Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şıxımlı
Şıxımlı (Füzuli)
Yeni Şıxımlı
Yeni Şıxımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Yeni Şıxımlı oyk. Kürdəmir r-nunun Xırdapay i.ə,v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi köhnə kəndin əsasında yarandığı üçün və köhnə kənddən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 247 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şıxımlı (Füzuli)
Şıxımlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Üçbulaq kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Şıxımlı (Kürdəmir)
Şıxımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Şıxımlı oyk. Kürdəmir rayonunun Atakişili i.ə.v.-də kənd. Şirvan düzündədir. əsl adı Şıxümmülüdür. Oykonim Şıxiimmü (qəbir pirin adı) va -lü (mənsub. bildirir) komponəntlarindən düzəlib, kənddəki eyniadlı pirin adı ilə adlandırılıb. Pirin adı isə şıx (şəyx) və ümmii (ər. "ana”) sözlərindən düzəlib, "şeyxin anası” deməkdir. Dəyilənə görə, bu pir keçmişdə mömin və ara həkimi olmuş aslan səyid hesab olunan bir qadının məzarıdır.
Şıxımlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şırımlı Avstraliya yastıcası
Şıxılı kənd icması
Şıxılı kənd icması — Cəbrayıl qəzasının tərkibindəki kənd cəmiyyətlərindən biri idi. 1875-ci ildən 1921-ci ilədək Cəbrayıl qəzasında Şıхılı kənd dairəsi və kənd icması fəaliyyət göstərirdi. Bu icmaya yüzbaşı başçılıq edirdi. Şıxılı icmasına yüzbaşılıq etmiş Həsənəli bəy Əsgərxanovun və başqalarının adları məlumdur. 1875-ci ildə qeydə alınmış Şıxılı (şiə) kənd dairəsi: Şıxılı (şiə) kənd dairəsi 1. Yağləvənd obası 2. Mirzəcamallı obası 3. Aybasanlı obası 4. II Mahmudlu obası 5. Gecəgözlü obası 6.
Sığırlı
Sığırlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Sığırlı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd, d.y. stansiyası. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin 80-ci ilərində yaranmışdır. Kənd keçmişdə maldarlıqla məşğul olan sığırlı elinin qışlaq yeri olmuşdur. Şamaxı r-nunun Çuxuryurd kəndinin ərazisi isə onların yaylağı idi. Rayon mərkəzindən 22 km cənub-şərqdə Şirvan düzündədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6130 nəfər əhali yaşayır.
Sıxıntı
Sıxıntı və ya darıxma — mənfi çalarlı emosiya və ya əhvali-ruhiyyənin bir növü olub, aktivliyin azalması, hər hansı bir fəaliyyətə, ətrafımızdakı dünyaya və digər insanlara marağın olmaması ilə xarakterizə olunan passiv psixi vəziyyət. Sıxıntı, apatiyadan fərqli olaraq, əsəbilik və narahatlıqla müşayiət olunur. Sıxıntı vəziyyəti həm xarici səbəblərdən (monoton iş, gözləntilər, ünsiyyətin olmaması, sensor məhrumiyyət), həm də daxili boşluq, sevincə səbəb olan emosional təcrübələr keçirə bilməmək, həyatda məqsəd və mənanın olmaması hissi ilə yarana bilər. Ekzistensial psixologiya ekzistensial sıxıntı və nevrotik sıxıntı arasında fərq qoyur. Psixoanalitik yanaşmada sıxıntıya münaqişə və nəzarət problemləri prizmasından baxılır. Belə ki, Feniçel hesab edirdi ki, sıxıntı "bizə etmək istədiyimizi etməyə icazə verilməyəndə və ya etdiyimiz istəmədiyimiz şeyi etmək məcburiyyətində olduqda yaranır." Sıxıntı biləvasitə fizioloji vəziyyətdəki dəyişikliklərdən asılı deyil. Bir insan darıxanda, onun beyin qabığında tormozlanma prosesləri üstünlük təşkil edir, lakin eyni zamanda monoton işi yerinə yetirmək və ya onun tamamlanmasını gözləmək ilə əlaqəli kiçik bir həyəcan sahəsi var. Sıxılan və ya darıxan insanlar diqqəti yayındırmağa, səbirsizlik və narazılıq hissini yaşamağa, aktiv fəaliyyət göstərməyi qeyri-mümkün edən şərtlərdən qaçmaq istəyinə meyillidirlər. Klinik sınaqlar göstərir ki, süni şəkildə yaranan sıxıntı vəziyyətində, subyektlərin qanında kortizol səviyyəsi yüksəlir, stress hormonu, artan səviyyəsi hipotalamo-hipofiz-adrenal oxun (HPA) həddindən artıq aktivliyini göstərir. Xroniki yüksək kortizol səviyyələrinin insult, ürək xəstəliyi və diabet kimi bir sıra stresslə əlaqəli xəstəliklərlə əlaqəli olduğu bilinir.
Cırımlı çilədağı
Phlomoides laciniata (lat. Phlomoides laciniata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü.
Fraktal sıxılma
Fraktal, müxtəlif miqyaslı və ölçülü oxşar forma və rəsmlərdə təşkil olunmuş strukturdur. İlk dəfə olaraq bu termini Benua Mandelbrot, bir çox strukturlarda rast gəldiyi təkrar olunan rəsmləri təsvir etmək üçün işlətmişdir. O, müəyyən etdi ki, fraktalları riyazi təsvir etmək mümkündür və onları çox sadə alqoritmlərlə yaratmaq olar. Əgər hər hansı bir döşəməyə nəzər salsaq, orada çoxlu sayda oxşar, təkrar olunan fraqmentlərə rast gəlmək olar. Bu halda, döşəmənin səthinin necə olması heç bir əhəmiyyət kəsb etmir. Döşəmənin parketdən, betondan olmasından, xalçayla döşənməsindən və s. asılı olmayaraq, şəkillər ən kiçikdən tutmuş, lap böyüyə qədər təkrarlanacaq. Əgər döşəmənin səthinin bir hissəsinin üzünü köçürsək, demək olar ki, eynilə bu hissədən döşəmənin başqa yerində də tapmaq olar. Bundan başqa, əgər bir hissənin ölçülərini dəyişsək, firlatsaq və ya güzgü əksini alsaq, onda oxşar hissələrin sayı daha da çox olacaq. Onda bütün oxşar sahələri və kopyanın üzərində aparılmış bütün (riyazi) çevirmələri saymaq olar.
Sığırlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı sıxlıqlı lipoproteinlər
Aşağı sıxlıqlı lipoproteinlər (ing. Low Density Lipoprotein qısa olaraq LDL)- Tərkibində xolesterin olan aşağı sıxlıqlı lipoproteinlər LDL-xolesterin adlanır. Bu xolesterin ateromanın və ya qan damarının divarında kirəcin formalaşmasında əsas rol oynadığı üçün tez-tez pis xolesteroin adlandırılır. Ateroma müxtəlif ürək-damar xəstəliklərinin əsas səbəbidir. Adətən qanda xolesterinin təxminən 70%-i LDL xolesterin formasında olur, lakin faiz nisbəti insanlarda fərqli ola bilər. Ümumiyyətlə, LDL-xolesterinin (ASLP) səviyyəsi nə qədər yüksək olsa, sağlamlıq üçün daha çox risk təşkil edər. Lakin, orqanizminizdə xolesterinin səviyyəsinə bütün ürək-damar sisteminizin sağlamlığına olan riskin bir hissəsi kimi baxılmalıdır. Belə ki, yanaşı xəstəliklər (məs., şəkərli diabet, ürəyin işemik xəstəliyi, keçirilmiş infarkt və ya insult), habelə ürək-damar sisteminin mövcud vəziyyəti ilə yanaşı qanda HDL-xolesterinin səviyyəsindən asılı olaraq sağlamlığınızı qorumaq üçün fərdi LDL-xolesterin səviyyəsi fərqli ola bilər. Məsələn, şəkərli diabeti olan xəstələr üçün tövsiyə olunan LDL-xolesterinin səviyyəsi şəkrəli diabeti olmayan şəxslərlə müqayisədə daha aşağı götürülür.
Uzunmüddətli sıxılma sindromu
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Cicimli
Cicimli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Cicimli (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Kilimli
Kilimli (türk. Kilimli) — Zonquldak ilinin ilçəsi. Türkiyə Böyük Millət Məclisinin 12 noyabr 2012 tarixində qəbul etdiyi 6360 nömrəli qanun ilə ilçə statusu qazanmışdır. Geniş liman var. Balıqçılıq ilçənin iqtisadiyyatında mühüm yer tutur. Bölgənin tarixi eramızdan əvvəl 1400-cü ilə aiddir. Orta Anadolunun demək olar ki, hamısında üstünlük təşkil edən xetlər, 1200-cü illərdə başlayan köçlər ilə birlikdə söküldü, Ege miqrasiya tayfaları hərəkatı adlanır və Mərkəzi Avropadakı Mərkəzi Anadoluya qədər uzanırdı, lakin Frigiya tayfalarının əksəriyyəti Bithin, Marlandyn və Migdan adlanırdı. icmaları Zonguldak bölgəsinin və ətrafının ilk sakinləri idi. Eramızın 6-cı əsrində Qərbi Anadoluda başlayan müstəmləkəçilik prosesi ilə bölgədə Ereğli, Hisarönü, Amasra kimi ticarət körpüləri quruldu. Eramızdan əvvəl VI əsrin əvvəllərində Ligya Dövləti şimala doğru genişləndi və Zonguldak bölgəsində və ətrafında bir üstünlük qazandı.
Mirimli
Mirimli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şeyximli
Şeyximli (fars. شيخملو‎) — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb. 2006-cı il məlumatına görə kənddə 253 nəfər yaşayırdı (51 ailə).
Şıxlı
Şıxlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar İsmayıl Şıxlı — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist. Elçin Şıxlı — "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru. Afaq Şıxlı — həkim, şairə, publisist, tərcüməçi. Nilufər Abdullayeva-Şıxlı — yazıçı, tərcüməçi, publisist. Kəndlər Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Gürcüstan Respublikasının Tetritskaro bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Cicimli
Aşağı Cicimli — Azərbaycan Respublikasının Laçın rayonu Cicimli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Cicimli kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Cicimli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Erməni işğalınadək kənd əhalisi azərbaycanlılardan ibarət idi. Əsas təsərrüfatı heyvandarlıq idi.
Bakıxan Səlimli
Bakıxan Alim oğlu Səlimli (31 avqust 1993, Əliyar, Şəki rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Bakıxan Səlimli 1993-cü il avqustun 31-də Şəki rayonunun Əliyar kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Bakıxan Səlimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bakıxan Səlimli oktyabrın 24-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Əliyar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bakıxan Səlimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bakıxan Səlimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cicimli (Bərdə)
Cicimli (əvvəlki adı: Cimcimli) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Cimcimli kəndi Cicimli kəndi adlandırılmışdır. Cicimli variantında da qeydə alınmışdır. Kəndin ərazisi Laçın r-nunun Cimcimli kəndinə aid qışlaq yeri olmuşdur. XX əsrin əvvəllərində bu kənddən köçüb gəlmiş ailələr qışlaq yerində məskunlaşmışlar. Kənd Qarabağ düzündə yerləşir. Seyid Yusifli kəndi ilə qonşudur.
Cicimli (Laçın)
Cicimli – Azərbaycan Respublikasının Laçın rayonu Cicimli kənd inzibati ərazi dairəsində kənd. Cicimli Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Buna əyani sübut kimi bu kənddə yerləşən Məlik Əjdər türbəsi, Kar künbəz abidəsi və bu abidələr ətrafında yerləşən "Çoban daş" abidəsini göstərmək olar. Cicimli kəndi XX əsrin 70-ci illərinədək bölgədə əsas məskunlaşma məntəqəsi olmuşdur. Bu kəndin mərkəzində XIX əsrin 2-ci yarısında inşa edilmiş Məscid uzun illər (Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalınadək) mədrəsə kimi fəaliiyət göstərmişdir və bu təhsil ocağında dövrünün görkəmli din xadimləri islam dinini tədris etmişlər. Peyk görüntüləri ilə müşahidə etdikdə həmin Məscid binasının bu gün də mövcud olduğunun şahidi oluruq. Cicimli kəndi 1828-ci il Türkmənçay "sülh" müqaviləsindən sonra Rusiya İmperiyasının bu ərazilərdə məskunlşdırdığı ermənilər tərəfindən 8 dəfə işğal edilib, 7 dəfə əhalisi soyrırıma məruz qalıb və bütünlüklə yandırılaraq dağıdılmışdır. Sonuncu işğal 1992-ci ilin may ayında baş verib. İşğal nəticəsində kənddə yerləşən orta məktəbin 1948-ci ildə və 1976-cı ildə inşa edilmiş binaları, İcra nümayəndəliyinin, poçtun, tikiş fabrikinin, M.Ə.Sabir adına kolxozun, klubun, kitabxananın, qarışıq mallar mağazasının, tibb məntəsinin və dəyirmanın binaları, həmçinin kənd sakinlərinə məxsus 80-ə yaxın fərdi yaşayış evi Rusiya və Ermənistan Silahlı Qüvvələri və onların himayədarlıq etdiyi erməni terrorçuları tərəfindən yandırılaraq tamamilə məhv edilmişdir. Döyüş əməlyyatları zamanı yaxınlığında heç bir hərbi hədəfin olmamasına baxmayaraq 12 may 1992-ci il tarixdə terrorçu erməni ordusuna məxsus artilleriya qurğusundan açılan atəş nəticəsində bu kənddə yerləşən XII-XIII əsr abidəsi Məlik Əjdər türbəsinin günbəz hissəsi dağıdılmışdır.
Dilimli cәrgәvәr
Dilimli cərgəvər (lat. Polystichum aculeatum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin cərgəvər cinsinə aid bitki növü. Yarpaq ayası sərt dərilidir, ikiqat lələkvaridir, qışı keçirən, qaidəsinə doğru daralandır; ikinci cərgənin seqmentləri uzanmış ellipsşəkillidir, sivridir, qısa qalın saplaq üzərində çəpinə yerləşmişdir və ya demək olar ki, oturaqdır, qaidəsində sivri qulaqcıqlıdır, mişarvari-qılcıqlıdır. Saplaqları adətən qonur iri dəriciklə örtülüdür. Soruslarları ovaldır, iridir, barverən damarcıqların orta hissəsindən yuxarıda yerləşmişdir. İyul-sentyabr. Böyük Qafqaz (Quba), Qobustan, Abşeron, (Bilgəhdə quyuların divarında), Böyük Qafqazın şərqi və qərbi, Kiçik Qafqaz şimalı və mərkəzi, Lənkəran ovalığı. Aşağı və orta dağ qurşağında. Qaranlıq meşələrdə, çay dərələrində, əsasən daşlı və qayalı yerlərdə rast gəlinir.
Kilimli Belediyespor
Kilimli Belediyespor — Türkiyə futbol klubu.
Kilimli Bələdiyyəspor
Kilimli Belediyespor — Türkiyə futbol klubu.
Mirbala Səlimli
Səlimli Mirbala Seyidəsgər oğlu (5 aprel 1963, Qubalı, Hacıqabul rayonu, Azərbaycan SSR) — teatr və kino rejissoru, ssenarist, 1990-cı ildən ATXİ-nin, 2005-ci ildən Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nin, 2006-cı ildən isə Rusiya Kinorejissorları Gildiyasının üzvü. Mirbala Səlimli 1963-cü il aprelin 5-də indiki Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuşdur. 1985-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B. V. Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kinorejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir. Məşhur rus kinorejissoru AlekseyYuriyeviç Germanın (Алексей Юревич Герман) tələbəsidir və onun çəkdiyi "Allah olmaq çətindir" filmində təcrübə keçmişdir. 2003–2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor K. Zanussi (Polşa) və kinodramaturq D. Benkedən (Almaniya) və 2006–2007-ci illərdə İFA-SC proqramı (İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri almışdır. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. Teatr rejissoru kimi Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə quruluş vermişdir. Jan Batist Molyerin "Xəsis" komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" (2009) mükafatına, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasına görə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Zirvə" (2014) mükafatına, Haldun Tanerin "…Və dəyirman dönərdi" tamaşasına görə TÜRKSOY-un təsis etdiyi Haldun Taner medalına (2015) layiq görülmüşdür. 2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir və rejissor, ssenarist və operator kimi burada 20-dən çox sənədli film çəkmiş, beynəlxalq festivalların diplomlarını almışdır. 2002-ci ildə kinorejissor və ssenarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii film çəkmişdir.
Nurlan Şirinli
Nurlan Qədir oğlu Şirinli (16 oktyabr 1996; Sarov, Tərtər rayonu, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nurlan Şirinli 16 oktyabr 1996-cı ildə Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. 2002–2013-cü illərdə orta təhsil almışdır. Nurlan Şirinli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Şirinli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində mexanik sürücü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurlan Şirinli 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sevimli Dad
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.