Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İbrahim Üzülmez
İbrahim Üzülməz (10 mart 1974) — sol cinah müdafiəçisi mövqeyində oynamış türk milli futbolçusu, məşqçisidir. == Klub karyerası == 16 yaşında Gönenspor onun istedadını görüb transfer etdi. Burada özünü təkmilləşdirdikdən sonra sırasıyla; Kardemir Karabükspor, İskenderun Dəmir Çelik SK, Kardemir Karabükspor, Amasyaspor və yenə Kardemir Karabükspor kimi klublarda oynayıb. Daha sonra Qaziantepspora transfer oldu. Burada əvvəlki mövsümlərlə müqayisədə stabil matçlar oynayaraq böyük arzusu gerçəkləşdi və 2000–2001 mövsümünün transfer dövründə Beşiktaşa transfer oldu. Beşiktaşın 100-cü il çempion heyətində yer alıb. 2008–2009 mövsümündə o, Beşiktaşlı komanda yoldaşı İbrahim Toramanla dava edib və heyətdən kənarlaşdırılıb. Daha sonra hər ikisi bağışlandı, ancaq bu hadisədən sonra Beşiktaşda kapitanlığını itirdi. Mövsümün son həftəsində baş tutan "Dənizlispor " — "Beşiktaş" davasında məşqçi Mustafa Dənizli ona jest edərək yenidən kapitan sarğısını taxaraq çempion komandanın kapitanı kimi oyuna daxil edib. 100-cü ilində sağ ayağı ilə qol vurduğu Qalatasaray və bu mövsüm Fənərbaxça derbiləri və FC Barselona matçları 3–0, yüksək səviyyəli performansı ilə karyerasının ən yaxşı matçlarını keçirdi.