Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səfərad yəhudiləri
Səfərad yəhudiləri — İbri dilində "Sfarat", İspaniya mənasına gəlməkdədir. İspaniya xaricində Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey Adaları və Bizans İmperiyası ndan qalan Yəhudilər in də hamısı bu adla xatırlanar. 16. əsrdə bütün bu qruplar, Judeo-Espegnol və ya "Ladino" deyilən və İspaniyanın Kastilya ləhcəsinə əlavə edilmiş; Türkcə, İbranice hətta Yunancadan gələn sözlər və deyimlər olan dil danışırdılar. Bu dil bu günlərdə unudulmağa başlanmışdır. 1492də İspaniyadan atılan Yəhudilər, İspaniya mənşəli olduqları üçün özlərinə "Sefarad" adını qoymuşlar.
Referat
Referat (alm. Referat‎, lat. referre) – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir. Refero – bildirirəm, xəbər verirəm. İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir. Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu. Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat. Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir. == Referatın növləri == Məhsuldar: referat-məruzə; referat-icmal; Reproduktiv: referat-rezyume. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Şəftəhal
Şəftəhal — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şəftəhal kəndi Şahhüseynli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şəftəhal kənd inzibati ərazi vahidi yaradılmışdır.
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
Səfeh
Səfeh və ya idiot — ağıl çatışmazlığından əziyyət çəkən insan. Səfeh — Vitebskdə çıxan ədəbi-publisistik jurnal. İdiot — Fyodr Dostoyevskinin romanı. == Filmlər == Dostoyevskinin romanı əsasında çəkilmiş filmlər İdiot — Pyotr Çardıninin filmi. İdiot — Jorj Lampenin filmi. İdiot — Akira Kurosavanın filmi. İdiot — İvan Pıryevin filmi. İdiot — Alan Bricesin teleserialı. İdiot — Aleksandra Remizovanın televiziya tamaşası. Dəlisov sevgi — Anje Julavskinin filmi.
Şəfahət İmranov
Şəfahət İmranov — Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru. == Həyatı == İmranov Şəfahət Aydın oğlu 1972-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildən Azərbaycan Respublikası Prokurorluğuna işə qəbul olunaraq, Bakı şəhəri Əzizbəyov rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru və müstəntiqi, 1999-cu ildən Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində çalışmışdır. 2004-cü ildən Bakı şəhər prokurorluğunun Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsində çalışmış, 2005-ci ilin mart-dekabr aylarında isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini vəzifəsini icra etmişdir. 2005-ci ilin dekabrında icrası həvalə olunmuş vəzifəyə, 2006-cı ildə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun 04 dekabr 2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilmişdir. Ədliyyə general-mayoru hərbi rütbəsindədir. == Mükafatları == Ölkə Prezidentinin 2018-ci il 28 sentyabr tarixli Sərəncamı ilə isə Ş.İmranov “Tərəqqi” medalı ilə təltif olunub. === Ailəsi === Ailəlidir, iki övladı var.
Şəfəqət Mahmudova
Şəfəqət Cəbrayıl qızı Mahmudova — texnika üzrə fəlsəfə doktoru, dosent. İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi. Fotoportretlər əsasında insan sifətinin tanınması tədqiqatları üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri Azərbaycanda informatika üzrə dərsliklərin və elmi kitabların müəllifidir. Onun "Proqramlaşdırma və onun inkişaf mərhələləri", "Proqramlaşdırmanın elmi-texnoloji əsasları" və s. kitabları universitet dərsliklərinə daxil edilib. == Həyatı == Şəfəqət Cəbrayıl qızı Mahmudova 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsini bitirmişdir. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda proqramçı vəzifəsində işə qəbul edilmiş və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur. == Elmi fəaliyyəti == 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə böyük proqramçı, bir müddətdən sonra aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. EHM-lər arasında müxtəlif təyinatlı sistemlərin informasiya mübadiləsinin proqram təminatlarını işləyib hazırlamış və müxtəlif AİS-lərin təşkilində iştirak etmişdir. Ş. Mahmudova Azərbaycanda olan ilk qadın proqramçılardan biridir.
Musa Şəhəvat
Musa Şəhəvat (tam adıː Musa Əbu Məhəmməd; d. VII əsrin II yarısı - ö. 728/729) — Mədinə şəhərində yaşamış Azərbaycan şairi; Azərbaycan şairi İsmayıl ibn Yəsarın qardaşı. == Haqqında == Musa Şəhəvat Azərbaycanın erkən orta əsr şairlərindən biridir. Onun həyatı əsasən Mədinə şəhərində keçsə də, əslən Azərbaycandan olduğu üçün tez-tez Təbrizə səfər etmişdir. Mədinə ilə yanaşı Şam şəhərində də yaşamışdır. "Şəhəvat" ləqəbi ilə tanınsa da onun künyəsi Əbu Məhəmməd idi. O İsmayıl ibn Yəsarın qardaşıdır. Orta əsr qaynaqlarında və M. Tərbiyətin “Danişməndani-Azərbaycan” kitabında Musa Şəhəvatdan qısaca bəhs edilir. Filoloq ibn Qüteybənin ( 828-889 ) və məşhur ərəb tarixçisi ət-Təbərinin ( 838-923 ) əsərlərində onun şeirlərindən nümunələr verilmişdir.
Serhat Akpınar
Serhat Akpınar (1 fevral 1964) — Kipr türk sahibkar və pedaqoq. Kiriniya Amerikan Universiteti və Kipr Amerika Universitetinin qurucu rektoru və İdarə Heyətinin sədridir. == İlk illəri == Serhat Akpınar 1 fevral 1964-cü il tarixində Kiprdə, Nikosiya şəhərinin Ərəbəhməd rayonunda anadan olmuşdur. O, ibtidai və orta təhsilini Kiprdə başa vurmuşdur. Akpınar Birləşmiş Krallıqda biznesin idarə edilməsi üzrə bakalavr və magistr dərəcələrini tamamlamış, beynəlxalq marketinq üzrə ixtisaslaşmışdır. O, London Şəhər Universitetini bitirmişdir. Akpınar Harvard Universiteti və Qaliley Kollecinin birlikdə idarə etdiyi Ali Təhsil Qurumlarının İdarəetmə Proqramı ilə təhsilini davam etdirmişdir.​ == Karyera == === Təhsil === Serhat Akpınar 1985-ci ildə Şimali Kipr Türk Respublikası ilk özəl universiteti olan Kiriniya Amerikan Universiteti təsis etmişdir. Bu gün universitet ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Moldova, Şri-Lanka və Honkonqda müstəqil və birgə yaradılmış ümumi kampuslara malikdir. Akpınar Nyu-Hempşir Kolleci və Cənub-Şərqi Universiteti ilə əməkdaşlıq edərək bu universitetlərin ilk beynəlxalq kampuslarını qurmuşdur. 1988-ci ildə Cənub-Şərqi Universitetinin regional direktoru olmuş və 1998-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Serhat Akın
Niyazi Serhat Akın (türk. Niyazi Serhat Akın; 5 iyun 1981, Bretten) — türk futbolçu. Almaniyanın 4-cü liqası olan Regionalligada çıxış edən Berliner AK 07 klubunun heyətində peşəkar futbolçu karyerasını bitirmişdir. == Həyatı == == Karyera == === Milli komandadıkı çıxışı === Qeyd: Türkiyə milli futbol komandasının heyətində oynadığı oyunlar.
Serhat Taşdemir
Serhat Doğuxan Taşdemir (21 iyul 2000, Blekbörn) — EFL Birinci liqasında (EFL League One) "Piterboro Yunayted" və Azərbaycanın 19 yaşadək komandasında hücuma meyilli yarımmüdafiəçi kimi oynayan peşəkar bir futbolçudur. İngiltərədə anadan olub, Azərbaycanı (U-19 Milli komandasını) gənclər səviyyəsində beynəlxalq səviyyədə təmsil edir. == Klub karyerası == === A. F. C. Fyldi === Taşdemir A. F. C Fyldi ilə15 yaşında müqavilə imzaladı, hansı ki Blekbörn Roverslə müqaviləsi başa çatdıqdan sonra. Lancashire FA Challenge Trophy turnurundə A. F. C Fyldi-də yalnız 16-cı turda ilk komandada debüt etdi. Bunun ardınca Taşdemir, 17 yaşında, 2017-ci il sentyabr ayında Bromliə qarşı Milli Liqada debüt etdi. O, skamyadan çıxdıqdan cəmi 14 dəqiqə sonra qol vurdu. O, bu qolu ilə liqadakı ən gənc qol vuruşuna imza atdı. O, "parlaq" mövsümdən sonra EFL League One-da 2017/18-ci illərdə ilin gənc oyunçusu seçildi. === Piterboro Yunayted === 1 iyul 2019 tarixində EFL Birinci Liqa (EFL League One) təmsilçisi Piterboro Yunayted Taşdemir ilə 3 illik müqavilə imzaladı. Tasdemir, 13 avqust 2019-cu ildə Oksford Yunaytedə qarşı EFL Kuboku matçında (start heyətdə), dörd gün sonra İpsviç Tauna qarşı liqada debüt etdi.
Serhat Eren
Serhat Eren (1979, Diyarbəkir ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Serhat Eren 1979-cu ildə Diyarbəkir ilinin Kulp ilçəsində anadan olub. 1998-ci ildə Dicle Universiteti Hüquq Bölməsindən məzun olub. Diyarbəkirdə hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin Diyarbəkir şöbəsinin üzvüdür. Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyinin İdarə Heyətinin üzvü, həmçinin Diyarbəkir Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. HDP Məclis üzvü, İdarə Heyəti üzvü və həmsədrin müavini olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 2 uşaq atasıdır.