BÜZÜLMƏK

f.
1. Yığışmaq, qırışmaq, büzük hala düşmək.
[Qızın] qaşlarının qovuşduğunu, dodaqlarının, büzüldüyünü … görürdüm. M.S.Ordubadi.

2. Sığınıb durmaq, yazıq-yazıq durmaq (oturmaq), susmaq, dinməmək.
Ata ümmid ilə baxar uşağa; Büzülübdür anası bir bucağa. A.Səhhət.
Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq.

// Yığışmaq, öz bədənini yığışdırmaq.
Heyvanlar eyvanın küncündə büzülüb yatan Qəhrəmanı qoxulayır. S.Rəhimov.

Синонимы

  • BÜZÜLMƏK sıxılmaq
  • BÜZÜLMƏK yığışmaq — qırışmaq

Антонимы

  • BÜZÜLMƏK BÜZÜLMƏK – AÇILMAQ Yadımdadır indi də dodaqlarım büzüldü (S.Rüstəm); Oyanır yuxudan sevimli şəhər; Açılır evlərin pəncərələri (H
BÜZÜLMƏ
BÜZÜRG

Значение слова в других словарях