David Dale ilə birlikdə yazdığı Anadolu: Türk Mətbəxindəki Bir Macera kitabı nəşr olundu. 2018-ci ildən bəri TV8 kanalındaki "MasterChef" kulinariya proqramının münsiflər heyətində xidmət göstərir. 2001-ci ildə Aslı Sivrioğlu ilə evlənən Somer Sivrioğlu, 2 uşaq atasıdır və 2019-cu ildə ərindən boşandı.
Someş çayı
Someş çayı — Rumıniyanın şimal-qərbində yerləşir, Macarıstanda Titsa çayının sol qoludur. Mənbəyi Someşul Mare çayı da daxil olmaqla, çayın uzunluğu 415 kilometrdir. Macarıstan ərazisindən 50 km məsafədə axır. Someş çayı Rumıniyada uzunluğuna görə beşinci çaydır. Çayın hövzəsi Mikada Dej, Someşul Mare və Someşul Mic çaylarının təxminən 4 km yuxarı hissələrinin birləşməsindən formalaşır. Someşul Mic çayı Apuseni dağlarından və Rodna dağlarında Someşul Mare bulağından başlayır.