SOXMAQ

f.
1. Bir şeyin altına, içərisinə, arasına və ya dalına qoymaq, daxil etmək; dar bir yerin içinə qoymaq. Parçanı dolaba soxmaq.
[Qız] məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. M.S.Ordubadi.
Döşəyini söküb paketi yunların arasına soxdu. H.Nəzərli.

// Zorla soxmaq, dürtmək.
Dadaşım məni qalağın içinə soxandan sonra özü də başını uzatdı içəri… C.Məmmədquluzadə.

□ Özünü soxmaq – zorla girməyə çalışmaq, özünü təpmək, dürtmək, girmək, soxulmaq.
Bir bəhanə gətirməklə özünü o arvad, qız olan məhəlləyə soxardı. R.Əfəndiyev.
[Gülsüm] birtəhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir sacı başına çəkdi. Çəmənzəminli.

2. Salmaq.
Əlimi hinə soxub suyun içindən cücələrin cəmdəklərini bir-bir çıxartdım. A.Şaiq.
[Əşrəf] əlini sürətlə cibinə soxaraq təhdidamiz: – Musa! – qışqırdı. H.Cavid.

3. Batırmaq, saplamaq, keçirmək. Elə bil qıçıma şiş soxdular.
4. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: baş soxmaq, gözə soxmaq, burun soxmaq.

Синонимы

  • SOXMAQ dürtmək — basmaq — qoymaq — tıxamaq — pərçimləmək — yerləşdirmək — təpilmək — girdirmək — batırmaq — sancmaq — girmək

Антонимы

  • SOXMAQ SOXMAQ – ÇIXARTMAQ Əlini küpəyə soxub çıxartdı (“Ulduz”)

Этимология

  • SOXMAQ Sıxmaq, qısmaq, kəsmək kimi sözlərlə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SOXMA
SOXULCAN

Значение слова в других словарях

зла́чный кени́ец недовари́ться по ме́ре подзвёздный шуру́пчик ветви́стость двояковы́пуклый дремо́та захомута́ть поясни́ть размежева́ть секре́тно тпру́кать бирич hurricane hunter jet-lag mitoses parabases stilbite visible лопотать малоподвижный словопроизводный фельдфебельский