Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Malika Şeravat
Malika Şeravat (Hindcə:मल्लिका शेरावत) əsil adı:Reema Lambha; d. 24 oktyabr 1981, Rohtak, Haryana, Hindistan), Hind model və aktrisa. Ləqəbi "Bollivudun öpüşən kraliçası"dır.
Sadavat
Sadavat — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Salavat
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
Səravan
Səravan- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Səravan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,652 nəfər və 10,078 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Savat
Savat (fr. Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu) — Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənəti. == Tarixi == Savate XVIII əsrdə yaranmağa və inkişaf etməyə başlamışdır. Əvvəldən yalnız ayaqların istifadə edildiyi və əl zərbələrinin istifadə edildiyi bir idman idi. Əlləri çox az hücum üçün xidmət edərkən, əllər daha çox hücum üçün istifadə edildiyi üçün kapoeiraya bənzəyir. 1845-ci ildə bir Savate döyüşçü, Ouen Svift adlı ingilis boksçusu ilə döyüşməyə getdi, nəticədə Savate döyüşçüsünü tamamilə məğlub etdi. Bu, Fransız boksu adlandırılmağa başlanan döyüşdən sonra yumruqları birləşdirməyə başlayaraq başladı və inkişaf etdi. == Ümumi məlumat == Bu döyüş idman növündən həm əllər, həm ayaqlar qərb boksu və ayaq zərbəsi ilə birləşdirilmiş şəkildə istifadə olunur. Müasir savatedə (fransız boksu) boks əlcəklərindən istifadə edərək zərbələr vurulur. Təpik zərbəsi (qabırbağaya, buruna, ayağa, dabana) vurulmasına görə müasir avropa (kikboksinq) və asiya (muay tay) analoqlarından fərqlənir.
Firuz Səxavət
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) (23 avqust 1972, Gülablı, Ağdam rayonu) — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır. == Həyatı == Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Salavat (Meşkinşəhr)
Salavat (fars. صلوات‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 970 nəfər yaşayır (200 ailə).
Salavat (dağ)
Salavat dağı — Baş Qafqaz silsiləsinin şərqində yerləşən zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. == Təsviri == Dağ 3642 metr hüündürlüyə malikdir. Burada yerləşən Salavat aşırımından (2829 m) Hərbi-Axtı yolu keçir. == Mənbə == Салават, гора // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Salavat (İslam)
Salavat — İslamda Həzrəti Peyğəmbər, onun ailəsi, bəzən də Əshabı üçün edilən dua. Ərəbcəsi belədir: (صلی الله علیه و آله و سلم). Tərcüməsi isə belədir: Allah Muhəmməd və ailəsinə salavat və salam göndərsin. Bu dua adətən islam peyğəmbəri Məhəmməd peyğəmbərin (s) adından sonra işlənir və onun özünə və Əhli-beytinə (ə) salavat, salam və dua olaraq deyilir. == Salavatın variantları == 1. Sallallahu aleyhi və alihi və səlləm 2. Əleyhissalam 3. Aleyhi-s-salatu vəs-salam 4. Sallallahu aleyhi və səlləm 5. Əssalatu vә-s-salamu alә Muhammәdin vә alә alihi vә әshabihi әcmәin == Salavatın qısa yazılması == 1.
Salavat (şəhər)
Salavat — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Salavat Fatxetdinov
Salavat Fatxetdinov (tatar. Салават Зәки улы Фәтхетдинов; 10 yanvar 1960, Aksayet[d], Başqırd MSSR) — müğənni, Tatarıstanın xalq artisti, Rusiyanın əməkdar artisti, Başqırdıstan Respublikasının xalq artisti, avtoidmanında beynəlxalq idman ustası, Tatarıstan Respublikası ağırlıq qaldırma federasiyasının prezidenti, Rusiya uşaq fondunun Tatarıstan filialının direktoru, Ulyanovsk vilayətinin əməkdar mədəniyyət işçisi (2010), Kazan Dövlət Mədəniyyət İnstitutunun professoru. == Bioqrafiyası == Salavat Fatxetdinov 10 yanvar 1960-cı ildə SSRİ, Başqırdıstan MSSR-nın Təteşle rayonunun Aksayet kəndində anadan olmuşdur. Milliyyətcə - tatardır. Orta təhsil aldıqdan sonra Sterlitamak mədəni maarif məktəbində oxuur. 1977-1979-cu illərdə Təleşe rayonunun İlmetovo kəndindəki kənd Mədəniyyət Evinin direktoru vəzifəsində çalışmışdır. 1979-1981-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1981-1989-cu illərdə Aksayet Musiqi Klubları Sisteminin direktoru vəzifəsində çalışıb. Klubda bir neçə il çalışdıqdan sonra Salavat 1989-cu ildə məzun olduğu Kazan Mədəniyyət İnstitutunun rejissorluq şöbəsinə daxil olur. 1989-2000-ci illərdə Yar Çallı şəhərində yaşayır.
Salavat Kusimov
Salavat Kusimov (8 mart 1942) — Ufa Dövlət Aviasiya Texniki Universitetinin prezidenti, UDATU rektoru (1992 - 2003), Başqırdıstan Respublikası Qurultayının deputatı (2003-2008), rus alim, texniki elmlər doktoru, professor. == Bioqrafiyası == İkinci Dünya müharibəsi qəhrəmanı general Tahir Qasımovun oğludur. === Təhsil və fəaliyyət === Moskva Energetika Universitetinin mühəndis elektrik fakultəsini bitirmişdir (1965). Elmlər namizəti (1971) və professordur (1991). Sovet İttifaqı ixtiraçı müəllifi (1985), Başqırdıstan Elmlər Akademiyasının müxbir üzvü (1998), Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (1993), Beynəlxalq Ali Təhsil Elmləri Akademiyasının (1994), Petrovski Elmlər və İncəsənət Akademiyasının (1994), Petrovski Keyfiyyət Problemləri Akademiyasının (1995), Başqırdıstan Respublikasının Elmi və Tədrisə Yardım üzrə Dövlət İdarəetmə Şurasının, Başqırdıstan İctimai Təhlükəsizlik Şurasının üzvü, Nümayəndələr Palatasının müavini, millət vəkili. əvvəllər Başqırdıstan Respublikası Dövlət Assambleyasının sədri. "Şərəf nişanı" ordenli (1985). Kompleks texniki obyektlərin, optik-mexanik sistemlərin, adaptiv lazer optiklərinin idarə olunmasında mütəxəssisdir. Elmi istiqaməti - yüksək lazer radiasiyasının parametrlərinə nəzarət etməkdir. Elmi araşdırmalarının nəticələri aviasiya sənayesində tətbiq olunur.
Salavat Qaysin
Salavat Muxtar oğlu Qaysin (başq. Ғайсин Салауат Мөхтәр улы, rus. Гайсин Салават Мухтарович; 24 fevral 1940, Rəsul, Başqırd MSSR – 5 yanvar 2023) — Rusiya təsərrüfat xadimi, 1992–2011-ci illərdə Başinformsvyaz ASC-nin baş direktoru. 12-ci çağırış Başqırdıstan MSSR Ali Şurasının üzvü, 3 və 4-cü çağırış Başqırdıstan Respublikası Qurultayının deputatı. == Həyatı == Salavat Qaysin 1958-ci ildən 1959-cu ilədək Uçalı şəhərində tikinti trestinin daşyonan-dülgər kimi işləmişdir. 1964-cü ildə Novosibirsk Elektrotexnika Rabitə İnstitutunun telefon və teleqraf rabitəsi ixtisasınl bitirmişdir. 1965–1975-ci illərdə baş mühəndis, sonra isə Beloretsk istismar və texniki rabitə qovşağının rəhbəri olmuşdur. 1976-cı ildən BMSSR Texniki İstehsal Rabitəsi İdarəsinin (TİRİ) rəhbər müavini vəzifəsinə keçir və 1987-ci ilin noyabr ayında yekdilliklə müəssisə rəhbəri seçilir. 1992-ci ildə BMSSR TİRİ Başinformsvyaz ASC-yə çevrilməsindən sonra Salavat Qaysin 2011-ci ilə qədər şirkətə rəhbərlik edərək baş direktor vəzifəsində işləyirdi. 1990–1995-ci illərdə BMSSR Ali Şurasının deputatı olmuşdur, Başqırdıstan parlamentinin Nümayəndələr Palatasının deputatı seçilmişdir, Başqırdıstan Respublikası Hökumətinin üzvü olmuşdur.Rusiya Təbiət Elmləri Akademiyasının fəxri akademiki, Başqırd Dövlət Universitetinin fəxri akademiki, Telekommunikasiya Keyfiyyəti Akademiyasının həqiqi üzvü, Ufa FK-nın fəxri prezidenti.
Salavat Yulayev
Salavat Yulayev (başq. Салауат Юлай улы; 16 iyun 1754 — 26 sentyabr 1800) — başqırd xalq qəhrəmanı və el şairi. == Həyatı == Salavat Yulayev 16 iyun 1754-cü ildə anadan olmuşdu. Şeytan-Kuday kəndində yaşam sürən tarxan ailəsindən idi. Çelyabinsk vilayəti əhalisi Puqaçov üsyanına qoşulurdu. Üsyanın nüvəsini başqırdlar və digər türk xalqları təşkil edirdi. Bu üsyan Salavat Yulayev kimi xalq qəhrəmanları yetirdi, lakin müstəmləkə zülmünə qarşı oyanıb ayağa qalxan xalqların milli azadlıq hərəkatını rus kəndli müharibəsi adlandırıldı. Üsyan qanlar içində boğdurulub susduruldu. Salavat Yulayev 26 sentyabr 1800-cü ildə vəfat edib. == İstinadlar == == Xarici keçidlər == Статья "Салават Юлаев" в "Башкортостан.
Salavat bayramı
Salavat bayramı (başq. Salauat yıyını) — Salavat Yulayev günləri çərçivəsində qeyd olunan respublika səviyyəli folklor bayramı. == Bayram haqqında == "Başqırdıstan Respublikasında Salavat Yulayev günlərinin keçirilməsi barədə" sərəncam Respublika prezidenti tərəfindən 2004-cü ilin iyulunda imzalanıb. Həmin vaxtdan etibarən "Salauat yıyını" hər il Respublikanın müxtəlif şəhər və rayonlarında keçirilir. Əvvəlcə təsnifat mərhələsi keçirilir. Respublikanın folklor bayramı olan "Salauat yıyını"nın keçirilməsinin məqsəd və vəzifələri aşağıdakılardır: Xalq yaradıcılığının qorunub saxlanılması və inkişafı; Yetişməkdə olan nəsildə Salavat Yulayev obrazında vətənə, onun tarixi keçmişinə sevgi, milli qürur, yaşlı nəslə hörmət və qayğı hissi aşılamaq; Başqırd xalqının milli adətlərin təşviqatı və təbliğatı; Milli İdman növlərinin təbliğ edilməsi; Sağlam həyat tərzinin təbliğ edilməsi.Bayram çərçivəsində yarış keçirilir: "Salauat yıyını batırı", "Saya kızzar", yurt müsabiqəsi, ənənəvi idman yarışları (kisə ilə qaçış, yun üzərində gediş, kisə ilə mübarizə, kureş (güləş) , Salavat Yulayev adına kürəş mübarizəsi turniri). 2015-ci ildə "Salaut yıyını" proqramına qalibin Bayka Aydar adına mükafatla təltif olunduğu sesenlər yarışı da əlavə edildi. 2004 — Başqırdıstanın Salavat rayonu 2005 — Başqırdıstanın Salavat rayonu 2006 — Başqırdıstanın Baltaçevskiy rayonu 2007 — Başqırdıstanın Çekmaquşevskiy rayonu 2008 — Salavat şəhəri 2009 Ufa şəhəri 2010 — Başqırdıstanın İşimbay rayonu 2011 — Başqırdıstanın Salavat rayonu 2012 — Başqırdıstanın Salavat rayonu 2013 — Başqırdıstanın Salavat rayonu 2014 — Başqırdıstanın Salavat rayonu == Salauat yıyını — 2010 == "Salauat yıyını −2010" tarixi məkan olan Toratau dağlarının ətəyində qeyd olundu. Məhz bu yerdə ərazi yıyını keçirilirdi və başqırd tayfaları taleəhəmiyyətli məsələlərin həlli üçün burada toplaşardılar. RF-nın və ölkənin müxtəlif regionlarından olan başqırdların III ümumdünya qurultayının nümayəndələri də orada iştirak etdilər.
Salavat dağı
Salavat dağı — İranın Şərqi Azərbaycan ostanında dağ. Hündürlüyü 2242 m. Dağın qərb yanından Qarasuçay axır.
Salavat mağarası
Salavat mağarası — təbiət abidəsi, Başqırdıstanın İşimbayski rayonu ərazisində yerləşir. Mağara Kalim-uskan qayasında yerləşir. 1985-ci ildən mağara, qaya ilə birlikdə qorunan təbiət abidəsi elan edilmişdir. Hazırda turizm obyekti kimi istifadə edilir. == Yerləşməsi == Mağara Makarovski kəndindən yeddi kilometr aralıda, Kulqukinoya gedən yolun üzərində qərarlaşır. Rəsmi yerləşim yeri olaraq isə Makarovski meşə savxozu, Şixanov meşə sahəsi, 46 (19, 27, 28 görünüş) və 47 (26, 36, 37 görünüş) məhəllə == Qorunma obyekti == Əsrarəngiz qaya və mağara. Ətraf ərazilərin meşə ilə örtülü olması və nadir bitkilər. Digər ərazilərdə müşahidə edilməyən mənzərə. == Təsvir == Kalim-uskan qayası Sikaya çayı ilə əhatələnmişdir. Salavat mağarasının girişi çay səthindən altı metr yüksəklikdə yerləşir.
Salavat rayonu
Salavat rayonu (başq. Салауат районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Malayaz kəndidir. == Coğrafiyası == Rayon Başqırdıstanın şimal-şərq hissəsində, Çelyabinsk vilayəti ilə həmsərhə yerlıəşir. Rayonun sahəsi 2182 km²-dir. Ərazinin əsas hövzəsini Yuruzani və Ay çayları təşkil edir. Cənub-şərq hissəsində Uralın qərb yamacının ətəkləri (Suleia, Başqırd İlçikeyevo) uzanır. Karatau silsiləsi şimaldan yüksəlir, Ufa yaylası isə şimal-qərbdə yerləşir. Orta səth hündürlüyü 370 m-dir. Rayonda yerləşən Yangantau dağı, Kuselyarovski hidrogen sulfid bulağı, Korqazak bulağı, Laklinskaya mağarası, İzris mağarası təbii abidələr elan edilmişdir.
Salavat tramvayı
Salavat tramvayı — Salavat şəhərində tramvay sistemi. Tramvay təsərüfatının idarə olunmasını Salavat şəhər Tramvay idarəsi təşkil edir. == Tarixi == Şəhərdə ilk tramvay 29 iyul 1957-ci ildə № 1 maşrutu üzrə «Kolxoz bazarı — Kombinat idarəsi» hərəkət etmişdir. 10 ədəd МТВ-82 vaqonları ilə hərəkət təmin edilmişdir. Kolxoz bazarından depoya bir xətt hərəkət edirdi. Elə ilk gündən iki vaqonlu tranvayların istismara verilməsi zərurəti yaranmışdır. Ancaq bu gercəkləşdirilməmiş qalır. XX əsrin 60-cı illərində şəhərin cənub-şərqində yeni zavodun inşası ilə bura tramvay xətti çəkilmişdir. Bu istiqamətdə КТМ-2+КТП-2 vaqonları xəttə buraxılır. 1967-cı ildə yeni xətlə zavoddan kombinat idarəsinə və Novo-Salavatskaya TES adlı yerə istiqamətlənir.
Salavat şəhəri
Salavat — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Samavar (Tarım)
Samavar (az.-əbcəd ساماوار‎, fars. صومعه‌بر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 114 nəfər yaşayır (41 ailə).
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
Səravan şəhristanı
Səravan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səravan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 147,757 nəfər və 28,218 ailədən ibarət idi.
Səxavət Abbasov
Səxavət Rizvan oğlu Abbasov (25 aprel 2000, Xırdalan – 20 oktyabr 2020, Ərgünəş, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. ==== Həyatı ==== Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Səxavət evin tək övladı idi. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Güləşin yunan-roma növü ilə məşqul olan Səxavət həmdə musiqi bacarıqı ilə yadda qalıb. O dostları arasında şən zarafatçıl biri kimi tanınardı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. ==== Hərbi Xidmət ==== Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərib ==== Qəhrəmanlıq hekayəsi ==== Abşeron rayonu, Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda "məndən nigaran qalmayın, Vətən borcunu verib qayıdacağam" deyib.
Səxavət Baxışov
Səxavət Məmməd oğlu Baxışov (3 aprel 1979, Tüntül, Qutqaşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == 3 aprel 1979-cu ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuşdur.1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur və 1997-ci ildə oranı bitirərək, elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2001-ci ildə Hərbi məktəbi "Tankçı" ixtasısı üzrə bitirmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Baxışova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Səxavət Hacıyev
Hacıyev Səxavət Əbi oğlu (d.01.12.1966-v.25.01.1993) — == Həyatı == Hacıyev Səxavət Əbi oğlu (01.12.1966–25.01.1993) Lerik rayonunun Rvarud kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə Rvarud kənd orta məktəbində oxumuşdur. 1984-cü ildə Bakı Politexnik Texnukumuna daxil olmuşdur.1984-cü ilin noyabrından 1986-cı ilin noyabrına qədər Həqiqi Hərbi xidmətdə olmuşdur. Səxavət hərbi xidmətdən sonra texnikumda oxudu və 1989-cu ildə oranı bitirmişdir. == Səxavət Zirvəsinin döyüş yolları == Erməni dığaları Moskvanın köməyi ilə Azərbaycan torpaqlarında yeni-yeni qəddarlıqlar törədirlər. Xocalı faciəsi bunların ən dəhşətlisi idi. Səxavət heç cür özünə yer tapa bilmirdi. O, 1992-ci ilin fevralın sonuncu günundə Bakıda Hərbi Qərargaha yollandı və könüllü olaraq Qarabağa getdi. Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şüşa şəhəri oldu. Cəsur igid burda neçə-neçə döyüşdə fərqləndi, döyüş dostlarını mübarizəyə ruhlandırdı.
Emanat
Emanat — Azərbaycanda fəaliyyət göstərən ən iri ödəniş sistemlərindən biridir. == Tarixi == Emanat 2012-ci il sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü il mart ayında Emanat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Emanat şirkəti hazırda özünəxidmət nağd ödəniş terminalları şəbəkəsini elektron idarə edir. Hazırda Azərbaycanda 3000-dən artıq Emanat ödəniş terminalına rast gəlmək olar. Ödəniş terminallarında hazırda 1000-dən çox xidmət mövcuddur. 2012-ci il sentyabr — Fəaliyyətə başlamışdır 2013-cü il mart — Ölkə bazarına daxil olmuşdur == Xidmətlər == Kommunal ödənişlər Mobil ödənişlər Bank xidmətləri Dövlət ödənişləri TV ödənişləri İnternet provayderləri Telefon ödənişləri Mağazalar şəbəkəsi E-pulqabı ödənişləri Təhsil xidmətləri Əyləncə və oyunlar Xeyriyyə və yardım Ödəmə kartları Sığorta və səhiyyə Hüquq xidmətləri Turizm və səyahət Karqo və nəqliyyatDigərləri == Missiyası və Dəyərləri == Şirkətin özünəməxsus aşağıdakı missiyaları və dəyərləri mövcuddur.