Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahqulu
Şahqulu — ad. Şahqulu Baba Təkəli — Anadoluda qızılbaşpərəst və səfəvipərəst üsyanın rəhbəri. Şahqulu (rəssam) — rəssam.
Abasqulu Abaszadə
Abbasqulu Abbaszadə (tam adı: Abbasqulu Ağabala oğlu Abbaszadə; 10 aprel 1906, Təbriz – 18 fevral 1969, Bakı) — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru, professor (1953), Rusiya Pedaqoji EA-nın (1957) və SSRİ Pedaqoji EA-nın üzvü (1968). == Həyatı == Abbasqulu Abbaszadə 1906-cı ildə aprel ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1969-cu il fevral ayının 18-də Azərbaycanın Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1923–33-cü illərdə fizika-riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir. 1938–69-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunda eksperi mental və nəzəri fizika kafedrasının müdiri, 1939–57-ci illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1957–62-ci illərdə isə prorektor vəzifələrində çalışmışdır. Eyni zamanda 1932– 49-cu illər SSRİ EA-nın Azərbaycan filialında və Azərbaycan EA-nın fizika və riyaziyyat İn-tunda fəaliyyət göstərmişdir. 1957–62-ci illər "Politexnik təlim" və 1962– 69-cu illər "Fizika və riyaziyyat tədrisi" jurnallarının redaktoru, 1955–69-cu illər Azərbaycan EA-nın molekulyar fizika problemləri üzrə şurasının sədri, 1957–69-cu illər Azərbaycan SSR Maarif Nazirliyinin fizikanın tədrisi metodikası bölməsinin sədri, 1958–69-cu illər SSRİ Pedaqoji EA-nın proqram metodikası komissiyasının üzvü olmuşdur. 200-dən artıq elmi əsərin, o cümlədən 20 kitabın müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti var.
Abasqulu Quliyev
Abasqulu Quliyev (Quliyev Abasqulu Məmməd oğlu; 13 noyabr 1940, Axta – 20 dekabr 2022) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü,, əməkdar elm xadimi. == Bioqrafiya == Abasqulu Məmməd oğlu Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbaycanın Zəngibasar mahalında anadan оlub. Orta təhsilini Uluхanlı məktəbində başa vuran alim 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt “Səthi-aktiv maddələr” zavoduna işləmək üçün göndərilib. 1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya müəssisəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə SSRİ EA-nın Yüksəkmоlekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasına daхil оlub. 1970-ci ildə namizədlik, 1987-ci ildə isə dоktоrluq dissertasiyalarını müdafiə edib. О, 1989-cu ildə prоfessоr elmi adına layiq görülüb. 1968-ci ildən Pоlimer Materialları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, labоratоriya müdiri vəzifələrində işləyib. 1993-cü ildən elmi işlər üzrə direktоr müavini, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktоru vəzifələrində çalışıb.
Şahqulu xan
Şahqulu xan (urdu شاہ قلی خان) — XVI əsrdə yaşamış Moğol qubernatoru, siyasətçi və incəsənət himayədarı. Şahqulu Hindistanın Narnaul bölgəsində Moğol qubernatoru vəzifəsində çalışmışdır. == Bioqrafiyası == Şahqulu xan 16-cı əsrdə böyük Moğol İmperiyasının hakim təbəqəsinin üzvlərindən biri idi. Xan Bayram xan Baharlının havadarlarından biri olmuş, Moğol məhkəməsində mühüm rəsmi şəxslərdən biri kimi çıxış etmişdir. O, Əkbər şahın hakimiyyətinin ilk illərində bir dəfə imperiyanın regenti olmuşdur. Şahqulunun Bayram Xan ilə olan əlaqəsi ona Moğol məhkəməsi ilə çoxlu sayda lütf qazandırmağa imkan vermişdi.1550-ci illərdə Moğollar ilə Sur İmperiyası arasında bir sıra hərbi münaqişələr baş vermişdir. Şahqulu xan müharibə zamanı Moğol ordusuna rəhbərlik etmiş və döyüşlər zamanı öz hərbi şücaəti ilə fərqlənmişdir. 1556-cı ildə baş vermiş İkinci Panipat döyüşündə o, Sur imperiyasının hökmdarı olan Hemunu ağır yaralamışdır. Döyüş Moğol imperiyası üçün həlledici qələbələrdən biri sayılırdı. İmperator Əkbər qələbədə böyük rolu olan Şahqulunun xidmətini yüksək qiymətləndirmiş, ona var-dövlət, titul və torpaq bağışlamışdır.1570-ci illərdə Şahqulu xan Moğol İmperiyasının Narnauldakı qubernatoru təyin olunmuşdur.
Şahqulu (rəssam)
Şahqulu (Osmanlı türkcəsi:شاه قولی; v. 1556) — Səfəvi imperiyasında fəaliyyət göstərmiş, daha sonradan Osmanlı imperiyasına aparılmış məşhur rəssamlardan biri. O, Osmanlı imperiyasında hakim rəssamlıq cərəyanlarından biri olan saz üslubunun formalaşmasında aparıcı rol oynamışdır. == Həyatı == Çin və ya İslam mənbələrindən əldə edilən mifik varlıqların iri ölçülü çiçəklərdən və tüklü yarpaqlardan ibarət ovsunlu meşədə hərəkət etdiyi saz üslubu Ağqoyunlu və Səfəvi saraylarındakı incəsənət sahəsi ilə paralel şəkildə təşkil edilmişdir. Şahqulunun özü də burada Ağa Mirək (Şah Təhmasibin məşhur rəssamı Ağ Mirək deyildir) adlı müəllimdən bu sahə üzrə dərs almışdır. Səfəvi sülaləsindən olan Sam Mirzə Səfəvinin bildirdiyinə görə, Şahqulu Qum şəhərindən gəlmişdir. Şahqulunun adı Osmanlı arxivlərində də vardır. Arxiv sənədlərində onun 1515-ci ilin aprel ayının 12-də Təbrizdən Amasyaya sürgün edilən rəssam və digər incəsənət xadimlərinin içərisində adı keçir. Belə ki, Çaldıran döyüşündən sonra Təbriz ələ keçirilmiş və buradakı Səfəvi sarayına məxsus bir çox incəsənət xadimi İstanbula aparılmışdı. Şahqulunun bilinən imzalı ən köhnə əsəri Səfəvi dönəminə aid Bəhram mirzə Albomunda görülən əjdaha rəsmidir.
Şahqulu Sultan Əfşar
Şahqulu Sultan Əfşar və ya Şahqulu bəy Yüzbaşı Əfşar — Səfəvi imperiyasında xidmət etmiş siyasi və hərbi xadim. I Təhmasibin dövründə fəaliyyət göstərmiş, Kirmanın hakimi olmuşdur. == Həyatı == Şahqulu Sultan Əfşar tayfasından və Xəlil xanın oğlu idi. 1528-ci ildə o, I Təhmasib tərəfindən Kirmanın hakimi təyin edildi. Bundan sonra Şahqulu Sultan Əfşar I Təhmasibə sona qədər sadiq şəkildə xidmət etdi. Bu müddət ərzində o, ən güclü vilayət hakimlərindən biri olmaqla birlikdə, hərbi qüvvələri ilə I Təhmasibi onun hakimiyyəti dövründə baş vermiş bütün hərbi əməliyyatlarda dəstəklədi. 1544-cü ildə Şah Təhmasib Şahqulu Sultana Böyük Moğol imperatorunu geri dönüş yolunda müşayət etməsini əmr edir. Hümayun üsyan nəticəsində taxtından məhrum qalmış, I Təhmasibə sığınmış və ondan hakimiyyətini geri qaytarmaq üçün yardım etməsini istəmişdir. Ona yardım üçün verilən orduya komandanlıq edənlərdən biri də Şahqulu Sultan olmuşdur. Bu yürüş nəticəsində Hümayun yenidən taxtına çıxmış, Qəndəhar, Qəznə və Kabil geri qaytarılmışdır.
Şahqulu Xəlifə Zülqədər
Şahqulu Xəlifə Zülqədər (ö. 4 iyul 1558, Astrabad, Səfəvi imperiyası) — Səfəvi imperiyasının türk hərbi və ictimai xadimi, I Təhmasibin möhrdarı, eşikağasıbaşı və Qum hakimi. Şah Təhmasibin hakimiyyəti dövründə - 1530-cu illərin əvvəllərindən ölümünə qədər - 1558-ci ilə qədər şahın ən yaxın adamlarından biri olmuş, Möhrdar, eşikağasıbaşı, Qum bəylərbəyisi və çoxsaylı yürüşlərdə ordu komandanı kimi vəzifələrdə xidmət etmişdir. == Həyatının erkən dönəmi == Şahqulu Xəlidə Zülqədər tayfasının Qavurqalı boyundan idi. Onun adı ilk dəfə 1530-cu ildə bu tayfanın başçılarından biri kimi adı çəkilmişdir. O, Şahın sarayındakı mühafizəçilər qvardiyasında xidmət etmiş və şaha yaxın olan ən yuxarı eşalonda təmsil edilmişdir. "Tarix-i Qızılbaşan" əsərinin anonim müəllifinin bildirdiyinə görə, o, eşikağasıbaşı vəzifəsinə 1531-ci ildə Dilişeyxinin qətlindəki roluna görə bu vəzifəyə təyinat almışdır. Bu zaman möhrdar Kaba Xəlifə Təkəli idi. O, Təkəli tayfasının üsyanında iştirakına görə edam edildikdən sonra bu vəzifəyə Mahmud bəy Zülqədər təyin edildi. 1533-cü ildə onun da ölümündən sonra bu vəzifə də Şahqulu Xəlifə Zülqədərə həvalə edildi.
Şahqulu sultan Ustaclı
Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı (?-1568) — qızılbaş sərkərdəsi, əmir əl-üməra, Çuxur Səəd əyalətinin bəylərbəyi (1551-1568). == Həyatı == Şahqulu Sultan Ustaclı Çuxur-Səd bəylərbəyi və hakimi təyin edilir. Əbdi bəy Şiraziyə görə isə Həmzə sultan Qazağın oğlu Şahqulu sultan Ustaclı 1551-ci ildə Məşhəd hakimi vəzifəsindən azad olunub, Çuxursəədə bəylərbəyi təyin edilmişdi (28,99; 108, 76). H.974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxur-Səd hakimi Şahqulu sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir (121, Bn.v.237a, 240b; 118, Bn.v.249a). Şahqulu sultandan sonra oğlu Toxmaq xan ləqəbi ilə məşhur olan Məhəmməd xan Ustaclı İrəvan hakimi olmuşdu. == Mənbə == Qaradağlılar (2008) Müəllif: Ənvər Çingizoğlu Bakı, "Şuşa" nəşriyyatı, 2008, 160 səh.
Şahqulu xan Zəngənə
Şahqulu xan Şeyxəli xan oğlu Zəngənə (XVII əsr, İsfahan – 1716) — Səfəvilər dövlətinin baş vəziri. == Həyatı == Şahqulu xan Şeyxəli xan oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1680-ci ildə Kirmanşah bəylərbəyliyinin hakimi təyin edildi. 1691-ci ildən 1699-cu ilədək qorçubaşı vəzifəsində çalışmışdı. Şahqulu xan Zəngənə 1707-ci ildən 1716-cı ilədək Şah Sultan Hüseyn Səfəvinin baş vəzi, etimadüddövləsi olmuşdur. Şahqulu xan Zəngənə 1716-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Şahqulu Baba Təkəli
Şahqulu, Şahqulu Baba Təkəli, Bıyıqlıoğlu və ya Şahqulu ağa Təkəli (türk. Şahkuluvə ya Şah Kulu Baba Tekeli; (d. Qorqudeli, Osmanlı imperiyası — ö. 2 iyul 1511, Sivas, Osmanlı imperiyası) - Anadoluda qızılbaşpərəst və səfəvipərəst üsyanın rəhbəri. Bu üsyan Şahqulu üsyanı adlanır və 1511-ci ildə Osmanl imperiyası tərəfindən çətinliklə yatırılmışdır. Üsyanın yatırılması zamanı öldürülmüş və Amasiyada dəfn edilmişdir.Şah İsmayılın atası Şeyx Heydərin Xəlifələrindən Həsən Xəlifənin oğludur və Qorqudelinin Yalımlı kəndi camaatındandır. == Haqqında == Şahqulu Türkmən boylarından olan Təkəli elinə mənsub olmuşdur. Şahqulunun atası iki dəfə Şeyx Heydərin xidmətinə getmiş, Xəlifəsi olmuş və sonra doğma torpağı olan Təkə elinə göndərilib xalqı Şeyx Heydərin ardıcılı etmək tapşırılmışdı. Həm Həsən Xəlifə. həm də oğlu Şahqulu Antalya ətrafında mağarada ibadətlə məşğul olaraq xeyli məşhurluq qazana bilmişdilər.Onun təşkilatçılığı ilə Osmanlı imperiyasında yaşayan Türkmənlər üsyan qaldırmışdır.
Şahqulu ağa Təkəli üsyanı
Şahqulu ağa Təkəli üsyanı — 1511-ci ildə Təkə elində Osmanlı dövlətinə qarşı baş vermiş üsyan. == Üsyanın tarixi == "Şahqulu üsyanı", bəzən "Şeytanqulu üsyanı" adlandırılan və Osmanlı İmperiyasında baş vermiş bu üsyan tarixdə gərəyincə öyrənilməyib. Osmanlı ərazisində qalan Təkəli eli Şahqulu ağanın başçılığı altında üsyana qalxmışdılar. Şeyx Heydər Səfəvi tərəfindən Anadolu camaatını, daha dəqiqi orda qalan və ələvi kimi tanınan tərəkəmələri (türkmənləri) Səfəvi ocağına bağlamaq istəyirdi. O, bu məqsədlə təbliğat və təşviqat aparmaq üçün Anadoluya müridlərdən ibarət bir dəstə göndərmişdi. Müridlərdən biri də Həsən xəlifə Təkəli idi. Qaynaqlarda göstərilir ki, Osmanlı sultanı II Bəyazidın (1481-1512) xeyir-dualarıyla Həsən xəlifə oğlu Şahqulu ağayla bərabər ana yurdları Yalınlı kəndinə yaxın bir mağarada məskunlaşmışdı. Sultan onlara arabir xərclik göndərirdi. Qorqudelinin şimalındakı Yalınlı kəndi, Antalya ilə Efesi bir-birinə bağlayan əski Roma ticarət yolu üzərindəydi. Bu yol Döşəməaltı civarındakı qışlaqlarıyla Qorqudelinin şimali-şərqində olan Bozmusa dağındakı yaylaqları arasında gedib gəlirlərkən köcəri təkəlilər tərəfindən də işlənilirdi.