Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saburo
Saburo — Kişi adı. Saburo Kavabuçi — keçmiş Yaponiya futbolçusu. Saburo Şinosaki — keçmiş Yaponiya futbolçusu.
Sebuano dili
Sebuan dili (Sebuano) (Sinugboanon, Binisayang Sinugboanon, Cebuano, Sebwano), Filippinin yerli dillərindən biridir. Sebuano dili Avstroneziya dillərinə daxildir. 2007-ci il məlumatlarına görə Sabuanca danışanların sayı 21 milyondur. Üç formada mənfi cümlələr yaradılır: dili, wala və ayaw. Dili gələcəyi bildirərkən istifadə olunur. Dili ko mo trabaho ugma. “Sabah işə gəlməyəcəm.” Wala keçmişi bildirərkən istifadə olunur. Wala ko mo trabaho tibuok adlaw. “Mən bütün günü işləmədim” Ayaw əmir cümlələrini ifadə etmək üçün istifadə olunur. Ayaw og hilak.
Saburo Kavabuçi
Saburo Kavabuçi (d. 3 dekabr 1936) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 26 oyun keçirib, 8 qol vurub.
Saburo Şinosaki
Saburo Şinosaki — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Saburo Ayzava
Saburo Ayzava (相沢 三郎, Ayzava Saburo, 6 sentyabr 1889 – 3 iyul 1936, Tokio) – Yaponiya hərbçisi və sui-qəsdçisi. Ayzava insidentində Tetsuzan Naqatanı öldürmüşdür. == Həyatı == Saburo Ayzava Yaponiya ordusunun ultramilliyyətçi polkovnik-leytenantı olmuş, Fukuyamada xidmət göstərmişdir. 1935-ci ildə ordunun Toseyha fraksiyasının rolunu gücləndirmək üçün hökumət tərəfindən atılan addımlar Ayzavanın narazılığına səbəb olmuşdur. O, Cinzaburo Mazakinin hərbi təlim inspektoru vəzifəsindən uzaqlaşdırılmasına etiraz etmişdir. Tayvana təyinat aldığını öyrəndikdən sonra bu uzaqlaşdırmadan məsul olan şəxsi öldürmək qərarına gəlmişdir. Ayzava 12 avqust 1935-ci ildə Hərbi İşlər Bürosunun rəhbəri Tetsuzan Naqatanın ofisinə daxil olaraq onu bıçaqlamış və öldürmüşdür. Ayzava üçün keçirilən məhkəmə prosesində Kodoha fraksiyası vətənpərvər fikirlərlə çıxış edərək onu müdafiə etmişdir. Lakin ekstremist addımına görə 26 fevral 1936-cı ildə müqəssir hesab olunmuş və 7 iyul 1936-cı ildə edam edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Huffman, James.
Saburo İenaqa
Saburo İenaqa (家永 三郎, İenaqa Saburo, 3 sentyabr 1913, Naqoya – 29 noyabr 2002 və ya 1 dekabr 2002) – Yaponiya tarixçisi, Yaponiya imperializminin tənqidçisi. İenaqa Yaponiyanı İkinci Dünya müharibəsindəki aqressiyası üçün məsuliyyət götürməyə səsləmişdir. 1960–1970-ci illərdə Yaponiya Təhsil Nazirliyi tərəfindən nəzarət olunan dərslik təsdiqi sisteminə qarşı gəlməsinə görə tanınmışdır. 1999-cu ildə sülh üzrə Nobel mükafatına namizəd göstərilmişdir. == İlk illəri == 3 sentyabr 1913-cü ildə Yaponiyanın Ayçi prefekturasında doğulmuşdur. 1937-ci ildə Tokio Universitetinin ədəbiyyat fakültəsindən məzun olmuşdur. 1941-ci ildə Niiqatada lisey müəllimi kimi işləmişdir. Müharibəyə qarşı olsa da, müxalifət sıxışdırıldığı üçün hökumətə qarşı gəlməkdən çəkinmişdir. 1949–1977-ci ilərdə Tokio Təhsil Universitetinin professoru olmuşdur. == Fəaliyyəti == İenaqa İkinci Dünya müharibəsindən sonra Nankin qətliamı və 731-ci dəstə haqqında ətraflı məlumatlar yazmağa başlamışdır.
Səbuk Təkin
Səbuk Təkin - (fars. ابو منصور سبکتگین‎‎) - Böri Təkindən sonra hökmdarlığa seçki ilə gələn 977-ci ildə taxta çıxan Qəznəvi hökmdarı. 942-ci ildə Qəznə şəhərində anadan olmuşdu . 12 yaşında əsir alınaraq Hacı Nəsr adlı tacirə satılmışdı. Daha sonra Alp Təkin tərəfindən satın alınmışdı. Alp Təkin Samanilərə qarşı üsyan edəndən sonra onun qızı ilə evlənib sərkərdə olmuşdu. Əmir əl Üməra və Vəkili Mütləq titullarına layiq görülən Səbuk Təkin sonrakı sərkərdələrin hakimiyyəti dövründə Qəznəni qorudu. 977-ci ildə taxta çıxanda başqa bir Qəznəvi sərkərdə olan Toqan ona qarşı çıxdı. Səbuk Təkin onu məğlub edib Qəndəharı ələ keçirdi. Şahilər sülaləsinin nümayəndəsi Cayapalanın ordusunu məğlub edib onu vergi verməyə məcbur etdi.
Baxış bəy Səbur
Baxış bəy Səbur (27 avqust 1863, Mirzəcamallı, Şuşa qəzası – 1931, Daşkənd) — XIX əsrin ikinci yarısı, XX əsrin birinci yarısında fəaliyyət göstərmiş şair, Şuşada fəaliyyət göstərən Məclisi-Fəramuşan ədəbi məclisinin üzvü. Baxış bəy Qarabağın məşhur bəy ailələrindən olan Vəzirovlar nəslinin nümayəndəsi idi. == Həyatı == Baxış bəy Səbur 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. Baxış bəy bir sürə Şuşa və Bakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə "maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur". Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib. Əsəd bəy Vəzirin oğludur. Mir Möhsün Nəvvab öz ünlü təzkirəsində yazır: Baxış bəy Əsəd bəyin oğludur.
Səbuk Təkin Salur
Səbuk Təkin Salur (26 oktyabr 1923 - 8 noyabr 1991) — jurnalist və tarixi roman yazıçısı, bir sıra radio və televiziya proqramlarının müəllifi. Səbuk Təkin Salur İran İslam İnqilabından sonra Kanadaya köçmüş və orada vəfat etmişdir. O, Əbdüssəməd mirzə Salurun nəticəsi idi.
Əlipaşa Səbur Hüseynzadə
Əlipaşa Səbur və ya Əli Səbur (tam adı: Hüseynzadə Əlipaşa Həbibulla oğlu; 1885, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan şairi. "Yeni füyuzat" jurnalının naşiri və məsul redaktoru. Əlipaşa Hüseynzadə 1885-ci ildə Bakıda anadan olmuşdur. Atası Həbibulla Hüseynzadə dənizçi idi. İlk təhsilini Mirzə Həsib Qüdsinin və Molla Qafurun məktəbində almışdır. Sonra isə yeni üsulla açılan rus-müsəlman məktəbində oxumuşdur. 1899-cu ildə Həbib bəy Mahmudbəyovun məktəbini bitirib, Sultan Məcid Qənizadənin altı sinifli məktəbinə daxil olmuşdur. Maddi cəhətdən vəziyyətləri ağır olduğundan 17 yaşlı Əlipaşa 1902-ci ildə məktəbi buraxıb Hacıbaba Haşımovun kantorunda işləmişdir. Elmə, təhsilə sonsuz marağı olan Ə.Səbur hər cür çətinliklərə dözərək oxuyur, savad və bilik sahibi olur. O, yazıları ilə dövri mətbuatda çıxış edir, imzası qəzet və jurnal səhifələrində görünməyə başlayır.