1. Sıra ilə ipə və s.-yə keçirilmək. Muncuqlar ipə düzüldü.
2. Müəyyən bir tərtib və qayda ilə bir yerə qoyulmaq, yerləşdirilmək. Uşaqlar boylarına görə düzüldülər.
– Taxçalara düzülübdü bir neçə samovar, sandıqca … və xırdavat şeylərdən.
Ləməyə iki çin əlvan-zərli çini kasa və boşqab düzülərdi.
Zala şəhərdən gətirilmiş yumşaq stullar düzülmüşdü.
// Müəyyən bir qayda ilə durmaq, dayanmaq, yerləşmək.
Rüxsarına qoşa xallar düzülüb; Yoluna baxmaqdan canım üzülüb…
Bu ümid ilə ki, qəmzəndən ala kami-dilin; Düzülüb gözlərinin dövrünə müjgan səf-səf.