Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəngdar
Rəngdar (keçmiş adları Rənginədahar, Vəngidar) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Rəngidar (oyk.), (sadə.) - Quba rayonunun Xaltan inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Əsl adı Rənginədahardır. Oykonim tat dilindəki "rənginə" (rəngli) və "dahar" (qaya) sözlərindən düzəlib, “rəngli qaya” mənasındadır. Kənd eyniadlı qayanın yaxınlığında salındığından həmin qayamn adını daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 123 nəfər əhali yaşayır.
Səngsər
Səngsər və ya Mehdişəhr — İranın Simnan ostanının şəhərlərindən və Mehdişəhr şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,581 nəfər və 5,473 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti səngsər elindən ibarətdir və səngsər dilində danışırlar.
Səngan
Səngan (Rəzəvi Xorasan)
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Səngsər dili
Səngsər dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran qrupunun Simnan dilləridəndir ki İranın Simnan ostanında, xüsusilə Səngsər (Mehdişəhr)də danışılır.
Səngsər eli
Səngsər eli - əsasən İranın Simnan ostanında Mehdişəhr(Səngsər) şəhərində yaşayırlar, amma köç ərazilərinə Tehran, Qəzvin, Gülüstan, Mərkəzi, Qum,Rəzavi Xorasan, Şimali Xorasan, Cənubi Xorasan, Gilan, Mazandaran, İsfahan ostanlarıda daxildir. Səngsərlər səngsər dilində danışırlar, müsəlman (şiə) və bəhaidirlər. Onlar dünyanın ən uzun miqrasiya marşrutunu keçirlər. Belə ki, onların ən uzaq yaylaq və qışlaq nöqtəsinin məsafəsi 1500 km-dən çoxdur.
Zəngbar (Bostanabad)
Zəngbar (fars. زنگبار‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (11 ailə).
Səngan (Qəzvin)
Səngan (Aşağı Tarım) yaxudda Aşağı Səngan (fars. سنگان‌سفلی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. Kənd Qəzvindən 105 kilometr aralı yerləşir. 2016-cı ilin məlumatına görə kənddə 236 nəfər yaşayır (83 ailə). Əhalisi bütünlükdə yerli Azərbaycan türklərindən ibarətdir. Əhalisi əsasən bağçılıqla məşğul olaraq gəlirləri bu yoldandır və bu kənd bölgədə nar meyvəsinin mərkəzi sayılır.Səngan kəndində müxtəlif nar növləri o cümlədən Şahabar,Qaragöz,Ağ nar və Meyxoş narları yetişdirilir. İllik olaraq bu kənddə Oktyabr ayında nar dərimi münasibətilə nar festivalı keçirilir.Üzüm, zeytun, alça, əncir, ərik, tut, böyürtkən, moruq, qoz və qara tut kəndin başqa önəmli bağçılıq məhsulları sayılır. Səngan kəndində İmamzadə Əlaəddin türbəsi yerlişir ki onda 2010-cu ildə quruculuq işləri aparılaraq qismən bərpa edilib.
Səngan (Üşnəviyyə)
Səngan (fars. سنگان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 925 nəfər yaşayır (151 ailə).
Səngər (Abaran)
Səngər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tabeliyində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tabeliyindən Alagöz (Araqadz) rayonunun tabeliyinə keçirilmişdir. Toponim qədim türk dilində «dağ burnu» mənasında işlənən səngər (sengir) sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Səngər (Maku)
Səngər (fars. ‎سنگر‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 585 nəfər yaşayır (118 ailə).
Səngər (coğrafiya)
Səngər — qədim türk dillərində dağ burnu mənasında işlənmişdir. Azərbaycanlıların məskunlaşdığı ərazilərdə səngər sözü ilə bağlı çoxlu toponimlər vardır. Məsələn, Vardenis rayonunda Səngər qışlağı olmuşdur.
Səngər (hərb)
Səngər — ön xəttə qazılan kanallar və yaxud kanal tipli dərin qazılan və insanları kənar təhlükələrdən qoruyan xəndəkdir. Səngər sözü qədim fars mənşəli söz olub, mənası (səngər - aşağı, aşağıda) mənası ilə tərcümə olunur.[mənbə göstərin] Səngər əsasən müharinə zamanı döyüş sahələrində qazılır. Güllədən, qəlpədən əsgərləri qorunmaq üçün nəzərdə tutlur. Səngər sözünə müxtəlif bədii əsərlərdə də rast gəlmək olur. Məsələn: – Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”.
Səngər (Üşnəviyyə)
Səngər (fars. سنگر‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (60 ailə).
Səngər (İran)
Səngər — İranın Gilan ostanında yerləşən şəhər. Səngər əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Səngər dağı
Səngər dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2915,9 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Güney Qışlaq kəndindən 4,8 km şimal-qərbdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli edyniadlı sinklinalın cənub-qərb qanadında yerləşir.
Senzor
Senzor (lat. censor, censere — "qiymətləndirmə", "nəzarət") — Qədim Romada e.ə. 443-cü ildə, əvvəl 5 il, sonralar 18 aya qədər, sonralar isə ömürlük müddətə təsis edilmiş vəzifə. Senzorlar keçmiş konsullardan seçilirdilər və heç kim vəzifəni ikinci dəfə tuta bilməzdi. inventarlaşdırma, siyahıyaalma; ədəb-ərkana, davranışa nəzarət (lat. censura morum) və cəzalandırmaq: senatdan kənarlaşdırma (lat. senatu movere), rütbənin kiçildilməsi (lat. tribu movere) və ya alınması (lat. tribubus omnibus movere), bu zaman günahkar erari (lat. aerarius) adlandırılırdı.
Şonqar
Şonqar — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Şunqar
Şunqar (lat. Falco rusticolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Səngan (Rəzəvi Xorasan)
Səngan — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Səngan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,718 nəfər 1,952 ailədən ibarət idi.
Sezar
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[…], Roma – 15 mart e.ə. 44[…], Pompey teatrı[d], Roma respublikası), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı.
Səngər-i Mirabdullah (Urmiya)
Səngər-i Mirabdullah (fars. سنگرميرعبداله‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (112 ailə).
Cəlal Şəngör
Əli Mehmet Cəlal Şəngör (24 mart 1955, İstanbul) — türk geoloq. İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunda elmi fəaliyyət göstərib. Şəngör ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Mehmed Fuad Köprülüdən sonra Rusiya Elmlər Akademiyasına seçilən ikinci türk professordur. Şəngör Alman Geologiya Cəmiyyəti tərəfindən Gustav Şteinman Medalına layiq görülmüşdür. Fransa, İngiltərə, Avstriya və Amerika Birləşmiş Ştatlarında qonaq professor olaraq çalışan Şəngör, başda geologiya, xüsusən də struktural yer elmi və tektonika sahəsindəki çalışmalarıyla tanındı. 1988-ci ildə Nevşatel Universitetinin Elm Fakültəsindən fəxri elmlər doktoru dərəcəsi aldı. Şəngör 1990-cı ildə Avropa Akademiyasına qəbul edildi və həmin ildə Avstriya Geologiya Xidmətinin müxbir üzvü, 1991-ci ildə Avstriya Geologiya Cəmiyyətinin fəxri üzvü oldu. 1991-ci ildə Mədəniyyət Nazirliyinin "Bilgi Dövrü" mükafatını aldı. 1992-ci ildə İstanbul Texniki Universitetinin Mədən Fakültəsinin Ümumi Geologiya Bölümü professoru oldu.
Frederik Senger
Frederik Senger (ing. Frederick Sanger; 13 avqust 1918[…] – 19 noyabr 2013[…], Kembric, İngiltərə) — ingilis biokimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1980). İngilis biokimyaçısı Frederik Senger 1918-ci ilin avqustun 13-də Redkompda (Qolsterşir) anadan olmuşdur. 1939-cu ildə Kembric universitetini bitirmişdir. 1940-cı ildən Kembric universitetində işləmişdir. 1983-cü ildə istefaya çıxmışdır. Frederik Sengerin əsas elmi işləri zülalların və nuklein turşularının kimyasına həsr olunub. Senger insulinin strukturunu öyrənmişdir. O, peptidlərin kənar aminqruplarının identifikasiyasının dinitroflorbenzol üsulunu işləyib hazırlamış və bu üsulun köməyi ilə insulində amin qruplarının ardıcıllığını və təbiətini müəyyən etmiş, insulinin strukturunu açmışdır (1944–1954-cü illər). F. Senger müəyyən etmişdir ki, insulinin ümumi formulu C337 N65O75S6 kimidir, üç sulfid körpüsü var və iki zəncirdən ibarətdir: 21 aminturşu qalığına malik A zənciri və 30 aminturşu qalığından ibarət B zənciri.
Larri Senger
Lourens Mark Senger (ing. Lawrence Mark Sanger; 16 iyul 1968, Belvyu[d], Vaşinqton) — Amerikalı internet layihəsi yaradıcısı və filosofu. O, "Nupediya" onlayn ensiklopediyasının baş redaktoru idi və Cimmi Velslə birlikdə onun varisi "Vikipediya"nın yaradıcısı idi. Senger "Vikipediya" adını icad etmiş və Vikipediyanın bir çox ilkin təlimatlarını yazmışdır. Bunlara "Neytral baxış bucağı" və "Bütün qaydalara məhəl qoyma" siyasətləri daxildir. Senger daha sonra "Encyclopedia of Earth", "Citizendium" və "Everipedia" da daxil olmaqla digər ensiklopedik layihələr üzərində işləmiş, ABŞ-nin qeyri-kommersiya siyasi ensiklopediyası "Ballotpedia"da məsləhətçi kimi xidmət etmişdir. Senger universitetdə oxuyarkən internetdən təhsil məqsədləri üçün istifadə etməyə maraq göstərirdi və 2000-ci ildə "Nupediya" onlayn ensiklopediyasına baş redaktor kimi qoşuldu. "Nupediya"nın ləng irəliləyişindən məyus olan Senger məqalələrin "Nupediya"nın nəzərdən keçirmə prosesi olmadan dərc edilməsi üçün viki sistemindən istifadə etməyi təklif etmişdir. Bu dəyişiklik 2001-ci ildə "Vikipediya"nın inkişafına və istifadəyə verilməsinə səbəb olmuşdur. Senger "Nupediya"nın baş redaktoru kimi fəaliyyətini davam etdirmiş və ilk ilində "Vikipediya"da fəal iştirak etmişdir, lakin 2002-ci ilin martında işdən çıxmış və layihələri tərk etmişdir.
Leopold Senqor
Leopold Sedar Senqor (fr. Léopold Sédar Senghor, 9 oktyabr 1906[…], Joel-Fadiut – 20 dekabr 2001[…]) — Seneqallı şair və yazıçı, filosof, siyasətçi; Seneqalın ilk prezidenti. Qızıl çələng mükafatı (1975).
Marqaret Senqer
Marqaret Senqer (ing. Margaret Sanger; 14 sentyabr 1879[…], Korninq[d], Nyu-York ştatı – 6 sentyabr 1966[…], Tuson, Arizona) – ABŞ-də doğuma nəzarət hərəkatının lideri. 1879-cu ildə Nyu-York ştatının Korninq şəhərində doğulmuşdur. 1966-cı ildə Arizona ştatının Tuson şəhərində ölmüşdür. 1921-ci ilin iyununda Senqerin müəllifi olduğu bir məqalə Yaponiyanın "Kaizo" jurnalında çap olunmuşdur. Nəşriyyatın dəvəti ilə 1922-ci ilin martında Yaponiyaya gələrək burada bir sıra mühazirələr vermişdir. Polis tərəfindən ciddi şəkildə izlənilsə də, Tokio və Yokohamada 8 mühazirə verə bilmişdir. Lakin müxalifəti nəzərə alaraq Kioto, Osaka və Kobedə planlaşdırdığı mühazirələri verməmiş, Yaponiyanı aprel ayından erkəndən tərk etmişdir. Senqerin Yaponiyadakı fəaliyyəti böyük marağa səbəb olmuş və Yaponiyada doğuma nəzarət hərəkatının yaranmasına təkan vermişdir. Hamiləliyin qarşısını almaq yollarından bəhs etdiyi "Ailə məhdudiyyəti" traktatı Yamamoto Senci tərəfindən tərcümə edilərək nəşr olunmuşdur.
Sanqar boğazı
Sanqar boğazı (yap. 津軽海峡) – Honşu adasını Hokkaydo adasından ayıran boğaz. Sakit okeanı isə Yapon dənizi ilə birləşdirir. Boğazın uzunluğu 96 km ,eni isə 18–110 km arası dəyişir. Dərinliyi isə 110–491 m arası təşkil edir. Boğazda axının istiqaməti qərbdən şərqə doğrudur. Axının sürəti mərkəz hissələrdə 3 dəniz milinə bərabərdir. Burada dalğaların hündürlüyü 2 m-dir. Boğazın hər iki sahili sıldırımlı ,qayalı dağlar və onların üzəri isə meşələrlə örtülüdür. Hokkoyda adasının boğaz sahillərində yerləşən əsas liman şəhəri Hakodayedir.
Senqay Qibon
Senqay Qibon (仙厓義梵, 1750[…], Mino[d], Gifu prefekturası – 1837[…], Fukuoka) – Yaponiya rəssamı və xəttatı. Onun əsərləri üçün yumor və satira səciyyəvidir. Senqay Qibon 1750-ci ildə Yaponiyanın Mino əyalətində doğulmuşdur. O, 11 yaşında Rinzay sektasının keşişi olmuş və özünə buddist ad olaraq Qibon adını seçmişdir. 50 il keşişlik etdikdən sonra 1811-ci ildə Hakatada yerləşən Şofuku məbədinin 123-cü abbatı vəzifəsini tərk etmişdir. Senqay həyatının son 26 ilində müəllimlik, rəssamlıq və xəttatlıqla məşğul olmuşdur. Onun mürəkkəblə çəkdiyi işlər ciddi sənət kimi olunmaya bilər. Bir çox şəxs onu ziyarət edərək ondan fırça işi istəyirdilər və Senqay onların xahişini yerinə yetirirdi. Onun əsərləri Daruma və Kannon kimi buddist fiqurlara həsr olunmaqla yanaşı, mənzərə, çiçək, bitki və heyvan kimi mövzuları əhatə etmişdir. Onun əsərlərində söz oyunları və zarafatlar yer alırdı.