Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağcaqışlaq-i Süfla
Ağcaqışlaq-i Süfla (fars. اغچه قشلاق سفلي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (12 ailə).
Adəmdərəsi-i Süfla (Germi)
Adəmdərəsi-i Süfla (fars. ادام دره سي سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 35 nəfər yaşayır (10 ailə).
Andarud-i Süfla (Miyanə)
Andarud-i Süfla (fars. اندرودسفلي‎) və ya Aşağı Andarud — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (31 ailə).
Ayğırçəmən-i Süfla (Bostanabad)
Ayğırçəmən-i Süfla (fars. ايقرچمن سفلي‎) və ya Aşağı Ayğırçəmən — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (9 ailə).
Abi-i Süfla (Xudabəndə)
Abi-i Süfla (fars. ابي سفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,768 nəfər yaşayır (400 ailə).
Ani-i Süfla (Germi)
Ani-i Süfla (fars. اني سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 550 nəfər yaşayır (104 ailə).
Armudlu-i Süfla (Əhər)
Yuxarı Armudlu (fars. ارمدلوسفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (4 ailə).
Atmiyan-i Süfla (Sərab)
Atmiyan-i Süfla (fars. تميان سفلي‎) və ya Aşağı Atmiyan - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Ağbulaq-i Süfla (Meşkinşəhr)
Ağbulaq-i Süfla (fars. اغ بلاغ سفلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkinşəhr şəhərindən 48 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 54 nəfər yaşayır (11 ailə).
Ağbulaq-i Süfla (Xoy)
Ağbulaq-i Süfla (fars. اق بلاغ سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Səkmənabad kəndistanında, Xoy şəhərindən 55 km şimal-qərbdədir.
Ağqabaq-i Süfla (Pərsabad)
Ağqabaq-i Süfla (fars. اق قباق سفلي‎) və ya Aşağı Ağqabaq — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 872 nəfər yaşayır (159 ailə).
Ağçay-i Süfla (Nir)
Ağçay-i Süfla (fars. اق چاي سفلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 207 nəfər yaşayır (38 ailə).
Ağılbəy-i Süfla (İcrud)
Ağılbəy-i Süfla (fars. اغلبيك سفلي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 930 nəfər yaşayır (229 ailə).
Bayat-i Süfla (Miyanə)
Bayat-i Süfla (fars. بيات سفلي‎) və ya Aşağı Bayat — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 391 nəfər yaşayır (89 ailə).
Ebli-i Süfla
Ebli-i Süfla (fars. ابلي سفلي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (27 ailə).
Gəzvar-i Süfla
Gəzvar-i Süfla (fars. گزورسفلي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (14 ailə).
Kalistan-i Süfla
Kalistan-i Süfla (fars. كلستان سفلي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 261 nəfər yaşayır (63 ailə).
Sövməəyi-Süfla (Miyanə)
Sövməəyi-Süfla (fars. صومعه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 186 nəfər yaşayır (45 ailə).
Sərtiyük-i Süfla
Sərtiyük-i Süfla (fars. سرتيوك سفلي‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Xərəqan-i Süfla
Xərəqan-i Süfla (fars. خرقان سفلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 67 nəfər yaşayır (20 ailə).
Çurə-i Süfla
Çurə-i Süfla (fars. چوره سفلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.
Üçgəz-i Süfla
Üçgəz-i Süfla (fars. اوچغازعليا‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 821 nəfər yaşayır (175 ailə).
Əlhəşim-i Süfla
Alhaşim - İranın Ərdəbil ostanında kənd.. Xalxal şəhristanının Mərkəzi bölgəsinin Xan-Ərdəbil kəndistanında, Xalxal şəhərindən 8 km cənubda, Xalxal - Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir.
Əstindar-i Süfla
Əstindar-i Süfla (fars. استين درسفلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 56 nəfər yaşayır (15 ailə).
Bağcığaz-i Süfla (Miyanə)
Bağcığaz-i Süfla (fars. باغچغازسفلي‎) və ya Aşağı Bağcığaz — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (7 ailə).
Borc-i Süfla (Həştrud)
Borc-i Süfla (fars. برج سفلي‎) və ya Aşağı Borc — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 249 nəfər yaşayır (48 ailə).
Bozca-i Süfla (Pərsabad)
Bozca-i Süfla (fars. بوزچه سفلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 323 nəfər yaşayır (63 ailə).
Burunqışlaq-i Süfla (Germi)
Burunqışlaq-i Süfla (fars. برون قشلاق سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (10 ailə).
Bürran-i Süfla (Pərsabad)
Bürran-i Süfla (fars. بران سفلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 649 nəfər yaşayır (121 ailə).
Bərdərəş-i Süfla (Xoy)
Bərdərəş-i Süfla (fars. بردرش عليا‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Bəşirli-i Süfla (Germi)
Bəşirli-i Süfla (fars. بشيرلوي سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Camışölən-i Süfla (Meşkinşəhr)
Camışölən-i Süfla (fars. جاموش اولن سفلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (18 ailə).
Coğanab-i Süfla (Kəleybər)
Cığanab-i Süfla (fars. جغناب سفلي‎) və ya Aşağı Cığanab - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (29 ailə).
Cuğul-i Süfla (Həştrud)
Cuğul-i Süfla (fars. جغل سفلي‎) və ya Aşağı Cuğul— İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 219 nəfər yaşayır (47 ailə).
Dəlayir-i Süfla (Xudabəndə)
Dəlayir-i Süfla (fars. دلايرسفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (129 ailə).
Vedi-Sufla
Kiçik Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən «kiçik» sözü ilə ərəb dilində «çöl, səhra», «məkan, yer» mənasında işlənən "vadi" sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Pokr Vedi (Pokr kiçik deməkdir) formasında rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 639 nəfər, 1886-cı ildə 599 nəfər, 1897-ci ildə 971 nəfər, 1904-cü ildə 960 nəfər, 1914-cü ildə 1056 nəfər, 1916-cı ildə 1034 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş, 1918-1919-cu illərdə Türkiyənin Şadax, Bolu və Moks vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256 nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni yaşamışdır.
Sufle
Sufle (fr. Soufflé) —18-ci əsrə aid fransız şirniyyat növü.Sufle sözü fransızca "üfürmək", "şişirmək" mənalarını ifadə edən "souffler" feilindən yaranmışdır. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert olaraq təqdim oluna bilər. Suflenin bir çox növü vardır.
Suflu
Suflu (fars. صوفلو‎) və ya Sofulu — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (58 ailə).
Suyla
Suyla – türk və altay mifologiyasında qədər ilahı. Su ilə günəş və ayın işığından yaradılmışdır. At gözlü, qartal dimdikli, eşşək qulaqlı və ilan saçlıdır. Toğurtka (ağacdələn) quşu ongunudur. Bu quş Tanrının elçisi olaraq qəbul edilir. Ülgene qurbanların ruhunu çatdırar. İnsanların həyatlarını yoxlayır, bir dəyişiklik olduqda Ülgene bildirir. İki dili vardır. Ümumiyyətlə Qarluq Xan ilə birlikdə görülər. Şamanın Ülgene qurban aparma səfərində köməkçi olar və onu pis ruhların hücumundan qoruyur.
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Luçi Sulla
"Luçi Sulla" ( it. Lucio Silla Lucio Silla ) — musiqili dram (it. dramma per musica ), V.A. Motsartın operası, J. da Gamerra'nın librettosu. P. Metastasio tərəfindən redaktə edilmişdir. Premyerası: 26 dekabr 1772-ci il Milan, Reggio Ducale Teatrında baş tutmuşdur. Lutsi Korneli Sulla eramızdan əvvəl 138–78-ci illərdə yaşamış Roma diktatorudur. Eyni zamanda I.K.Bax və P. Anfossinin eyni adlı operalarının qəhrəmanı olmuşdur. == Süjet == Motsartın əsərinin əsası İtalyan opera seriyasına xas olan məcburiyyət və hisslərin ziddiyyətindən götürülmüşdür.. Baş qəhrəman Luçi Sulla, Senator Cecilionun nişanlısını əlindən alıb özünü isə Romadan qovur. O, geri qayıdaraq qızın namusu uğrunda mübarizəyə başlayır.
Suvla körfəzi
Suvla körfəzi — Egey dənizinin Gelibolu yarımadası ətrafında və Saros körfəzinin cənubunda yerləşən bir körfəzdir. Çanaqqala Quru Əməliyyatları baxımından tarixi əhəmiyyətli bir yerdir.
Sula (Nəmin)
Sula (fars. سولا‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 576 nəfər yaşayır (146 ailə).
Sula adaları
Sula adaları — Malay arxipelaqına daxil olan adalar qrupu. Sulavesi adasından şərqdə yerləşir. Ərazisi 4800 km²-dir. Əsas adaları: Taliabu, Manqole, Sanana. Ən hündür zirvəsi 1157 metr olan zirvə Taliabu adasında yerləşir. Ərazisi əsasən qranit, qum və əhəngdaşından ibarətdir. İqlimi ekvatorialdır, il ərzində 1700-3000 mm yağıntı düşür. Rütubətli həmişəyaşıl meşələrə sahibdir. Tropik əkinçilik yayılmışdır. == İstinadlar == == Ədəbiyyat == Беларуская энцыклапедыя: У 18 т.
Sula bassana
Şimal oluşası (lat. Morus bassanus) — morus cinsinə aid quş növü.
Sula nebouxii
Maviayaq sümsükquşu (lat. Sula nebouxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinin sümsükquşu cinsinə aid heyvan növü. 10 növü var. Bu nadir ayaqlı quşları ilk dəfə Qalapaqos adalarında Çarlz Darvin təsnif edib. 1882-ci ildən sonra elmə bu quşların varlığı haqqında məlumatlar daxil olub. Cənnət quşları kimi erkəkləri nikah oyunu zamanı öz gözəlliklərini nümayiş etdirməkdən çəkinmirlər. Təbii məskunlaşma arealları, Sakit okeanın tropik və subtropik məkanlarıdır. Həm də Mərkəzi və Cənubi Amerikanın qərb sahilləri Peruyla yanaşı, Kaliforniya körfəzində də tapmaq mümkündür. Qruplar şəklində ov edirlər, cütləşdikdən sonra dişi əsasən üç yumurta qoyur.
Scala
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Sovla
Sovla — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sovla oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Bəzi tədqiqatçılar oykonimi ərəb dilindəki sofla (asağı) sözü ilə əlaqələndirir və ehtimal edirlər ki, kənd coğrafi mövqeyinə, Kür çayının asağı axarına yaxın olan ərazidə yerləşdiyinə görə bələ adlandırılmışdlr. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1113 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Erkən qazanılan şöhrət (1984-1998) === Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Süita
Süita (fr. "suite" - ardıcıllıq) — bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsər; obraz məzmununa və quruluşuna görə fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir. XVI əsrdə İtaliyada meydana gəlmiş və peşəkar musiqidə geniş yayılmışdır.
Süssa
Süssa (fr. Sussat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebröy kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03276. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 103 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 67 nəfər arasında (15-64 yaş) 46 nəfər İqtisadi cəhətdən fəal, 21 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 76.4%). Fəal olan 46 nəfərdən 40 nəfər (21 kişi və 19 qadın), 6 nəfər işsiz (5 kişi və 1 qadın) idi. 21 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 13 nəfər - təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sıflar
Saola
Saola (lat. Pseudoryx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Culfa
Culfa bu cür başa düşülə bilər: Culfa rayonu — Naxçıvan Muxtar Respublikasının tərkibində rayon; Culfa (Azərbaycan) — Naxçıvan Muxtar Respublikasında şəhər, Culfa rayonunun inzibati mərkəzi; Culfa şəhristanı — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının tərkibində şəhristan; Culfa (İran) — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanında şəhər, Culfa şəhristanının inzibati mərkəzi; Culfa (peşə) — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu.
Duala
Duala (fr. Douala) — Kamerunun ən iri şəhəri və Littoral regionunun mərkəzi.
Kuula
Kuula- Estoniyanın 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. 120 xalla 6-cı olub. Mahnını Ott Lepland oxumuşdur.