Səngər dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2915,9 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Güney Qışlaq kəndindən 4,8 km şimal-qərbdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli edyniadlı sinklinalın cənub-qərb qanadında yerləşir.[1]
Səngər dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2915,9 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |