Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 6 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Səxavət Rizvan oğlu Abbasov (25 aprel 2000, Xırdalan – 20 oktyabr 2020, Ərgünəş, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Səxavət Abbasov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xırdalan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Ərgünəş dağı, Xocavənd rayonu |
Dəfn yeri | Xırdalan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Hadrut döyüşləri |
Təltifləri | 2020 2020 |
Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Səxavət evin tək övladı idi. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Güləşin yunan-roma növü ilə məşqul olan Səxavət həmdə musiqi bacarıqı ilə yadda qalıb. O dostları arasında şən zarafatçıl biri kimi tanınardı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.
Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərib
Abşeron rayonu, Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda "məndən nigaran qalmayın, Vətən borcunu verib qayıdacağam" deyib.
"Övladdan da şirindir nəvə" deyən nənəsi Üsarə Mirzəquliyeva Səxavətlə fəxr edir. Deyir ki, nəvəsi evin tək övladı olmasına baxmayaraq, müharibə başlayandan iki gün sonra cəbhəyə yola düşüb.
20 yaşlı qəhrəmanımızla çiyin-çiyinə düşmənə sinə gərən döyüş yoldaşları deyirlər ki, Səxavət çox mərd oğul olub. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində düşmənlə mübarizədə qalib kimi çıxıb. Sonuncu döyüşü isə Ərgünəş dağı ətrafında olub. Döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyev ilə birlikdə düşmənin atdığı minamyot qəlpəsindən şəhid olub.
Səxavət Abbasov oktyabırın 20-də şəhid olub və Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilib.