Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərbaz
Sərbaz-İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Sərbaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,047 nəfər və 234 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
"Sərvan" nəğmələri
“Sərvan” nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə “sərvanlar” söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. “Sarvan” nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları (“Yoluva qoymuşam iydə”, “Yoluva qoymuşam kahı”, “Yoluva qoymuşam qəndi”, “yoluva qoymuşam alma” və s.) “sərvanlar”ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. “Sərvan” nəğmələri bir çox hallarda oxşar nəqarətlərlə oxunur. “Aş gəl, aş gəl” nəqarətli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Sərbaz şəhristanı
Sərbaz şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Rasək şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 150,890 nəfər və 29,094 ailədən ibarət idi.
Sərvan Ağayev
Ağayev Sərvan İlyas oğlu (15 sentyabr 1973, Sumqayıt – 19 iyun 1992, Aterk) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1973-cü il sentyabrın 15-də Sumqayıt şəhərində dünyaya gəlib.1979-1987-ci illərdə şəhərdəki 31 saylı orta məktəbdə səkkizillik təhsil alıb. 44 saylı texniki peşə məktəbində təhsilini davam etdirərək, qaynaqçı peşəsinə yiyələnib.23 aprel 1992-ci ildə Sumqayıt Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Bir qədər sonra Daxili Qoşunların “N” saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu kimi şalışmışdır. == Təltifləri == Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 1992-ci il tarixli müvafiq Fərmanı ilə sıravi Sarvan Ağayev Respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.
Sərvan Cəfərov
Sərvan Qüdrət oğlu Cəfərov (18 iyun 1972, Zəngilan – 10 aprel 1993, Zəngilan rayonu) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Cəfərov Sərvan Qüdrət oğlu 18 iyun 1972-ci ildə Zəngilan şəhərində anadan olub. 1989-cu ildə şəhərdəki 3 saylı orta məktəbi qurtarmışdı. 1991-ci ildə rus ordusu sıralarında qulluğa gedib. Hərbi xidməti başa vurduqdan sonra rayona qayıdıb. Vətəninə qayıdan kimi rayon daxili işlər şöbəsində işə girib. Bir neçə dəfə rayonun döyüş zonalarında, Şayıflı və Şatarız kəndlərindəki döyüşlərdə iştirak edib. 1993-cü il aprel ayının 10-da döyüşdə qəhrəmancasına şəhid olub. "Vətən uğrunda" madalı ilə təltif olunub. Subay idi.
Sərvan Eyyubov
Sərvan Eyyubov (tam adı:Sərvan Yusif oğlu Eyyubov 2.11.1998, Böyük Pirəli, Qəbələ, Azərbaycan — 12.10.2020, Tərtər,Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Eyyubov Sərvan Yusif oğlu 2 noyabr 1998-ci ildə Qəbələ rayonunun Böyük Pirəli kəndində anadan olub. Orta təhsilini Böyük Pirəli kənd orta məktəbində aldıqdan sonra təhsilini Qəbələ Peşə Məktəbində davam etdirib. 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini çavuş olaraq başa vurub. 29 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılıb. 12 oktyabr 2020-ci ildə Tərtər istiqamətində şəhid olub. Qəbələ rayonu Böyük Pirəli kənd məzarlığında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eyyubov Sərvan ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sərvan Göyüşov
Sərvan Mehman oğlu Göyüşov (28 fevral 1997; Bərdə şəhəri türk çadır şəhırciyi Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi . == Həyatı == Sərvan Göyüşov 1997-ci il fevralın 28-də Bərdə şəhərində Türk QızılAy Şəhərciyində məcburi köçkün kimi məskunlaşmış Mehman Göyüşovun ailəsində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Sərvan Göyüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sərvan Göyüşov oktyabrın 1 - də Murovdağ döyüşləri zamanı şəhid olub. 3 oktyabr 2020 il Ağdam rayonu Quzanlı qəsəbəsi kənd qəbristanlığında salınmış Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.05 noyabr 2021 il Azərbaycan Respublikasının Prezidentinin Sərancamına əsasən Azərbaycanın müstəqilliyinin,ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görGöyüşov Sərvan Mehman oğlu 3cü dərəcəli Rəşadət Ordeni ilə təltif olunub . (ölümündən sonra) .
Sərvan Şahbazov
Sərvan və ya Sarvan Əliməmməd oğlu Şahbazov (14 iyul 1993; Gündüzqala, Qusar rayonu, Azərbaycan — 1 noyabr 2020; Cütcü, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərvan Şahbazov 14 iyul 1993-cü ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sərvan Şahbazov müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.Azərbaycan Ordusunun əsgəri olan Sərvan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sərvan Şahbazov 1 noyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 7 yanvar 2021-ci ildə Qusar rayonunun Gündüzqala kəndində dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sərvan Şükürov
Sərvan Sərxan oğlu Şükürov (26 avqust 1998; Kələntərli, Bərdə, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərvan Şükürov 26 avqust 1998-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 2016–2017-ci illərdə hərbi xidmətdə olub. Daha sonra 2019-cu ildə yenidən Orduya yazılmaqla çalışmağa başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərvan Şükürov Suqovuşan döyüslərində savaşıb. O, oktyabrın 3-də döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.. Bərdədə dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamı ilə Sərvan Şükürov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Serenay Aktaş
Serenay Aktaş (d. 1 oktyabr 1993)— Türk futbolçu və aktrisa. == Həyatı == Serenay Aktaş 1 oktyabr 1993-cü ildə İstanbul vilayətində dünyaya gəlmişdir. Serenay Aktaş aktrisa olmaqla yanaşı, həm də futbolçudur. O, bir çox futbol komandasında oynayıb və hazırda futbola davam edir. Serenay Aktaş kiçik yaşlarından etibarən teatrla böyük bir əlaqəsi olub. Aktrisa bir çox seriallarda iştirak edib, "Türk malı", "Şübhə", "Yaxşı Cazibə", "Qəlbim səni seçdi" və "Möhtəşəm yüz il" kimi seriallarda rol alıb. O, 2014-cü ildə Acun İlıcalının təşkil etdiyi, dünyanın ən çətin yarışmalarından biri olan "Survivor"a qatılmışdır.
Serenay Sarıkaya
Serenay Sarıkaya(1 iyul 1992[…], Ankara)-Türk aktrisa və model . == Həyatı == İlk aktrisalıq təcrübəsini Şaşkın filmi ilə qazandı. Sarıkaya sonra Plajda filmində rol aldı. İlk dəfə Sinan Çetinin Peri Masalı (2008) serialında yer alaraq dizi aktrisalığına başladı və eyni il Sinan Çetin tərəfindən hazırlanan Limon Ağacı (2008) dizisində ilk baş rolunu oynadı. Dizi bitdikdən sonra Adanalı (2008–2010) dizisində rol almağa başladı. 2010-cu ildə təşkil olunan Miss Turkey yarışmasında ikinci oldu və Türkiyəni Miss Universe yarışmasında təmsil etdi. Ondan sonra Lale Devri (2010–2013) və Medcezir (2013–2015) seriallarinin baş rollarında yer alaraq populyarlığını artdırdı. "Əjdəhanı necə əhliləşdirməli?" filmində səsləndirmə edən Sarıkaya Behzat Ç. Ankara Yanıyor filmində də rol aldı. Seriallarda və filmlərdə rol almağı ilə yanaşı Sarıkaya reklamlarda da oynadı və bəzi əhəmiyyətli markaların da reklam üzü oldu. 2014-cü ildə GQ Türkiye tərəfindən ilin qadını seçildi.
Aldo Serena
Aldo Serena ( it. Aldo SerenaAldo Serena ; 25 iyun 1960) — İtaliyalı keçmiş peşəkar futbolçu. Karyerası boyunca bir neçə İtaliya klubunda çıxış edən oyunçu dörd A Seriyasl çempionlluğu titulunu qazanmışdır. O, əsasən liqa titulu və UEFA Kuboku da daxil olmaqla bir neçə kubok qazandığı "İnter"dəki çıxışı ilə xatırlanır. Milli komanda səviyyəsində, o, 1986 FIFA Dünya Kuboku və 1990 FIFA Dünya Kubokunda İtaliya milli komandasını təmsil edərək, komandanın sonuncu turnirdə üçüncü yeri tutmasına kömək etmişdir. == Klub karyerası == Serena karyerası ərzində bir sıra İtaliya klublarında çıxış edib: "Montebelluna", "İnter", "Komo", "Bari", "Milan", "Yuventus" və "Torino". Treviso əyalətinin Montebelluna şəhərində anadan olan Serena gənclik illərini doğma şəhərinin gənclər akademiyasında oynayaraq keçirib. 1977-ci ildə D Seriasında çıxış edən "Montebelluna" komandasında peşəkar debüt etdikdən və debüt mövsümündə 29 oyunda 9 qol vurduqdan sonra Serena növbəti mövsümdə 1978-ci ildə ilk dəfə "İnter" klubuna qoşuldu; onun "Latsio" klubuna qarşı keçirilən Seria A-da ilk oyunu 4:0 qələbə hesabı ilə bitdi və qollardan birinin müəllifi özü oldu. O, klubda keçirdiyi ilk mövsümdə 1981-82 İtaliya Kubokunu qazansa da əsasən ehtiyat oyunçu sayılırdı və buna görə də bir neçə digər İtaliya kublarına icarəyə verilırdı; o, icarə əsasında "Komo", "Bari", derbi rəqibi "Milan"və "Torino" klublarında hərəsində bir mövsüm çıxış etmişdir. O, həmçinin 1985-1987-ci illər arasında rəqib "Yuventus"la uğurlu iki mövsüm keçirdi, A Seriyasında 51 oyuna 21 qol vurdu, həmçinin 1985-ci ildə Qitələrarası Kuboku və 1985-86 Seriya A çempionluğunu qazandı; Turin təmsilçisinin formasıyla o, bütün yarışlarda ümumilikdə 71 oyuna 36 qol vurmuşdur.
Leptailurus serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Serena Uilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. == Həyatı == == Fəaliyyəti == Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Serena Vilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. == Həyatı == == Fəaliyyəti == Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Valentina Serena
Valentina Serena — məşhur italiyalı voleybolçu. Bir dəfə CEV Qadınlar Çempionlar Liqasında çempion titulunu qazanmışdır. == Karyerası == Serena karyerasına doğma vətəni İtaliyada başlamışdır. 12 il öz ölkəsində oynadıqdan sonra Türkiyəyə transfer olunmuşdur. Bir il "Ankaragücü"ndə oynamış, 2013-cü ildən 2014-ci ilə qədər isə Azərbaycanın "İqtisadçı" voleybol klubunda oynamışdır.2014-cü ildən voleybolçu Rumıniyanın Stai creando Clubul Sportiv Municipal Buxarest klubunda oynayır.
Jozef Servan
Jozef Mari Servan de Jerbe (fr. Joseph Marie Servan de Gerbey; 14 fevral 1741, Roman-sür-İzer[d] – 10 may 1808, Paris) — Fransa diviziya generalı və Fransanın hərb naziri (iki dəfə). == Həyatı == Roman-sür-İzer (müasir Drom departamenti) şəhərinin yerlisi olan kiçik bir zadəgan ailəsinin oğlu olmuşdur. 20 dekabr 1760-cı ildə könüllü olaraq piyada alayına getmişdir. 1769-cu ildə Paolinin başçılıq etdiyi Korsikadakı üsyançılara qarşı Fransa kampaniyasında iştirak etmişdir. 1772-ci ildə Servan artıq kapitan olmuşdur. O, ilk dəfə 1780-ci ildə "Vətəndaş əsgəri" broşüratını nəşr etməklə şöhrət qazanmış və orada ümumbəşəri hərbi çağırış lehinə hərbi işə götürmənin dayandırılması üçün kampaniya aparmışdır. Bu tədbir Fransa inqilabından sonra həyata keçiriləcəkdi.1792-ci ildə Servan düşərgə marşalı (briqadir) rütbəsinə yüksəlmişdir. Jirondistlərin tərəfdarı olan Servan həmin il 9 mayda hərbi naziri portfelini almış, krala sadiq olan əsas hərbi birləşmələr Kral Qvardiyasının və İsveçrə alaylarının ləğvinə nail oldu. Elə Servan da öz fərmanı ilə Fransa ordusunda ilk dəfə olaraq bütün bədən cəzalarını ləğv etmişdir.
Serva (En)
Serva (fr. Servas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Peronna kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01405. == Coğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 757 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 559 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,8%, 1999-cu ildə 74.6%). Aktiv 559 sakindən 530 nəfər (286 kişi və 244 qadın), 29 nəfər işsiz (12 kişi və 17 qadın) idi.
Malpartida-de-la-Serena
Malpartida de la Serena ( isp. Malpartida de la Serena), İspaniya və Badaxoz əyalətinin Estremadura müstəqil icmasının bir hissəsi olan bir şəhərdir. 26 km ² ərazini əhatə edir. Əhalisi 662 nəfərdir (2010-cu il üçün). Vilayətin inzibati mərkəzinə olan məsafə 151 km.