Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samirə
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. == Tarixi == Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Samur
Samur (lat. Martes zibellina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Təsviri == Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir. Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır. == Həyat tərzi == Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür.
Amerika samuru
Aşıq Samirə
Samirə Zimirxan qızı Əliyeva (29 sentyabr 1981, Bakı) — aşıq, müğənni, aktrisa. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi. == Həyatı == Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə təhsilə başlamış, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildən Aşıq sənəti ilə məşğuldur. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olmuş elə həmin ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı, həmin ildə "Sübh şəfəqləri" telemüsabiqəsinin, 1994-cü ildə "Yanvar şəhidləri" şeir müsabiqəsinin, İstedad – 95 müsabiqəsinin, həmin ildə "Aşıq qızların I Respublika" müsabiqəsinin, 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlər arası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" üzrə magistr təhsili almışdır. 2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil etmiş və uğurla çıxış etmişdir. 2004-cü ildən ADMİU-nin "Estrada və populyar musiqi" kafedrasında müəllim, 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən isə dosent vəzifəsində çalışır.
Braziliya samuru
Dəniz samuru
Dəniz samuru (lat. Enhydra lutris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin enhydra cinsinə aid heyvan növü. Dəniz samurları dəniz mühitinə uyğunlaşan, üstəlik silahdan istifadə etməyi bacaran, primat olmayan nadir və unikal canlılardan biridir. Dəniz samurları Sakit okeanın Rusiya, Yaponiya, ABŞ və Kanada kimi ölkələrin sahil ərazilərində yayılmışlar. XVIII–XIX əsrlərdə dəniz samurları qiymətli xəzlərinə görə kütləvi ovlanmaya məruz qalmışdır. Nəticədə sayları olduqca azalmış və nəsli kəsilmək həddinə çatmışdır. Dəniz samurları SSRİ qırmızı kitabına daxil edilmişdir. Eynilə bu canlıların yayıldığı digər ölkələrdə də onlar qırmızı kitaba əlavə edilib. 2009-cu il məlumatına görə dünyanın hər yerində bu canlıların ovuna qadağa qoyulmuşdur. Onların ovlanmasına bircə Alyaskanın köklü əhalisi olan aleutlara icazə verilir.
Hind samuru
Kanada samuru
Pişik samuru
Samirə Allahverdiyeva
Samirə Allahverdiyeva (25 avqust 1979) — Azərbaycan müğənnisi. == Həyatı == Allahverdiyeva Samirə 1979-cu ilin avqustun 25-də Astara rayonunun Ərçivan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişdir. 1992-ci ildə ilk dəfə 7–17 yarışmasında iştirak etmişdir. 1994-cü ildə isə peşəkar səhnəyə Vaqif Gərayzadənin dəstəyi ilə çıxmışdır. 2002-ci ildə "Qayıtdı Xəyallar" adlı ilk albomu işıq üzü görmüşdür. Eyni adlı mahnı ilə Elşad Xose ilə dueti dinləyicilər tərəfindən çox rəğbətlə qarşılanmışdır. İlk klipi də 2002-ci ildə "Səni tapdım" adlı mahnıya çəkilmişdir. Evlidir, bir övladı var.O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Samirə Bayramova
Bayramova Samirə Teymurxan qızı(4 oktyabr 1988, Marneuli) — ictimai xadim, fəal, jurnalist, hüquq müdafiəçisi və sosioloq. Sovet İttifaqının dağılması və Gürcüstan vətəndaş müharibəsi başlaması ölkədə insanların sosial vəziyyətinə mənfi təsir göstərmiş, insanların rifahi sürətlə pisləşməsi nəticəsində yüz minlərlə insan ölkəni tərk etmişdir. Etnik azərbaycanlıların kompakt şəkildə yaşadıqları azərbaycanlıların Borçalı, gürcülərin Kvemo-Kartli adlandırdıqları regionda da vəziyyət fərqli olmadı. Gürcüstan müstəqillik qazandıqdan sonraki illər ərzində regionda yaşayan altı yüz min azərbaycanlıdan təxminən üç yüz əlli mindən çoxu ölkəni tərk etdi. Ölkəni tərk edənlər əsasən ziyalılar, ixtisaslı kadrlar və s. olduğu üçün sonrakı illərdə Kvemo-Kartlidəki vəziyyət daha da qəlizləşdi. Müstəqilliyin ilk illərində hakimiyyətdə milliyətçilərin olması, gürcü dilinin çətinliyi, üstəlik Azərbaycan iqtisadiyatının sürətli inkişafı və azərbaycan dilinin linqva franka olması gürcüstan azərbaycanlılarının gürcü cəmiyyətinə inteqrasiyası qarşısında əsas maneə olmuşdu. Bütün bu hadisələr fonunda islamın radikal cərayanları və panmilliyətçilik cəmiyyət arasında ayaq açmağa başlamışdır. Böyük Azərbaycan tarixçisi Ziya Bünyadovun dilə gətirdiyi panmilliyətçilyin azərbaycanlılara vura biləcəyi zərərlər artıq gerçəkliyə çevrilirdi . Bir qrup insan özünü azərbaycanlı deyil qarapapaq türkü olaraq təqdim edir.
Samirə Musa
Samirə Musa (ərəb. سميرة موسى‎; 3 mart 1917, əl-Qərbiyyə mühafəzəsi[d] – 5 avqust 1952, Kaliforniya) — Misir atom və tibbi fizika üzrə professoru, sülh naminə atom konfransının təşkilatçısı. == Həyatı == O Misirdə doğulmuş və Qahirə Universitetində təhsilini davam etdirmişdir. Onun həyatının elmi hissəsi daha çox yayqın olduğundan elmi fəaliyyətini işıqlandırırıq. == Elmi fəaliyyəti == 1952-ci ildə ABŞ-yə etdiyi səfər zamanı S. Musanın ABŞ-nin gizli atom obyektlərini girişinə icazə verildiyi üçün akademik dairələrdə ağdərili olmasına baxmayaraq həmin obyektlərə baxış keçirilməsinə icazə verilməsi ciddi narazıçılıqlara səbəb olmuşdu. Səfər zamanı ona ABŞ-də qalması və ABŞ üçün işləməsi təklif edilsə də, o Qahirəyə dönəcəyini və öz bilgilərini Misir üçün xərcləyəcəyini bildirir. "Sülh naminə Atom" konfransının təşkilatçısı olan S. Musa, nüvə vasitəsilə xəstələrin müalicəsinin hər kəsə əlçatan olması üçün çalışırdı. == Terror şübhəli vəfatı == Misirin nüvə silahına yiyələnə biləcəyi qorxusundan bəzi xarici dairələr S. Musa ilə rəfiqə olam misirli aktrisa Raqiyə İbrahimi öz sıralarına cəlb edir. S. Musanın açarını oğurlayan R. İbrahim açarı sabuna batırır. Sabunda açarın izilə açarın eynisini düzəldən R. İbrahimin S. Musanı evinə qonaq dəvət etməsindən istifadə edərək evə daxil olaraq onun elmi işlərilə tanış olur.
Samirə Səfərəliyeva
Samirə Elxan qızı Səfərəliyeva — Azərbaycan jurnalisti, televiziya aparıcısı. Samirə Səfərəliyeva 3 iyun tarixində Bakı şəhərində anadan olub. Valideynləri Səfərəliyev Elxan Nuruş oğlu və Səfərəliyeva Xədicə Həzi qızı Laçın rayonunda anadan olduqlarından uşaqlığı elə bu rayonda keçib.[mənbə göstərin] === Şəxsi həyətı === Ailəlidir. Ruslan (2003) və Mədinə (2011) adında iki övladı var. == Fəaliyyəti == 1981-ci ildə Nizami rayonundakı 129 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 1991-ci ildə orta məktəbi bitirib, sənədlərini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə verib. Lakin daxil ola bilməyib. Müxtəlif qəzetlərdə ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. İlk yazısı isə Laçın rayonunda nəşr edilən “Laçın” qəzetində çıxıb.[mənbə göstərin]1993-cü ildə Qərb Universitetinin "Ümumbəşər siyasəti və iqtisadiyyatı" fakultəsinə daxil olub. Axşam şöbəsində oxuduğu üçün günortalar qəzet və jurnallarda jurnalistik fəaliyyətini davam etdirib.
Samirə Əfəndi
Samirə Əfəndiyeva (Samira Əfəndi; 17 aprel 1991, Bakı) — Azərbaycanlı müğənni. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil etdi. == Həyatı == Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərslərini alıb. 2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir. 2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2010-cu ildə "Estrada musiqi sənəti" ixtisası üzrə tam kursu bitirmişdir.
Samirə Əfəndiyeva
Samirə Əfəndiyeva (Samira Əfəndi; 17 aprel 1991, Bakı) — Azərbaycanlı müğənni. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil etdi. == Həyatı == Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərslərini alıb. 2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir. 2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2010-cu ildə "Estrada musiqi sənəti" ixtisası üzrə tam kursu bitirmişdir.
Samirə Əliyeva
Samirə Zimirxan qızı Əliyeva (29 sentyabr 1981, Bakı) — aşıq, müğənni, aktrisa. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi. == Həyatı == Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə təhsilə başlamış, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildən Aşıq sənəti ilə məşğuldur. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olmuş elə həmin ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı, həmin ildə "Sübh şəfəqləri" telemüsabiqəsinin, 1994-cü ildə "Yanvar şəhidləri" şeir müsabiqəsinin, İstedad – 95 müsabiqəsinin, həmin ildə "Aşıq qızların I Respublika" müsabiqəsinin, 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlər arası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" üzrə magistr təhsili almışdır. 2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil etmiş və uğurla çıxış etmişdir. 2004-cü ildən ADMİU-nin "Estrada və populyar musiqi" kafedrasında müəllim, 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən isə dosent vəzifəsində çalışır.
Samirə Ələkbərova
Samirə Ələkbərova (Samirə Oqtay qızı Ələkbərova; 20 may 1985, Bakı) - AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi, Coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Samirə Ələkbərova 20 may 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. "Azərbaycan Respublikasının təsərrüfatına sel hadisəsinin təsirinin iqtisadi-coğrafi tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. İnstitutda Gənc Alimlər Şurasının sədri. == Əsas elmi nailiyyətləri == Azərbaycan Respublikası ərazisində sel təhlükəliliyinin iqtisadi-coğrafi qiymətləndirilməsi ayrı-ayrı inzibati rayonlar daxilində hövzə təhlili prinsipinə əsasən aparılmışdır. İlk dəfə olaraq, aerokosmik şəkillərin (AKŞ) deşifrlənməsi, statistik rəqəmlərin müqayisəli təhlili, xəritələşdirmə və digər metodlar ilə respublikanın selli çay hövzələrində sellərin təsərrüfata təsiri öyrənilmiş, çöl tədqiqatları əsasında məskunlaşma areallarında sel təhlükəsi müəyyənləşdirilmişdir. İlk dəfə olaraq, Dövlət Proqramlarının tələblərinə uyğun olaraq sellərin təsərrüfata təsirinin iqtisadi-coğrafi tədqiqində tətbiq olunmuş, sosial sığortanın təsərrüfat sahələrinin və əhalinin sel hadisəsindən mühafizə edilməsindəki rolu və perspektivliyi araşdırılmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - 32 xaricdə çıxmış elmi əsərlərinin sayı - 10 == Elmi əsərlərinin adları == 1. Динамика усиления селеопасности в горных регионах и их воздействие на природно-хозяйственную систему (на примере Азербайджанской части Большого Кавказа) / Вестник Вороженского Государственного Университета, 2014.
Samirə Əmirova
Samirə Əmirova (d. 2 aprel 1998) — Özbəkistanı təmsil edən bədii gimnast. Samirə Əmirova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Samirə Əmirova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Valeriya Davidova, Luiza Qəniyeva, Zarina Qurbanova və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Su samuru
Susamuru (lat. Lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Sumatra samuru
Çay samuru
İvase Samuru
Santo Kyoden (山東 京伝, 13 sentyabr 1761, Kiba[d], Tokio – 27 oktyabr 1816) – Edo dövründə yaşamış Yaponiya yazıçısı, ukiyo-e sənətçisi, illüstrator, antikvar və mağaza sahibi. Əsl adı İvase Samuru (岩瀬 醒) olan Kyoden yaradıcılığında Kitao Masanobu (北尾 政寅) təxəllüsündən istifadə etmişdir. Əsasən kibyoşi və şarebon janrlarında yazsa da, kokkeybon, hanaşibon, qokan və yomihon janrlarında da əsərlər yaratmışdır. Bütün həyatını Edo şəhərində keçirmişdir. == Şəxsi həyatı == 1761-ci ildə Edo şəhərində bir lombardın oğlu kimi dünyaya gəlmişdir. Ev və terakoya təhsili almışdır. 29 yaşında Yoşivara rayonundan olan Okiku ilə evlənsə də, həyat yoldaşı 4 il sonra ölmüşdür. 1800-cü ildə ikinci dəfə evlənmiş, bu dəfə də həyat yoldaşını Yoşivara kurtizankaları arasından seçmişdir. İkinci həyat yoldaşı Yuri 1818-ci ildə ölmüşdür. Cütlüyün heç vaxt uşağı olmamışdır.Kyodenin qardaşı Kyozen də yazıçı olmuşdur.
Ağboğaz samur
Gümüş samur
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. == Nəşrolunma tarixi == Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.
Samur (heyvan)
Mamure qalası
Mamure qalası — Türkiyənin cənubunda, Mersin şəhərinin Anamur ilçəsində, Bozdoğan məhəlləsi yaxınlığında sahil boyu uzanan orta əsrlərə aid qala. == Tarixi == Aralıq dənizi sahil zolağında yerləşib, günümüzə qədər yaxşı vəziyyətdə çatmış Türk qalalarından biridir. Anamurun 6 km şərqində, Bozdoğan kəndi sərhədləri daxilindədir. Hündür qayalıqlar və düzənliklər üzərində qurulmuş Mamure qalası bir çox Anadolu qalaları kimi antik təməllər üzərində inşa edilmişdir. Böyük kəsmə daşlardan tikilmiş olan antik əsasların, hansı tarixdə və kimlər tərəfindən inşa edildiyi tam müəyyən edilməmişdir. Qala üç hissədən ibarətdir. Hündür divarlarla ayrılmış şərqdəki iç həyətli, qərbdəki kənar qala və bunların cənubunda qayalıqlar üzərində inşa edilmiş iç qaladan ibarətdir. 39 qülləsi, su kəhrizləri və məscidi, xarici hissəsində hamamı olan qalanın ətrafı 10 mt enində müdafiə məqsədli xəndəklə əhatə olunmuşdur. Qala və ətrafında III və IV əsrlərdə çox əhəmiyyəti olmayan Roma yaşayışı olduğu təxmin edilir. Qala xaricində və şimalında hamam qalığı vardır.
Şamülə (Sərdəşt)
Şamülə (fars. شموله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (24 ailə).
Şanurə (Qürvə)
Şanurə (fars. شانوره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 772 nəfər yaşayır (187 ailə). Əhalisini kürdlər təşkil edir.
Saburo
Saburo — Kişi adı. Saburo Kavabuçi — keçmiş Yaponiya futbolçusu. Saburo Şinosaki — keçmiş Yaponiya futbolçusu.
Sakura
Sakura (yap. さくら, yap. 桜, 櫻) — 11 bioloji növün və gavalıkimilər yarımfəsiləsinə daxil olan bir neçə ağac çeşidinin ümumi adı. Çox vaxt Prunus serrulata da sakura adlandırılır. Sakura adlanan növlərin çoxu əsasən dekorativ bitkilərdir və kiçik, yeyilməyən meyvələr bitirirlər.
Samara
Samara (rus. Самара) — Rusiyanın Samara vilayətinin mərkəzi. Şəhər Volqanın sol sahilində yerləşir. Qala kimi 1586-da əsası qoyulmuşdur . 1935-dən 1991-ci ilə qədər şəhər Kuybışev adı daşıyırdı. Şəhərdə Rusiyanın ən uzun çay sahili və Avropada ən böyük dəmir yol vokzal binası yerləşir . Samarada İkinci dünya müharibəsi vaxtı bura paytaxı daşımaqa üçün infrastrukturu hazırlayırdılar . Əhali — 1,17 milyon insan (2011-ci il), Rusiyada əhalının sayına görə altıncı şəhərdir. Böyük iqtisadi mərkəz, nəqliyyat mərkəzi və elmi cəhətdən-maarifləndirici mərkəzdir. Əsas sənaye sahələri: maşınqayırma, neft emal etməsi və yeyinti sənayesi .