Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəfərağa Şiriyev
Aytən Səfərova
Piriyeva Aytən Sədaqət qızı (doğum soyadı: Səfərova; Ağsu) — azərbaycanlı jurnalist, teleaparıcı. == Həyatı == Aytən Sədaqət qızı Səfərova martın 18-də Azərbaycanın Ağsu şəhərində anadan olub. 6 yaşından etibarən ailəsilə birlikdə Rusiyanın Tümen vilayətinin Nyaqan şəhərinə köçüb. Lakin bir neçə ildən sonra balaca qardaşı Arazın faciəvi şəkildə vəfatından sonra yenidən ailəliklə Azərbaycana qayıdıblar. Əmək fəaliyyətinə "Ayna"-"Zerkalo" qəzetlərində başlayıb. 1998-ci ilin aprel ayından etibarən ANS ÇM radiosunda fəaliyyətə başlayıb. Əvvəlcə radioda xəbər buraxılışlarının və "İsti-İsti" verilişinin aparıcısı, daha sonra ANS TV-də "Pressing", "İç xəbər" və "Xəbərçi" verilişlərinin prodüseri, "İç xəbər" verilişinin müxbiri və aparıcısı, "Xəbərçi" verilişinin aparıcısı, prodüseri, Baş aparıcı-redaktoru vəzifələrində çalışıb. 2005-ci il yanvarın 28-də ailə qurub. 2006-cı il yanvarın 23-də Ayza adlı qız övladı dünyaya gəlib. Bir müddət televiziyadan ayrılsa da (analıq məzuniyyəti) 2007-ci ilin may ayında yenidən ANS TV-yə işə qayıdıb.
Elmira Səfərova
Elmira Yusif qızı Səfərova (16 sentyabr 1934, Bakı – 11 yanvar 1997)— Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi, professor, pedaqoq və pianoçu. == Həyatı == 16 sentyabr 1934-cü ildə Bakıda anadan olmuşdur. Atası Yusif tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi. Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur. Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.
Leyla Səfərova
Leyla Həzrət qızı Səfərova — Azərbaycan rejissoru, ssenari müəllifi, Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Leyla Səfərova 15.10.1945-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. 1969–1974-cü illədə Moskvada ÜDKİ-nun kinorejissorliq fakultəsində təhsil alıb. 1985–1987-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkıtində, 1987-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Lütviyyə Səfərova
Səfərova Lütviyyə Şamil qızı — Azərbaycan aktrisası. == Həyatı == Lütviyyə Səfərova 1942-ci ildə anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Bu teatrda Fikrət Əmirovun "Gözün aydın" komediyasında Leyli, Vasif Adıgözəlovun "Nənəmin şahlıq quşu" əsərində Nazlı, Emin Sabitoğlunun "Hicran" komediyasında Çarleston, Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" əsərində Çiçək və onlarla başqa surətlər canlandırıb. 1989-cu ildən Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrında işləyib. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb və "92 dəqiqə gülüş"də Qəmziyyə, "Hələlik"də Lalə, "On min dollarlıq keyf"də tərcüməçi qadın, "O olmasın, bu olsun"da Sənəm, "Dəli dünya"da ana, "Nəğməli Könül"də Qəmər xanım, "Bankir adaxlı"da Ceyran və s. kimi surətlər yaradıb. O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.
Məryəm Səfərova
Məryəm Səfərova (d. 3 iyul 2004; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. O, Eleonora Yusifova, Nərminə Səmədova və Nəzrin Cəfərzadə ilə birgə, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin baş qəhrəmanı olan Mina obrazını canlandırıb. Məryəm Səfərova 2004-cü il 3 iyulda anadan olub. Məryəm Səfərova 2009-cu ildən etibarən bədii gimnastika ilə məşğul olur. Məryəm Səfərova beynəlxalq səviyyədə birinci uğurunu 2015-ci ildə qazandı. Məryəm Səfərova, Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutan yarışda, qızıl medala layiq görüldü. Elə həmin ildə o, Bolqarıstanın Plovdiv şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı və yenə, yarışların qızıl medalına layiq görüldü. 2015-ci ildə isə Məryəm Səfərova Bakı Çempionatında da qızıl medala sahib oldu. Məryəm Səfərova 2017-ci il 12 mayda Bakı Olimpiya Stadionunda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində, Eleonora Yusifova, Nərminə Səmədova və Nəzrin Cəfərzadə ilə birgə, Mina obrazınının canlandırdı.
Qaçaq Səfəralı
Qədirli Səfəralı Nəcəfqulu oğlu (Qaçaq Səfəralı) — qaçaq, xalq qəhrəmanı. Qaçaq Səfəralı 1867-ci ildə Cəbrayıl qəzasının Yağlıvənd kəndində anadan olmuşdur. Rus istilasına qarşı uzun illər mübarizə aparmış, 1891-ci ildə Sibirə sürgün edilmişdir. On ilə yaxın bir müddətdən sonra Sibirdən qaçmağı bacarmışdır. Həbsxanadan qaçdıqdan sonra mübarizəsini davam etdirmiş, ömrünün son günlərini İranda keçirmişdir. Tağı Kərimlinin "Yağlıvəndin repressiya qurbanları" kitabı.
Sevinc Səfərova
Sevinc Səfərova (Bakı) — "ENES.F production"un və "Şərq ulduzları" teatr ansablının, eyni zamanda "Şərq ulduzları” telelayihəsinin rəhbəri, prodüser, yazar, dramaturq. Sevinc Fikrət qızı Səfərova Bakı şəhərində anadan olmuşdur. Atası mühəndis, anası həkim olub. 2009-cu ildə canlı ifa edən ansambldan ibarət olan "Xəzər" qrupunu yaradıb. Bu qrupda 17-27 yaş arasında olan istedadlı gənclər toplaşıb. Sevinc Səfərova hazırda "ENES.F production" şirkətinin rəhbəridir. 2009-cu ildən fəaliyyətə başlayan bu şirkət bugünədək bir çox layihələrə imza atıb. Sevinc Səfərova 2012-ci ildə ATV telekanalında yayımlanan "Şərq ulduzu" layihəsini həyata keçirmişdir. "Qatillə görüş", "Ruhun səsi", "Kömək edin", "Nə idi o günlər?", "Burulğan" filmlərinin həm rejissoru və həm də ssenari müəllifidir. Sevinc Səfərova “Şərq ulduzu” məktəblərinin rəhbəridir.
Səfərabad məhəlləsi
Səfərabad məhəlləsi — Gəncənin nisbətən cavan məhəllələrindən biri. Məhəllə, Qəmbər Hüseyinli, Leytenant Şmidt, Ağa Mirzə Həmidov, Nizami küçəsinin Atatürk prospekti ilə Qızıl Əskər küçəsi olan hissəni əhatə edirdi. Səfərabad məhəlləsi qərbdən Toyuqçular məhəlləsi, şimal qərbdən Zeynal bəy və Həsən bəy Ağa Həsən oğlanlarının bağ yerləri Haxlı məhəlləsi şimaldan Tatabad məhəlləsi şərqdən Sofulu məhəlləsi cənubdan Qala düzü ilə əhatələnib. Səfərabad - Səfər tərəfindən əsası qoyulmuş kənd, yaşayış yeri deməkdir. Məhəllənin adı buzxanaçı Səfər adlı bir şəxsin şərəfinə qoyulub. Onun bu ərazidə böyük bağları var imiş. Səfərabad məhəlləsində 1804-cü ilin mayında 23 ev 73 nəfər (38 kişi + 35 qadın) adam yaşayırdı. 1916-cı ildə isə bu rəqəm müvafiq olaraq 45 və 160 idi. Burada keçmiş məhəllə qəbiristanlığında yerləşən Hacı Seyyid Bağır ağa Müctəhidzadənin qəbir abidəsi və Səfərabad məscidi də yerləşir. Nəsib bəy, Həmid bəy Yusifbəylilər, Çingiz Cuvarlı kimi şəxsiyyətlər Səfərabad məhəlləsində yaşayıblar.
Səfərabad məscidi
Səfərabad məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən tarixi məscid. Məscid Səfərabad məhəlləsində yerləşir. Gəncə şəhərində yerləşən Səfərabad məscidi XX əsrin əvvəllərində günbəzsiz formada tikilib. Məscidin SSRİ dövründə fəaliyyətini dayandırılıb. Müstəqillikdən sonra isə 2006 cı ildən binada sağlamlıq mərkəzi yerləşir.
Səfərabad qəbiristanlığı
Səfərabad qəbiristanlığı — Gəncədəki Səfərabad məhəlləsinin qəbiristanlığı idi. Hazırda həmin ərazidə qəbiristanlığın yeganə yadigarı olan Hacı Seyyid Bağır ağa Müctəhidzadənin qəbir abidəsi yerləşir. Sovet hakimiyyəti illərində Səfərabad qəbiristanlığı yerlə-yeksan edilmişdir.
Səfəralı Məmmədov
Səfəralı Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır. 1983-cü ildə ordudan tərxis edilir. Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür. Subay idi. Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi.
Səmədağa Şıxlarov
Səmədağa Məmməd oğlu Şıxlarov (5 sentyabr 1955, Xıllı – 1 iyun 2021, Bakı) — Sovet və Azərbaycan futbolçusu və məşqçisi. Azərbaycanın "Neftçi", "Xəzər Sumqayıt", "Avtomobilçi", "Kəpəz", "Çıraqqala Siyəzən", Ukraynanın "MOİK Kiyev" və Çexoslovakiyanın "SQV" klublarının və SSRİ U-21 milli futbol komandasının heyətində çıxış edib. Hücumçu mövqeyində oynayıb. Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub. Səmədağa Şıxlarov ailədə 4 uşaq idi – 2 qardaş, 2 bacı. Sübhan adlı əkiz qardaşı 1 yaşına çatmamış dünyasını dəyişib. 1957-ci ildə ailəsi ilə Əli Bayramlı şəhərinə köçüb. Atası Məhəmməd kişi Böyük Vətən Müharibəsində Berlinə kimi getmişdi. Müharibədə xəsarət alan atasının bədənindəki qəlpələr onu çox incidirdi. O, Əli Bayramlıya köçəndə "Şirvanneft"də çilingər işləyirdi.
Xalidə Səfərova
Xalidə Ələkbər qızı Səfərova (25 avqust 1926, Gəncə – 23 dekabr 2005, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1989). Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdır. Xalidə Səfərova 1946-cı ildə rəssam Mahmud Tağıyev ilə ailə həyatı qurmuşdur. Rəssam 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir. Rəssam Mahmud Tağıyevin həyat yoldaşı, Əkrəm Tağıyevin anasıdır. Xalidə Səfərovanın ilk diplom işi "Cəbhədən gələn məktub" mövzusu olmuşdur. Onun ikinci diplom işi — Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, eləcə də 1956-cı ildə Praqa və Paris şəhərlərində keçirilən kino festivalın çərçivəsində sərgilənmişdir. Xalidə Səfərovanın yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində "Payızgülü" (1956), "Zinya çiçəyi" (1971), "Bahar çiçəkləri" (1971), "Monmartr gülləri" (1985), ilk əsərləri olan "Gülabdan", "Qızılgül", "Çöl çiçəkləri", "Eyvanda", "Xrizantemlər", "Yasəmənlər", "Zanbaqlar", "Nərgizlər", "Nar çiçəyi" kimi əsərlərə rast gəlinir.
Zemfira Səfərova
Zemfira Yusif qızı Səfərova (10 iyun 1937, Kislovodsk, Stavropol diyarı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2017), sənətşünaslıq elmləri doktoru (1996), professor (1998), AMEA-nın həqiqi üzvü (2017) Zemfira Yusif qızı Səfərova 1937-ci il iyun ayının 10–da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirmişdir. Zemfira Səfərova AMEA –da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1980-ci ildən bu günədək "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik edir. Musiqişünas 20 – dən çox kitab, 150 – dən artıq elmi əsərin müəllifidir. O, qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq etmiş, "Azərbaycan musiqi elmi (XII – XX əsrlər)" adlı fundamental monoqrafiyasını yazmışdır. Zemfira Səfərova hazırda Bəstəkarlar İttifaqının "Musiqişünaslıq və tənqid" bölməsinin rəhbəri, "Musiqi dünyası" jurnallarının redaksiya heyətinin, elmi şuranın üzvüdür. Musiqişünas 1989-cu ildə Əməkdar incəsənət xadimi, 1996-cı ildə sənətşünaslıq doktoru, 1998-ci ildə isə professor adı almışdır. Əməkdar incəsənət xadimi(1989) Əməkdar elm xadimi(2006) "Humay" mükafatı laureatı AMEA-nın fəxri fərmanı Şöhrət ordeni(2022) "Azərbaycanın musiqi elmi" (XIII–XX əsrlər). Bakı: "Elm", 1998. "Музыкально-эстетические взгляды Узеира Гаджибекова".
İlahə Səfərova
İlahə Qiyas qızı Səfərova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014). İlahə Qiyas qızı Səfərova 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirib və həmin ilin sentyabr ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktrisa işləyir. Teatrda işlədiyi müddətdə o, Sumqayıt teatrının səhnəsində onlarca müxtəlif xarakterli obrazlar yarada bilib. Onlardan: Şərəfnisə (M.F.Axundov "Müsyo Cordan və Dərviş Məstəli şah"), Jahan (Ə.M.Lələdağ "Qorxaq"), Qurbağa (L.Ustinov "Cəsur qurbağa"), Saray müğənnisi (F.Məhərrəmov "Oğuzlar"), Mariya (A.Kamyu "Ağlasığmaz faciə"), Minayə (İ.Məlikzadə "Gəl qohum olaq"), Olya (A.İvaşenko "Uşağa bir üç yazın"), Eldar ( K.Həsənov "Sehrli yaylıq"), Sərvinaz (M.İbrahimov "Yaxşı adam"), Fərhad (F.Məmmədov "Anasının gül balası"), Ağacdələn (O.Kolçinskaya "Tramvayı kim oğurlayıb"), Dilbər və Rəhimə (Ç.Məmmədov "Kişi"), Səidə (T.Vəliyeva "Mənim ağ göyərçinim"), Padşahın arvadı (Anar "Yaxşı padşahın nağılı"), Qadın (F.Mustafa "Əqrəb bürcü"), Ana (Ç.Aytmatov "Ümid sahili"), Nazilə (M.Haqverdiyev "Fədakarlıq"), Nazlı (Ə.Qiyas "Qarışqa yuvası"), Şadxəbər (Renportyor) Ə.Əmirli ("Varlıq qadın ) vəs. göstərmək olar. İ.Səfərova 1997-ci ildə Qazax rayon Dövlət teatrını dirçəltmək məqsədi ilə Mədəniyyət Nazirliyinin göstərişi ilə həmin teatra ezam olunmuş və orada Gülbalayeva (M.İbrahimov "Alov"). Yetər (N.B.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük"), Nonna (R.Muxtar "Şəhərli kürəkən") obrazlarını yaratmışdır. İ.Səfərova İ.Məlikzadənin "Gəl qohum olaq" və M.Quliyevin "Qeybdən gələn səs" əsərlərinin telefilmlərində Minayə və Dilbər obrazlarını özünəməxsus ştrixlərlə yaratmışdır. 2004-cü ildə İ.Səfərova "Tərəqqi" medalına layiq görülmüşdür. 2014-cü ildə əməktar artist adına layiq görülmüşdür.
Əsgərağa Gorani
Əsgər ağa Gorani (əsl adı: Əsgər ağa Haqverdi ağa oğlu Gözəlov; 3 may 1857, Goran, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 9 mart 1910, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Azərbaycan yazıçısı, maarifçi, teatr xadimi və ictimai xadim. Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov ilə yanaşı Azərbaycan milli teatrının yaranmasında xidmətləri olmuşdur. "Sərgüzəşti-vəziri-xani-Lənkəran"da Teymur ağa, "Sərgüzəşti-mərdi-xəsis"də Hacı Qara rollarını ilk dəfə səhnəmizdə ifa etmişdir. Əsgər ağa Haqverdi bəy oğlu Adıgözəlov 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olmuşdur. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl medalla bitirib. Sonra Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfat Akademiyasına daxil olub. Akademiyanı bitirəndən sonra vətənə dönüb. Quberniya katibi, kollec asessoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yelizavetpol (Gəncə) quberniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, beş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yelizavetpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib.
Züleyxa Səfərova
Züleyxa Səfərova (27 noyabr 1999, Azərbaycan) – Azərbaycan tennisçisi. Azərbaycan milli komandasında çıxış edir. == Karyerası == Züleyxa Səfərova 27 noyabr 1999-cu ildə doğulmuşdur. 2014-cü ildə Bakı Tennis Akademiyasında tennis üzrə yeniyetmələr arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 16 yaşlıların mübarizəsində iştirak etmişdir. 2014-cü ildə keçirilmiş Bakı Kuboku turnirində çıxış etmiş, turnirin ən gənc debütantlarından biri olmuşdur. Lakin Belarus təmsilçisi Aleksandra Sasnoviçə məğlub olaraq mübarizəni erkən dayandırmışdır. Səfərova 2015-ci ildə keçirilmiş Bakı Kubokunda Ukrayna tennisçisi Oleksandra Koraşvili ilə qarşılaşmada 0–2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdır. Cütlüklərin yarışında isə Əminə Dik ilə birlikdə Polina Monova-Kseniya Lıkina cütlüyünə qarşı mübarizə aparmış, lakin 0–2 hesabı ilə məğlub olmuşdurlar. O, 2018-ci ildə Bakıda keçirilmiş ikinci beynəlxalq həmrəylik tennis çempionatında qız cütlüklərin finalına çıxmış və Anjelika İsayeva ilə birlikdə qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova duetinə qarşı oynamışdır. O, həmin turnirin fərdi yarışında mübarizəni erkən dayandırmışdır.
Səfərad yəhudiləri
Səfərad yəhudiləri — İbri dilində "Sfarat", İspaniya mənasına gəlməkdədir. İspaniya xaricində Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey Adaları və Bizans İmperiyası ndan qalan Yəhudilər in də hamısı bu adla xatırlanar. 16. əsrdə bütün bu qruplar, Judeo-Espegnol və ya "Ladino" deyilən və İspaniyanın Kastilya ləhcəsinə əlavə edilmiş; Türkcə, İbranice hətta Yunancadan gələn sözlər və deyimlər olan dil danışırdılar. Bu dil bu günlərdə unudulmağa başlanmışdır. 1492də İspaniyadan atılan Yəhudilər, İspaniya mənşəli olduqları üçün özlərinə "Sefarad" adını qoymuşlar.
Elmira Səfərova (pianoçu)
Elmira Yusif qızı Səfərova (16 sentyabr 1934, Bakı – 11 yanvar 1997)— Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi, professor, pedaqoq və pianoçu. == Həyatı == 16 sentyabr 1934-cü ildə Bakıda anadan olmuşdur. Atası Yusif tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi. Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur. Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.
Hacı Səfəralı hamamı
Hacı Səfəralı hamamı — Novxanı kəndində yerləşən Hacı Səfəralı hamamının tikintisi 1907-ci ildə başa çatıb. Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında bir çox mane yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları ciddi şəkildə qorunub saxlanılıb. Hamamın içini planlaşdırmaq xüsusilə çətinlik yaradıb. Bununla belə, vacib tələb olunan qaydalara uyğun, ənənəyə sadiq layihələşdirilib və tikilib. Burada geniş giriş zalı və tualet, əhalinin sayına uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edir. Kvadrat şəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə əlaqəli idi. Suqızdırma otağı başqa hamamlardakindan fərqli olaraq genişliyi ilə seçilir. Hamamı su ilə təchiz edən quyu da burada yerləşdirilib.
Hacı Səfəralı məscidi
"Hacı Səfəralı" məscidi — Azərbaycanın Abşeron rayonunun Novxanı qəsəbəsində məscid. == Tarixi == Məscid 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən inşa edilmişdir. Məscid ilk vaxtlar kiçik bir təkyədən ibarət olmuşdur. 1904-cü ildə kənd sakini Hacı Səfəralı buranı genişləndirərək böyük bir məscid tikdirmişdir. Məscidə qərb tərəfdən birbərtəbəli mədrəsə bitişikdir. İbadətgahlara qarşı mübarizə Səfəralı məscidindən də yan keçməmiş, XX əsrin 30-cu illərində məscid bağlanmışdır. Məscidin binasından anbar kimi istifadə olunub. Repressiyalara baxmayaraq, novxanılılar məscidin tam məhv edilməsinə icazə verməmiş, məscidin taxıl anbarına çevrilməsinə nail olmuşdurlar. 60 illik fasilədən sonra – 1988-ci ildə məscid kənd dindarları tərəfindən bərpa edilib istifadəyə verilmişdir. Müstəqillik illərində məscid Abşeronun memarlıq ənənələrinə uyğun təmir edilmiş, əlavə olaraq iki minarə tikilmişdir.
Akademik Zemfira Səfərova (film, 2017)